Dil
fakültələrinin yuxarı kurslarında tələbələrdə yazı
bacarıqlarının inkişaf
etdirilməsi imkanları
Dosent Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının
İdarə heyətinin üzvü
Azərbaycan-Fransız Universitetin (UFAZ) icraçı direktoru
Açar sözlər: yazı
bacarığı, oxu və yazı, xarici dil, informasiya,
innovasiya texnologiyaları, kommunikasiya,
Keywords: writing skills, reading and writing, foreign language,
information, innovative technologies, communication,
Ключевые слова: навыки письма, чтение и
письмо, иностранный язык, информация, инновационные технологии, общение.
Informasiya
texnologiyalarının günü-gündən
inkişaf etməsi xarici dilləri tədris edən fakültələrdə
oxu və yazı bacarıqlarının mənimsənilməsi üçün yeni perspektivlər ortaya qoyur.
Araşdırma apararkən yazı vərdişlərinin peşəkar eləcə də gündəlik həyatda işlənməsi
və tətbiq edilməsi günümüzün vacib məsələlərdən birinə çevrilməsinin şahidi
oluruq. Aparılmış çağdaş tədqiqatlar, xüsusən də xarici dillərin öyrənilmə mürəkkəbliyini
və yazı bacarıqlarının tətbiqetmə müxtəlifliyini izah etməyə və dəqiq analiz edərək
öyrənməyə imkan verir.
Giriş
Universitetlərdə
xarici dillərin tədris edilməsində yazı bacarıqlarının inkişaf etdirilməsi yaranmış
bəzi çətinliklərin neçə aradan qaldırılmasını vacib edir. Belə ki, tələbələrin
təlim və mənimsəmə qaydalarının inkişaf etdirilməsi, didaktik sahədəki yeniliklərə
əsaslanaraq tədris metodlarının konseptuallaşdırılması və tələbələrə izah edilərək
tədris edilməsi əsas məqsəd olaraq irəli sürülür. Sadalananan elementlər hər
şeydən əvvəl peşəkarlığı təmin etmək üçün bəzi təcrübələrin və onların həyata
keçirilməsinin nəzərdə tutur.
Hal-hazırda Avropanın bir cox universitetlərindən fərqli
olaraq Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsində
təhsil müddəti 3-4 il və 180 kredir deyil 4-5 il olmaqla 240-300 AKTS kreditindən
(tibb təhsilində 300-360 kreditdən) ibarətdir. Dil fakültələrində təhsil
alan tələbələr bu müddət ərzində yazı və oxu bacarıqlarını maksimum inkişaf
etdirmələri üçün tədrisin ilk günlərindən sadə tapşırıqların həll edilməsinə
başlayaraq daha çətin tapşırıqların həll edilməsinə başlamalıdırlar. Eyni
zamanda tələbələr tədris aldıqları zaman qrammatika, orfoqrafiya,
leksika, sintaktik qaydaların da maksimum öyrənərək inkişaf
etdirilməsini qarşılarına məqsəd qoymalıdırlar. Əldə edilən biliklər digər fənnlər
üzrə qazanılan bacarıqların da inkişaf etdirilməsinə imkan verir.
Qeyd etmək lazımdır ki, dil fakültələrində yazı
bacarıqlarının inkişaf etdirilməsi ilə əlaqədar universitetlərin kafedları tərəfindən
tərtib edilmiş proqram və dərs vəsaitlərinin tələblərinə əməl edilməlidir.
Lakin bütün bünlara baxmayaraq inkişaf edən dünyada yeni bacarıqların çevik
uyğunlaşdırılması və linqvistik qaydaların təkmilləşdirilməsi vacib məsələlələrdən
olaraq qalır. Bəs bu halda dillər fakültəsində xarici dillərin tədrisini və yazı
bacarıqlarının inkişaf etdirilməsini müasir dünya ilə ayaqlaşmasını necə düşünə
bilərik?
Aparılmış son araşdırmalar göstərir ki, yazı artıq
sadə bir transkripsiya sayılmır, çünki müəllimlər və şagirdlər tərəfindən diqqətlə
nəzərdən keçirilməsini tələb edən bir neçə elementi əhatə edən mürəkkəb bir düşüncə
mexanizmidir.
İdrak psixologiyasında, nitqin formalaşması daha
çox anlanması və yadda saxlanılması ilə əlaqəli məsələlər nitqin ümumi
formalaşmasına üstquruluşun işlənməyi və xatırlamağı asanlaşdırdığını anlamağa
imkan verir.
Qeyd edilən məlumatların başlanğıc nöqtəsi olaraq, xarici
dil öyrənən tələbələrin yazı bacarıqlarını inkişaf etdirməsinə kömək edəcək bir
təlimatın hazırlanması və eləcə də xüsusi proqramın seçilməsi təklif edilə bilər.
Təklif olaraq əsas məsələ kimi müəllimin dərslərin aktiv keçməsinə şərait
yaratmaq və şagirdləri yazı bacarıqlarını inkişaf etdirmələri haqqında düşünməyə
vadar etmək, diskursiv növlərin tanınması və məlumatlandırılması eləcə də əldə
edilmiş biliklərin tətbiq edilməsi üçün bütün digər vasitələrdən istifadə etmək.
Son onilliklərdə xarici dillərin tədrisi və öyrənilməsi
sahəsində yazılı ünsiyyətə baxmayaraq şifahi ünsiyyətin qəbul edilməsinin
şahidi olduq. Belə ki, tələbə şifahi danışmağı və başa düşməyi bacarmalı, beləliklə
şifahi ünsiyyət bacarıqları ilə yazılı ünsiyyət bacarıqları arasındakı fərqi əks
etdirməli idi. Bundan əlavə, məhz sinifdə yazı bacarığının inkişaf etdirilməsi
və danışıqla yazı arasında bir fərq olduğu və bu fərqin yalnız vəziyyətlə əlaqəli
olduğu qəbul edildi. Motodologiyanın inkişaf etdirilməsi və baş vermiş dəyişiklilər
yazını ünsiyyət və ifadə vasitəsi olaraq yenidən qiymətləndirməyə imkan verdi və
yazı bacarığı artıq ayrıca qəbul edilməməyə başlanıldı. Hal-hazırda yazı və oxu
bacarıqları əlaqəli şəkildə öyrənilir və tədris edilir. Digər tərəfdən isə qeyd
etmək yerinə düşər ki, bu müddət ərzində yazı bacarığının inkişaf etdirilməsi və
öyrənilməsi danışıq dilinin öyrənilməsi qədər vacib sayılmağa başladı.
Hal-hazırda,
bir çox tədqiqatçılar yazı bacarığının inkişaf etdirilməsinə idrak
prixologiyası nöqteyi-nəzərindən yanaşır. Artıq yazı dərslərindən deyil yazı
yazmaq bacarıqlarının inkişaf etdirilməsindən danışılır (Jolibert, 1991). Yazılmış
yazını daha yaxşı qavrayıb analiz etmək üçün müəyyən edilmiş xüsusi linqvistik
və psixososial şərtlər tələb olunur. Tədqiqatçı alim Magdalena Hernandez
Alarcon (2001) çox da dərin analiz aparmadan Veracruz Universitetinin Dillər
Fakültəsi Fransız Lisenziyası tələbələri ilə tətbiq etmək üçün "Təlimat Təklifi"
adlı təklif irəli sürür və aşağıda qeyd edilənləri vurğulayır:
a) universitetin
dillər fakültəsində yazı bacarığının inkişafı və gözləntiləri;
b) hekayənin
tipik diaqramının aydınlaşdırılmasına üstünlük vermək üçün mətnin xüsusiyyətləri;
c) təlimat təklifini hazırlamaq.
Artıq müasir xarici dil öyrənənlər üçün şifahi yazı
bacarıqlarına üstünlük verıldiyindən, yazı yazma bacarığı "yeni
başlayanlar" səviyyəsini daha da vacib etdi. Tələbələr fonoloji sistemi mənimsədiyi
andan etibarən dediklərini yazmağı öyrənir. Sonrakı mərhələdə yazılmış yazının
və ya sözün oxunmasının və anlamını eləcə də başa düşülməsini görürük (Davene,
1975). Belə ki, daha əvvəllər yazılı mətn xarici dil əldə etmə üçün bir vasitə
kimi qəbul edilir lakin tədricən dil mənimsəmələrini gücləndirmək baxımından
düşünülməyə başlanıldı.
Dil tədris edilən zaman ilk öncə sinif otaqlarında
səslənən cümlələrin ətraflı
bir şifahi transkripsiyasından ibarət olur. Daha sonra tələbələr şifahi dil
arasındakı fərqin daha aydın şəkildə qeyd edilməli olduğu cümlələr və mətnlər
hazırlamağa başlayırlar. Bu
halda cümlədən danışığa keçid xarici dil öyrənənlər üçün ağır və çətin
bir yükə çevrilir. Çox vaxt, yazılı etdiyimiz tədris-öyrənmə problemi digər cəhətlərlə
əlaqələndirmədən, xüsusən metodoloji cəhəti nəzərə alır. Garcia-Debanc (1995)
müəllimlərə təqdim olunan dərsliklərin bizə yazmağı öyrətməyimizi izah edən
modellər təqdim etdiyini, lakin bu dərsliklərin nadir hallarda istehsal
problemimizlə qarşılaşdığımızı qeyd edir.
