Nombre total de pages vues

lundi 8 novembre 2021

     Qarabağ münaqişəsinin dünəni və Zəfər tarixinin 44 günü


Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü,

Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru



Azərbaycanın döyünən ürəyi sayılan, Qarabağ bölgəsi hər bir Azərbaycanlı üçün müqəddəsdir. 44 günlük müharibə dövründə bütün dünya Azərbaycanlıları birləşərək həmrəylik göstərmiş və Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qəhrəman əsgərlərimizin göstərdiyi mübarizə və şücaət nəticəsində torpaqlarımız 30 il davam edən işğaldan sonra azad edilmiş və müharibə Zəfər ilə başa çatmışdır.

Qarabağ sözlərin birləşməsindən əmələ gələn, 2700 metr hündürlükdə yerləşən Azərbaycanın ən səfalı yerlərindən olan Qarabağ bölgəsi,  Araz vadisi və Kür qırağı çəmənliklər ilə əhatə olunmaqla, zəngin təbiəti və münbit torpağı ilə hər zaman məşhur olmuşdur. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra, çar siyasəti bölgədə öz dini təsirini və güçünü yaymaq məqsədi ilə Türkiyə və İranda yaşayan erməniləri öz imperiyasında yerləşməyə dəvət edir. Belə ki, eyni dövrdə çar Rusiyası tərəfindən yenicə işğal edilmiş Azərbaycan ərazilərinə digər qeyri müsəlmanların (müxtəlif sektalara məxsus almanlar, ruslar və s.) da köçünün şahidi oluruq. Lakin qeyd etməliyik ki, rusların bu çağırışına daha çox ermənilər hay vermişlər. Bu baxımdan ermənilər ruslar üçün öz siyasətlərini həyata keçirmək üçün bir tapintı olduğunu desək yəqin ki, yanılmarıq. Çünki, ermənilər bölgədə bəlkədə yeganə xristian xalqlarındandırlar ki, müsəlmanlar arasında sərbəst yaşayır, onların mədəniyyətinə uyğunlaşır, dillərini öyrənir, mətbəxini və musiqisini mənimsəyirdilər. Azərbaycandakı yaşlı nəsil təsdiq edər ki, sovet dövründə ölkədə yaşayan digər müxtəlif xalqlar arasında ermənilər yeganə xalq idilər ki, sadaladığım bütün vərdişləri yüksək şəkildə mənimsəyir və bir müddət keçdikdən sonra dünya ictimaiyyətinə özlərinki olduqlarını car çəkməkdən belə utanmırdılar.

1920-ci il Azərbaycan Demokratik Respublikasının süqutu və bolşeviklərin Azərbaycanı işğal etdikdən sonra Ermənilərin Qarabağ, Naxçıvan, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarına olan iddiaları 26 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars müqavilələrinin imzalanaması ilə öz həll yolunu tapdı. 1921-ci ildə Zəngəzur mahalının Ermənistana verilməsi prosesi Azərbaycan və Türkiyə arasında sərhədlərin qismən azalması və ardınca Naxçıvanın Azərbaycandan ayrılması ilə nəticələnir. Ermınilərin zaman-zaman Azərbaycan torpaqlarına yerləşdirilməsi və onlara havadarlıq edilməsi ilə yerli əhaliyə təziq göstərməsi xalq atasında narazılıqlar yaradır və toqquşmalar ilə nəticələnirdi. Ermənilərin 1905 və 1918 illərdə törətdikləri qırğınlardan sonra Sovet dövründə ilk etnik toqquşmalar, 1963-cü ildə Bakı və Sumqayıtda, 1968-ci ildə Qarabağda başlamaqla Azərbaycanı sarsıtdı. Erməni təbliğatının ilk cücərtiləri 1965-ci ilin əvvələrində SSRİ-də başladı. Həmin ildə, Erməni diasporasının təsiri altında olan ermənilər SSRİ-də "Erməni soyqırımı"nın 50-ci ildönümü ilə bağlı tədbir təşkil etdilər.

Azərbaycanın bir sira əraziləri sovet dövründə də Ermənistana birləşdirilmişdir. Proses 1922-ci ildə Azərbaycanın Dilican və Göyçə rayonlarının Ermənistana verilməsi ilə başlamışdı. 1923-cü ildə Naxçıvanın doqquz rayonu Ermənistanı birləşdirdi. 1929-cu ildə Qazax, Zəngilan və Ordubad rayonlarının bəzi kəndlərinin Ermənistana birləşdirilməsi Meğri rayonunun yaradılmasına səbəb olmuşdur. 1946-cı ildə 4000 hektar meşə sahəsi, 1969-cu ildə isə Gədəbəy, Qazax, Tovuz və Sədərək rayonlarının geniş əraziləri Ermənistana verilməsi qərarı 1984-cü ildə qədər mümkün olmamış və sonra reallaşmışdır. Əgər 1918-ci ildə müstəqil Ermənistan ərazisi 4 iyun 1918-ci il tarixli Batum müqaviləsinə əsasən 9.000 km² idisə, 1988-ci ildə ərazilər üç dəfə genişləndirilərək 29.743 km²-ə olmuşdur. 2020-ci ilə qədər bu rəqəmə daha 20 min km² Dağlıq Qarabağ ərazisini və Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycanın 7 rayonunu da əlavə etmək olar.dı Əksinə, 1918-1920-ci illərdə Azərbaycanın ərazisi 114.000 km², indiki ölkənin ərazisi isə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərlə birlikdə 86.600 km²-dir. 

Sosial-siyasi və iqtisadi səbəblər. XX əsrin sonunda, 1989-cu ildə Almaniyanın birləşdirilməsi və 1991-ci ildə SSRİ-nin süqutu,  dünyada yeni bir sistemin bərqərar olunması ilə nəticələndi. Müxtəlif  hadisələr, yenidənqurma və aşkarlıq siyasəti, SSRİ-də strateji silahların ləğvi barəsindəki danışıqların başlamasına və həmçinin, SSRİ-i qoşunlarının Əfqanıstan və Afrikadan geri çəkilməsinə  səbəb oldu.  SSRİ-nin dağılması prosesinin sürətlənməsi keçmiş Sovet respublika xalqları arasında münaqişələrin yaranmasına və MDB-nin (Müstəqil Dövlətlər Birliyi) formalaşmasına şərait yaradır[1]. Hakimiyyətdə baş verən dəyişikliklər və Sovet dövrünün sona çatması, Avropada keçmiş Yuqoslaviya və Çexoslovakiya kimi dövlətlərin bölünməsinə, Dağlıq Qarabağ və Balkan müharibəsi kimi yeni münaqişə zonalarının yaranmasına və 1991-ci ilin oktyabrında, Azərbaycan kimi digər müstəqil dövlətlərin yaranmasına səbəb oldu.

Kommunizmdən 70 il sonra, bütün Sovet ölkələri demokratik müstəqil dövlət qurmağa başlayır. Bu yol Azərbaycan üçün də çətin bir yol olur. 1987-ci ildən etibarən, Azərbaycan xalqı qaçqınlıq problemini yaşayır. Minlərlə Ermənistan azərbaycanlısı öz yurd-yuvalarından didərgin düşür. 1992-ci ildən etibarən, Dağlıq Qarabağ münaqişəsi qanlı müharibəyə və qaçqınların sayının artmasına səbəb olur. 1994-cü ildə atəşkəs ərəfəsində, Qarabağ və ətraf rayonlardan eləcə də Ermənistandan qovulmuş və öz dədə-baba torpaqlarından didərgin düşmüş qaçqınların sayı 1 milyona çatmışdır. Bir tərəfdən, SSRİ-nin dağılması digər bir tərəfdən, Azərbaycan hökumətində mövcud qeyri-sabitlik və özbaşınalıqdan doğan müharibənin yaranması, əhalinin köçməsinin ən başlıca səbəbləri idi. Həmin dövrdə baş vermiş hadisələr Azərbaycanda yaşayan digər xalqlarında (ruslar, yəhudilər, ukraynalılar eləcə də azərbaycanlılar və digər etnik azlıqların nümayəndələri ölkəni tərk edirlər.

Qarabağ üzərində Ermənistan və Azərbaycan arasında baş vermış birinci Qarabağ müharibəsi, əslində Qafan və Mehri (Ermənistan) bölgələrindən qovulan ilk qaçqınların məsələsi ilə 1986-cı ildən rəsmi olaraq başlamışdı. 1987-ci ilin sonlarında yaradılan qondarma “Erməni soyqırımı”  məsələsini Azərbaycan xalqı Dağlıq Qarabağ probleminin ilkin günlərində ölkənin ərazi bütövlüyünə qarşı yönəldilmiş cəhd və vətəndaşların konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirirdi. 1987-1991-ci illər ərzində, Ermənistanda yaşayan azərbaycanlıların tamamilə çıxarılmasını nəzərdə tutan siyasətin həyata keçirilməsiylə, təxminən 200 000 azərbaycanlı öz yurdundan didərgin düşdü. 1992-ci il  fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri, Xocalı soyqırımı baş verdi.

