Nombre total de pages vues

jeudi 4 novembre 2021

 

Dil fakültələrinin yuxarı kurslarında tələbələrdə yazı

 bacarıqlarının inkişaf etdirilməsi imkanları

 




    Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü
Azərbaycan-Fransız Universitetin (UFAZ) icraçı direktoru  

Açar sözlər: yazı bacarığı, oxu və yazı, xarici dil,  informasiya, innovasiya  texnologiyaları, kommunikasiya,

Keywords: writing skills, reading and writing, foreign language, information, innovative technologies, communication,

Ключевые слова: навыки письма, чтение и письмо, иностранный язык, информация, инновационные технологии, общение.


Informasiya texnologiyalarının günü-gündən inkişaf etməsi xarici dilləri tədris edən fakültələrdə oxu və yazı bacarıqlarının mənimsənilməsi üçün yeni perspektivlər ortaya qoyur. Araşdırma apararkən yazı vərdişlərinin peşəkar eləcə də gündəlik həyatda işlənməsi və tətbiq edilməsi günümüzün vacib məsələlərdən birinə çevrilməsinin şahidi oluruq. Aparılmış çağdaş tədqiqatlar, xüsusən də xarici dillərin öyrənilmə mürəkkəbliyini və yazı bacarıqlarının tətbiqetmə müxtəlifliyini izah etməyə və dəqiq analiz edərək öyrənməyə imkan verir. 

Giriş

Universitetlərdə xarici dillərin tədris edilməsində yazı bacarıqlarının inkişaf etdirilməsi yaranmış bəzi çətinliklərin neçə aradan qaldırılmasını vacib edir. Belə ki, tələbələrin təlim və mənimsəmə qaydalarının inkişaf etdirilməsi, didaktik sahədəki yeniliklərə əsaslanaraq tədris metodlarının konseptuallaşdırılması və tələbələrə izah edilərək tədris edilməsi əsas məqsəd olaraq irəli sürülür. Sadalananan elementlər hər şeydən əvvəl peşəkarlığı təmin etmək üçün bəzi təcrübələrin və onların həyata keçirilməsinin nəzərdə tutur.

Hal-hazırda Avropanın bir cox universitetlərindən fərqli olaraq Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsində təhsil müddəti 3-4 il və 180 kredir deyil 4-5 il olmaqla 240-300 AKTS kreditindən (tibb təhsilində 300-360 kreditdən) ibarətdir. Dil fakültələrində təhsil alan tələbələr bu müddət ərzində yazı və oxu bacarıqlarını maksimum inkişaf etdirmələri üçün tədrisin ilk günlərindən sadə tapşırıqların həll edilməsinə başlayaraq daha çətin tapşırıqların həll edilməsinə başlamalıdırlar. Eyni zamanda tələbələr tədris aldıqları zaman qrammatika, orfoqrafiya, leksika, sintaktik qaydaların da maksimum öyrənərək inkişaf etdirilməsini qarşılarına məqsəd qoymalıdırlar. Əldə edilən biliklər digər fənnlər üzrə qazanılan bacarıqların da inkişaf etdirilməsinə imkan verir.

Qeyd etmək lazımdır ki, dil fakültələrində yazı bacarıqlarının inkişaf etdirilməsi ilə əlaqədar universitetlərin kafedları tərəfindən tərtib edilmiş proqram və dərs vəsaitlərinin tələblərinə əməl edilməlidir. Lakin bütün bünlara baxmayaraq inkişaf edən dünyada yeni bacarıqların çevik uyğunlaşdırılması və linqvistik qaydaların təkmilləşdirilməsi vacib məsələlələrdən olaraq qalır. Bəs bu halda dillər fakültəsində xarici dillərin tədrisini və yazı bacarıqlarının inkişaf etdirilməsini müasir dünya ilə ayaqlaşmasını necə düşünə bilərik?

Aparılmış son araşdırmalar göstərir ki, yazı artıq sadə bir transkripsiya sayılmır, çünki müəllimlər və şagirdlər tərəfindən diqqətlə nəzərdən keçirilməsini tələb edən bir neçə elementi əhatə edən mürəkkəb bir düşüncə mexanizmidir.

İdrak psixologiyasında, nitqin formalaşması daha çox anlanması və yadda saxlanılması ilə əlaqəli məsələlər nitqin ümumi formalaşmasına üstquruluşun işlənməyi və xatırlamağı asanlaşdırdığını anlamağa imkan verir.

Qeyd edilən məlumatların başlanğıc nöqtəsi olaraq, xarici dil öyrənən tələbələrin yazı bacarıqlarını inkişaf etdirməsinə kömək edəcək bir təlimatın hazırlanması və eləcə də xüsusi proqramın seçilməsi təklif edilə bilər. Təklif olaraq əsas məsələ kimi müəllimin dərslərin aktiv keçməsinə şərait yaratmaq və şagirdləri yazı bacarıqlarını inkişaf etdirmələri haqqında düşünməyə vadar etmək, diskursiv növlərin tanınması və məlumatlandırılması eləcə də əldə edilmiş biliklərin tətbiq edilməsi üçün bütün digər vasitələrdən istifadə etmək.

Son onilliklərdə xarici dillərin tədrisi və öyrənilməsi sahəsində yazılı ünsiyyətə baxmayaraq şifahi ünsiyyətin qəbul edilməsinin şahidi olduq. Belə ki, tələbə şifahi danışmağı və başa düşməyi bacarmalı, beləliklə şifahi ünsiyyət bacarıqları ilə yazılı ünsiyyət bacarıqları arasındakı fərqi əks etdirməli idi. Bundan əlavə, məhz sinifdə yazı bacarığının inkişaf etdirilməsi və danışıqla yazı arasında bir fərq olduğu və bu fərqin yalnız vəziyyətlə əlaqəli olduğu qəbul edildi. Motodologiyanın inkişaf etdirilməsi və baş vermiş dəyişiklilər yazını ünsiyyət və ifadə vasitəsi olaraq yenidən qiymətləndirməyə imkan verdi və yazı bacarığı artıq ayrıca qəbul edilməməyə başlanıldı. Hal-hazırda yazı və oxu bacarıqları əlaqəli şəkildə öyrənilir və tədris edilir. Digər tərəfdən isə qeyd etmək yerinə düşər ki, bu müddət ərzində yazı bacarığının inkişaf etdirilməsi və öyrənilməsi danışıq dilinin öyrənilməsi qədər vacib sayılmağa başladı.

Hal-hazırda, bir çox tədqiqatçılar yazı bacarığının inkişaf etdirilməsinə idrak prixologiyası nöqteyi-nəzərindən yanaşır. Artıq yazı dərslərindən deyil yazı yazmaq bacarıqlarının inkişaf etdirilməsindən danışılır (Jolibert, 1991). Yazılmış yazını daha yaxşı qavrayıb analiz etmək üçün müəyyən edilmiş xüsusi linqvistik və psixososial şərtlər tələb olunur. Tədqiqatçı alim Magdalena Hernandez Alarcon (2001) çox da dərin analiz aparmadan Veracruz Universitetinin Dillər Fakültəsi Fransız Lisenziyası tələbələri ilə tətbiq etmək üçün "Təlimat Təklifi" adlı təklif irəli sürür və aşağıda qeyd edilənləri vurğulayır:

a) universitetin dillər fakültəsində yazı bacarığının inkişafı və gözləntiləri;

b) hekayənin tipik diaqramının aydınlaşdırılmasına üstünlük vermək üçün mətnin xüsusiyyətləri;

 c) təlimat təklifini hazırlamaq.

Artıq müasir xarici dil öyrənənlər üçün şifahi yazı bacarıqlarına üstünlük verıldiyindən, yazı yazma bacarığı "yeni başlayanlar" səviyyəsini daha da vacib etdi. Tələbələr fonoloji sistemi mənimsədiyi andan etibarən dediklərini yazmağı öyrənir. Sonrakı mərhələdə yazılmış yazının və ya sözün oxunmasının və anlamını eləcə də başa düşülməsini görürük (Davene, 1975). Belə ki, daha əvvəllər yazılı mətn xarici dil əldə etmə üçün bir vasitə kimi qəbul edilir lakin tədricən dil mənimsəmələrini gücləndirmək baxımından düşünülməyə başlanıldı.

Dil tədris edilən zaman ilk öncə sinif otaqlarında səslənən cümlələrin ətraflı bir şifahi transkripsiyasından ibarət olur. Daha sonra tələbələr şifahi dil arasındakı fərqin daha aydın şəkildə qeyd edilməli olduğu cümlələr və mətnlər hazırlamağa başlayırlar. Bu halda cümlədən danışığa keçid xarici dil öyrənənlər üçün ağır və çətin bir yükə çevrilir. Çox vaxt, yazılı etdiyimiz tədris-öyrənmə problemi digər cəhətlərlə əlaqələndirmədən, xüsusən metodoloji cəhəti nəzərə alır. Garcia-Debanc (1995) müəllimlərə təqdim olunan dərsliklərin bizə yazmağı öyrətməyimizi izah edən modellər təqdim etdiyini, lakin bu dərsliklərin nadir hallarda istehsal problemimizlə qarşılaşdığımızı qeyd edir.

Təlim-tədris məsələsinə gəldikdə, ana dilində və xarici dildə yazıya yanaşma tərzində bir fərq olduğunu unutmamaq lazımdır. Belə ki, dil daşıyıcıları olan uşaqlar artıq məktəbdə təhsil almağa başlayanda öz ana dilini yaza bilməsə də danışmağı bacarır və bu onun üçün çox faydalı bir bacarıq kimi qiymətləndirilir. Dil daşıyıcıları olmayan insanlar isə xarici dilləri daha çox sonrakı yaşlarda və ya artıq yetkin yaşda olduqları vaxt öyrənməyə başlayırlar. Belə bu zaman həm şifahi həmçinin yazılı dilin öyrənilməsi kimi tam naməlum olmayan yeni bir sistem ilə qarşılaşırlar. Bu halda, doğma və xarici dillər arasında qavramada interferance məsələsi baş verir (Catach, 1988). Misal üçün C. Weber (1993) yazmağı öyrənməyi yerli bir tələbə üçün xarici tələbədə olduğu qədər çətin bir hərəkət hesab edir. Ancaq xarici dil öyrənmək, ana dilindən başqa bir sistemə görə yeni ünsiyyət yolları ilə qarşılaşmaqla xarakterizə olunur. Əlbətdə ki, dil öyrənənlər yazılı sözün sintaksisinin ilk növbədə danışıq sözünün olduğunu göstərməyə meylli olur və yazı bacarığı üzrə kifayət qədər hazırlıq öyrənənlərin yazılı nitq yaratmasına səbəb olur.

Universitet tələbəbələrindən fəqrli olaraq məktəblərdə şagirdlər məktəb yaşlarından yazmağa başlayırlar ki, bu da təhsilləri irəlilədikcə daha da inkişaf etməyə davam edir. Lakin dil öyrənən fakültələrdə tələbələr yazı bacarıqlarını müəllimlərin onlara verdikləri sadə qrammatik, orfoqrafiya, leksik, sintaktik məsələlərdən ibarət olan tapşırıq və çalışmalar ilə başlayıb daha da çətin tapşırıqların həllinə keçirlər. Eyni tapşırıqları yerinə yetirərkən tələbələrin digər bilik və bacarıqların da hansı səviyyədə əldə etdiklərini müəyyənləşdirmək mümkündür. Belə ki, hər hansı bir mətnin yazılması tapşırıq kimi tələb edilirsə tələbə həmin mətni düzgün oxumaöı bacarmalı və başa düşməlidir.

Bir neçə ildə müəllim kimi çalışdığım müddətdə apardığımız müşahidələr onu deməyə əsas verir ki, dil fakültələrində tələbələrinin dil öyrənmələrində şifahi nitq mərhələsindən yazılı mərhələyə keçərkən çətinlik çəkdikləri müşahidə edilir. Belə ki, əksər hallarda onların yazıları strukturlaşmış və diskursa əsaslanan bir text deyil daha çox cümlələrin ardıcıl yazılmasından ibarət olur. Hətta bir çox tələbələr əvvəldən etdikləri yazı səhvlərini ilk gündən necə səhv şəkildə yazmağa başlayırlarsa təhsil aldıqları illər ərzində və hətta məzun olana qədər də eyni səhvləri tez-tez və ya davamlı davam etdirirlər.

Raims (1985) öz araşdırmalarında qeyd edir ki, xarici tələbələr dil öyrəndikləri zaman doğru mənanı ifadə edən söz və ifadələri tapmaq üçün səy göstərdiklərinə görə ritorika və qramatikik qaydalara riayət etməyi unutdurlarqlarını söyləyir. Belə ki, xarici tələbə danışdığı zaman öz fikrini linqvistik qaydalara düzgün əməl etmək və ya fikrini izah etmək arasında dilema qarşısında qalır və burada yenə də insan psixologiyası öz süçimini edir. Və burada daha bir məsələ anlaşılır ki, tələbələrə  təkcə linqvistik qaydalardan düzgün istifadə etməyi öyrətməklə kifayətlənmək olmaz, situasiyada mətnlər hazırlamaq üçün uyğunsuzluqları, ehtimalları idarə etməyi də öyrətmək tələb olunur.

Aydın məsələdir ki, məntiqli bir mətnin hazırlanması üçün ciddi səy göstərmək tələb olunur və bunun üçün xarici dil öyrənən tələbələrə bütün mümkün  vasitələrdən düzgün yararlanmağı öyrətmək tələb olunur. Və burada bir sual meydana çıxır. Xarici dillərin tədrisində yazı bacarığının öyrədilməsində hansı mütodlardan istifadə etməliyik? Yazılı dilin tədrisini mühitimizdə necə düşünməliyik?

Ümumiyyətlə, məktəb proqramlarında xarici dillərin tədrisi qrammatik aspektlə, xüsusən də morfo-sintaktik təhlil və bəzən də qabaqcıl səviyyələrdə mətnlərə şərh verməklə məhdudlaşır. Təəssüf ki, vacib və zəruri hesab edilən bu perspektivlər kifayət deyildir. Belə ki, şagirdlərin yazı bacarıqlarınin inkişaf etdirilməsi istər məktəb dövründə istərsə də sonrakı universitet təhsilləri müddətində məhdud olduğundan bu məsələyə ciddi vermək lazımdır.

Məlumdur ki, təhsil müddəti ərzində tələbələr müxtəlif səpgili mətnləri oxumalı və fikirlərini yazıda ifadə etməlidirlər. Çalışma kimi tələbələr müxtəlif mövzuda olan mətnləri oxuduqdan sonra bir-biri ilə müzakirə edib yazı bacarıqlarını inkişaf etdirmək üçün öz fikirlərini (esse, imla, ev tapşırığı, sərbəst iş və hətta dissertasiya) hazırlamalıdırlar.  

Bu halda sual yaranır ki, universitetdə nəyi və nə zaman öyrədilməlidir? Aparılmış araşdırmalar göstərir ki, bəzi hallarda danışıq dilində olan mətnlər ixtisara salınır və ya qısaldılaraq ifadə olunur. Bu halda xarici dillərin tədris olunduğu universitetlərdə bədii mətnlər yazılı ünsiyyət səriştəsinin inkişaf etdirilməsi üçün yaxşı bir didaktik mənbə ola bilər. Bədii mətn özündə idrak psixologiyası eyni zamanda keyfiyyət və onun sxematik quruluşu, psixoliji, linqvistik və mədəni məlumatları özündə cəmləşdirir. Bədii mətnlə işləmək daha asan ola bilər, çünki tələbələr eyni zamanda tarixdə baş verən hadisələr, personajlar və hərəkətlər haqqında məlumat əldə edərək bilik əldə edəcəklər. Hətta bəzən müxtəlif mövzularda mütləq bir hadisələri əks etdirən mövzular olmasa da, məlumatlar biliklərə uyğun şəkildə işlənə bilər və tələbələr bu biliklərdən faydalana bilərlər.

Bu məqsədlə yazı bacarığının inkişaf etdirilməsi üçün aşağıda qeyd edilmiş tədris forması təklif edilə bilər:

1) Giriş modulu;

2) Nəzəri modul;

3) Məlumatlandırma modulu;

4) Praktik modul.

Məlumdur ki, qeyd edilmiş strategiyanın məqsədi əsasən tədris-təlim zamanı tələbələrin təkbaşına öyrənə bilmə, özlərini müstəqil idarə edərək inkişaf etmələrinə  kömək etməkdir. Bu növ tədrisin uğurlu olması üçün nəzəriyyəçilər Brown et Cols (Defior Citoler, 1996) üç vacib komponentin daxil edilməsini tövsiyə edirlər:

1) Əsas və baza strategiyalarının açıq şəkildə öyrədilməsi;

2) Seçilmiş strategiyalar və onların istifadəsi və mənası haqqında tələbələrə məlumat verilməsi;

3) Müstəqil istifadə və bu strategiyaların ümumiləşdirilməsi və saxlanılması üçün ən təsirli strategiyaların seçilməsinə imkan verən öz-özünə nəzarət bacarıqlarının inkişafını təşviq etdirilməsi.

Bu metodla tələbələrə mətnlərin fərqli quruluşlarını tanımağı və yazılı mətnlərin müxtəlif strukturlarını, eləcə də yazılı mətnlərin hazırlanmasında planlaşdırma və strategiyaları kəşf etmələri təşviq olunur.

1)    Giriş modulu.

Qeyd etmək istərdim ki, giriş modulu tədris forması tətbiq etmək istəyən müəllimlər üçündür. Bu modul iki hissəyə bölünür, birincisi, dərsə hazırlaşmaq üçün müəllimin fəaliyyətinin təşkili və planlaşdırılması, ikincisi dərsin məzmunu ilə əlaqədardır. Tələbə mütləq surətdə sözlərdən ibarət cümlə formalaşmasına fikir verməli və cümləni məntiqli ardıcıllıq ilə yazmalıdır.

2)    Nəzəri modul.

Koqnitiv psixologiyada mətnlərin strukturlarını analiz etdikdə xususən də əgər mətn yazıdan daha uzundursa əsas olaraq mövzunun qavranılmasına və yadda saxlanılmasına diqqət ayrılmalıdır. Bu metodla uzun mətnlərin yaddaşda saxlanılması ilə xatırlama prosesini asanlaşdıracaq ritorik nümunəni aktivləşdirə bilərik. Beləliklə, mətnin quruluşuna fikir vermək vacibdir xususən də mətnin tipologiyasına; mətnlərin qurulması (nağıl və qısa hekayə, akademik mətnlər və s.); nitqin nəyə görə didaktik vasitə kimi ifadə olunması; sxema nəzəriyyəsinun inkişaf etdirilməsi və onların didaktikada istifadəsini öyrənmək tələb olunur.

3)    Məlumatlandırma modulu.

Bu modul tələbələrə müxtəlif tipli mətnlərin strukturlarının tanınmasına və xüsusən də müəyyən bir mətnin hansısa bir hissəsini xarakterizə etməyə, yazılı ünsiyyət vəziyyətini, diskursun təşkili və inkişafını, formalarını təhlil etməyə imkan verir. onun tutarlılığına və irəliləməsinə kömək edən. Bu tip çalışmaların işlənilməsi tələbələrdə sonralar diskursiv əməliyyatların uğurla aparılmasına kömək olur və eyni zamanda mətnlərin super strukturlarının analızı tələbələrin nitqi rahat anlamaqfikri emal etmək və düzgün yazmalarına kömək edəcəkdir.

Bunun üçün hər hansı bir kiçik hekayə və ya bir novella ilə başlamaq vacibdir. Hekayəni oxuyan şəxsin sözlərin düzgün işlədilməsi və tələffüzü, fellərin zamana görə düzgün formada (zamanların üzlaşması, bir mətndə felləri eyni zamana görə) uzlaşması vacib məqamlardan və xüsusiyyətlərindən sayılır.  Nəhayət, müəllim həm də tələbələrə dialoqları düzgün anlamağı və tənzimləməyə kömək etməlidir.

4) Praktik modul.

Sonuncu modul təklif olunan müxtəlif təlimlər, öyrənənlərin əvvəlki üç məqamda müəyyən edilmiş prinsipləri tətbiq etməsinə imkan yaratmaq məqsədi daşıyır və digər modulları əhatə edəcək mövzulardan ibarət praktik tapşırıqların verilməsindən ibarətdir.

Müəllim bu addımın yazının sona çatması üçün uzunmüddətli bir layihəni birləşdirməli olduğu bir sıra fəaliyyətlərin başlanğıcı olduğunu xatırlamalıdır. Bu mərhələnin başlanğıcında, yazılı mətnləri təşkil edən fərqli elementlər seçildikdən və müəyyən edildikdən sonra, müəllim tələbələrdən ilkin vəziyyəti anlamaq üçün mətni hazırlamağı xahiş edə bilər. Əslində bu an müəllimdən səbr və çox diqqət tələb edir. Ümumiyyətlə yazılı işlərinin yazılması üçün mətnlərin mövzusunu və tələbələrin bütün kurs ərzində əldə etdikləri bilikləri nəzərə almaq lazımdır. Tələbələr artıq strukturlaşdırma yazı bacarığının düzgün inkişaf etdirilməsində böyük rol oynadığını və bunun nə qədər əhəmiyyətli olduğunu öyrənmişlər.

