Nombre total de pages vues

lundi 27 décembre 2021

 

Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda əvəzsiz xidmətlər göstərmiş Xarizmatik Lider




Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru




O, yüksək intelektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir!

Ümummilli lider Heydər Əliyev

         Biz bu gün bir daha şahid oluruq ki, Ulu Öndərin başlatdığı siyasi yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ vaxtında Ümummilli lider 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı müraciətdə deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməkliyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Prezident İlham Əliyev elə ilk gündən xalq tərəfindən ona edilən etimadı doğrultmağa və xalqın iradəsi əsasında Prezident seçkilərindən sonra ölkənin inkişaf etdirilməsi üçün yüksək əzmlə işləməyə başlamış və haçansa xəyal görünən arzuları 18 il ərzində reallaşdırmağa başlamışdır.

         Bu illər ərzində Azərbaycanın iqtisadi inkişafı ölkəni regionda güc mərkəzinə çevirmiş eləcə də Cənubi Qafqazda lider bir dövlət kimi yerini təsdiqləmişdir. Azərbaycanın regionda yürütdüyü siyasət nəticəsində təkcə ölkəmizin deyil həmçinin regionda yerləşən digər dövlətlərin də maraqlarına xidmət etmişdir. Beynəlxalq müstəvidə əldə edilən uğurlar Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun artmasına və ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq, multikultural və tolorant dəyərləri ilə nüfuz qazanmasına gətirib çıxarmışdı.

         Azərbaycanın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri 1969-cu ildən Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəmiz üçün dönüş nöqtəsi olmuş və məhz elə ilk günlərdən bütün sahələrdə islahatların keçirilməsi ilə respublikamızın inkişaf strategiyasının əsası qoyulmuşdur. Çox qısa bir zamanda Azərbaycanın keçmiş ittifaq ölkələri arasında sənaye istehsalının artım surətinə görə ilk yerə çıxması bütün mənalarda ölkə rəhbəriliyin təkcə respublikamızda deyil eləcə də bütün SSRİ miqyasında nüfuzunun artmasına gətirib çıxartdı.

Ulu Öndərin 1969-cu ildən başlayaraq ölkəmizin bütün sahələr üzrə inkişaf etdirilməsi Azərbaycanın uğurlu gələcəyini təmin etmiş oldu. Zəngin dövlətçilik irsi olan ölkəmizin idarə edilməsində vətənpərvərliyi və ənənələrin qorunmasına sadiqliyi nümayiş etdirən Ümummilli lider Heydər Əliyev elə ilk gündən, respublikaya rəhbərlik etməyə başladıqdan sonra hər zaman milli siyasi varisliyi irəli çəkmiş və xalqın gələcəyini intellektual inkişaf ilə bağlı olduğunu millətin gələcək sabahına xidmət edəcəyini bilmişdir. Belə ki, 1991-ci ildə müstəqilliyini qazanmış və ciddi siyasi və iqtisadi böhranla üzləşmiş, digər tərəfdən isə ərazilərinin işğal olunması ilə bir milyona yaxın qaçqın və köçkün problemləri olan bir gənc respublikanın yenidən dirçəlməsi və müstəqilliyini itirməməsi üçün yalnız və yalnız xalqın böyük etimad göstərdiyi və inandığı oğlu vətənpərvər Heydər Əliyevin köməkliyi ilə baş verməsi mümkün ola bilərdi.

         Ümummilli liderin ideyalarını, təcrübəsini eləcə də zəngin dövlətçilik irsini öyrənmək və tətbiq etmək heç şübhəsiz ki, “onun layiqli davamçısı, yüksək intellektli, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət Prezident İlham Əliyev” tərəfindən uğurla davam etdirilə bilərdi. İlham Əliyevin Prezident seçilməsindən öncə, 1994-2003-cü illərdə Azərbaycan üçün mürəkkəb beynəlxalq münasibətlər səraitində istər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi neft strategyasının və enerji diplomatiyasının həyata keçirilməsində, istərsə də Milli Məclisin deputatı kimi dövlətə şərəfli və layiqli xidmət nümunəsi ortaya qoyması ilə bu sahələrdə müstəsna xidmətləri olmuşdur. Dövlət başçısının Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası daimi komissiyanın üzvü olması Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi ölkəmizin maraqlarını beynəlxalq müstəvidə müdafiə edilməsində əvəzsiz rolu olmuşdur. Ölkə rəhbərinin Azərbaycan üçün çox mühüm sahələrindən biri Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi kütləvi idman işinin inkişafına böyük töhvə vermişdir.

         Dövlət başçısı 15 oktyabr 2003-cü ildəki seçkilərdə tam qələbə qazandıqdan sonra 31 oktyabr 2003-cü ildə andiçmə mərasimində, “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir” qeyd edən İlham Əliyev son 18 ildə qarşıya qoyduğu bütün strateji məsələlərə nail olmuşdur. Bundan əlavə dövlət başçısı həmişə vurğulayır ki, “dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir”. Ölkə başçısı həmişə çıxışlarında vurğulayır ki, dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir. Bu yöndə ölkənin neft strategiyasından əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi sosial-iqtisadi islahatların davamlılığınım uğurla gerçəkləşdirilməsinə xidmət edir. Ölkə rəhbəri müxtəlif ölkələrin təcrübəsini müqayisə edərək uğur qazanmağın əsas səbəblərini neft-qaz ehtiyatları ilə deyil, elmə, biliyə, yiyələnməklə əlaqələndirərək qeyd edir ki, təbii ehtiyatların və insan kapitalının sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir. Təhsilə qoyulan vəsaitin ölkənin hərtərəfli inkişafına, iqtisadiyyatın, davamlı tərəqqinin təmin olunmasına əsaslı zəmin yaratdığını vurğulayan dövlət başçısı təhsil sisteminin müasirliyi və effektivliyini dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasının reallaşmasının əsas şərtlərdən biri kimi səciyyələndirir. 

         Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi 44 günlük “Dəmir yumruq” Vətən müharibəsi zamanı xalqına müraciət etməsi və bütün çıxışlarında xalq ilə bir olaraq işğalçılara qarşı bütün cəbhələrdə mübarizə aparması “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq” fikirləri bir daha öz təsdiqini tapdı. II Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi Azərbaycan tarixinə şanlı hərflərlə yazıldı və tarixə əbədi olaraq həkk olundu. Və Azərbaycan ərazi bütövlüyünü təmin etməklə tarixi ədalət bərqərar oldu, xalqın qurur və milli ləyaqəti bərpa olundu. Daha bundan sonra cənab Prezidentin də deyidiyi kimi “Bizi daha heç kim və heç nə dayandıra bilməz” və ölkəmiz bündan sonra da inkişaf edəcək və yeni uğurlara imza atacaqdır.

samedi 11 décembre 2021

 

Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev dünya tarixinə parlaq və silinməz iz qoymuşdur.







Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü,

Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru

 

 

Aşıq ağlat məni, dolum, boşalım,
Əridim, bağrımın yağımı qaldı?
Yaşıl bostanımın
yaşıl bağımın,
Kökdən üzülməmiş tağımı qaldı?
Oxu asta-astade sərin-sərin,
Dərdimiz ağırdıyaramız dərin.
Karvanı köçdüsə Dədə Heydərin,
Daha deyib-gülmək çağımı qaldı

Zəlimxan Yaqub “Böyük ömrün dastanı

 

Azərbaycan xalqı 12 dekabr 2003-cü ilin şənbə səhərini vətənin böyük oğlu, böyük şəxsiyyət, müdrik dövlət xadimi, Azərbaycanın prezidenti olmuş Heydər Əliyevin vəfatı xəbəri ilə açdı. Ölkədə yeddi günlük ümummilli matəm elan olunmuş, dövlət bayraqları endirilmiş, bütün dövlət tədbirlərinin keçirlməsi dayandırılmış və Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynamış dahi şəxsiyyət Heydər Əliyevin vəfatı ilə bağlı hüzn ab-havası hökm sürürdü. Yerli telekanallarda Ümumilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı arxiv materialları nümayiş etdirilir. Ölkənin hökumət üzvləri, ziyalıl, ictimaiyyət nümayəndələri bir-birinin ardınca televiziyada çıxış edərək ümummilli lider Heydər Əliyevin vəfatı ilə bağlı kədərlərini bölüşürdülər. Natiqlər öz çüxışlarında xalqı hazırkı prezident İlham Əliyevin ətrafında sıx birləşməyə və atasının başladığı işi davam etdirməyə çağırırlar.


Milyonlarla insanın sevimlisinə çevrilmiş Ulu Öndər hələ gənc ikən öz xalqının taleyüklü məsələlərində yaxından iştirak etmiş, yüksək vəzifələrə layiq görülmüş və çiyinlərində öz ölkəsinin böyük yükünü daşımışdır. Elə bu səbəbdəndir ki, Ümummilli liderin keçdiyi böyük və mənalı eləcə də olduqca şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Məhz Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə sovet respublikaları arasında geridə qalmış Azərbaycanı qısa bir zamanda böyük bir siçrayışla inkişaf yoluna gətirmişdir.


Həmin dövrdən başlayaraq ölkədə bu vaxta qədər görünməmiş inkişaf və yüksəliş eləcə də tikinti-quruculuq işləri başlanılmışdır. Respublikanın bütün sahələrində, siyasi və mədəni həyatında uğurlu inkişaf başladılmış və Azərbaycanda yeni həyat başlamışdır. Bu inkişaf nəticəsində tezliklə respublikanın bütün sahələrində, iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmişdir. İldən ilə yeni yaşayış massivləri və qəsəbə və kəndləri salınır, məktəblər, uşaq bağçaları, universitetlər açılırdı. Respublikamız üçün böyük əhəmiyyət kəsb edən yeni saraylar, yaraşıqlı binalar və şəhərə gözəllik verən yaşıllıqlar salınırdı.


Ən əsası isə Ulu Öndərin Respublikaya rəhbərlik etməsi ölkədə bu vaxta qədər görünməmiş milli ruhun, azərbaycançılığın və kadr potensiallının milliləşdirilməsinin təməli qoyulmağa başlanılmışdır. Məhz həmin dövrdən başlayaraq hər il yüzlərlə azərbaycan gənci təhsil almaq üçün SSRİ-in ən qabaqcıl ali məktəblərinə göndrilmiş və azərbaycanlılar daha mühüm dövlət vəzifələrinə irəli çəkilməyə başlanılmış, Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş və bununla da tez bir zamanda ölkəmiz digər respublikalar arasında qabaqcıl respublikalarından birinə çevrilmişdir.

Sovet dövrünün perestroyka dövründə Qorbaçov rejiminin qəzəbinə tuş gəlmiş Ümummilli lider səhəti bəhanə gətirilərək əvvəlcə müalicə adı ilə bütün dövlət işlərindən uzaqlaşdırılmış və sonra isə məcburən təqaüdə göndərilmişdir. Lakin ölkədə baş verən hərcmərclik və səriştəsiz idarəçiliyin baş alıb getməsinə dözə bilməyən və sonda məlum 20 Yanvar hadisələrindən bir gün sonra xalqın xilaskarı ulu öndər Heydər Əliyev yenə də xalqımızın kədərini bölüşmüş və ölkə vətəndaşlarına qarşı həyata keçirilmiş qanlı aksiyanı ifşa edərək cəllad Qorbaçov hakimiyyətini ciddi tənqid edərək xalqa bir dayaq və təsəlli olmuşdur.

Yenicə müstəqilliyini bərqrar etmiş müstəqil Azərbaycan yenə də ciddi  böhran və ərazi bütövlüyünə qarşı ciddi təziqlər ilə üzləşmiş və müharibə şəraitinə düşmüşdür. Ölkə yenicə bərpa etmiş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Azərbaycan xalqı yeganə çıxış yolu kimi təkidlə Heydər Əliyevin yenidən hakimiyyətə çağırmış və yalnız onun uzaqgörən siyasi baxışı ilə gənc ölkənin düşdüyü bu ağır vəziyyətdən eləcə də sosial-iqtisadı, hərbi-siyasi böhrandan çıxardacağına inanmışdır.

1991-1993-cü illərdə Naxçıvanda 1993-cü ildən 2003-ü ilə qədər isə paytaxt Bakıda Ülü Öndər bütün əməyini sərf edərək düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın inkişafı və vətəndaşlarının rifahı uğrunda gecə-gündüz çalışmış və ölkəmizin müstəqilliyini əbədi etmiş eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəflərini müəyyən edərək Azərbaycanın sonrakı illərində də inkişaf edərək möhkəmlənmsinin təməlini qoymuşdur. Ən əsası isə öz xalqının gələcəyini düşünürək "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək dövlətin idarə edilməsini öz layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev olduğunu bildirmişdir. Bu gün Azad Azərbaycan, məhz Prezident İlham Əliyevin uğurlu siyasəti ilə idarə edilərək inkişaf etdirilir.

