23-25 iyun 2025-ci il tarixlərində Mərakeş Krallığının Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) forumunda iştirak ilə bağlı
Cari ilin 22-25 iyun tarixlərində Mərakeş Krallığının Rabat şəhərində İslam Dünyası Təhsil,
Elm və Mədəniyyət Təşkilatının (ISESCO)
və Pakistanın Ali Təhsil Komissiyasının təşkilatçılığı, Bakı
Dövlət Universitetinin (BDU) tərəfdaşlığı ilə keçirilən "İslam
Dünyasında Ali Təhsilin Yenidən Təsəvvürü: İnnovasiya, Davamlılıq və Qlobal Təsir"
mövzusunda İslam Dünyası Universitetlərinin prorektorların VI Forumunda
iştirak etdim. Forumun əsas mövzusu İslam
dünyasında ali təhsilin yenidən təsəvvür edilməsi: İnnovasiya, Davamlılıq və
Qlobal Təsir olmuşdur.
Forumun ilk günü 23 iyun tarixində ISESCO-nun Rabat şəhərində yerləşən
baş offisində təşkil olunmuşdu. Açılış hissəsində çıxış edən ISESCO-nun Baş
Direktoru cənab Salim AlMalik, Pakistan İslam Respublikasının Planlaşdırma, İnkişaf
və Xüsusi Təşəbbüslər üzrə Federal naziri Prof.
Ahsan İqbal, Pakistan İslam Respublikasının Ali Təhsil Komissiyasının sədri
Prof. Muxtar Əhməd Forumun əhəmiyyətini
qeyd edərək islam dünyası universitet liderlərini bir araya gətirərək gələcəyin
formalaşdırılması üçün vahid platformanın yaradılmasını təklif etdi. Natiqlər eyni zamanda davamlılıq və rəqəmsal
transformasiyadan başlayaraq etik liderliyə və inklüziv inkişafa qədər
universitetlərin hərtərəfli inkişaf üçün katalizator kimi xidmət edə biləcəyini
vurğuladılar. Qeyd edim ki, Forumda
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə səfiri cənab Nazim Səmədov Azərbaycan nümayəndə
heyəti ilə bütün görüşlərdə iştirak etdi.
Nazirlərin I plenar iclasında Avropa Elmləri üzrə Baş Katib Dr. Lidia Borrel, Pakistan İslam
Respublikasının Planlaşdırma, İnkişaf və Xüsusi Təşəbbüslər üzrə Federal naziri
Prof. Ahsan İqbal, Maldiv
Respublikasının Ali Təhsil, Əmək və Bacarıqların İnkişafı Naziri Cənab Munim Anees, Pakistan İslam
Respublikasının Ali Təhsil Komissiyasının sədri Prof. Dr. Muxtar Əhməd, Liviyanın Ali Təhsil Nazirinin müavini Dr. Saleh Algoul, Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqatlar və
İnnovasiyalar Nazirliyinin Elmi Tədqiqatlar və İnnovasiyalar üzrə direktoru Prof. Hamid Bouabid çıxış etdilər.
Forumun ikinci günü 24 iyun İslam
dünyasında ali təhsilin yenidən təşkili: innovasiya, davamlılıq və qlobal təsir
mövzusunda panel müzakirəsində BDU-nun rektorun rəqəmsallaşma və informasiya
texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova
çıxış etdi. Panel çərçivəsində ali təhsilin beynəlxalq standartlara
inteqrasiyası prosesində milli dəyərlərin qorunması, ənənəvi dəyərləri özündə
saxlayan kurikulum modellərinin qurulması, keyfiyyət təminatı və qarşılıqlı
tanınma mexanizmləri müzakirə olunub.
Növbəti panel müzakirəsi mənim
iştirakım ilə Rəqəmsal Katalizator:
21-ci Əsrin Tələbəsi üçün İnnovasiya STEM Təhsili mövzusunda baş tutdu.
Müzakirələrdə Azərbaycanda STEM təhsilinə Azərbaycan Respublikası Elm və Təhsil
nazirliyinin xüsusi diqqətində olması istər orta təhsil istərsə də ali təhsil
sisteminə istedadların təyin edilməsi və stimullaşdırılaraq fəaliyyət göstərməsi
haqqında geniş məlumat
verdim. Əlavə olaraq Universitetlərin sənaye müəssisələri ilə məsləhət şuralarının yaradılması, birgə tədqiqat
və innovasiya mərkəzlərinin inkişaf etdirilməsi və özəl sektor mentorluq
proqramları eləcə də qonaq mühazirəçi və seminarların, startap layihələrin
inkişaf etdirilməsini vurğuladım.
Forumun son günü Pakistan İslam Respublikasının İndus Universitetinin rəhbəri və Pakistan İpək və Rayon Assosiasiyasının sədri Xalid Amin Sheikh ilə
görüşüm baş tutdu. Universitetlərimiz arasında əlaqələrin genişləndirilməsi və
inkişaf etdirilməsi üçün sədr rəhbərlik etdiyi Universitet ilə ADNSU arasında əvvəlcədən
hazırlanmış Anlaşma Memorandumun iki
nüsxəsini eləcə də ISESCO və
Pakistanın Ali Təhsil Komissiyasının təşkilatçılığı ilə İslam
Dünyasında Ali Təhsilin Yenidən Təsəvvürü: İnnovasiya, Davamlılıq və Qlobal Təsir"
mövzusunda İslam Dünyası Universitetlərinin
prorektorların VI Forumunda fəal iştirakıma görə Sertifikat və Qiymətləndirmə
ilə təltif olundum.
Növbəti gün 25 iyun Azərbaycan universitetlərindən
ibarət nümayəndə heyəti Mərakeşin aparıcı universitetlərindən biri olan İbn Tofail Universitetində olub. Universitetlərin
müxtəlif fakultələri arasında müvafiq ixtisaslar üzrə müəllim və professorların
qonaq professor və qonaq mühazirçi qismində mobilliyinin təmin edilməsi eləcə də tələbə
mobilliyi müzakirə edilmişdir. Gələcəkdə Universitetlərin Elm Komitələri tərəfindən
sazişlərin təsdiq edilməsi və ortaq mövzuların birgə işlənməsinə dair Anlaşma
Memorandumlarının imzalanmasına dair fikirlər səsləndirilmişdir. Görüşlərdə həmçinin informatika təhlükəsizliyi sahəsində
doktorantların birgə rəhbərlik ilə iki ölkənin professorlarından ibarət heyət
tərəfindən hazırlanması məsələləri də müzakirə olunub.
Səfər ərzində ISESCO-ya üzv dövlətlərdən
dəvət edilmiş 10-la universitet rəhbərliyi ilə danışıqlar aparılmış və ADNSU
haqqında geniş məlumat verilmişdir. Forumda iştirak ADNSU-nun beynəlxalq
akademik əməkdaşlığının gücləndirilməsi, elmi potensialının artırılması, eləcə
də müxtəlif universitetlər ilə ali təhsil modelinin daha da inkişaf etdirilməsi
istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin
strateji
məsələlər üzrə prorektoru dosent Vazeh Əskərov
Aucun commentaire:
Enregistrer un commentaire