Nombre total de pages vues

vendredi 26 décembre 2025

 

ICAFS 2025: Advancing Fuzzy Logic, AI, and Linguistic Research in Iași, Romania



The 17th International Conference on Theory and Application of Fuzzy Systems, Soft Computing, and Artificial Intelligence Tools (ICAFS 2025) was held this year in the historic city of Iași, Romania, gathering prominent researchers, innovators, and academics from around the world. The conference served as a vibrant forum for scientific exchange in fuzzy logic, artificial intelligence, linguistic modeling, and computational sciences.

This edition of ICAFS had a special significance as it was dedicated to the memory of Lotfi Zadeh, the world‑renowned Azerbaijani‑origin scientist and founder of fuzzy logic, whose pioneering work continues to influence modern AI research.

 

The conference stood out for the exceptional participation of the Azerbaijan State Oil and Industry University (ASOIU). With 47 presentations delivered by its faculty and researchers, ASOIU formed one of the largest institutional delegations of the event, showcasing the university’s scientific strength and its expanding role in international AI research.

I was honored to take part in ICAFS 2025 and, together with Associate Professor Dr. Farida Huseynova, present three research papers, all of which were accepted and featured in the program.

Our Accepted Research Papers

1. Distinctive Characteristics of Hedges in English and French Languages

2. The Impact of Hedges on Meaning Ambiguity in English and French

3. Gender‑Specific Language Patterns in Sentiment Analysis

These studies highlight the dynamic intersection of linguistics, semantics, and AI‑driven language modeling, contributing to a growing interdisciplinary dialogue that is critical for the evolution of human‑centric artificial intelligence.

 

International Collaboration and Conference Organizers

ICAFS 2025 was co-organized by several leading institutions, including:

  • Azerbaijan State Oil and Industry University (ASOIU)
  • Lotfi Zadeh Legacy and Artificial Intelligence Association
  • Alexandru Ioan Cuza University of Iași
  • University of Siegen (Germany)
  • Berkeley Initiative in Soft Computing (BISC)
  • And multiple prominent universities and research centers from Europe and beyond

This broad collaboration emphasizes the global relevance of fuzzy logic and its applications across scientific fields.

The conference was chaired by Dr. Rafiq Aliyev, Director of ASOIU’s MBA Programs, while ASOIU’s Rector, Dr. Rufat Azizov, delivered an important scientific presentation.

Several ASOIU scholars were actively represented, including:

  • Associate Professor Vazeh Asgarov
  • Professor Latafat Gardashova
  • Associate Professor Farida Huseynova
  • PhD Aziz Nuriyev
  • PhD Nigar Adilova
  • PhD student Shamil Ahmadov

Their collective contributions further demonstrate ASOIU’s growing influence in global fuzzy systems and AI research.

 

Key Scientific Themes at ICAFS 2025

The conference covered a broad range of cutting‑edge topics, including:

  • Z‑number approaches
  • Linguistic uncertainty
  • Fuzzy logic modeling
  • Neural networks and learning algorithms
  • Intelligent decision‑making systems
  • Applications of AI in engineering, economics, linguistics, and social sciences

This thematic diversity reflects the rapidly evolving landscape of artificial intelligence and its expanding interdisciplinary impact.

All accepted papers from ICAFS 2025 will be published in the prestigious Springer Lecture Notes in Networks and Systems series, ensuring SCOPUS indexing and strong international visibility for participating researchers.

 

My Reflections on ICAFS 2025

Attending ICAFS 2025 was both an honor and an intellectually enriching experience. Beyond presenting our research to an international scientific community, the conference offered opportunities to:

  • Strengthen global collaborations between Azerbaijani and international scholars
  • Highlight ADNSU’s academic achievements
  • Honor the enduring scientific legacy of Lotfi Zadeh
  • Explore innovative intersections of linguistics, AI, and fuzzy logic

This event reaffirmed ASOIU’s and ADNSU’s commitment to advancing global academic progress. I am proud to contribute to this momentum and to participate in a conference that shapes the future of fuzzy systems and AI research.


mercredi 24 décembre 2025

 23-25 iyun 2025-ci il tarixlərində Mərakeş Krallığının Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) forumunda iştirak ilə bağlı

İştirakçılar
- Dosent Vazeh Əskərov - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru
-Professor İslam Mustafayev - Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor
- Şəbnəm Səfərova - Bakı Dövlət Universitetinin rektor müşaviri
Qənirə Məmmədzadə - Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri

 

Cari ilin 22-25 iyun tarixlərində Mərakeş Krallığının Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) və Pakistanın Ali Təhsil Komissiyasının təşkilatçılığı, Bakı Dövlət Universitetinin (BDU) tərəfdaşlığı ilə keçirilən "İslam Dünyasında Ali Təhsilin Yenidən Təsəvvürü: İnnovasiya, Davamlılıq və Qlobal Təsir" mövzusunda İslam Dünyası Universitetlərinin prorektorların VI Forumunda iştirak etdim. Forumun əsas mövzusu İslam dünyasında ali təhsilin yenidən təsəvvür edilməsi: İnnovasiya, Davamlılıq və Qlobal Təsir olmuşdur.

Forumun ilk günü 23 iyun tarixində ISESCO-nun Rabat şəhərində yerləşən baş offisində təşkil olunmuşdu. Açılış hissəsində çıxış edən ISESCO-nun Baş Direktoru cənab Salim AlMalik, Pakistan İslam Respublikasının Planlaşdırma, İnkişaf və Xüsusi Təşəbbüslər üzrə Federal naziri Prof. Ahsan İqbal, Pakistan İslam Respublikasının Ali Təhsil Komissiyasının sədri Prof. Muxtar Əhməd Forumun əhəmiyyətini qeyd edərək islam dünyası universitet liderlərini bir araya gətirərək gələcəyin formalaşdırılması üçün vahid platformanın yaradılmasını təklif etdi.  Natiqlər eyni zamanda davamlılıq və rəqəmsal transformasiyadan başlayaraq etik liderliyə və inklüziv inkişafa qədər universitetlərin hərtərəfli inkişaf üçün katalizator kimi xidmət edə biləcəyini vurğuladılar. Qeyd edim ki, Forumda Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə səfiri cənab Nazim Səmədov Azərbaycan nümayəndə heyəti ilə bütün görüşlərdə iştirak etdi.



Nazirlərin I plenar iclasında Avropa Elmləri üzrə Baş Katib Dr. Lidia Borrel, Pakistan İslam Respublikasının Planlaşdırma, İnkişaf və Xüsusi Təşəbbüslər üzrə Federal naziri Prof. Ahsan İqbal, Maldiv Respublikasının Ali Təhsil, Əmək və Bacarıqların İnkişafı Naziri Cənab Munim Anees, Pakistan İslam Respublikasının Ali Təhsil Komissiyasının sədri Prof. Dr. Muxtar Əhməd, Liviyanın Ali Təhsil Nazirinin müavini Dr. Saleh Algoul, Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqatlar və İnnovasiyalar Nazirliyinin Elmi Tədqiqatlar və İnnovasiyalar üzrə direktoru Prof. Hamid Bouabid çıxış etdilər.

Forumun ikinci günü 24 iyun İslam dünyasında ali təhsilin yenidən təşkili: innovasiya, davamlılıq və qlobal təsir mövzusunda panel müzakirəsində BDU-nun rektorun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova çıxış etdi. Panel çərçivəsində ali təhsilin beynəlxalq standartlara inteqrasiyası prosesində milli dəyərlərin qorunması, ənənəvi dəyərləri özündə saxlayan kurikulum modellərinin qurulması, keyfiyyət təminatı və qarşılıqlı tanınma mexanizmləri müzakirə olunub.

Növbəti panel müzakirəsi mənim iştirakım ilə Rəqəmsal Katalizator: 21-ci Əsrin Tələbəsi üçün İnnovasiya STEM Təhsili mövzusunda baş tutdu. Müzakirələrdə Azərbaycanda STEM təhsilinə Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin xüsusi diqqətində olması istər orta təhsil istərsə də ali təhsil sisteminə istedadların təyin edilməsi və stimullaşdırılaraq fəaliyyət göstərməsi haqqında geniş məlumat verdim. Əlavə olaraq Universitetlərin sənaye müəssisələri ilə məsləhət şuralarının yaradılması, birgə tədqiqat və innovasiya mərkəzlərinin inkişaf etdirilməsi və özəl sektor mentorluq proqramları eləcə də qonaq mühazirəçi və seminarların, startap layihələrin inkişaf etdirilməsini vurğuladım.



Forumun son günü Pakistan İslam Respublikasının İndus Universitetinin rəhbəri Pakistan İpək və Rayon Assosiasiyasının sədri Xalid Amin Sheikh ilə görüşüm baş tutdu. Universitetlərimiz arasında əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi üçün sədr rəhbərlik etdiyi Universitet ilə ADNSU arasında əvvəlcədən hazırlanmış Anlaşma Memorandumun iki nüsxəsini eləcə də ISESCO və Pakistanın Ali Təhsil Komissiyasının təşkilatçılığı ilə İslam Dünyasında Ali Təhsilin Yenidən Təsəvvürü: İnnovasiya, Davamlılıq və Qlobal Təsir" mövzusunda İslam Dünyası Universitetlərinin prorektorların VI Forumunda fəal iştirakıma görə Sertifikat və Qiymətləndirmə ilə təltif olundum.



Növbəti gün 25 iyun Azərbaycan universitetlərindən ibarət nümayəndə heyəti Mərakeşin aparıcı universitetlərindən biri olan İbn Tofail Universitetində olub. Universitetlərin müxtəlif fakultələri arasında müvafiq ixtisaslar üzrə müəllim və professorların qonaq professor və qonaq mühazirçi qismində  mobilliyinin təmin edilməsi eləcə də tələbə mobilliyi müzakirə edilmişdir. Gələcəkdə Universitetlərin Elm Komitələri tərəfindən sazişlərin təsdiq edilməsi və ortaq mövzuların birgə işlənməsinə dair Anlaşma Memorandumlarının imzalanmasına dair fikirlər səsləndirilmişdir. Görüşlərdə həmçinin informatika təhlükəsizliyi sahəsində doktorantların birgə rəhbərlik ilə iki ölkənin professorlarından ibarət heyət tərəfindən hazırlanması məsələləri də müzakirə olunub.




 Səfər ərzində ISESCO-ya üzv dövlətlərdən dəvət edilmiş 10-la universitet rəhbərliyi ilə danışıqlar aparılmış və ADNSU haqqında geniş məlumat verilmişdir. Forumda iştirak ADNSU-nun beynəlxalq akademik əməkdaşlığının gücləndirilməsi, elmi potensialının artırılması, eləcə də müxtəlif universitetlər ilə ali təhsil modelinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.


      

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin

strateji məsələlər üzrə prorektoru dosent Vazeh Əskərov

“Azərbaycan Dili – Tat Dili Ləhcələri Lüğəti”: Azərbaycan dilçilik elminə əhəmiyyətli töhfə


2025-ci il Müəllimlər Günü ərəfəsində ölkəmizin elmi mühitində xüsusi önəm daşıyan yeni bir nəşr – “Azərbaycan Dili – Tat Dili Ləhcələri Lüğəti işıq üzü görüb. Azərbaycan Respublikasının Qeyri‑Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində ərsəyə gələn bu lüğət, tat dilinin zəngin leksik xəzinəsinin qorunması və sistemləşdirilməsi baxımından son illərin ən mühüm elmi təşəbbüslərindən biridir.


Kitabın elmi redaktoru – dosent, tarix üzrə fəlsəfə doktoru Vazeh Əskərov, müəllifləri isə Dadaş Əliyev, Fərman ƏliyevFuad Sultanovdur.

 Dilimizin zənginliyinə körpü salan böyük layihə

Tat dili, Hind‑Avropa dil ailəsinin İran qrupuna mənsub olub qədim və çoxşaxəli inkişaf mərhələsi keçmiş, Azərbaycan ərazisində isə əsrlər boyu türk dili ilə paralel yaşayan canlı etnolinqvistik sistemdir. Lüğətin hazırlanması zamanı tərtibçilər tat dilinin Şimal (Quba–Şabran), Mərkəz (Abşeron–Xızı) və Cənub (Lahıc–Şamaxı–Ağsu) ləhcələrini müqayisəli şəkildə araşdıraraq 10 minə yaxın Azərbaycan sözünün bu ləhcələrdə qarşılığını müəyyənləşdiriblər. Bu regional təsnifat kitabın həm elmi, həm də tətbiqi dəyərini artırır.

Lüğətin mühüm məqsədlərindən biri – tat dilinin artıq unudulmağa başlamış leksik qatının yenidən elmi dövriyyəyə qaytarılmasıdır. Bu lüğət həm tatdilli məktəblərdə tədris prosesi üçün, həm də dilçilik araşdırmaları aparan mütəxəssislər üçün fundamental mənbə rolunu oynayır.

 

Tat dilinin tarixi və etnoloji mənzərəsi

Kitab yalnız lüğət deyil, həm də tat xalqının tarixi-etnoqrafik inkişafını əks etdirən geniş məlumat bazası təqdim edir. Sənəddə göstərildiyi kimi, tatlar müxtəlif tarixi mərhələlərdə Quba, Şabran, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Ağsu və Abşeron bölgələrində məskunlaşıblar. Onların dini mənsubiyyətinə görə müsəlman, yəhudixristian tatlar olmaqla üç etno‑konfessional qrupa ayrılması, eləcə də bəzi ərazilərdə tatların özlərini “parsı”, “dağlı”, “löyiji”, “dağ yəhudisi” kimi adlandırması kitabda xüsusi olaraq vurğulanır.

Bu məlumatlar lüğətin sırf dilçilik deyil, həm də etnoqrafiya, sosiolinqvistika və mədəniyyətşünaslıq baxımından böyük elmi dəyərə malik olduğunu göstərir.

 

Fonetik, qrammatik və leksik xüsusiyyətlər 

Kitabın ön hissəsində tat dilinin fonetik strukturu – sait və samit sistemləri, diftonqlar, boğaz səsinin (h’) müxtəlif ləhcələrdəki tələffüz fərqləri təhlil olunur və nümunələrlə göstərilir.
Məsələn, tat dilində bir çox sözlər tələffüzə görə həm məna, həm qrammatik funksiya dəyişə bilir:

  • sirsarımsaqsi:rtox
  • ızımodunı:zımindi

Bu kimi nümunələr dilin fonetik elastikliyini və ləhcələrarası fərqləri elmi şəkildə ortaya qoyur.

Qrammatika bölməsində isə:

  • 7 zaman forması (indiki, keçmiş, nəqli, uzaq keçmiş, davam, qəti və qeyri-qəti gələcək zaman),
  • feil şəkilləri (əmr, orzu, şərt, vacib),
  • isimlərin hallar sistemi,
  • sintaksis və frazeologiya

kimi mövzular ətraflı izah olunur.

Bu cihaz kitabı yalnız lüğət deyil, həm də tat dili üçün kiçik bir akademik dərslik səviyyəsinə yüksəldir.

 

Lüğətin quruluşu – sistemli müqayisə modeli

Lüğət 4 sütunlu struktur üzərində qurulub:

1.    Azərbaycan dilində söz

2.    Cənub ləhcəsində qarşılığı

3.    Mərkəz ləhcəsində qarşılığı

4.    Şimal ləhcəsində qarşılığı

Bu yanaşma tat dilinin bütün canlı variantlarının eyni səviyyədə öyrənilməsinə, müqayisə edilməsinə və dilin vahid normaya doğru inkişafına imkan yaradır.

Kitabda həmçinin:

  • toponimlər,
  • spesifik ləhcə sözləri,
  • frazeoloji vahidlər,
  • peşə və sənətkarlıq terminləri,
  • məişət və kənd təsərrüfatı leksikonu

də ayrıca təqdim olunur ki, bu da lüğətin praktiki istifadə sahəsini genişləndirir.

 

Ədəbi-estetik yanaşma: mədəni irsin simvolizmi

Nəşrin üz qabığında istifadə olunan xalça və keramika ornamentləri, tat və Azərbaycan xalq mədəniyyətinin bir-birini tamamlayan estetik qatlarını təcəssüm etdirir. Bu vizual seçim kitabın yalnız elmi deyil, həm də mədəni məna yükünü ifadə edir.

 

Təqdimat və ictimai əhəmiyyət

*“Azərbaycan Dili – Tat Dili Ləhcələri Lüğəti”*nin rəsmi təqdimatı “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin təşəbbüsüQHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə UFAZ-da baş tutmuşdur. Təqdimat mərasimində sizin iştirakınız həm elmi ictimaiyyət, həm də azsaylı xalqların dil irsinin qorunması sahəsində çalışan tədqiqatçılar üçün mühüm təşviq olmuşdur.

Bu nəşr ölkəmizdə son illər multikulturalizm və dil müxtəlifliyinə verilən yüksək qiymətin daha bir real göstəricisi hesab edilə bilər. Tat dilinin məktəblərdə tədrisi, lüğətin geniş auditoriyaya çatdırılması və elmi standartlara uyğun hazırlanması dövlətimizin humanist dil siyasətinin bariz nümunəsidir.

 

Nəticə

Bu lüğət:

  • tat dilinin qorunması və gələcək nəsillərə ötürülməsi,
  • dialektoloji tədqiqatların genişlənməsi,
  • Azərbaycan və tat dilləri arasında qarşılıqlı əlaqələrin araşdırılması,
  • azsaylı xalqların mədəni və dil irsinin sənədləşdirilməsi,
  • elmi araşdırmalar və tədris prosesinin zənginləşdirilməsi

baxımından son dərəcə əhəmiyyətli əsərdir.

Nəşr həm müasir Azərbaycan dilçilik elmini zənginləşdirir, həm də ölkəmizdə yaşayan tat icmasının dil yaddaşını qorumağa xidmət edir. Bu baxımdan lüğət yalnız bir elmi kitab deyil, mədəni kimliyimizi tamamlayan strateji əhəmiyyətli bir mənbədir.

 

Heydər Əliyev – Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi



dos.Vazeh Əskərov, dos. Yaşar Əhmədov/Bakı, 2025

Giriş

Azərbaycan tarixinin taleyüklü mərhələlərində xalqını ardıcıl, sistemli və müdrik şəkildə irəli aparmağı bacaran nadir şəxsiyyətlərdən biri Ümummilli Lider Heydər Əliyev olmuşdur. Onun fəaliyyəti təkcə siyasi idarəçilik təcrübəsinin nümunəsi deyil, həm də milli özünüdərkin, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq ideyasının konseptual əsaslarını müəyyənləşdirən böyük ideoloji məktəbdir.

Vətənimizin 70-ci illərdən XXI əsrin əvvəllərinədək keçdiyi mürəkkəb tarixi yolun mərkəzində məhz Heydər Əliyevin iradəsi, milli düşüncə tərzi və qətiyyətli siyasi kursu dayanırdı. Bu dahi şəxsiyyət Azərbaycan xalqının qürur mənbəyi, dövlətçilik tariximizin banisi, milli həyatımızın bütün sferalarında dönüş yaradan lider kimi yaddaşlara həkk olunmuşdur.

