Nombre total de pages vues

mercredi 14 mars 2018

Prezident seçkiləri Azərbaycanda demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım olacaq 

— MÜSAHİBƏ






Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru, Strasburq Universitetinin doktoru, dosent Vazeh Əskərovun sechki-2018.az saytına müsahibəsi:

- Vazeh müəllim, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ölkəmizdə seçki prosesini, cəmiyyətin bütövlükdə seçkilərdə fəallığını necə qiymətləndirirsiniz?

 - 2018-ci il Azərbaycanda Prezident seçkiləri ilidir. Bu il eyni zamanda, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Yəni ölkəmiz iki mühüm ictimai-siyasi, həm də tarixi bir dövrü yaşayır. Mən ilk dəfə 1998-ci ildə səsvermə hüququndan istifadə etmişəm. Artıq həmin tarixdən 20 il keçir. Bu illər ərzində Azərbaycanda seçki mühiti daha da təkmilləşdirilib və seçkilərin daha rahat, açıq və şəffaf keçirilməsi, eləcə də seçicilərin maarifləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Eləcə də aparıcı dünya dövlətlərinin seçki təcrübələri diqqətlə analiz edilərək öyrənilib. Bir vətəndaş kimi, seçki prosesini hamılıqla müşahidə edirik və bu prosesdə aktiv olmağa çalışırıq. Seçkilərə hazırlıq prosesi uğurla gedir. Prezident seçkilərinin yerli qanunvericiliyə tam uyğun keçiriləcəyi və səsvermə prosesində yüksək seçici fəallığının olacağı şübhəsizdir. Bu seçkilər Azərbaycanda demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım olacaq.
 Qeyd etmək istərdim ki, ölkəmizdə kifayət qədər seçki ənənəsi formalaşıb və 11 aprel prezident seçkilərini daha mükəmməl qanunvericilik bazası əsasında keçirilməsinə şərait vardır.  Bütün bu sadalanan məsələlər bir daha onu göstərir ki, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı seçki öncəsi bir daha səfərbər olmalı və Seçki Məcəlləsi haqqında maksimum məlumat toplayaraq seçkilərdə fəal iştirak etməlidir.

- Seçkiləri ölkədaxili və xarici media, təşkilatlar diqqətlə izləyəcək. Ümumiyyətlə, Azərbaycandakı seçkilərə beynəlxalq maraq hansı səviyyədədir?

Ümumilikdə Prezident seçkiləri bütün dünyada böyük maraqla izlənilən bir prosesdir. Azərbaycan kimi ölkələrə maraq xüsusilə böyük olur. Çünki bizim geostrateji mövqeyimiz elədir ki, həm Şərq, həm də Qərb ölkələrinin bizə marağı var. Həmçinin ölkəmizin təşəbbüsü və iştirakçısı olduğu qlobal əhəmiyyətli layihələr uğurla icra edilir. Bu minvalla söyləmək olar ki, Azərbaycandakı seçki prosesini xeyli beynəlxalq müşahidəçi izləyəcək.




Aucun commentaire: