Nombre total de pages vues

jeudi 5 septembre 2013


La révolution en Orient et migration

À la question comment se passera la révolution en Orient ? La réponse des socialistes à la fin du XIXème siècle était simple et absolue, l’Orient va poursuivre les modèles révolutionnaires de l'Occident, ce qui les aidera à surmonter le retard séculaire. Mais le cours réel  de l'histoire nous a montré que le schéma  théorique  ne correspondait pas à la situation  et  que  celle-ci  était  bien  compliquée.  Au  début  du  XXème  siècle,  lorsque  les puissances européennes  se préparaient à la guerre, des centaines de millions d'opprimés  se sont éveillés  à la nouvelle vie dans la lutte pour les droits humains élémentaireet pour la démocratie  en  Asie.  Par  exemple,  en  1908,  la  révolution  iranienne  a  balayé  la  dynastie régnante et a établi une monarchie constitutionnelle. On remarque aussi que parmi les progressistes intellectuels avec les idées occidentales il y avait assez des religieux musulmans révolutionnaires qui défendaient la nouvelle Constitution. Ils croyaient que le pouvoir absolu du Chah, souverain temporel, est opposé aux principes de gouvernement indiqué dans le Saint Coran. Le mouvement démocratique  massif a le les slogans de l'Islam et l'indépendance nationale. Presque dans tous les pays de l’Asie se sont formés précipitamment les partis de la bourgeoisie nationale, et pour la première  fois se construisait un parlement sur le modèle européen.
Grâce à ces révolutions  et révoltes,  on ne peut pas dire qu’aujourd’hui lOrient est retardé, comme il y a 70 ans. En outre les organisations islamiques internationales comme le Banque  Islamique  du  Développement  ou  l'Organisation  Islamique  pour  l'Éducation,  les Sciences  et  la  Cultur(ISESCO)  suivent  les  grandes  tendances  mondiales.  Les  idées  de partage du monde par les grandes puissances européennes  que les révolutions  qui ont éentamées dès le début du XXème siècle ne pouvaient pas empêcher lexode et lémigration des peuples. Cette période de l’émigration touchait essentiellement les hommes politiques, les intellectuels et se déroulait en différentes périodes. Encouragés et ayant participé activement à la première  révolution  russe, ces personnages étaient  obligés  de quitter leurs pays à cause dun coup d’État, le 3 juin 1907, organisés par le Tsar. Memmed Emin Rasoulzade, comme ses compatriotes, après la répression redoublée, quittait l’Azerbaïdjan pour lIran. Il collabora immédiatement avec les activistes et rejoignit Téhéran. Il créa en peu de temps un journalisme du type européen et devint l’un de leader du Parti Démocrate en Iran. À cause de sa position contre  le  gouvernement  russe,  l’ambassade  russe  dIran  demandait  son  retour,  et  le  Ier ministre iranien lui ordonna de quitter le territoire iranien. Le jeune M. E. Rasoulzade, plein didées, partait pour Istanbul et rejoignait ses compatriotes A. aoğlu et A. Husseynzade. Justement  pour  l’occasion  du  300ème  anniversaire  de  la  dynastie  Romanov,  le  Tsar, amnistiait tous les migrants politiques…

"L'immigration des Azerbaïdjanais en France" Vazeh ASGAROV                            05/09/2013

lundi 29 juillet 2013


«Fransada yaşayan ermənilərin 80 faizi qarışıq 

ailələrdən təşkil olunub»

<font color=red><b>«Fransada yaşayan ermənilərin 80 faizi qarışıq ailələrdən təşkil olunur»</b></font>
Vazeh Əsgərov : «Ermənilər 
I Dunya müharibəsindən sonra boşalmış və dağıdılmış Fransaya işçi qüvvəsi kimi yerləşiblər»
Bu gün işğalçı Ermənistanın dövlət kimi məhv olmasının qarşısını alan səbəblərdən birincisi diaspordur. Bu ölkə diaspordan güclü dəstək alır və xarici siyasətində bu amildən istifadə edir. Bütövlükdə erməni diasporunun Avropada güclü olmasınını səbəbi nədir? Türk-erməni düşmənçiliyi nədən qaynaqlanır? Bu suallara BayMedia-ya müsahibəsində Strasburq Universitetinin doktoru, Azərbaycan Dillər Universtetində rektorun müşaviri, erməni məsələləri ilə bağlı xüsusi araşdırma aparmış Vazeh Əsgərov aydınlıq gətirdi. 

-XIX əsrin birinci yarısı Rusiya imperiyası iki- Rusiya-İran və Rusiya-Osmanlı müharibələri nəticəsində Şimali Azərbaycanı və Gürcüstanı işğal edir. Azərbaycan xanlıqları və Gürcüstan krallığı ləğv edilir və Qafqazdakı Rusiya ərazilərinə daxil edilir. 1828-ci ildə Naxçıvan xanlıqlarının və İrəvan ərazisində “erməni vilayəti” yaradılır. Rusiya imperiyasının əsas məqsədlərindən biri də burada xristian əhalinin sayını artırmaq olduğunu da vurğulamaq yerinə düşər. Lakin qeyd edim ki, həmin dövrdə Azərbaycan ərazilərində alman koloniyaları da yaradılırdı. Əlbətdə ki, burada ermənilərə üstünlük verilməsinin də səbəbləri var idi. Belə ki, ermənilər bəlkədə yeganə xristianlar idilər ki, digər dindən olan millətlərə asan qaynayıb qarışır onların mədəniyyətlərinə yiyələnirdilər. Heç uzağa getmədən Bakı ermənilərinin paytaxtda yaşayan digər millətlərə nisbətdə necə dinimizə uyuşmasını və dilimizdə səlis danışmalarını göstərmək olar. Təkcə, 1828-1830-cu illər arasında 40 İran ermənisi və 84 min Osmanlı ermənisi Qafqaza köçürülüb.

-Avropa ölkələrinin Ermənistana dəstəyi necə formalaşıb?

-1877-1878-ci illərdəki turk-rus müharibəsindən sonra bəzi Avropa ölkələrinin xüsusən də İngiltərə və Fransanın böyük dəstəyi ilə erməni məsələsi aktual mövzuya çevrilir. Sərqi Anadoluda erməni muxtariyyəti yaratmaq fikrinin əsas məğzi osmanlıları daha da zəiflədib parçalamaq olur. Bu prosesi sürətləndirmək üçün 1887-ci ildə Hınçak və 1890-ci ildə Daşnaksütyun partiyalarının yaradılmasını da misal cəkmək yerinə düşər. XIX əsrin sonlarında ermənilərin fəallaşıb iğtişaşlar törətməsi Osmanli sultanı Əbdülhəmid tərəfindən yatırılır və bunları törədənlərin böyük hissəsi həbsə atılır və Qafqaz torpaqlarına qovulur.

- Azərbaycan erməni münaqişəsinini kökünü 1905-ci ilə aid etmək olarmı?
-Mənim fikrimcə, ilk erməni-azərbaycanlı münaqişəsini 1905-ci ilə aid etsək belə, bunun əsas kökünü həmin dövrdə regionda gedən inqilablarda axtarmaq lazımdır. Belə ki, İranda məşrutə inqilabı, Turkiyədə gənc turklər, Rusiyada 1905-ci il inqilablarını yatırmaq lazım idi. 1905-ci ilin əvvəlində bir müsəlmanın daşnaklar tərəfindən öldürülməsi Bakıda, Qarabağda, Gəncədə, İrəvanda, Naxçıvanda və Zəngəzurda 10 minlərlə insanın məhvinə gətirib çıxardı.
Digər bir fikir, bu iki xalqın muxtəlif dinlərə mənsub olmalarıdır. Beləki, Çar Rusiyası hələ 1828-1829 və 1853-1855-ci illərdə Osmanlılar ilə aprdığı müharibələrdə sünni və şiə faktorunu üz-üzə qoymağa çalışmış, lakin bunun o qədər də effektli olmaması qənaətinə gəlmişdi. 1905- ci ildə isə ruslar məharətlə hər iki tərəfi manipulasiya etməyi bacardı.
1905- ci ildə ilk erməni-azərbaycanlı münaqişəsinin sonlandırılması Rusiyanın cənub torpaqlarında inqilabı səngidir və elə həmin dövrdə müsəlmanların hüquqlarının qorunması məqsədi ilə Difai, Müdafiə və Qeyrət partiyaları yaranır.

- Ermənilərin Fransaya immiqrasiyası nə zaman və necə baş verib?

-XX əsrdəki Fransaya erməni köçü 1922-ci ildə başlayır. Türkiyədən, Suriyadan, Yunanıstandan, Bolqarıstandan və Livandan olan ermənilər I Dunya müharibəsindən sonra boşalmış və dağıdılmış Fransaya işçi qüvvəsi kimi yerləşirlər. 1923-cü ildə imzalanan Lozanna müqaviləsi bu prosesi daha da surətləndirdi. Ermənilərin böyük coğrafi mobilliyi 1922-1936- ci illər arasında baş verir. 1926-cı ilin statistikasına görə, Fransa ermənilərinin sayı 60 minə yaxın olub. 1947-ci ildə Fransa ermənilərə vətəndaşlıq vermə prosesini surətləndirir. Həmin dövrdə sovet Ermənistanına Avropadan köç məsələsi gündəmə gəlir. 1948-1953-cü illər ərzində 100 min azərbaycanlının Ermənistandan deportasiya edilməsinə razılıq verilir. Lakin qeyd edim ki, rəsmi statistikaya görə, yalnız 7 min erməninin deportasiya edildiyi bildirilir. Vətəndaşlıq alan ermənilər Fransanın təklifıni qəbul edib geriyə dönür. Bu təcrübənin nəticələri acınacaqlı olur və 1956-cı ildə Fransa höküməti həmin ermənilərin geriyə dönməsi üçün danışıqlara gedir. 1945-ci ildə Avropada cəryan edən siyasi böhran ermənilərin Fransaya olan köçünü daha da surətləndirir.

-Fransada ermənilərin güclü olmasının səbəbləri nədir? 

-Fransa erməniləri tezliklə daha yüksək vəzifələr tutmağa can atır və daha çox mühəndis, həkim, hakim, müəllim və jurnalist peşələrinə yiyələnirlər. 1965-ci ildə «Fransa hərəkatı» adlı partiya yaradılır. 1975-1979-ci illər Livandakı vətəndaş müharibəsindən və İrandakı islam inqilabından Fransaya yeni erməni köçü başlayır. Məhz həmin ildə, 1975-ci ildə Fransada ilk erməni terrorizminin sədası eşidilir və bir türk diplomatı ASALA qrupu tərəfindən öldürülür. Sonrakı illərdə onlarla belə terror aktları türklərə qarşı törədilir. 1984-cü ildə ilk fransiz ölkə başçısı 1915-ci il olayından danışmağa məcbur olur və 1985-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyası tərəfindən bu hadisəyə bir raport qəbul olunur. Bu gün Fransada yaşayan ermənilərin böyük bir hissəsi demək olar ki, 80 faizi qarışıq ailələrdən təşkil olunur.

Əli Zülfüqaroğlu


jeudi 30 mai 2013




L'Azerbaïdjan sur l'arène internationale.
La conférence de paix de Paris, Winston Churchill et ADR
       