Həmin dövrdə hakimiyyətdə mövcud olan xaos və özbaşınalıqlar Azərbaycan Respublikasının müdafiə gücünü daha da zəiflətdi. İki illik müharibədən sonra  Ermənistan ordusu Qarabağın bütün ərazisini və ona bitişik 7 rayonu işğal edi. 1992-ci ilin fevral ayından etibarən, münaqişənin həlli istiqamətində bir sıra vasitəçi tədbirlər görülməyə başladı. 5 may 1994-cü il tarixində tərəflər arasında atəşkəsin əldə edilməsi barəsində razılıq əldə olundu. Həmin dövrdən etibarən, münaqişənin sülh yolu ilə həllinə dair aparılan danışıqlar 27 sentyabr 2020-ci ilə qədər, İkinci Qarabağ müharibəsinə qədər nəticəsiz qaldı.

Son 30 ildə Dağlıq Qarabağ adlı münaqişə, keçmiş SSRİ-nin miras qoyduğu Gürcüstan, Abxaziyanın separatçı respublikaları, Cənubi Osetiya, Dnestryanı və Moldova ölkələrində mövcud olan problemləri kimi həlli dondurulmuş konfliktlərdən sayılmaqda idi.

Müharibədən sonra bir sıra büynəlxalq təşkilatlar bəyanatlar və tövsiyyələr qəbul etmiş lakin 2016-cı il Aprel döyüşlərinə qədər nə bir qarış torpaq geri qaytarılmış nə də məcburi köçkünlər öz yurdlarına dönmüşlər. Nə dünya dövlətləri elə Ermənistanın özü belə işğal edilmiş torpaqları tanımamışdır. 2016-cı il "Dördgünlük müharibə"də Azərbaycan Silahlı Qüvvələri Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı eləcə də Gpranboy rayonununGülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

İkinci Qarabağ müharibəsinin başlamasına bpyük təsir göstərmiş ikinci ən böyuk qarşıdurma 2020-ci ilin iyul ayında baş vermiş Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tavuz mərzi və Tovuz rayonu ərazisində baş vermiş döyüşlərdə biri Azərbaycan generalı olmaqla 16 hərbiçi həlak olmuşdur.

27 sentyabr 2020-ci il ermənilərin təmas xətdində hərbi vəziyyəti pozduqlarına görə baş vermiş 44 günlük müharibə "Dənir Yumruq" adı ilə tarixə düşdü və Azərbaycan başda Müzəffər Ali Baş Komandan olmaqla 30 illik işğala son qoydu. 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir güçə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu ödəyərək Müzəffər Orduya rəhbırlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək "Dəmir Yumruğa" çevrildiyinin şahidi olduq.

Bu gün, 8 noyabr 2021-ci il Azərbaycanda Zəfər gününün ilk ildönümü qeyd olunur. Bu gün Azərbaycan vətəndaşı xöşbəxtdir ki, onun torpaqları düşmən tapdağından azad edilib. Döyüşlər zamanı şəhid olmuş azərbaycan oğul və qızları hər zaman Azərbaycan xalqının ürəyində qalacaq. Dövlətimiz və vətəndaşlarımız hər bir şəhid ailəsinin qayğısına qalmaqda özünü borclu bilir və onları qoruyur. Eləcə də döyüşlərdə yaralanmış qazılərimizə bütün Azərbaycan xalqı adından qayğı ve ehtiram var. Bu gün Qarabağa həyat qayıdır, dağıdılmış evlər məscidlər yenidən tikilir, kənd və qəsəbələrin eləcə də şəhərlərin yeni proyektləri hazırlanır. Tezliklə bütün dünya görəcək ki, QARABAĞ necə AZƏRBAYCANDIR!



[1] Müstəqil Dövlətlər Birliyi (MDB) – 8 dekabr 1991- ci ildə,  Rusiya, Ukraniya və Belarusiya tərəfindən qurulub. 15 sovet respublikasının 11 üzvününün daxil olduğu bu birlik, bütün üzv ölkələrinin bərabər suverenliyinin təmin olunması prinsipləri üzərində qurulmuşdur.

 

Aucun commentaire: