Nombre total de pages vues

lundi 23 juillet 2018

2018/2019-cu tədris ilində UFAZ-ın yeni laboratoriyaları istifadəyə veriləcək.

2018/2019-cu tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ikinci tədris binasında yerləşən 2500 kv/m-lik ərazidə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya, fizika və kompüter elmləri ixtisasları üzrə təhsil alan tələbələri üçün tədris laboratoriyalarının istifadəyə verilməsi nəzərdə tutulub. Bu haqda UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov məlumat verib.
“2016-cı ilin sonundan etibarən laboratoriyaların tikilməsinə və əsaslı təmir olunmasına başlanılıb. Artıq işlər yekunlaşmaq üzrədir və 2018/2019-cu tədris ilindən kimya, fizika, geofizika və kompüter elmləri ixtisasları üzrə laboratoriyalar istifadəyə veriləcək”, - deyə Vazeh Əsgərov bildirib.
UFAZ-ın icraçı direktoru qeyd edib ki, “laboratoriyalara avadanlıqların alınması və quraşdırılması tamamilə Strasburq Universitetinin standartları əsasında aparılır. Belə ki, istər binanın tikilişi, istərsə də laboratoriyalarda avadanlıqların quraşdırılmasına Strasburq Universitetindən gəlmiş mütəxəssislər nəzarət edir”.
Qeyd edək ki, hazırda UFAZ-ın tədris binasında 1-ci və 2-ci kurs tələbələrinin dərslərinin aparılması üçün fizika, kimya və optik laboratoriyalar vardır. Yeni laboratoriyalardan UFAZ-la yanaşı ADNSU tələbələri də istifadə edəcəklər. Bundan əlavə, yeni laboratoriyaların açılışı tələbələrlə yanaşı ADNSU-da çalışan alimlərin birgə səyi ilə UFAZ-ın gələcəkdə həm də tədqiqat universitetinə çevrilməsinə zəmin yaradacaq.
İyulun 25-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək. İmtahanın nəticələri iyulun 27-də saat 12:00-da açıqlanacaq.
UFAZ-a qəbul imtahanında Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə təşkil etdiyi imtahanlarda 500 və daha çox bal toplamış abituriyentlər iştirak etmək hüququna malikdir. UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin qəbulu nəzərdə tutulur.
   

jeudi 5 juillet 2018

                  

                        Avropa tipli təhsil ocağımız - UFAZ




     Bu günlərdə Azərbaycan-Fransız Universitetinin yeni binasını ziyarət etdim. Universitetə dəyərli dostum, xalqımızın parlaq aydınlarından hörmətli Dr. Vazeh Əsgərov rəhbərlik edir. Ali məktəbin binası 2017-ci ilin dekabr ayında istifadəyə verilib.


      Binanın təmir və dizaynı insanı yormur. İlkin görünüş ali təhsil ocaq haqqında fikirlərin formalaşdırır. Əsas odur ki, binanın içində nələr baş verir? Baş verənlərdən məmnun qalmamaq mümkün deyil. Ali məktəbdə yaradılan şərait və tələbələrin intellektual səviyyəsi şəxsən məni heyran etdi. Yüksək səviyyəli təşkilatçılıq məktəbdə olan ab-hava tələbələrin ovqatlarında da hiss olunurdu. Təhsil olacağında dostluq, mehribançılıq mühiti hakimdir. Ali məktəbin direktoru Vazeh müəllim məni ali məktəblə yaxından tanış etmək üçün bir-bir otaqları gəzdirdi.

      Avropa standartlarına cavab verən laboratoriya yaradılıb. Sankı özümü Fransanın nüfuzlu ali məktəbində hiss edirdim. Tələbələrin inkişafı üçün hər cür imkan və şərait yaradılıb. Tələbələr kitabxanalarda vaxt keçirirlər və öz üzərlərində çalışırlar. Vazeh müəllim tələbələrin səviyyəsindən çox razıdır. Onların gələcəyinə böyük ümidlər bəslədiyini qeyd etdi.

          Fransada erməni lobbisinin güclü olduğunu nəzərə alsaq, belə bir məktəbin fəaliyyət göstərməsi hava-su kimi lazımdır. Sabah buranı bitirən tələbələr ölkəmizin texnoloji inkişafına öz töhfələrini verəcəklər. Bu gün təhsil ocağı iki ölkə arasında əlaqələrin inkişafında rol oynayır.

Elnur Eltürk

P.S. Qeyd edim ki, Vazeh müəllim bu yaxınlarda Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel tərəfindən Azərbaycan-Fransa dostluq əlaqələrinin genişləndirilməsində göstərdiyi xidmətlərinə görə Fransa Parlamentinin medalı ilə təltif olunub.


samedi 2 juin 2018

AZƏRBAYCAN MÜƏLLİMİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı


UFAZ-da ulu öndərin xatirəsinə ehtiram

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Azərbaycanın keçmiş SSRİ respublikaları arasında son yerlərdən birini tutduğunu deyən V.Əsgərov Heydər Əliyevin idarəçiliyə gətirilməsindən sonra ölkəmizin iqtisadi qüdrətinin artdığını və keçmiş ittifaq məkanında öndə gedən respublikalardan birinə çevrildiyini vurğulayıb.
1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdığı zaman Azərbaycanın vətəndaş müharibəsi ərəfəsində olduğunu söyləyən UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov qeyd edib ki, ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas oldu. Bildirib ki, sonrakı illərdə ulu öndərin iradəsi və təşəbbüsü ilə gerçəkləşdirilən iqtisadi layihələrin sayəsində Azərbaycanın inkişaf tendensiyası dönməz xarakter alıb. O, ulu öndərin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha böyük uğurlar qazandığını vurğulayıb. Azərbaycanda təhsilin inkişafına, gənc nəslin müasir biliklərə yiyələnməsi məsələsinə dövlətin xüsusi qayğı ilə yanaşdığını deyən Vazeh Əsgərov ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universitetinin yaradılmasını bu diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib. 

lundi 14 mai 2018

UFAZ-ın icraçı direktoru Fransa Parlamentinin medalı ilə təltif olunub

Card image capMayın 7-də “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Fransa parlamentinin sabiq üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel, qurumun baş katibi, Paris Azərbaycan Evinin sədri, Avropa Azərbaycanlıları Konqresi (AAK) İdarə heyətinin üzvü Mirvari Fətəliyeva və Kolmar şəhərinin meri Jilbert Meyer Azərbaycan Dövlət neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.

Görüş zamanı UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel tərəfindən Azərbaycan-Fransa dostluq əlaqələrinin genişləndirilməsində göstərdiyi xidmətlərinə görə Fransa Parlamentinin medalı ilə təltif olunub. Qeyd edək ki, bu medal Fransız İnqilabından başlayaraq hər yeni seçilmiş deputata onun mandatı ərəfəsində təqdim edilir və millət vəkillərini ictimaiyyət arasında fərqləndirən bir nişandır. Əvvəllər qalaydan hazırlanan medal bu gün gümüşdən hazırlanır və hər deputatın adı üzərində həkk olunur. Bəzi deputatlar Milli Asambleyanın butikindən əldə olunmuş bu medalı seçdiklərə şəxsə şərəf vermək üçün təqdim edirlər.



lundi 19 mars 2018


UFAZ director: Preparations for election are successfully underway


“The preparations for presidential election are successfully underway. I believe that the voter turnout would be high as usual,” said Director of the Azerbaijan-French University (UFAZ), Doctor of Philosophy in Contemporary History at the University of Strasbourg Vazeh Asgarov as he was interviewed by Sechki-2018.az.
“2018 in Azerbaijan is the year of presidential election. The head of state also signed an order to declare 2018 as a Year of Azerbaijan Democratic Republic. That is, our country is experiencing two significant public and political, as well as historical period. 20 years have passed since I used my voting rights for the first time in 1998. The election environment has been improved in Azerbaijan and much progress has been made in holding more open and transparent elections in the country over these years.