        Le 28 mai a eu lieu une session historique du Conseil National sous la présidence d’Hassan bey Aghayev. Prenant part à cette réunion le président et la présidence acceptaient la Déclaration d’Indépendance de l'Azerbaïdjan. Cette Déclaration annonçait la création de la République Démocratique d’Azerbaïdjan, première république proclamée de tout le monde musulman. Pour la première fois, depuis 1813, le pays était indépendant. Il fallait maintenant assumer la responsabilité du peuple azerbaïdjanais et gérer la situation internationale et régionale dans des conditions complexes. 
       Afin de prévenir les menaces extérieures, le gouvernement et le parlement organisaient de grands travaux dans le but d'obtenir la reconnaissance internationale de la jeune république, y compris par les grandes puissances. Pour cette raison, le parlement de la République prenait la décision le 28 décembre 1918 d’envoyer une délégation spéciale sur la conférence de paix de Paris. Présidée par le président du parlement A. M. Toptchbachi, la délégation était composée des personnes suivantes : M. H. Hadjinsk (le vice-président) et A. Sheykhuslamov, A. Ağaoğlu, M. Meherremov, L. Mirmehtiyev, D. Hadjibeyli. Avec de grandes difficultés, A. M. Toptchibachi, obtenait la reconnaissance de facto de la République Démocratique azerbaïdjanaise par les grandes puissances.
     La rencontre de la délégation avec le président Wilson était très importante. Il faut prendre en considération que la délégation azerbaïdjanaise dès les premiers jours rencontrait une campagne large et intense anti – azerbaïdjanaise commencée longtemps avant l'arrivée des Azerbaïdjanais à Paris. Cette propagande s’organisait avec grand succès par les délégations arméniennes et exerçait absolument une influence négative sur l'opinion des chefs des grandes puissances. Même le président des États-Unis Wilson était contre la participation de l'Azerbaïdjan dans le travail de la conférence.
        Le président de la délégation A. M. Toptchibachi informait régulièrement le gouvernement, le Conseil des ministres du Travail de la délégation, sur les négociations organisées, les rencontres, les accords détenus. Tous les messages renvoyés au gouvernement écrivaient sur les formulaires officiels tamponnés : Président de la délégation de paix de la République d’Azerbeidzan 
       Observons un formulaire daté de 8 et 9 juillet 1919 et adressé au gouvernement azerbaïdjanais :
     Le président Wilson était court dans son discours en nous répondant : 
1) qu'ils ne veulent pas diviser le monde en petites parties.
2) que pour nous, il serait mieux, si nous nous sommes associés pour l'idée de la formation de la fédération du Caucase. 
3) que cette Confédération pourrait se trouver sous la protection de quelque puissance, selon la commission la Ligue des Nations. 
4) que cette question ne peut pas être permise avant la question russe.  
À cette rencontre le président des États-Unis a assuré la délégation azerbaïdjanaise de ce que... le peuple azerbaïdjanais trouvera la protection désormais de grand Amérique et aussi le soutien dans la défense de la liberté et de l'indépendance.
       Finalement, il était décidé d’envoyer une commission d’enquête américaine pour étudier la situation objective de la Transcaucasie. Malgré tout, au prix de grands efforts, le 28 mai 1919, jour de la déclaration de l'indépendance de l'Azerbaïdjan, la délégation réussissait à obtenir l'audience chez le président Wilson et l’indépendance de l’Azerbaïdjan était reconnue de facto. Notons que l’indépendance du pays ne fut reconnue que par la Grande-Bretagne, la France, l’Italie et Japon. Les États-Unis ne s’est joints pas à cette décision.

Source:
ГАСАНЛЫ Джамиль (2008), Азербайджанская демократическая республика (HASANLI Djamil, La République Démocratique d’Azerbaïdjan), Баку, Salam. Гасанлы
ABOUTALIBOV Ramiz, GOULIYEV Bilayet, (1998) Ali Mardan bey Tobtchibachi, La lettre de Paris), Баку, Азернешр.
RÜSTƏMOVA Solmaz (2008), Bunları unutmaq olmaz (On ne peut pas oublier cela), Bakı, Zerkalo, 30/03/2008. 

VAZEH 30/05/2013

lundi 20 mai 2013


“Ermənilərin Fransa torpaqlarında yerləşməsi XV əsrə 


təsadüf edir”




Vazeh Əsgərov: “Bu gün dünyada üç ermənidən ikisi Ermənistanın xaricində yaşayır”
Strasburq Universitetinin doktoru Vazeh Əsgərov Azərbaycan Dillər Universiteti rektorunun müşaviri təyin olunub. O, Ermənistan-Azərbaycan münaqişəsinin başvermə səbəbləri ilə bir sıra araşdırmaların müəllifidir. “Baymedia”ya müsahibəsində V.Əsgərov Dağlıq Qarabağ münaqişəsi, Farnsada erməni diasporunu fəaliyyəti və digər məsəslələrlə bağlı sualları cavablandırıb. 
     - Erməni və Azərbaycan xalqları arasında olan münaqişənin kökləri ilə bağlı XX əsrin əvvəllərindən bu günə qədər olan dövrü tarixi faktlarla araşdıraraq, lazımi materilalları oxucuların ixtiyarına vermişəm. Ermənilərə olan “təəssübkeş”lik nəticəsində doktorluq müdafiəsi zamanı dəvət olunmuş münsiflər heyəti öz erməni professor dostlarının yarınaraq universtetinin rəsmi elan yerində anonsun yerləşdirilməməsinə
belə qərar vermişdilər. Uzun sürən müzakirələrdən və nəhayət müdafiəyə bir neçə gün qalmış araşdırmalarımın mediada tezliklə yayacağımı bəyan etdikdən sonra mənə qarşı münasibət müsbətə doğru dəyişdi. Qeyd edim ki, bu araşdirmalarda münaqişəyə toxunan çoxlu sayda araşdırma və faktlar var.
Eyni zamanda müdafiədə Azərbaycandan münsif kimi dəvət etdiyim millət vəkili, Azərbaycan Dillər Universtetinin rektoru Səməd Seyidov da iştirak edib. Həqiqətən də onun müdafiədə iştirak etməsi mənim doktorluq dissertasiyamın uğurla bitməsinə şərait yaratdı və bu adı qazanmağıma yol açdı.
Fikrimcə, ilk erməni- azərbaycanlı münaqişəsini 1905-ci ilə aid etsək, bunun əsas kökünü həmin dövrdə regionda baş verən inqilablarda axtarmaq lazımdir. Belə ki, İranda məşrutə inqilabı, Turkiyədə gənc turklər, Rusiyada 1905-ci il inqilablarını hansısa yolla yatırmaq lazım idi. 1905-ci ilin əvvəlində bir müsəlmanın daşnaklar tərəfindən öldürülməsi Bakıda, Qarabağda, Gəncədə, İrəvanda, Naxçıvanda və Zəngəzurda 10 minlərlə insanın məhvinə gətirib çıxardı.

- Fransada erməni lobbisinin uğur qazanmasının səbəbi nədir?

- Orta əsrlərdən başlayaraq dəniz ticarətinin inkişafında artım müşahidə olunmağa başlayır. Bir çox xalqların nümayəndələri kimi dəniz ticarətində əlaqələrini qurmaqda peşəkar olan ilk erməni tacirlərinin indiki Fransa torpaqlarında yerləşməsi məhz həmin dövrə, XV əsrə təsadüf edir. Bu əlaqələr orta əsrlərdə liman şəhəri kimi tanınan Marsel şəhərində daha geniş forma alır. XIX əsrin sonu XX əsrin əvvəllərində ermənilərin Fransaya köçü daha da sürətlənir. Bu gün dünyada üç ermənidən ikisi Ermənistanın xaricində yaşayır. Avropa ölkələri arasında ən çox erməni icmasını özündə birləşdirən ölkə də məhz Fransadır. Bir faktı qeyd edim ki, təkcə 1855-1918-ci illər arasında Fransada 31 dövri erməni məcmuəsi dərc olunub. 1902-ci ildə isə Yelisey çölləri yaxınlığında ilk erməni kilsəsinin təməli qoyulub. Burada əlbəttə, din faktoru da böyük rol oynayıb.

- Fransa Minsk qrupunun həmsədri olduğu halda ermənilərə ciddi dəstək verir.... 

- 1992-ci ildə ATƏT-in Dağlıq Qarabağa sülh gətirmək üçün Belarusiyanın paytaxtı Minsk şəhərində yaradılan bu qrup 1994-cü ildə iki ölkə arasında imzalanmış atəşkəs anlaçması ilə nəticələndi. Fransa, Rusiya və ABŞ-ın başçılıq etdiyi bu qurumun əsas fəaliyyəti son 20 ildə münaqişənin həllində bir dönüş deyil, yalnız atəşkəsi qorumaqla yadda qaldı. Lakin qeyd etməliyəm ki, Minsk Qrupuna daxil olan ölkələrin prezidentləri dəfələrlə ayrı-ayrılıqda təşəbbüs göstərək, münaqişə tərəflərinin dövlət başçılarının bir neçə dəfə görüşlərini təşkil edib. Eləcə də bir neçə dəfə sülh planı işləyib hazırlayıblar. Lakin bu planlar həmişə ermənilərin qurduğu müxtəlif oyunlar vasitəsi ilə yarımçıq qalıb.

- Ümumiyyətlə, Qarabağ məsələsində Fransadan ədalətli mövqe gözləmək olarmı?

- Diqqət yetirsək görərik ki, Minsk Qrupuna daxil olan ölkələrin hər üçündə fəal erməni diasporu var. Fransanın ədalətli siyasət yürütməsinə də inamım böyükdür, lakin Minsk Qrupunun tərkibinin dəyişdirilməsinin və ya ləgv olunmasının vaxtı yetişib. Ümid edirəm ki, Fransa öz ədalətli və həmişə nümunəvi və dünyəvi bir ölkə olduğunu nümayiş etdirərək Qarabağda sülhün bərqarar olmasına öz töhvəsini verəcək.