 

 


vendredi 10 décembre 2021

 

      Azərbaycanın qələbəsi şərəfinə keçirilmiş Zəfər Paradının bir ili

 

Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü

Azərbaycan-Fransız Universitetin (UFAZ) icraçı direktoru

 

İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durduvə Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi.

Prezident İlham Əliyev


          Bu gün zəfər Paradının keçirilməsindən bir il ötür. Məhz bir il əvvəl xalqımız düşmən üzərində şanlı qələbə qazandıqdan bir ay sonra 2020-ci ilin 10 dekabr tarixində Bakının Azadlıq meydannda Zəfər Paradının keçirilməsinin şahidi oldu. Bu hadisə tarixi bir hadisə kimi yaddaşlara həkk olundu. Hərbi Zəfər Paradında 3000-dən artıq Azərbaycan əsgəri və zabiti eləcə də qardaş Türkiyənin əsgər və zabitləri iştirak etmişdir. Zəfər Paradını Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət edilmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradın ən əlamətdar hadisələrindən biri Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbiçiləri tərəfindən şəhər üzərinə qaldırılmış Zəfər bayrağı meydana gətirilmişdir. Daha sonra müharibə zamanı Azərbaycan ordusuna qarşı döyüşməyə cəhd göstərmiş lakin məğlub duruma düşərək təslim edilmiş düşmənənin silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunması Azadlıq Meydanında təşkil edilmiş Zəfər Paradından verilmiş daha bir önəmli mesaj idi.


          Zəfər Paradına Türkiyə prezidentinin qəxri qonaq qismində iştirak etməsi böyük bir tarixi hadisə idi. Türkiyənin, başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Vətən müharibəsinin ilk günündən Azərbaycana dəstək verməsi Azərbaycan Türkiyə qardaşlığının təzahürünü bütün dünyaya bir daha nümayiş etmişdir. Oz çixişında Türkiyyə prezidenti - Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millər, iki dövlət” şüarını rəhbər tutduq - deyə vurğulamışdır.  

          Tarixdə Bakının Azaqlıq meydanında bir çox paradlar təşkil edilmiş və bundan sonra da təşkil olunaqdır. Ancaq 10 dekabr 2020-ci ildə keçirilmiş Zəfər Paradının xususi önəmi vardır. Belə ki, Ümumilli lider Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev bütün ali kürsülərdə çıxışları zamanı eləcə də Azərbaycan xalqının qarşısında çıxışlarında və xüsusən də qaçqın və köçkünlər ilə olan görüşlərdə hər zaman bildiridilər ki, bir gün gələcək və biz işğal edilmiş torpaqlara geri dönəcəyik. Və hər zaman Azərbaycanı inkişaf etdirmək üçün hər bir vətəndaşın fəal olmaqları bildirirdilər. Nəhayət bu gün gəldi. Uzun sürən hazırlıqlar və Azərbaycanın bütün sahələrdə işkişaf etdirilməsi 44 günlük müharibə zamanı Azərbaycanın Zəfəri ilə başa çatdı.


          Zəfər Paradında nümayiş etdirilən texnikalar və qənimət kimi əldə edilmiş düşmənin hərbi texnikası bütün dünyada maraqla izlənildi. Və bu Azərbaycan Ordusunun hərbi əməliyyatlar zamanı müasir döyüş texnikalarına malik olması və onlardan uğurla istifadə etməsini subut etdi. 

Bu gün Azərbaycan xalqı xöşbəxtdir. 30 ilə qədər davam edən işğala qəhrəman əsgərlərimizin şücaəti, rəşadətli Azərbaycan ordusu və Müzəffər Ali Baş Komandanın güclü iradəsi və siyasəti ilə son qoyulmuşdur. Bu qələbə Azərbaycan xalqı üçün ləyaqət simvoludur. 

Cənab Prezident müharibədən sonrakı çıxışlarında qeyd edir ki, Qarabağ müharibəsi artıq bitmişdir ancaq münaqişə hələ bitməyib. Belə ki, hər bir Azərbaycan vətəndaşını bunu unutmamalı və bu məsələ ilə bağlı bundan sonra da prinsipiallıq nümayış etdirməlidir.