AZƏRBAYCAN MÜƏLLİMİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı
UFAZ-da ulu öndərin xatirəsinə ehtiram
Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Azərbaycanın keçmiş SSRİ respublikaları arasında son yerlərdən birini tutduğunu deyən V.Əsgərov Heydər Əliyevin idarəçiliyə gətirilməsindən sonra ölkəmizin iqtisadi qüdrətinin artdığını və keçmiş ittifaq məkanında öndə gedən respublikalardan birinə çevrildiyini vurğulayıb.
1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdığı zaman Azərbaycanın vətəndaş müharibəsi ərəfəsində olduğunu söyləyən UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov qeyd edib ki, ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas oldu. Bildirib ki, sonrakı illərdə ulu öndərin iradəsi və təşəbbüsü ilə gerçəkləşdirilən iqtisadi layihələrin sayəsində Azərbaycanın inkişaf tendensiyası dönməz xarakter alıb. O, ulu öndərin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha böyük uğurlar qazandığını vurğulayıb. Azərbaycanda təhsilin inkişafına, gənc nəslin müasir biliklərə yiyələnməsi məsələsinə dövlətin xüsusi qayğı ilə yanaşdığını deyən Vazeh Əsgərov ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universitetinin yaradılmasını bu diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.
Aucun commentaire:
Enregistrer un commentaire