Qeyd etmək lazımdır ki, tədris boyu müəllim tələbələrə davamlı və formalaşdırıcı qiymətləndirmə aparmaq üçün imkanlar yaratmalıdır. Bu "təlimat təklifi" ilə tələbələrin yazı dünyası ilə qarşılıqlı əlaqəni inkişaf etdirdiklərini və bunları öyrəndiklərinə əminlik yaratmaq tələb olunur. Bu və ya digər mətnlərin hazırlanmasında bütün lazım olan materiallardan istifadə etmək şərti ilə planlı şəkildə yanaşma müxtəlif mərhələlərə bölünmüş ümumi bir yanaşmadan istifadə etmək tələb olunur. Müəllim öz növbəsində ilk tədrisə başladığı andan tələbələrin qrup və təhsil səviyyərlərinə uyğun olaraq planlaşdırma aparmalı və yazı bacarıqlarının inkişaf etrdirilməsinin vacibliyini tələbələrin əldə etdikləri digər bilik və bacarığa uyğun şəkildə təşkil etməlidir.

 

 

Nəticə.

Araşdırmalar göstərir hər hansı bir mətnin məntiqli yazılmasını, anlaşılan olmasını və eləcə də çox oxunanlığı sirr olaraq qalmaqdadır. Dil fakultələrində  mətnlərin quruluşundan asılı olaraq düzgün tərtib edəcək yazı bacarığının inkişaf etdirilməsi vacib məsələlərdən biridir. Səsləndirilən bütün fikirlərin anlaşılan və mənalı olmasına heç kim əmin ola bilməz. Lakin səslənən fikirlərin anlaşılan və məntiqli olması düşüncələrin daha səlis və konstruktiv formada ifadə eilməyindən çox asılıdır.

Hal-hazırda, əsas tədqiqat  sahələri yazı, məqalə povest və s. mətnlərin yaxşı müəyyən edilmiş psixososial şərtlərlə əlaqəli formada təzahürü kimi qəbul etməyə meyllidir və bu sahədə çalışan tədqiqatçılar fəaliyyət ardıcıllığının zehni təşkilatlanmalarının idrak modellərini qurmağa çalışırlar. Bu nəzəriyyələrdən biri də yazı bacarıqlarının inkişaf etdirilməsində ümumi “ yazı sxem” inin qurulmasından ibarətdir. Oxumaq və yazmaq, təbii olaraq ayrılmaz bir mürəkkəb prosesdir ki, bu da müəllimlərdən və tələbələrdən fərqli bir baxış bucağı almağı və əlaqəli elementlərdən xəbərdar olmağı tələb edir. Sosial cəhətdən interaktiv vəziyyətlərdə tələbə oxumaq və müxtəlif digər əməliyyatlar vasitəsi ilə məlumatı mənimsənir və daha sonra ünsiyyət qurmaq üçün onları uzun müddət yaddaşında saxlayır. Beləliklə, təhsil aldıqları dövrdə tələbələr bu və ya digər metodlardan faydalanaraq zəngin məlumatlar əldə edir və daha sonra fikirlərin daha sadə rahat və məntiqli ifadə istifadə olunmasını təmin edir.

Ədəbiyyat:

1.     Adam, J.M. (1985). "Quels types de textes ?" Dans Le Français dans le Monde, no.192, août.

2.     Allouche, V. (1996). "Stylistique et enseignement. Les processus d’écriture, De l’oral à l’écrit." Dans Le Français dans le Monde, no.268, pp.60-62.

3.           Amstutz, CH. (1983). "Des aides à l’écriture narrative (ou comment lancer des élèves en grande difficulté dans l’écriture d’une nouvelle policier)", Dans Vers une nouvelle pédagogie de la lecture.  Paris : Armand Colin Bourrelier.

4.     Catach, N. (1975). Ecrit et graphie dans I’enseignement du français. Dans De l’apprentissage de I’écrit.

5.     Chomsky, N. (1976). Aspectos de la teoria de la sintáxis. Madrid: Seix Barral.

6.     Defior Citoler, S. (1996), Las Dificultades de aprendizaje : Un enfoque cognitivo. Granada : Ediciones Aljibe.

7.     Davene, M. (1975). L’écrit en question. Université de Grenoble.

8.      Fayol, M. (1994). Le récit et sa construction, Une approche de psychologie cognitive. Lausanne: Delachaux & Niestlé.

9.      Favart, M. & Passerault, T J.M. (1995). "Evolution du rôle fonctionnel des connecteurs et de la planification écrite du récit chez les enfants de 7 à 11 ans." Revue de phonétique appliquée no.115, 116, 117, 199-221.

10.  García-Debanc, C. (1995). "La Production d’écrits, telle qu’on I’enseigne aujourd’hui". Hommage à Frank Marchand Coordonné par Jean HÉBRARD. ELA Revue de Langues- Cultures, Didier Éruditions, Paris.

11. Jolibert, J. (1991). Formar niños productores de textos. Trad. Gaidames, F.V., Moreno, M.A. Chile: Hachette-Chile.

12. Pouliot, M. (1993). "Discours explicatif écrit en milieu universitaire." Dans Le Français dans le Monde, Numéro spécial, Paris.

13. Vigner, G. (1982). Écrire, París : Clé Internationale.

14. Vigotsky, Lev. S. (1994). Pensamiento y lenguaje. 3era. reimpresión. México: Ediciones Quinto Sol.

15. Weber, C. (1993). "L’écrit, un système d’opérations et de représentations." Dans Le Français dans le Monde, no. spécial, Paris

 

 

 

 

 

VAZEH ƏSKƏROV

XÜLASƏ

DİL FAKÜLTƏLƏRİNİN YUXARI KURSLARINDA TƏLƏBƏLƏRDƏ YAZI BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ İMKANLARI

Müasir dünyada xarici dil dərslərinin effektivliyini təmin etmək məqsədi ilə interaktiv metodların tətbiq edilməsi və bunun üçün yeni proqramların işlənib hazırlanmasına ehtiyac duyulur. Informasiya texnologiyalarının günü-gündən inkişaf etməsi xarici dilləri tədris edən fakültələrdə oxu və yazı bacarıqlarının mənimsənilməsi üçün yeni perspektivlər ortaya qoyur. Araşdırma apararkən yazı vərdişlərinin peşəkar və profesional həyatda eləcə də gündəlik həyatda tətbiq edilməsi böyük bir təhsil məsələsinə çevrilməsinin şahidi oluruq. Aparılmış çağdaş tədqiqatlar, xüsusən də xarici dillərin öyrənilmə mürəkkəbliyini və yazı bacarıqlarının tətbiqetmə müxtəlifliyini izah etməyə və dəqiq analiz edərək öyrənməyə imkan verir.

           

ВАЗEX АСКЕРОВ

РЕЗЮМЕ

ВОЗМОЖНОСТИ РАЗВИТИЯ ПИСЬМЕННЫХ НАВЫКОВ У СТУДЕНТОВ ВЫСШИХ КУРСОВ ЯЗЫКОВЫХ ФАКУЛЬТЕТОВ

Чтобы обеспечить эффективность уроков иностранного языка в современном мире, необходимо применять интерактивные методы и разрабатывать для этого новые программы. Ежедневное развитие информационных технологий открывает новые перспективы для приобретения навыков чтения и письма на факультетах иностранных языков. Проводя исследования, мы становимся свидетелями того, что применение навыков письма в профессиональной и профессиональной жизни, а также в повседневной жизни стало серьезной образовательной проблемой. Современные исследования, в частности, позволяют объяснить и точно проанализировать сложность изучения иностранных языков и разнообразие применения навыков письма.

VAZEH ASGAROV

ABSTRACT

 

OPPORTUNITIES FOR DEVELOPING WRITING SKILLS OF STUDENTS IN HIGHER COURSES OF LANGUAGE FACULTIES

In order to ensure the effectiveness of foreign language lessons in the modern world, there is a need to apply interactive methods and develop new programs for this purpose. The daily development of information technology opens up new perspectives for the acquisition of reading and writing skills in foreign language faculties. While conducting research, we are witnessing that the application of writing skills in professional and professional life as well as in everyday life has become a major educational issue. Modern research, in particular, allows us to explain and accurately analyze the complexity of learning foreign languages and the variety of application of writing skills.


Aucun commentaire: