Nombre total de pages vues

dimanche 17 avril 2022

Hər il Baharda qeyd olunan Novruz, Pasxa və Pesax bayramları 

   








Doktor Vazeh Əskərov

Dosent, Tarix üzrə fəlsəfə doktoru

Hər il mart ayının 20 və 21 nə təsadüf edən və hamının sevimli bayramı olan Bahar bayramı - Novruz özündə bir çox xalqların qədim ənənəsini əks etdirir. Bu bayramın digər xalqlarda da təxminən eyni vaxtda və eyni formada təşkil olunmasından söhbət açmaq istərdim. Eyni ənənə dedikdə mən məhz qeyd etdiyimiz Novruz bayrami ərərfəsində adət etdiyimiz yumurta boyanması, ocaq qalanmasi və onun üstündən atılması eləcə də yeni günün gələşi ilə arzuların tutulması, küsülülərin barışması və s. kimi adətlər nəzərdə tutulur. Maraqlıdır, bildiyimiz kimi Novruzun geyd olunma tarixi 5000 ilə yaxindir. Elə isə Novruzun digər xalqlarda və dinlərdə olan oxşar cəhətlərini axtarmaq yerinə düşərdi.


          Baharın gəlişi bir çox mədəniyyətlərdə eyni qaydada qeyd edilir. Bura həmçinin Pasxanı və Novruz bayramını əlavə etmək olar. Eyni zamanda qeyd edim ki, bu bayramların geyd olunmasında bəzi dinnlərin de rolu var. Və bu günə qədər bu mövzuya dair bir sıra fikirlər irəli sürülmüşdür. Bu fikirlərdən birinə görə bu iki bayramın kökündə azadlıq və dirçeliş deyilən amil durur ki, bunu biz Yəhudi Pasxası, Xristian Provaslav Pasxası ve Türklərin də geyd etdiyi Yeni günə – Novruza aid edə bilərik. Belə ki, bu iki bayramın bir-birinə oxşarlığını biz yumurta qızardılmasında, ocağın qalanmasında, bahar gülünün (Səməni) becərdilməsində və eləcə də bir sira geyim adətlərinin və ərzaq vərdişlərinin olmasında açıq aşkar görürük. Bu bayramların bir oxşar cəhəti də onların eyni vaxtda keçirilmesidir.

           Pasxa xristian və yəhudi dinlərində bu gün də qeyd edilməkdədir. Bu iki bayram Baharın gelişi ərəfəsində ayri-ayri günlərdə keçirilir və mahiyyət etibari ilə də müxtəlifdir. Belə ki, Yəhudi Pasxasının Xristian Pasxasına təsiri çox olmuşdur. Qərblilərə görə Yəhudi Pasxası Baharın birinci günündən və Ayın tam halqa formasında olmasında sonra həftənin birinci bazarına təsadüf edilir. Lakin, Bahar rəsmən 21 martda başlayır.



      Yəhudi Pasxasının kökü Yəhudi millətinin köçəri tayfa olduqları zamanı yaranmışdır. Pasxa qədim yəhudi dilindən pesax - keçmə deməkdir. Belə ki, bu bayram yahudilərin azad olduqları, Misirdən çıxışı münasibəti ilə bayram edilməyə başlamışdır. Bu azadlığın köləlik üzərində qələbəsi kimi də başa düşülməkdədir. Pasxa xristianlar üçün də çox vacib olan mənəvi bir bayramdır. Xristianlıqda Isa peyqəmbərin iztirabları, onun ölümü və dirilməsi haqqında əsatirlər ilə əlaqələndirilməkdədir. Əvvələr yəhudi və xristian pasxaları eyni vaxta təsadüf edirdi. Eramızın 325-cu ilində Ümumdünya kilsə məclisi xristian Pasxasını yəhudi Pasxası qurtarandan bir həftə sonra qeyd etməyi qərara aldı. Bu tarix aprelin 4-dən mayın 8-dək olan dövrə düşür. Xristian Pasxası bazar günü xristian orucluğun bitməsi ilə 8 gün davam edir.



         Fransada, kilsə zəngləri Pasxanın gəlişini bildirir. Belə ki, qədimdə kilsə zəngləri müqəddəs Cümə günü Isa peyqəmbərin geyb olunması ilə dayandırılır və bazar günü yenidən dirilməsi ilə çalınardı. Əfsanəyə görə kilsə zəngləri cümə günü Romaya aparalır və bazar günü Pasxa yumurtası ilə geri qaytarılırdı. Yumurta yeni həyatin simvolu kimi gəbul edilir və Pasxada yumurta hədiyyə etmək Baharın gəlişini bayram etmək kimi əsrlər boyu qeyd edilməkdədir. Qərbi Avropada və Fransada Pasxa yumurtası ənənəsi yenidir və orta əsrlərə təsadüf edir. Lakin yumurta hədiyyə etmək onu boyamaq və ya beəzmək xristianlıqdan çox-çox əvvəl yaranmiş və kökü köhnə dünya ənənəsinə söykənir. Və bu ənənə bir çox ölkələrdə təsadüf edilir ki, hər bir ölkə öz növbəsində onu öz dininə uyğunlaşdırır.

Fransanın Alsaz bölgəsində eləcə də Almaniyada söz acdiğımız giymətli yumurtaları dovşan gətirir. Pasxadan bir gün öncə kiçik yaşlı uşaqlar yuvalar hazırlayır ki, valideynləri onu həyətdə gizlətsin və Pasxa dovşani o yuvada çoxlu rəngli yumurta qoysun. Səhər tezdən uşaqlar həmin yumurtaları axtarmağa gedirlər. Burada dovşanın da seçilməsi əbəs deyil. Belə ki, dovşan çilğın təbiəti ilə daha çox nəsil artıran canlı olaraq simvol kimi gəbul olunur. Xristianlıqda dovşanın başqa bir mühüm əhəmiyyət kəsb edən simvolu da var ki, bu da onun Isa peyqəmbərə bənzədilməsi və onun böyük qulaqlarırı açib Allahın dediklərini eşitməsi eləcə də onları həyata keçirilməsi ilə özünü göstərir.



Qeyd edim ki, Fransanın Alsace bölgəsində Strasburq səhərində Baharın gəlişi ilə mart ayının ortalarına təsadüf edən böyük karnaval təşkil olunur. Karnaval səhər saatlarından axşama qədər bütün şəhəri əhatə edən hamının sevimli bayramına səbəb olur. Alaqarnliq düşənə yaxın bütün şəhər əhalisi və şəhərə gələn qonaqlar şəhərin məhşur Kleiber meydanına axışır. Burada qışın bitməsini baharin gəlişini arzulayan xalq Şaxta Babanının moketi ətrafında tonqal qalayır və axşam saatlarına qədər bayram edir.

       Bu bayramın başqa oxşar cəhətlərindən biri də bayram günlərində adamların köhnə geyimdən çıxıb yeni geyimlə əvəzləməsinə üstünlük verməsidir. Qışdan bəri rəngi somuş və köhnəlmiş paltarlar yeni daha əlvan rəngli paltarlar ilə əvəz olunur. Və bir çoxları əmindirlər ki, Pasxa bayramında yeni paltarlar onlara bütün il boyu çoxlu şanslar bəxş edəcəkdir.

    Pasxa bayramı həqiqətən də xiristianlar arasında xristianlılıq rəmzinə çevrilmişdir. Belə ki, bu bayram sənbə günü axşam bazar gününə doğru və yaxud sənbə günü günortadan sonra başlamalıdır. Bu mərasimin zəngin irsi vardir. Söhbət həqiqətən də Baharın gəlişi ilə yeni gündən və yeni ildən gedir. Qeyd edək ki, Pasxa qədim zamanlarda məhz Yeni ilin gəlişini bildirirdi. Bayramda, axşam düşdükdən sonra ay isığında yandırılan od da həmşinin təbiətin və insanların oyanmasına işarədir. Burada eyni zamanda təmizləyici, ruhverici bir ayin də var. Odun yandırılması həmçinin özünü il boyu insanda yaranmış xəstəliklərdən, pisliklərdən və pis düşüncələrdən təmizləmkək və gələcəkdə təbii fəlakətlərdən gorumaqüçündür.

         Yazın gəlişi bütün Şərq və Qərbdə böyük təmtaraq ilə bayrama səbəb olur. Və bu bayram bəzi hallarda 20 mart digər hallarda isə 21 martda keçirilir ki, bu da yazın gəlişini simvolizə edən qədim xalq bayramı sayilir. Nov-Ruz- yeni gün bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimində ilin ilk günüdür. Qədim ənənələr ilə zengin olan Novruzun tarixi üç əsrə yaxindir.



      Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.

       Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

      Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Novruz Azərbaycanda Vətənimiz Azərbaycanda Novruz çox geniş keçirlir.



      Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

           Novruz bayramı öncəsi adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şiriniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar.

         Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur.

          Göründüyü kimi həqiqətən de Novruzun yaşi böyükdür. Bir daha hamınızın Novruzunu ürəkdən təbrik edirəm.

 

samedi 9 avril 2022

                                L'agenda de paix de Bruxelles est un autre grand                                 succès de la politique azerbaïdjanaise.








Dr. Vazeh ASGAROV,
Docteur de l’Univesité de Strasbourg
Membre du conseil d'administration du Parti du Nouvel Azerbaïdjan
Directeur exécutif de l'Université franco-azerbaïdjanaise (UFAZ)

 


Le rencontre du président Ilham Aliyev avec le président du Conseil de l'Union Européen Charles Michel et le Premier ministre arménien Nikol Pashinyan le 6 avril dans le cadre de sa visite à Bruxelles est un succès de la diplomatie azerbaïdjanaise. Les résultats positifs obtenus pour l’Azerbaïdjan lors de la réunion sont un indicateur du grand prestige du chef de l'Etat dans le monde. À cet égard, la première réunion trilatérale s'est tenue le 14 décembre 2021, au cours de laquelle le président Ilham Aliyev et Charles Michel ont jeté les bases de l'Agenda de paix de Bruxelles, au cours duquel des contacts et des pourparlers intensifs ont eu lieu entre les parties dans le prolongement du processus.


L'une des principales questions abordées lors de la réunion était la pleine mise en œuvre des dispositions de la déclaration trilatérale du 10 novembre 2020 pour le développement de la région après la guerre de 44 jours en 2020, la poursuite des mesures humanitaires. En outre, la promotion de la paix et de la confiance entre les parties, des mesures concrètes pour la délimitation de la frontière entre les deux pays et l'ouverture des transports et des communications ont été parmi les principaux sujets.

Dans le même temps, à la suite de la réunion à Bruxelles organisée par le président du Conseil de l'UE, Charles Michel, à l'initiative de l'Azerbaïdjan il y a un an, les ministres des affaires étrangères des deux pays ont été chargés de commencer à rédiger un accord de paix et le principe de base qui y sont présentés entre les deux pays. L'instruction des ministres des Affaires étrangères des deux pays de commencer à rédiger un accord de paix et l'accord entre les deux pays pour établir une commission mixte des frontières d'ici la fin avril sont également considérés comme un succès. Le point principal du document est l'intégrité territoriale de l'Azerbaïdjan. L'élément principal de l'accord de paix est la proposition avancée par l'Azerbaïdjan, composée de 5 articles, et sur la base de laquelle les négociations sont menées.


Les rencontres et pourparlers organisés par le président Ilham Aliyev après la Seconde Guerre du Karabakh ont joué un rôle important dans la réalisation de la paix entre les deux pays, et la dernière réunion de Bruxelles a jeté les bases d'un nouveau format - l'Agenda de paix de Bruxelles. La rencontre peut également être décrite comme un accord visant à réduire les tensions dans la région. Ainsi, après la fin du conflit, la délimitation et la démarcation des frontières entre les parties sont restées une question importante. Lors de la réunion à Bruxelles, les questions frontalières ont été discutées et il a été convenu de créer une commission mixte des frontières d'ici la fin avril de cette année. Nous sommes convaincus que ce succès diplomatique réduira les tensions à la frontière et que l'accord conclu contribuera à réduire les tensions.

 


En outre, les parties ont souligné l'importance de mettre en œuvre des mesures humanitaires pour promouvoir la paix et la confiance entre les parties, les questions liées aux personnes disparues, ainsi que le déminage de la zone. Il a été noté lors de la réunion de Bruxelles qu'avec le soutien de l'Union européenne, elle soutiendra le déminage humanitaire, la réhabilitation et la reconstruction des territoires libérés. Dans le même temps, il est prévu de retrouver les personnes portées disparues pendant la première guerre du Karabakh, ainsi que le soutien de l'Union européenne à l'Azerbaïdjan dans les travaux de construction.

Les résultats de cette réunion montrent une fois de plus que l'Azerbaïdjan a remporté une victoire diplomatique ces dernières années grâce à une coopération efficace et constructive avec l'Union européenne. Bien sûr, l'objectif premier de l'UE est de normaliser les relations entre les deux pays. Dans le même temps, cette réunion prouve une fois de plus que l'Union européenne comprend le rôle de l'Azerbaïdjan dans la garantie de sa sécurité énergétique, et les récents contacts du président Ilham Aliyev avec l'Union européenne, ainsi que les discussions avec d'autres dirigeants mondiaux, chefs d'État et le gouvernement montrent que les relations jouent un rôle important dans l'établissement de la paix et de la stabilité non seulement en Azerbaïdjan mais aussi dans la région du Caucase du Sud.

                 Brüssel sülh gündəliyi Azərbaycan siyasətinin növbəti                                    böyük uğurudur.








Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru

             Bu il aprel ayının 6-da Prezident İlham Əliyevin Brüssel səfəri çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş nazırı Nikol Paşinyan ilə görüşləri Azərbaycan diplomatiyasının növbəti uğuru kimi səciyyələnir. Görüş zamanı ölkəmiz üçün əldə olunmuş müsbət nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Bu səpgidə üçtərəfli ilk görüş 14 dekabr 2021-ci ildə keçirilmiş və məhz həmin görüşdə Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulmuş və bu müddət ərzində proseslərin davamı kimi tərəflər arasında intensiv təmaslar və danışıqlar aparılmışdır.

Görüşdə tərəflər arasında müzakirə edilən əsas məsələlərdən biri 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra regionun inkişafı üçün 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarının tam şəkildə həyata keçirilməsi, humanitar tədbirlərin davam etdirilməsi olmuşdur. Bundan əlavə tərəflər arasında sülh və etimadı təşviq etmək, iki ölkə arasında sərhədin delimitasiyası üçün konkret tədbirlər və nəqliyyat və kommunikasiyaların açılması da əsas mövzulardan olmuşdur.


Eyni zamanda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ev sahibliyi ilə Brüsseldə gerçəkləşdirilən görüşün nəticəsi olaraq iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, bir il əvvəl Azərbaycanın təqdim etdiyi təşəbbüs və bir müddət əvvəl orada təqdim etdilmiş əsas prinsiplər əsasında iki ölkə arasında sülh sazişi layihəsinin hazırlanmasına başlasınlar. İki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanmasına başlanılması barədə təlimat verilməsi və iki ölkə arasında aprel ayının sonuna qədər birgə sərhəd kommissiyası yaradılması barədə razılaşdırılmanın olması da əldə edilmiş uğur kimi qiymətləndirilməkdədir. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır.

İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin təşkil edilmiş görüşləri və apardığı danışıqları iki ölkə arasında sülhün əldə olunmasında kifayət qədər mühüm rol oynamış və son Brüssel görüşü yeni formatın - Brüsel sülh gündəliyininin - əsasını qoymuşdu. Bu görüş eyni zamanda bölgədəki gərginliyin azalmasına xidmət edəcək razılığın alınması kimi də qeyd oluna bilər. Belə ki, münaqişə bitdikdən sonra tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyasının aparılması vacib məsələlərdən olaraq qalırdı. Brüssel görüşü zamanı sərhəd məsələləri müvzusunda müzakirə edilib və bu il aprelin sonunadək birgə sərhəd komissiyasının yaradılması razılaşdırılıb. Əminik ki, bu diplomatik uğur ilə sərhəddə gərginlik aradan qaldırılacaq və əldə edilmiş razılıq gərginliyin də azalmasına xidmət etmiş olacaqdır.


Bundan əlavə görüşdə tərəflər arasında sülhün və etimadın təşviqi üçün humanitar tədbirlərin aparılması, itkin düşmüş şəxslərlə bağlı məsələlər və eyni zamanda ərazilərin minalardan təmizlənməsinin vacibliyi vurğulanıb. Brüssel görüşündə Avropa İttifaqının dəstəyi ilə işğaldan azad olunmuş ərazilərin humanitar minatəmizlənməsi, reabilitasiyası və yenidənqurma işlərinə dəstək verəcəyi qeyd edilib. Eyni zamanda Birinci Qarabağ müharibəsi zamanı itgin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur.

Bu görüşün nəticə bir daha göstərir ki, Azərbaycan son illər ərzində Avropa İttifaqı ilə səmərəli və konstruktiv əməkdaşlıq edərək diplomatik müstəvidə qələbə qazanmışdır. Əlbəttə Avropa İttifaqının ilk növbədə məqsədi iki ölkə arasında münasibətlərin normallaşdırılmasını həyata keçirməkdən ibarətdir. Eyni zamanda bu görüş bir daha sübut edir ki, Avropa İttifaqı öz enerji təhlükəsizliyini təmin edilməsində Azərbaycanın rolunu anlayır və keçən son müddət ərzində Prezident İlham Əliyevin Avropa İttifaqı ilə təmasları eləcə də digər dünya liderləri, dövlət və hökümət başçıları ilə danışıqların aparılması onu göstərir ki, bü münasibətlər nəinki Azərbaycanın eləcə də Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunmasında mühüm rol oynayır.