Vətənimizin və xalqımızın taleyində son dərəcə önəmli olan ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək davam edən mürəkkəb bir dövrdə Heydər Əliyev öz əməlləri, cəsarətli addımları və milli düşüncə tərzi ilə Azərbaycan tarixinə, xüsusilə də Azərbaycan ictimai-siyasi fikir salnaməsinə əbədi olaraq həkk olunmuşdur. Onun çoxşaxəli fəaliyyəti haqqında çox yazılıb və yazılmağa da davam ediləcək; çünki bu dahi şəxsiyyətin xalqımızın xoşbəxt gələcəyi naminə göstərdiyi misilsiz xidmətlər, titanik səylər hələ uzun illər boyu tədqiqatçıların diqqət mərkəzində olacaq, haqqında deyiləcək yeni fikirlər üçün geniş meydan açacaqdır.

Ümummilli Lider Heydər Əliyev bu millətin dönməz qürur mənbəyi, müstəqil Azərbaycanın bütün nailiyyətlərinin ideya müəllifi və memarı, uğurlu gələcəyimizin təməlini qoymuş alternativsiz lider, milli dövlətçilik məktəbinin yaradıcısı və millət atasıdır. Azərbaycan dövlətçiliyi, onun siyasi-sosial yüksəlişi və dünya miqyasında əldə etdiyi nüfuz, sözün həqiqi mənasında, Heydər Əliyev kimi fenomen şəxsiyyətin şah əsəridir.

Danılmaz həqiqətdir ki, Heydər Əliyev təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk və müsəlman dünyası üçün nadir tarixi simalardandır. Zamanında əqidəsi, mübarizəsi və fədakar fəaliyyəti ilə millətin yaddaşında silinməz iz qoyan belə insanlar heç vaxt unudulmur – onların yeri tarixdə də, qəlblərdə də həmişəlik qalır.

Ulu Öndər yalnız görkəmli siyasi və dövlət xadimi deyildi; o həm də tarix, fəlsəfə, ədəbiyyat və incəsənətin dərindən bilicisi, elmin, mədəniyyətin, maarifin böyük himayədarı idi. Ensiklopedik biliyə, sarsılmaz iradəyə, milli ruha, dərin fəlsəfi təfəkkürə və zəngin tarixi yaddaşa malik bu nadir şəxsiyyətin bütün fəaliyyəti doğma xalqına sədaqətli xidmətin parlaq nümunəsi, milli gələcəyə yönəlmiş strateji baxışın təcəssümü idi.


Heydər Əliyev şəxsiyyətinin siyasi-fəlsəfi mahiyyəti

Dövlətçilik ideologiyasının memarı

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi milli maraqların qorunmasına, dövlətin möhkəmləndirilməsinə, cəmiyyətin bütün təbəqələrinin vahid məqsəd ətrafında birləşdirilməsinə əsaslanırdı. Onun hazırladığı konsepsiyalar uzunmüddətli inkişafın elmi əsaslarını formalaşdırmış, dövlət quruculuğunda hüquqi, siyasi və iqtisadi islahatların ardıcıl şəkildə reallaşmasına təkan vermişdir.

1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası, hüquqi dövlətin əsaslarını təsbit edən prinsiplər, insan hüquqlarının prioritet elan edilməsi məhz Ulu Öndərin siyasi iradəsinin nəticəsi idi. 

Müstəqilliyin xilaskarı

XX əsrin sonlarında Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir dövrdə xalqın təkidli tələbi ilə siyasi rəhbərliyə qayıdan Heydər Əliyev ölkəni xaosdan, vətəndaş müharibəsi təhlükəsindən, dövlətçiliyin dağılması mərhələsindən xilas etdi.

1993–2003-cü illər ərzində həyata keçirdiyi siyasət ölkədə sabitlik yaratdı, idarəetmə sistemini bərpa etdi, ordunun formalaşmasına, iqtisadiyyatın dirçəlişinə və Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasına gətirib çıxardı. 


Azərbaycanın yüksəliş strategiyası: Heydər Əliyev modeli

Neft strategiyası və qlobal iqtisadi inteqrasiya

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində dönüş nöqtəsi olmaqla, ölkənin dünya enerji xəritəsinə qayıdışını təmin etdi. Bu müqavilə yalnız enerji sənayesinin deyil, həm də dövlət maliyyə sisteminin, xarici investisiyaların və iqtisadi islahatların əsas dayağına çevrildi.

Bu strategiyanın davamı olaraq Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kəmərləri regionu qlobal enerji təhlükəsizliyinin mərkəzinə çevirdi. 

Sabitlik və hüquqi sistemin qurulması

Heydər Əliyev Azərbaycanda hüquqi dövlət ideyasını reallaşdıran lider oldu. Ölüm cəzasının ləğvi, çoxpartiyalı parlament seçkiləri, Konstitusiya Məhkəməsinin yaradılması, ombudsman institutunun təsis edilməsi – bütün bu addımlar ölkədə demokratik institutların formalaşdırılmasına xidmət etdi. 

Elm, təhsil və mədəniyyət siyasəti

Sovet dövründən başlayaraq Azərbaycan elminin və mədəniyyətinin himayədarı olan Heydər Əliyev yüzlərlə gəncin SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsini təmin etmiş, müstəqillik dövründə isə elmin və təhsilin müasir tələblərə uyğun yenidən qurulmasına şərait yaratmışdır.
Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi və latın qrafikasına keçid onun dil siyasətinin mühüm nailiyyətlərindəndir. 

Azərbaycançılıq ideologiyası: milli bütövlüyü formalaşdıran fəlsəfə

Milli-mənəvi dəyərlərin qorunması

Heydər Əliyev Azərbaycan xalqının milli kimliyinin əsasında ana dilini, tarixi yaddaşı, adət-ənənələri və mənəvi dəyərləri görürdü. Onun azərbaycançılıq ideologiyası həm sovet dövründə milli-mənəvi dəyərlərin qorunmasına, həm də müstəqillik dövründə milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdi.

Bu ideologiya həm ölkə daxilində, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlının bir amal ətrafında birləşməsi üçün strateji baza oldu. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu istiqamətdə atılan ən mühüm addımlardan idi.

Tolerantlıq və dini dəyərlərin harmoniyası

Ulu Öndər dinin siyasətə alət edilməsinə qarşı çıxmaqla yanaşı, Azərbaycanda tolerant mühitin möhkəmlənməsinə xüsusi diqqət yetirmişdir. Bütün dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi, milli həmrəyliyə xidmət edən dini siyasət modeli onun praktik siyasi xəttinin mühüm tərkib hissəsi idi. 

Heydər Əliyev epoxası – inkişafın yeni mərhələsi

Sosial siyasət və ədalət prinsipi

Onun sosial ədalət fəlsəfəsi cəmiyyətin bütün təbəqələrinin rifahının yaxşılaşdırılmasına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, iqtisadi inkişafın bəhrələrinin xalqla bölüşdürülməsinə əsaslanırdı. Bu siyasət bu gün də Azərbaycan dövlətçiliyinin əsas prinsiplərindən biri kimi davam edir.

Ordu quruculuğunda dönüş

70-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması, müstəqillik dövründə peşəkar ordunun formalaşdırılması və müdafiə sənayesinin inkişafı Azərbaycanın hərbi-strateji potensialının güclənməsinə ciddi əsas yaratdı. Bugünkü qələbələr həmin məktəbin davamıdır. 

Nəticə: Bəşəriyyətə örnək olan bir ömür

THeydər Əliyev şəxsiyyətinin böyüklüyünü dərk etmək üçün onun fəaliyyətini yalnız bir dövrün, bir siyasi mərhələnin çərçivəsində deyil, bütünlükdə Azərbaycan xalqının tarixi inkişaf xəttinin kontekstində qiymətləndirmək lazımdır. O, Azərbaycan üçün sadəcə siyasi lider deyil, tarixi dönüş yaradacaq gücə malik bir fenomen, bir epoxa idi. Tarixin ən mürəkkəb sınaqlarından uğurla keçərək xalqını tərəddüddən qurtaran, gələcəyə inamı bərpa edən, dövlətçilik ənənələrini yenidən dirçəldən, milli özünüdərki və milli ruhu gücləndirən nadir şəxsiyyətlərdən biri kimi o, təkcə lider deyil, həm də milli yaddaşın və milli kimliyin memarı olmuşdur.

Ulu Öndərin fəaliyyəti göstərir ki, böyük liderlər xalqların taleyində ancaq siyasi qərarlar qəbul edən şəxslər kimi yox, həm də mənəvi dayaqlar yaradan, milli varlığın bünövrəsini qurub möhkəmləndirən ideya sahibləri kimi ön plana çıxırlar. Azərbaycan üçün Heydər Əliyevin gördüyü işlər, əslində, milli şüurun və dövlətçilik təfəkkürünün yenidən formalaşması demək idi. Bu baxımdan, onun irsinə nəzər saldıqda aydın olur ki, Ulu Öndər tarix səhnəsinə çıxdığı ilk gündən etibarən Azərbaycanı yalnız mövcud zamanda deyil, gələcək nəsillərin düşüncə və inkişaf xəritəsində də möhkəm şəkildə var etmək missiyasını daşıyırdı.

Bu dahi insanın fəaliyyətinin miqyası və dəyəri ondadır ki, o, xalqına təkcə müasir dövlət modelini bəxş etməmiş, həm də həmin dövlətin uzunmüddətli yaşaması üçün düşünülmüş konseptual baza yaratmışdır. Müstəqilliyin qorunub saxlanılması, sabitliyin təmin edilməsi, hüquqi dövlət quruculuğu, dilin və milli-mənəvi dəyərlərin müdafiəsi, iqtisadiyyatın modernləşdirilməsi, ölkənin beynəlxalq nüfuzunun artırılması – bütün bu istiqamətlərdə atılan addımlar bir-birindən asılı olmayan təsadüfi siyasi qərarlar deyil, əksinə, bütöv bir düşüncənin, uzaqgörən strateji proqramın təzahürü idi.

Heydər Əliyevin şəxsiyyətini dəyərləndirərkən onun yalnız dövlət başçısı olaraq qəbul etdiyi qərarlara deyil, həm də xalqla münasibətlərinə, milli ruhu yüksəltmək, insanları bir amal uğrunda birləşdirmək bacarığına diqqət yetirmək lazımdır. O, millətinə yalnız rəhbərlik etmirdi – ona yol göstərirdi, güc verirdi, onu əzmkarlığa, mətinliyə, özünə inama səsləyirdi. Ulu Öndərin titanik fəaliyyətinin mayasında xalqına olan sonsuz sevgi, Vətənə dərin bağlılıq və millətinin taleyinə daşıdığı məsuliyyət dayanırdı. Bu baxımdan onun siyasi irsi, əslində, milli mənəviyyatın zəngin bir xəzinəsidir.

Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurlar – dövlətçilikdə varislik, iqtisadi yüksəliş, beynəlxalq nüfuzun artması, milli həmrəyliyin möhkəmlənməsi – böyük strateqin vaxtilə qurduğu möhkəm özüllərə söykənir. Onun gələcəyə hesablanmış siyasəti göstərdi ki, dövlətin inkişaf etməsi yalnız iqtisadi güclə deyil, eyni zamanda mənəvi dəyərlərə söykənən ideoloji bütövlüklə mümkündür. Bu ideoloji bütövlüyün əsasında isə onun yaratdığı azərbaycançılıq məfkurəsi dayanır.

Ümummilli Liderin böyüklüyü həm də ondadır ki, o, Azərbaycan xalqının tarixi özünüdərk prosesini müasir dövrün tələbləri ilə sintez etməyi bacarmışdı. Tarixə dərindən bələd olan, keçmişin dərslərini müasirliyə tətbiq edən, gələcəyi isə bu günün reallıqları əsasında düzgün qurmağı bacaran liderlər çox azdır. Heydər Əliyev məhz belə fenomenal şəxsiyyət idi: o, keçmişi dərk edir, bu günü idarə edir, gələcəyi isə proqnozlaşdırırdı.

Məhz buna görə də Ulu Öndərin həyatı yalnız bir insan ömrü deyil – bir xalqın, bir dövləti yaşadan böyük enerjinin, böyük iradənin, böyük mübarizənin ömrüdür. Onun fəaliyyəti Azərbaycan xalqına göstərilmiş fədakarlığın, sədaqətin, müdrikliyin, yüksək idarəçilik qabiliyyətinin zirvə nümunəsidir. Bu ömür, sözün əsl mənasında, bəşəriyyətə örnək olan bir ömürdür.


https://www.youtube.com/watch?v=UsdwfmyNuDo

https://www.researchgate.net/.../398815815_Heydr_liyev...

mardi 23 décembre 2025

 “Şəhərsalma və Memarlıq İli”: genişmiqyaslı quruculuq prosesinin məntiqi davamı və modernləşmə strategiyasının yeni mərhələsi












https://www.yap.org.az/az/view/news/101284/shehersalma-ve-memarliq-ili-genishmiqyasli-quruculuq-prosesinin-mentiqi-davami

Vazeh Əskərov

YAP İdarə Heyətinin üzvü 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru, 

Azərbaycan-Fransız Universitetinin icraçı direktoru

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sürətli və innovativ quruculuq fəaliyyəti post-konflikt dövrlərində bərpa və inkişaf prosesinə dair dünyada formalaşan ən uğurlu təcrübələrdən biri kimi təqdim oluna bilər.

Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkədə gedən genişmiqyaslı quruculuq və inkişaf proseslərinin məntiqi davamı kimi dəyərləndirilir. Xüsusilə azad edilmiş ərazilərdə reallaşdırılan müasir şəhərsalma layihələri, ölkənin böyük şəhərlərində urbanizasiyanın sürətlənməsi, ekoloji və rəqəmsal memarlıq tendensiyalarının artması bu sahəni prioritet istiqamətə çevirir.

Eyni zamanda qeyd etməliyik ki, Azərbaycanın dövlət idarəçiliyində hər il üçün müəyyən bir sahənin prioritet elan edilməsi artıq uzun illər davam edən sistemli və məqsədyönlü bir ənənəyə çevrilib. Bu siyasi yanaşma həm icra orqanlarının strateji məqsədlərini dəqiqləşdirir, həm də cəmiyyətin diqqətini müəyyən sahələrdə mövcud olan potensial imkanların daha dərindən dərk edilməsinə yönəldir. Prezident İlham Əliyevin ötən dövrdə bu istiqamətdə imzaladığı bütün sərəncamlar ölkənin sosial-iqtisadi, mədəni və institusional inkişaf xəritəsinin mühüm komponentinə çevrilib.

Azərbaycan Respublikasında Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif sahələrə, yubileylərə və milli prioritetlərə həsr olunan sənədlərin xronologiyası ölkədə bütün istiqamətlərə diqqət ayrıldığını və dövlət siyasətinin əsas prioritetləri nümayiş etdirir. Bu amillər dəyişən regional və qlobal reallıqlar nəzərə alınmaqla dövlətin hər il üçün yeni prioritetlərin müəyyənləşdirilməsini institusional xarakter daşıyan bir prosesə çevirdiyini göstərir. Sözügedən praktikanın məqsədi yalnız müəyyən sahəyə simvolik diqqət yönəltmək deyil, həmin istiqamətdə real transformasiya, sistemli inkişaf və genişmiqyaslı islahatların həyata keçirilməsinə stimul verməkdir. Proqramların icrası üçün ayrılan maliyyə resursları, insan kapitalı, institusional mexanizmlər və yeni layihələr isə bu illərin praktik tətbiq mərhələsinə çevrilməsinə xidmət edir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu sahədə gözlənilən yeniliklər “ağıllı şəhər” texnologiyalarının geniş tətbiqini, rəqəmsal idarəetmə sistemlərinin qurulmasını, nəqliyyat, kommunikasiya və xidmət infrastrukturunun smart həllərlə inteqrasiyasını, süni intellekt əsaslı şəhər monitorinqini, ekoloji və dayanıqlı şəhərsalma standartlarının tətbiqini, “yaşıl şəhər” konsepsiyasının genişləndirilməsini, karbon emissiyasının azaldılması və enerjiyə qənaət mexanizmlərini nəzərdə tutur. Bu istiqamətdə atılacaq addımlar yeni tikililərdə müasir ekoloji memarlıq ənənələrinin formalaşmasına və inkişaf etdirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yeni şəhər planlaşdırılması modelinin əsas elementləri kimi formalaşan “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları şəbəkə əsaslı urbanizasiya yanaşması, eləcə də bölgənin coğrafi və tarixi xüsusiyyətlərinə uyğun memarlıq həlləri bu ərazilərdə memarlıq irsinin qorunması ilə müasir şəhərsalma prinsiplərinin sintezini təmin etmiş olacaqdır. Bu istiqamətdə ölkənin tarixi məkanlarının bərpasında müasir texnologiyaların tətbiqi, memarlıq məktəbinin inkişaf etdirilməsi, mədəni irsin müasir şəhər kimliyinə inteqrasiyası və insan mərkəzli ictimai məkanların (gəzinti zonaları, yaşıl parklar, açıq ictimai məkanlar) genişləndirilməsi yeni Azərbaycan şəhərsalma modelinin formalaşdırılmasına xidmət edəcəkdir.

Yaxın gələcəkdə Azərbaycanın şəhərsalma və memarlıq siyasəti yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də nümunəvi model kimi dəyərləndirilir. Xüsusilə Qarabağda həyata keçirilən sürətli və innovativ quruculuq fəaliyyəti post-konflikt dövrlərində bərpa və inkişaf prosesinə dair dünyada formalaşan ən uğurlu təcrübələrdən biri kimi təqdim oluna bilər. Bu modelin xaricə təqdimatında əsas üstünlüklər kimi post-konflikt quruculuğunda innovativ və yüksək dinamizmlə idarə olunan yanaşma, qısa müddətdə infrastrukturun, yol-nəqliyyat şəbəkəsinin, təhsil müəssisələrinin və yaşayış məntəqələrinin inşası, yaşıl enerji və ekoloji memarlıq prinsiplərinin regional səviyyədə tətbiqi, Qarabağın “yaşıl enerji zonası” elan edilməsi fonunda yeni memarlıq standartlarının formalaşdırılması, eləcə də milli irsin müasir urbanizasiya ilə balanslaşdırılmış şəkildə qorunması xüsusi əhəmiyyət kəsb edir. Bu amillər tarixi-mədəni irsin müasir memarlıqda görünən formada yaşadılmasını təmin edən yeni yanaşmanın əsasını təşkil edir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın modernləşmə strategiyasının mühüm mərhələlərindən birinə çevrilir. Bu qərar yalnız şəhərlərin vizual simasının yenilənməsinə deyil, həm də ölkənin institusional inkişafına, ekoloji siyasətinin təkmilləşdirilməsinə, iqtisadi planlaşdırma proseslərinə və beynəlxalq səviyyədə tanınan urbanistika modelinin formalaşmasına əhəmiyyətli təsir göstərir.