YAP -ın VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı kimi
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Аzərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi.
Yeni Azərbaycan Partiyasının VII qurultayının 5 mart 2021-ci ildə keçirilməsi, eyni zamanda Prezident İlham Əliyevin 2018-ci ildəki prezident seçkilərindən sonra başladılmış islahatlar siyasətinin davamı kimi qiymətləndirilməlidir.
Üç il bundan öncə 5 mart 2021-ci il Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisələrindən biri kimi müasir Azərbaycanımızın tarixnə düşmüşdür. Ötən üç il ərzində yenə də Partiyamız ölkəmizdə gedən proseslərin mərkəzində olmuşdur.
Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkədəki siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ümummilli lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amil olmuşdur.
Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyev sovetlər birliyinin dağılmasından və Azərbaycannın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərdən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırilmasında mühüm işlər görmüşdür. Ulu Öndər sonralar 1990-cı illərin əvvələrindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən “Azərbaycançılıq” ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. “Azərbaycançılıq” ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir.
Yeni Azərbaycan Partiyasının VII qurultayının 5 mart 2021-ci ildə keçirilməsi eyni zamanda Prezident İlham Əliyevin 2018-ci ildəki prezident seçkilərindən sonra başladılmış islahatlar siyasətinin davamı kimi qiymətləndirilməlidir. Bunun davamı olaraq 2020-ci il parlament seçkiləri, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların aparılması üçün zəmin yaratmş və yeni reallıqlar hakim partiyada da islahatların aparılmasına və yeni prioritetlərin müəyyən olunmasına zəruri etmişdir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar həmçinin Partiyamızın gələcək fəaliyyətində yeni bir iz açmış və keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb olacaq yeni Nizamnamənin qəbul edilməsi mühüm tarixi hadisəyə çevrilmişdir. YAP-ın yeni təsdiq edilmiş Nizamnaməsinə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunmuşdur.
Digər vacib bir məsələ ölkədəki siyasi dialoqun və milli həmrəyliyin tətbiq edilməsi baxımından əhəmiyyətli olmuşdur. Belə ki, VII qurultayda ölkədə fəaliyyət göstərən 6 siyasi partiya (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı etdikləri müraciətə baxılmış və Partiya bütün müraciətlərə müsbət yanaşaraq qeyd edilmiş partiyaları Yeni Azərbaycan Partiyasının qoşulmasını təmin etmişdir.
Mənim üçün digər ən mühüm hadisələrdən biri də təmsil olunduğum partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Partiyanın İdarə Heyətinin tərkibi ilə əlaqədar tövsiyələrinə əsasən keçirilən seçkilərdə məni Yeni Azərbaycan Partiyasının Idarə Həyətinə seçilməyim ilə əlaqədar olmuşdur. YAP-ın yeni formalaşmış yeni İdarə Heyətində yer almağım mənim üçün böyük şərəf və qarşımda duran böyük məsuliyyətdir.
Göstərilən bu etimada görə başda Partiyamızın sədri Cənab Prezident İlham Əliyev olmaqla bütün partiya üzvlərinə dərin təşəkkürümü bildirir və ölkəmizin inkişafı üçün bundan sonra da əzmlə çalışacağıma söz verirəm.
Aucun commentaire:
Enregistrer un commentaire