- Hazırda Qarabağla bağlı mövcud vəziyyəti necə şərh edərsiz? 

- Hazırda münaqişə dondurulub. Hər iki xarici işlər nazirləri çərçivəsində olan görüşlər heç nə vəd etmir. Qarabağla bağlı vəziyyət indiki məqamda çox mürəkkəbdir. İkinci Dunya müharibəsindən sonra 22 000 insanın ölmü ilə nəticələnən, 1994-cü ildə atəşkəs bağlanmasına baxmayaraq, hər il onlarla əsgərin həlak olması nəticələnən faktlar var. Müstəqil bir dövlətin, digər bir müstəqil dövlətin ərazisinə təcavüz etməsi və 1 milyon insanını qaçqın və köçkün vəziyyətinə salmasına XXI əsrdə nə ad vermək olar? Beynəlxalq güclər bu barbar əməlləri görmürlərmi? Əlbəttə görürlər və son illər ərzində Azərbaycanın əldə etdiyi xarici siyasətdəki uğurlar bunu düşünməyə əsas verir. Əminəm ki, vaxt ermənilərin ziyanına işləyir.

Əli Zülfüqaroğlu

http://baymedia.az/news.php?id=18044

samedi 27 avril 2013


Un Azerbaidjanais d'origine d'Iran a été condamné parce qu'il a voulu étudier à sa langue maternelle et parce qu'il se nomme d'origine azerbaidjanaise.


      Malgré de grands changements géopolitiques dans le Caucase du Sud suite aux traités de Gulistan (1813) et Turkmentchay (1828), les Azerbaïdjanais d’aujourd’hui présentent un seul groupe ethnique. Selon des statistiques inofficielles, le nombre d’Azerbaïdjanais en Iran est de 25 à 33 millions de personnes163. Ils vivent essentiellement dans les grandes villes comme Zanjān, Tabriz Ardabil, Hamadhan, Qazvin, etc.
Les deux notions, l’Azerbaïdjan iranien et l’Azerbaïdjan du Sud sont apparus dans les textes historiques à partir du début du XIXème siècle lors de la guerre russo-persane (1804-1828 et 1826-1828). Selon le traité de Turkmentchay (1828), les territoires historiques de l'Azerbaïdjan ont été divisés en deux parties par le fleuve Araxe (voir la Ière partie). Pendant les deux siècles de séparation, l’Azerbaïdjan iranien a non seulement acquis l’indépendance, mais, en même temps, est resté un peuple privé de sa nationalité, de s'exprimer dans sa langue maternelle et de sa propre culture1. Le régime Pahlavi interdisait l’usage de la langue azéri dans les gouvernements locaux, les écoles et la presse. Justement, après la révolution iranienne (1979) le nouveau gouvernement a mis en avant la religion comme facteur d’unification des ethnies. Les Azerbaïdjanais d’Iran habitent dans le nord-ouest du pays, essentiellement dans les grandes villes historiques comme Maragha, Zanjān, Tabriz Ardabil, Hamadhan, Qazvin, Ourmia, etc. Aujourd’hui, la région d'Azerbaïdjan iranienne est divisée en plusieurs provinces comme l’Azerbaïdjan oriental, l’Azerbaïdjan occidental, la province d’Ardabil, la province du Zanjān avec la « capitale » Tabriz. La population selon les chiffres officiels et non officiels varie entre 15 à 30 millions d’habitants.
Le développement de l’agitation depuis les élections présidentielles iraniennes de juin 2005 et le renforcement de la répression de la part des autorités :
A la fin du mois de juin 2005, de nombreux Azéris d’Iran avaient été arrêtés alors qu’ils assistaient à un rassemblement culturel qui se tient chaque année au château de Babek, à Kalibar. Ce festival qui se tient chaque année le 4 et 5 juillet rassemble près de 1.2 million de participants. Il est à chaque fois l’occasion d’une affirmation identitaire. Lors du festival de 2005, au moins 21 d’entre eux avaient par la suite été condamnés à des peines allant de trois mois à un an d’emprisonnement. Ils auraient été déclarés coupables, notamment, de « propagande contre le système » et de « création d’organisations hostiles au système ». L’agitation avait repris en 2006 et s’était même amplifiée avec des manifestations de masse le 22 mai dans plusieurs villes comme Marand, Orumieh et Goshachai. Devant la dureté de la répression menée par les autorités, la ville de Tabriz avait connu le 24 mai suivant une journée de troubles sans précédents depuis la Révolution islamique avec une manifestation estimée à 250.000 personnes. Certains manifestants y auraient clamaient « Un Azerbaïdjan uni avec Tabriz pour capitale », ou encore « Bakou-Tabriz-Ankara ». Tout avait commencé à la suite de la publication huit jours plus tôt par un journal gouvernemental édité par le ministère de la Culture et de la Guidance islamique dénommé Iran d’une caricature jugée insultante par les étudiants de cette région : on y voyait un cafard prononçant en langue azérie la question ‘quoi ?’ ». La caricature avait provoqué la colère des Azéris. 





Source: 
1. ГАСАНЛЫ Джамиль (2006), HASANLI Djamil, СССР-Иран: кризис Азербайджана и начало холодной войны (HASANLI Djamil, URSS et l'Iran : la crise de l'Azerbaïdjan et le début de la guerre froide) Москва, Герой Отечества.
2. http://fr.wikipedia.org/wiki/Az%C3%A9ris


VAZEH. 27/04/2013.

vendredi 29 mars 2013


Bakıda Frankofoniya bayramı


Azərbaycanda Fransız İnstitutu hər il olduğu kimi bu il də Bakıda fransız dili bayramını qeyd edir. Bu Frankofoniya həftəsi münasibətilə mart ayının 27-30-u Bakıdakı Fransız İnstitutu Frankofoniya bayramının proqramını təqdim edib. 
Frankofoniya bayramının proqramına fransız dilini öyrənən və öyrədənlər üçün mükafat, Fransaya səyahət olan müsabiqələr daxildir. Azərbaycanda Fransız İnstitutu həmçinin bir sıra mədəni tədbirlər, xüsusən məşhur dilçi cənab Klod Hajejin (Claude Hagège) “Müasir dünyada beynəlxalq yönümlü dillərin arasında fransız dilinin yeri” adlı konfransını təşkil edir. 
Bayram həftəsi martın 30-da fransız dilində imla müsabiqəsi ilə başa çatacaq. Bu imla müsabiqəsindən sonra iştirakçılar fransızdilli ölkələrin mətbəxi ilə tanış ola biləcəklər. 
Martın 27–də saat 12:00-da da Azərbaycan Dillər Universitetinin (Təbriz küçəsi 49) filologiya və jurnalistika fakültəsinin təşkilatçılığı ilə dilçi-poliqlot Klod Hajejin "Müasir dünyada beynəlxalq yönümlü dillərin arasında fransız dilinin yeri" mövzusunda konfrans keçirilib. 
Giriş sözü ilə konfransı filologiya və kurnalistika fakültəsinin dekan əvəzi, professor Sevda Vahabova açıb. 
Məhşur dilçi alim Klod Hajejin Azərbaycana gəlişinin və Azərbaycan Dillər Universitetində konfrans keçirməsinin böyük tarixi fakt olduğunu diqqətə çatdiran Sevda Vahabova konfrans iştirakçılarına bir daha bayram təbriklərini çatdırıb. Məruzə fransız dilində keçirilib və Azərbaycan dilinə tərcümə olunub.
Daha sonra dilçi alim Klod Hajej ingilis dilinin dünyada üstünlüyü, bəzən müasir dövrdə ən azı yeddi digər beynəlxalq yönümlü dilin olmasının nəzərdən qaçma faktını qeyd edərək, bu dillər arasında fransız dilinin yerinin üç səbəbdən xüsusilə unikal olması ilə nitqinə başlayıb və onları aşağıdakılara bölüb:
• Birincisi, fransız dilinin dünyada mövcüdluğu, yayılması Intibah dövründən və müstəmləkə təcrübəsindən əvvələ təsadüf edir, çünki bu proses XIII əsrdən bəri başlayır; 
• Ikincisi, fransız dili 70-dən çox dövlət və hökuməti birləşdirir və bu da fransız dilinin təşviqinə səbəb olur; 
• Nəhayət, beynəlxalq yönümlü dillər içində fransız dili yeganə dildir ki, beş qitədə mövcuddur.
Daha sonra məruzəçi fransız dilinin dünyanın mədəni müxtəlifliyinə gətirdiyi əhəmiyyətini göstərməyə çalışıb.
Üç saata qədər davam edən konfrans qonaqların, eləcə də Azərbaycan Dillər Universitetinin müəllim və tələbələrinin məruzəçiyə ünvanlanmış sualları ilə davam edib. 
Qonaqlardan Strasburq Universitetinin doktoru Vəfa Quliyeva öz elmi işində alimin əsərlərindən geniş istifadə etdiyini, lakin bu əsərlərdə 150 dilin tətqiqinə baxmayaraq, Azərbaycan dilinin bu dillər arasında olmaması səbəbini alimin diqqətinə çatdırıb. Dilçi alim Klod Hajej Azərbaycan dilinin türk dilləri arasında özünəməxsus yeri olduğunu, eləcə də bu dilə olan marağını vurğulayaraq, əsərlərində Azərbaycan dilinin xüsusi qeyd olunmamasına görə məyyusluğunu ifadə edərək bunun səbəblərini izah edib.
Azərbaycan Dillər Universitetinin elmi hissə strukturunun baş məsləhətçisi Vazeh Əsgərov isə öz növbəsində alimin Azərbaycana gələşinə və universitetdə təşkil olunmuş konfransdakı çıxışına görə natiqə öz təşşəkkürünü bildirib.
Sonra Vazeh Əsgərov dilçi alimə XX əsrdə dominantlığı ələ alan ingilis dilnin daha çox dil deyil, əlaqə vasitəsi olduğunu və yaxın 50 ildə onun fransiz dilinin inkişafını necə gördüyü sualını ünvanlayıb. 
Tərcümeyi-hal : Klod Hajej 1936-cı ildə Tunisdə anadan olub, görkəmli dilçi və əlli dildə danışan poliqlot, hal-hazırda Fransanın nüfuzlu elm və araşdırmalar ocağı “College de France”-ın professorudur. "Yeganə düşüncə tərzinə qarşı" (2012) adlı son kitabında o, yeganə düşüncənin əsas vektoru olan, ingilis dilinin hegemonluğuna qarşı mübarizə aparır.
Martın 28-də Azərbaycanda Fransız İnstitutunun mediatekasında (Füzuli küçəsi 67, saat 18:00-da) Klod Hajejlə eyni masa arxasında fransız dilində qarşılıqlı dialoq təşkil olunacaq. Giriş sərbəstdir.

VAZEH 28/03/2013
http://veteninfo.az/index.php?news=11650


mercredi 27 février 2013


Vazeh Əsgərov: “Gənclərimizin bu hərəkəti əsl qəhrəmanlıqıdır”

Əslində “Sumqayit hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” mövzusunda keçiriləcək tədbir haqqında biz əvvəlcədən xəbərdar idik.
Bu barədə Gün.Az-a Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti, Strasburq Universitetinin doktoru Vazeh Əsgərov Fransada diaspor fəallarımızın döyülməsi ilə bağlı xəbəri şərh edərkən deyib:
“Tədbir gününün də məhz fevral 26-da təyin edilməsi təsadüfi deyil.
Konfransa məruzəçi qismində dəvət alan, Fransada öz milliyətçi mövqeləri ilə seçilən erməni əsilli fransızların olması tədbirin hansı səpkidə keçəcəyindən əvvəlcədən xəbər verirdi.
Bir daha qeyd etmək istərdim ki, tədbirin əsas təşkilatçılarından biri məhz Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentari, Fransa parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Fransua Roşebloun olub.
Düşünürəm ki, “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyevanın və Fransada təhsil alan Vüsal Hüseynovun hərəkəti əsl qəhrəmanlıqdır”, - deyə V.Əsgərov bildirib.
Vazeh Əsgərov tezliklə Fransada və digər Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan Evlərinin, digər qurumların Fransa parlamentində 40 nəfər millətçi erməni tərəfindən döyülüb təhqir edilən “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynova dəstək olmaq üçün ümumi bir müraciətin hazırlanmasını təklif edir:
“Eyni zamanda, düşünürəm ki, yerli təşkilatlar tərəfindən Erməni Milli Assambleyası qarşısında mitinq təşkil etmək üçün Paris meriyasına tezliklə müraciət olunmalı və müraciət ilə çıxış edilməlidir”.
Elnur Eltürk
Gün.Az