Nombre total de pages vues

samedi 7 mai 2022

                                     Azərbaycançılıq məfkürəsi və dövlətçiliyin                                                         qurulmasında Heydər Əliyev fenomeni.


Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru

 


Azərbaycançılıq məfkürəsi və dövlətçiliyin qurulmasında Heydər Əliyev fenomeni.

 

Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır!

Ümummilli lider Heydər Əliyev

Azərbaycançılıq ideyologiyası hər şeydən əvvəl ilk növbədə özünü dərk etmək ilə xarakterizə olunma anlamına gəlir. Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil eyni zamanda harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların və qeyri azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən aslı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan və onun nüfuzunu uca tutan hər bir insan Azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir. Ümummilli lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”.


Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Sovetlər birliyinin dağılmasından və Azərbaycannın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərdən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırilmasında mühüm işlər görmüş Ulu Öndər sonralar 1990-cı illərin əvvələrindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir.

“Azərbaycançılıq” termininin yaranmasında əsas ideologiya ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək olmuşdur. Belə ki, bu terminin işlədilməsi əsasən sovetlər birliyindən sonra rast gəlinsə də sözügedən ideologiyasının müstəqillik illərində daha öncə ölkədə yaşayan müxtəlif xalqların, millətlərin fərqli mədəniyyətləri və adət ənənələrini qoruyub saxlayaraq xalqların mədəni müxtəlifliyini həm müdafiə həmçinin birgə inkişaf etdirmək dövlətin inkişafı istiqamətində atılmış bir addım kimi böyük rol oynamışdı. Qeyd etmək yerinə düşər ki, hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə azərbaycan dilinin əhəmiyyəti artmış və ana dilinə olan diqqət və qayğı eləcə də dövlət qurumlarında azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi və bu kimi bir çox misalları gətirmək olar.



Həmin dövrdə Azərbaycanda ən qabqcıl texnologiyanın istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrinə gönərilməsi, böyük alim ordusunun yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi, təhsilin inkişaf etdirilməsi sürətlə gedirdi. Ulu Öndər Heydər Əliyevin gerçəkləşdirdiyi bu siyasətin təməlində Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsinin dayandığını, azərbaycançılıq ideologiyasını illər ötdükdən sonra artıq Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra daha aydın anlaşılacaqdı. Belə ki, azərbaycançılıq ideologiyası bir termin kimi yaranma tarixi 1990-cı illərin əvvələrinə təsadüf etsə də qururla qeyd edə bilərik ki, istər sovet dövründə istərsə də Azərbaycan 1991-ci ildə müsəqillik əldə etdikdən sonra ölkədə azərbaycançılıq ənənəsinin formalaşmasının əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu günə qədər Ulu Öndərin ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.



Təkcə təhsil sahəsində aparılmış dövlət siyasətinə diqqət yetirsək görərik ki, 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilmişdir. Bunun nəticəsi kimi ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı SSRİ-nin 170 universitetində təhsil almışdır. Tarixi faktları araşdırarkən bəlli olur ki, əvvəlki illərdən fərqli olaraq qeyd etdiyimiz dövrdə xarici universitetlərdə təhsil alan tələbələrin milli tərkibi 97.7% azərbaycanlılardan ibarət olmuşdur. Müqayisə üçün qeyd edilməlidir ki, əvvəlki illərdə respublikadan kənarda təhsil almağa göndərilənlər arasında etnik azərbaycanlıların payı cəmi 40 faizə çatırdı. Vaxtında atılmış addımlar sonralar olkəmizin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana güclü milli kadr potensialına malik olmağa imkan vermişdir.

Sovet dövründə ilk dəfə olaraq ilk öncə ölkənin və xalqın mənafeyini qarşıya məqsəd qoyaraq bütün addımların məhz Azərbaycanın gələcək inkişafına yönəldirilmiş siyasətə start verilmişdir. Belə ki, bu dövrdən başlayaraq ölkədə bu vaxta qədər görünməmiş inkişaf və yüksəliş eləcə də tikinti-quruculuq işləri başlanılmışdır. Respublikanın bütün sahələrində, siyasi və mədəni həyatında uğurlu layihələr icra olunaraq Azərbaycanda yeni həyat və inkişaf başlamışdır. Bu inkişaf nəticəsində tezliklə respublikanın bütün sahələrində, iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmişdir. İldən ilə yeni yaşayış massivləri və qəsəbə və kəndləri salınmış, məktəblər, uşaq bağçaları, universitetlər açılmışdı. Respublikamız üçün böyük əhəmiyyət kəsb edən yeni saraylar, yaraşıqlı binalar və şəhərə gözəllik verən yaşıllıqlar salınmışdı.

Azərbaycan 1991-ci ilə müstəqillik əldə etdikdən sonra azərbaycançılıq ideologiyasının davam etdirilməsində əsas məqsəd ölkədə yaşayan etnik qrup və xalqları xüsusən müstəqilliyin ilk illərində ölkədə baş verən ifrat millətçilik və separatçılıq mühitində dövlətçiliyin düzgün inkişaf etdirməkdən ibarət idi. 1990-ci illərin əvvəllərində elə təzəcə müstəqilliyini qazanmış Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzü, dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmişdi. Ölkənin düşdüyü belə bir şəraitdə Azərbaycan xalqı xilaskar kimi Heydər Əliyev gördü və Onu ölkəyə rəhbərlik etməyə dəvət etdi.

 

Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyev sovetlər birliyinin dağılmasından və Azərbaycannın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərdən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırilmasında mühüm işlər görmüşdür. Ulu Öndər sonralar 1990-cı illərin əvvələrindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir.

Ötən illər ərzində Azərbaycan xalqı Umummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı.

Biz bundan sonra da azərbaycançılıq məfkürəsinin davam inkişaf etdirilməsini, milli-mənəvi dəyərlərimizi eləcə də adət-ənənəlirimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşdirilməsini və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməliyik.

 


Aucun commentaire: