Tariximizə
20 Yanvar kimi bir şanlı gün əlavə olundu
Dosent Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,
Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru
Bu gün Azərbaycan xalqı “Qara Yanvar” faciəsinin 32-ci ildönümünü qeyd edir. XX əsrin sonu Dünyada baş verən iki mühüm hadisə, 1989-cu ildə ADR və Qərbi Berlin arasındakı sərhəd istehkamı olan Berlin divarının daöıdılması və 1991-ci ildə SSR-in süqut etməsi bir çox dəyişikliklərə gətirib çıxardı. Belə ki, yenidənqurma siyasəti və aşkarlıq adı altında yürüdülən siyasət müxtəlif nəticələrə o cümlədən SSR-nin münaqişə zonalarından (Əfqanıstan, Afrika) eləcə də Almaniyadan qoşunlarının çıxarılması ilə nəticələndi. SSR-in dağılmasının sürətlənməsi keçmiş sovet respublikalarının xalqları arasında yeni mübaqişə ocaqlarının eləcə də müharibələrin yaranmasına gətirib çıxardı və yeni müstəqil dövlətlərin yaranmasına sevetlər birliyinin isə öz yerini MDB-yə (Müstəqil Dövlətlər Birliyinə) verməsi ilə nəticələndi. Bu dövrdə sovetlər birliyinin dağılması prosesi daha da surətləndi və keçmiş birliyə aid olan xalqlar arasında münaqişələr alovlanmağa başladı. Bu proses Avropa olkələrinin (Yuqoslaviya, Çexoslovakiya) parçalanması, yeni yaranan münaqişə ocaqlarının (Balkan və Qarabağ) alovlanması və həmçinin 1991-ci ilin oktyabrında Azərbaycanın və eləcə də digər sovet ölkələrinin ard-arda müstəqilliklərinin elan edilməsi ilə sovet dövrünün sonu olaraq tarixə düşdü.
Azərbaycan xalqı öz müstəqilliyini 1991-ci ilin oktyabrında yenidən qazandı. Lakin bu müstəqillik digər SSR-i xalqları kimi asan, itkisiz və qansız başa gəlmədi. Tariximizə 20 Yanvar kimi bir şanlı gün əlavə olundu. Son illərə qədər biz bu günü kədər və qüssə ilə qeyd etdik. Bu illər ərzində sovet əsgərinin sovet vətəndaşına necə güllə aça biləcək ixtiyarında ola biləcəyini anlamağa çalışdıq. Həmin günün tarixini yaşayan eləcə də bu günki nəsil Azərbaycan xalqı fəxr edir ki, 20 Yanvarda öz həyatlarını Azərbaycanın müstəqilliyi uğrunda şəhid etmiş övladları olub. Bu gün Azərbaycan xalqının tarixində müstəqillik uğrunda qazandığı şanlı bir gündür.
Həmin illərin hadisələrini analiz
etdikdə görürük ki, Azərbaycan xalqı üçün müstəqilliyə gedən yol heç də asan
olmamışdı. Azərbaycanda Mixail Qorbaçov rəsmən “xalq düşməni” hesab olunur. Belə
ki, Sevet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985-1991), SSRU-nin ilk və son prezidenti Qorbaçovun erməni lobbisinin təsiri
altına düşərək Qarabağı Azərbaycandan necə təcrid etdiyini bütün Azərbaycan
vətəndaşları yaxşı xatırlayır. 1980-cı illərin sonlarından 2020-ci ilin
sentyabr ayına qədər son 30 ildə Qarabağ münaqişəsi keçmiş SSR-də Gürcüstan və
onun separatçı Abxaziya və Cənubi Osetiya respublikaları, yaxud Moldova ilə
Dnestryanı arasında olan bir neçə dondurulmuş münaqişədən biri idi. 1988-ci
ildən başlayaraq Qarabağda baş verən hadisələrə artıq azərbaycanlılar deyil,
erməni separatçıları rəhbərlik edir. 1988-ci ilin martında SSR-də Dağlıq
Qarabağ bölgəsinin sosial-iqtisadi inkişafı haqqında xüsusi qərar qəbul edilir.
Qərara əsasən SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il yanvarın 12-də Dağlıq
Qarabağ Muxtar Vilayəti üzərində Azərbaycanın səlahiyyətlərinin götürülməsi,
sonra isə ona verilməsi üçün xüsusi idarəetmə formasının tətbiqi haqqında
rəhbərliyin Mərkəzin nümayəndəsinin başçılıq etdiyi xüsusi administrasiya
komitəsinə, bu isə Dağlıq Qarabağın ayrılmasını nəzərdə tuturdu. Sovet
administrasiyası bu problemə xüsusi diqqət yetirərək regionda vəziyyətin
normallaşması görüntüsü yaratmağa çalışır. Eyni zamanda Azərbaycan xalqının
böyük faciəsinə və Qarabağda ilk etnik zəmində münaqişənin alovlanmasına susur.
Həmin dövrdə bu məsələdə Azərbaycanın o zamankı rəhbərliyinin neytral mövqe
tutması öz xalqına qarşı ən böyük xəyanətdir. 1988-ci ilin fevralında Dağlıq
Qarabağ Muxtar Vilayət Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan
keçirilən iclasında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılaraq
Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edilir.
1989-cu il dekabrın 1-də Ermənistan
SSR Ali Soveti Dağlıq Qarabağın ilhaqı haqqında fərman qəbul etdi. Bu fərman
SSRİ və Azərbaycan Konstitusiyalarına zidd idi belə ki, Sovet Respublikasının
ərazisi yalnız müvafiq respublikaların qarşılıqlı razılığı ilə dəyişdirilə
bilərdi. Moskvanın Azərbaycana qarşı tendensiyalı siyasəti qəzəb və kütləvi
etirazlara səbəb olur. Vəziyyətə nəzarət etmək üçün Moskva hərbi müdaxiləni
seçir.
1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə saat 23:30-da ölkədə fövqəladə vəziyyət elan edilmədən ölkə ərazisinə
yeridilən 26 min sovet qoşunları 5 müxtəlif istiqamətdə Azərbaycanın paytaxtı
Bakıya daxil olur. Sovet əsgərləri tanklardan və zirehli texnikadan sovet
vətəndaşlarına atəş açır. Hadisə nəticəsində yüzlərlə dinc sakin həlak olub,
yaralanıb və itkin düşüb. Xalqımızın yaddaşına Qanlı Yanvar kimi düşən o
gecənin qanlı statistikası kifayət qədər ağırdır: 137 nəfər öldürülüb, 744
nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Ölən 137 nəfərdən 117-si
azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi və 3-ü tatardır.
1987-1991-ci illərdə Dağlıq Qarabağ
münaqişəsinin tərkib hissəsi kimi bütün azərbaycanlı əhalinin Ermənistandan
tamamilə qovulması siyasəti həyata keçir və 200 minə yaxın azərbaycanlı öz dədə
baba yurdlarından qovulur. Əgər XX əsrin əvvəllərində indiki Ermənistan
ərazisinin demək olar ki, yarısını azərbaycanlılar təşkil edirdisə, bu gün
qeyri-rəsmi statistikaya görə Ermənistanda əsirlərdən başqa bir nəfər də olsun
azərbaycanlı yoxdur. Azərbaycanda isə qeyri rəsmi statistikaya görə yaşayan
ermənilərin sayı 20 min nəfərdən çoxdur.
1988-ci ildən 1994-cü ilə qədər
Cənubi Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında Azərbaycanın
ərazisində yerləşən Dağlıq Qarabağa nəzarət uğrunda müharibə baş verir. Müharibə
Azərbaycan torpaqlarınının uşğalı ilə başa çatır. Münaqişə 1992-ci il fevralın
23-dən 26-na kimi Xocalı qətliamı ilə pik həddə çatır və bu qətliyamda 613
nəfər, o cümlədən 106 qadın və 83 uşaq həlak olur.
İkinci Qarabağ müharibəsi və ya
“Dəmir yumruq” əməliyyatı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və
Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə tarixə düşdü. 27 sentyabr 2020-ci
il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin kobud
şəkildə pozulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri erməni
təxribatlarının qarşısının alınması məqsədilə əks-həmlə əməliyyatlarına
başlayır. Respublika ərazisində hərbi vəziyyət elan edilir və ölkədə qismən
səfərbərlik elan edilib.
2020-ci il noyabrın 8-də Azərbaycan
Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Şuşanın azad edildiyini
elan etməklə və noyabrın 10-da Azərbaycan prezidenti, Ermənistanın baş naziri
və Rusiya prezidenti münaqişə zonasında bütün hərbi əməliyyatların dayandırılması
haqqında saziş imzalayır. Nəhayət 30 il davam edən münaqişə Azərbaycanın
BMT-nin 1993-cü ildən qəbul etdiyi 4 qətnamənin tələbinə görə (No822, 853, 874,
884) Ermənistanın işğalına son qoyur və öz ərazi bütövlüyünü bərqərar edir.
Razılaşmaya əsasən, noyabrın 20-də
Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə də atılmadan, heç bir
itki vermədən azad edilib. Müqaviləyə Ermənistan ərazisindən Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının tikintisi də daxildir. Beləliklə, Azərbaycanın hərbi
qələbəsi Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Müqavilə
həmçinin Rusiya sülhməramlı qüvvələrinin bölgədə beş il müddətinə qalması və
atəşkəsə nəzarət etmək üçün Rusiya-Türkiyə müşahidə mərkəzinin yaradılmasını
nəzərdə tutur.
Aucun commentaire:
Enregistrer un commentaire