https://www.sechki-2018.az/en/view/news/820/ufaz-director-preparations-for-election-are-successfully-underway

mercredi 14 mars 2018

Prezident seçkiləri Azərbaycanda demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım olacaq 

— MÜSAHİBƏ






Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru, Strasburq Universitetinin doktoru, dosent Vazeh Əskərovun sechki-2018.az saytına müsahibəsi:

- Vazeh müəllim, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ölkəmizdə seçki prosesini, cəmiyyətin bütövlükdə seçkilərdə fəallığını necə qiymətləndirirsiniz?

 - 2018-ci il Azərbaycanda Prezident seçkiləri ilidir. Bu il eyni zamanda, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Yəni ölkəmiz iki mühüm ictimai-siyasi, həm də tarixi bir dövrü yaşayır. Mən ilk dəfə 1998-ci ildə səsvermə hüququndan istifadə etmişəm. Artıq həmin tarixdən 20 il keçir. Bu illər ərzində Azərbaycanda seçki mühiti daha da təkmilləşdirilib və seçkilərin daha rahat, açıq və şəffaf keçirilməsi, eləcə də seçicilərin maarifləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Eləcə də aparıcı dünya dövlətlərinin seçki təcrübələri diqqətlə analiz edilərək öyrənilib. Bir vətəndaş kimi, seçki prosesini hamılıqla müşahidə edirik və bu prosesdə aktiv olmağa çalışırıq. Seçkilərə hazırlıq prosesi uğurla gedir. Prezident seçkilərinin yerli qanunvericiliyə tam uyğun keçiriləcəyi və səsvermə prosesində yüksək seçici fəallığının olacağı şübhəsizdir. Bu seçkilər Azərbaycanda demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım olacaq.
 Qeyd etmək istərdim ki, ölkəmizdə kifayət qədər seçki ənənəsi formalaşıb və 11 aprel prezident seçkilərini daha mükəmməl qanunvericilik bazası əsasında keçirilməsinə şərait vardır.  Bütün bu sadalanan məsələlər bir daha onu göstərir ki, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı seçki öncəsi bir daha səfərbər olmalı və Seçki Məcəlləsi haqqında maksimum məlumat toplayaraq seçkilərdə fəal iştirak etməlidir.

- Seçkiləri ölkədaxili və xarici media, təşkilatlar diqqətlə izləyəcək. Ümumiyyətlə, Azərbaycandakı seçkilərə beynəlxalq maraq hansı səviyyədədir?

Ümumilikdə Prezident seçkiləri bütün dünyada böyük maraqla izlənilən bir prosesdir. Azərbaycan kimi ölkələrə maraq xüsusilə böyük olur. Çünki bizim geostrateji mövqeyimiz elədir ki, həm Şərq, həm də Qərb ölkələrinin bizə marağı var. Həmçinin ölkəmizin təşəbbüsü və iştirakçısı olduğu qlobal əhəmiyyətli layihələr uğurla icra edilir. Bu minvalla söyləmək olar ki, Azərbaycandakı seçki prosesini xeyli beynəlxalq müşahidəçi izləyəcək.




lundi 5 février 2018

Bütün insanlar dahi doğulmur, öz üzərilərində işləməklə tədricən dahiyə çevrilir

İnsan dahi kimi doğulmur, tədricən dahiyə çevrilir- Müsahibə


Müsahibim fəlsəfə doktoru Vazeh Əsgərovdur.

- Uzun müddətdir ki, təhsil sahəsində çalışırsınız. Bir neçə beynəlxalq konfranslarda, simpoziumlarda iştirak edib, Azərbaycan təhsilinin nümayəndəsi kimi çıxış etmisiniz. Həmçinin ədəbiyyata, incəsənətə, sözə bağlı olan bir insansınız. Necə düşünürsünüz “Söz adamı” olmaq cəmiyyətimizdə hansı funksiyaya və rola sahibdir?



- Cəmiyyətdə “Söz adamı” olmaq fikri mənim üçün çox böyük məna kəsb edir. Əminəm ki, hər bir ziyalı təbəqə bu məsuliyyəti anlayır və bunun nə qədər önəmli olduğunu hər zaman hiss edir. Bu özünü ilk növbədə etik və estetik cəhətdən təzahür edir. Belə ki, hər bir ziyalı şəxsin, “Söz adamı”nın, cəmiyyətdə xüsusi missiyası vardır. O, istər geyim tərzində, istər davranış və hərəkətlərində istərsə də danışıq və nitqində hər zaman fərqlənməli və nümunə olmağa çalışmalıdır. Bu proses nə qədər çətin də olsa ziyalı təbəqənin yerləşdiyi məkan və zamandan aslı olmayaraq daima maarifləndirmə işləri aparmaq kimi fuknsiyaları vardır. Bu missiyanın müxtəlif cəmiyyətlərdə heç də asan qəbul edilməyən məsələ olduğunu nəzərə alsaq onun nə qədər önəmli olduğunu bir daha anlayarıq.



- Azərbaycan-Fransız Universitetində tələbələr və müəllimlər üçün hansı yeniliklər tətbiq olunur?




- Azərbaycan-Fransız Universiteti (UFAZ) 2016-cı il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmışdır. Əsas məqsəd Respublikada ali təhsil sisteminin təkmilləşdirilməsi və Fransanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən öz vətənlərində aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılmasıdır. UFAZ da bir çox yeniliklər vardır ki, onlardan bir neçəsini sadalamaq istərdim: təhsilin 100% Strasburq Universitetinin tədris proqramları ilə və Fransadan dəvət edilmiş professor-müəllim heyəti tərəfindən ingilis dilində aparılması, iki dövlətin rəsmi dövlət diplomunu əldə etmək, tələbələrin eyni zamanda Strasburq Universitetinin tələbə statusunun daşıması və Strasburqun zəngin elektron , müasir standartlara cavab verən laboratoriya və yeni təmirli binada təhsil, tələbə mübadiləsi və s. göstərmək olar.



- Fransada ali təhsil aldığınız müddətdə tanış olduğunuz ədəbiyyat adamları, incəsənət xadimlərinin sizin yaddaşınızda buraxdığı xatirələri, təssüratları oxucularımız üçün bölüşməyiniz maraqlıdı....




- İlk yadıma düşən insanlar Fransada yaşayan Azərbaycan əsilli soydaşlarımızdır. Onlar ilə daima maraqlanmağım məni doktorluq dissertasiyamı sırf Fransadakı Azərbaycan mühacir həyatı haqqında elmi araşdırmlara aparmağa gətirib çıxartdı. Arxiv məlumatların axtarışı və onların bir daha ictimaiyyətə çatdırılması çox təsirli idi. Onlardan daha yaşlı nəsil ilə tanış olub saatlarla söhbət etməyim eləcə də onların yaradıcılığı və həyat fəaliyyətləri ilə tanışlıq mənim üçün silinməz bir xatirədir. Onlardan İren xanım Məlikoff (Bakı milyonçüsu İskəndər Məlikovun qızı) böyük şərqşünas və türkoloq alim, Banin-Ümbülbanu Əsədullayeva, Bakı milyonçuları Ağa Musa Nağıyev və Şəmsi Əsədullayevin nəvəsi, eləcə də II Dünya müharibəsindən sonra Fransada məskunlaşmış digər soydaşlarımız və onların əsərləri məni çox maraqlandırmışdır. 



- Tanınmış fransız yazıçısı Marsel Prust kifayət qədər uğurlu bir imzadır. Lakin belə müəlliflərin əsərləri dilimizə tərcümə olunmur. Necə düşünürsünüz tərcümə sahəsində hansı çatışmzalıqlar var?




- Tərcümə böyük bir elmdir. Şair Səməd Vurğun rus dilini pis bilirdi. Lakin 1936-cı ildə Puşkinin “Yevgeni Onegin” məzmun romanını Azərbaycan dilinə tərcümə etmiş və buna görə Puşkin medalı ilə təltif edilmişdir. Mən əsərləri bacardığım qədər orijinal dildə oxumağa çalışıram. Yazılı və şifahi tərcümələr etsəm də özümü tərcüməçi saymıram. Düşünürəm tərcüməçi doğulurlar. 



- Mütaliə vərdişinin formalaşması hansı amillərlə bağlıdır?




- Hər şey körpəlikdən, uşaqlıqdan, ailədən, tərbiyyədən başlamalıdır. Əgər uşaqlarımıza körpəlikdən oyuncaqlar qədər kitablar alırıqsa, əgər uşaqlarımız öz valideynlərini daima mütaliə edən görürlərsə, əgər uşaqlarımız ilə birgə kitabların içində itib batırıqsa bütün bunlar artıq gələcək şəxsiyyətin mütaliə vərdişininin formalaşmasına yardımçı olur. 



- Son vaxtlar kitab, jurnal, qəzet sənayesi özünü sosial şəbəkələrə uduzmuş hesab edir. Amma hər hansı bir əsəri elektron şəkildə oxumaqla kitab şəklində, təbii kağız formatında oxumaq tamam ayrı məsələdi. Bunun hansı mənfi və müsbət tərəflərini görürsünüz?



- Dünya durmadan inkişaf etdikcə texnologiya da hələ insan əqlı qəbul etmədiyi qədər inkişaf edir və kitab, qəzet, jurnallar da elektronlaşır. Müasirlik ilə ayaqlaşmağı sevirəm. Qəzet və jurnalları elektron oxusam da kitabları kağız formatında oxumağı sevirəm. Müsbət tərəfi ondan ibarətdir ki, bu gün kitabxanalar fiziki cəhətdən kiçilir və elektronlaşır. Araşdırma aparanlar və mütaliə edənlər üçün arxiv materialların, kitabların eləcə də qəzetlərin online əldə edilməsi daha rahat və sadədir. Fransada doktorluq və magistr işləri üzrə araşdırmalar aparan zaman mən bunun nə qədər uyğun bir vasitə olduğunu daha çox hiss edirdim .



- Amerika yazıçısı Pol Oster təhsildə ilk addımın ailə institunun olmasının vacibliyini qeyd edir. Azərbaycan Universitetlərin də isə sosial yönümlü ixtisaslar bir o qədər də diqqətə alınmır. Sizin çalışdığınız universitetdə bu istiqamətdə hansı işlər görülməkdədi?



- UFAZ-da hal-hazırda 4 ixtisas üzrə (kimya mühəndisliyi, neft və qaz mühəndisliyi, geofizika mühəndisliyi kompyuter elmləri) ixtisas hazırlığı həyata keçirilir. Lakin tələbələrimiz sosial həyatda da çox aktivdir. Bəziləri hələ məktəbdə oxuduqları zamandan müxtəlif sosial layihələrdə iştirak edirdilər. Artiq keçən ilin mart ayından UFAZ tələbə cəmiyyəti fəaliyyət göstərir ki, onun da nəzdində müxtəlif klublar; intelektual oyunlar, sahmat klubu, danşıq klubu, kitab klubu, xor dərnəyi, musiqi klubu, futbol klubu, foto klub fəaliyyət göstərir. 



- Bir qədər də ədəbiyyatla bağlı fikirləriniz öyrənmək maraqlı olardı. Dünya ədəbiyyatından oxumağa vacib bildiyiniz əsərlər...



- Viktor Hüqo “Səfillər”, F.Dostoyevski “Cinayət və cəza”, M.Bulqakov “Master və Marqarita”, Erix Maria Remark “Zəfər Tağı”.

Lakin kitab oxumağa qarşı münasibət azaldığına görə insanlara öz sahələri üzrə yəni onları maraqlandıran kitabları oxumağı tövsiyyə edərdim.



- Müasir dövr Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?



- Daha çox şəxsən tanıdığım yazıçıların əsərlərini oxumağı sevirəm. Əks halda son zamanlar tarixi və elmi kitabları daha çox oxuyuram. Sonuncu oxuduğum kitablar Məhəmməd Əsəd bəyin “Qafqazin on iki sirri”, Vidadi Babanlı”Zəmanə adamı” və Yusif Vəzir Çəmənzəminlinin “Qumarbazın arvadı” kitabları olmuşdur.



- Uğurun hər hansı bir formulu varmı?




- İdeya, istək və motivasiya. Uğur qazanmağın birinci şərti insanın nə istədiyini bilməsi daha sonra ideya və istəkləri həyata keçirməyə israrlı olmasıdır. Hər uğur mütləq bir potensial və yüksək enerji tələb edir. Uğur qazanmağı hədəfləyən şəxs nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək ruh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir. 




- İstedad və zəhmət. Bu iki anlayışın insan həyatında təsir imkanları nələrdən ibarətdi?



Tanrı varı-dövləti, istedad və bacarığı öz seçdiyi insanlara verir, elmi isə insan zəhmət çəkərək damla-damla qazanır. Məşhur jurnalist və sosioloq Malkolm Qladuelin "Dahilər və autsayderlər" kitabında belə bir maraqlı nəzəriyyəyə yer verilir: İnsan dahi kimi doğulmur, tədricən dahiyə çevrilir. Psixoloq Anders Eriksonun təcrübəsinə əsaslanaraq, o, əfsanəvi şəxsiyyətlərin və şirkətlərin uğur hekayələrini tədqiq etməyə başlamış və bu araşdırma nəticəsində "10 000 saat qaydası" meydana gəlmişdir.

Kitabdan bir hissə: "İstənilən sahədə peşəkarlıq səviyyəsinə və dünya miqyaslı ekspert statusuna sahib olmaq üçün 10 000 saatlıq təcrübə tələb olunur. 10 000 saat dedikdə, 10 il ərzində gündə təxminən 3 saatlıq və ya həftə ərzində təqribən 20 saatlıq təcrübə nəzərdə tutulur. Təbii ki, bu rəqəmlər çox çalışmağın nə üçün bir insana daha çox, digərinə isə daha az fayda verməsinin səbəbini izah etmir. Lakin bugünə qədər heç kim ustalıq və peşəkarlıq səviyyəsinə 10 000 saatdan daha az müddət ərzində çalışmaqla nail olmayıb. Elə bu səbəbdən də belə bir fikir formalaşır ki, beyin yalnız 10 000 saat ərzində bütün vacib məlumatları mənimsəyə bilir". Sözügedən kitabda nümunə qismində Motsart, "Bitls" qrupu, Bill Qeyts və Bobbi Fişer kimi məşhurların uğur hekayələrindən istifadə olunmuşdur: Motsart özünün ilk konsertini müstəqil şəkildə 21 yaşında yazıb. Bu vaxta qədər o, artıq 10 il idi ki, musiqi bəstələyirdi. Qrossmeyster olmaq üçün də təxminən 10 il tələb olunur. Yalnızca əfsanəvi Bobbi Fişer bu fəxri adı qazanmaq üçün 9 il sərf etmişdir. 

Hesablamalara görə, Bill Qeyts kompyuterdə proqramlaşdırma üçün təxminən 10 000 saat sərf etdikdən sonra irəliyə doğru böyük bir addım atmağa müvəffəq olmuşdur.



Söhbətləşdi : Tural Cəfərli
Manera.az