Təlim-tədris məsələsinə
gəldikdə, ana dilində və xarici dildə yazıya yanaşma tərzində bir fərq olduğunu
unutmamaq lazımdır. Belə ki, dil daşıyıcıları olan uşaqlar artıq məktəbdə təhsil
almağa başlayanda öz ana dilini yaza bilməsə də danışmağı bacarır və bu onun
üçün çox faydalı bir bacarıq kimi qiymətləndirilir. Dil daşıyıcıları olmayan
insanlar isə xarici dilləri daha çox sonrakı yaşlarda və ya artıq yetkin yaşda olduqları
vaxt öyrənməyə başlayırlar. Belə bu zaman həm şifahi həmçinin yazılı dilin öyrənilməsi
kimi tam naməlum olmayan yeni bir sistem ilə qarşılaşırlar. Bu halda, doğma və
xarici dillər arasında qavramada interferance məsələsi baş verir (Catach,
1988). Misal üçün C. Weber (1993) yazmağı öyrənməyi yerli bir tələbə üçün xarici
tələbədə olduğu qədər çətin bir hərəkət hesab edir. Ancaq xarici dil öyrənmək,
ana dilindən başqa bir sistemə görə yeni ünsiyyət yolları ilə qarşılaşmaqla
xarakterizə olunur. Əlbətdə ki, dil öyrənənlər yazılı sözün sintaksisinin ilk
növbədə danışıq sözünün olduğunu göstərməyə meylli olur və yazı bacarığı üzrə
kifayət qədər hazırlıq öyrənənlərin yazılı nitq yaratmasına səbəb olur.
Universitet tələbəbələrindən
fəqrli olaraq məktəblərdə şagirdlər məktəb yaşlarından yazmağa başlayırlar ki,
bu da təhsilləri irəlilədikcə daha da inkişaf etməyə davam edir. Lakin dil öyrənən
fakültələrdə tələbələr yazı bacarıqlarını müəllimlərin onlara verdikləri sadə qrammatik,
orfoqrafiya, leksik, sintaktik məsələlərdən ibarət olan tapşırıq və çalışmalar
ilə başlayıb daha da çətin tapşırıqların həllinə keçirlər. Eyni tapşırıqları
yerinə yetirərkən tələbələrin digər bilik və bacarıqların da hansı səviyyədə əldə
etdiklərini müəyyənləşdirmək mümkündür. Belə ki, hər hansı bir mətnin yazılması
tapşırıq kimi tələb edilirsə tələbə həmin mətni düzgün oxumaöı bacarmalı və
başa düşməlidir.
Bir neçə ildə müəllim
kimi çalışdığım müddətdə apardığımız müşahidələr onu deməyə əsas verir ki, dil fakültələrində
tələbələrinin dil öyrənmələrində şifahi nitq mərhələsindən yazılı mərhələyə keçərkən
çətinlik çəkdikləri müşahidə edilir. Belə ki, əksər hallarda onların yazıları
strukturlaşmış və diskursa əsaslanan bir text deyil daha çox cümlələrin ardıcıl
yazılmasından ibarət olur. Hətta bir çox tələbələr əvvəldən etdikləri yazı səhvlərini
ilk gündən necə səhv şəkildə yazmağa başlayırlarsa təhsil aldıqları illər ərzində
və hətta məzun olana qədər də eyni səhvləri tez-tez və ya davamlı davam
etdirirlər.
Raims (1985) öz
araşdırmalarında qeyd edir ki, xarici tələbələr dil öyrəndikləri zaman doğru mənanı
ifadə edən söz və ifadələri tapmaq üçün səy göstərdiklərinə görə ritorika və qramatikik
qaydalara riayət etməyi unutdurlarqlarını söyləyir. Belə ki, xarici tələbə danışdığı
zaman öz fikrini linqvistik qaydalara düzgün əməl etmək və ya fikrini izah etmək
arasında dilema qarşısında qalır və burada yenə də insan psixologiyası öz
süçimini edir. Və burada daha bir məsələ anlaşılır ki, tələbələrə təkcə linqvistik qaydalardan düzgün istifadə
etməyi öyrətməklə kifayətlənmək olmaz, situasiyada mətnlər hazırlamaq üçün
uyğunsuzluqları, ehtimalları idarə etməyi də öyrətmək tələb olunur.
Aydın məsələdir
ki, məntiqli bir mətnin hazırlanması üçün ciddi səy göstərmək tələb olunur və
bunun üçün xarici dil öyrənən tələbələrə bütün mümkün vasitələrdən düzgün yararlanmağı öyrətmək tələb
olunur. Və burada bir sual meydana çıxır. Xarici dillərin tədrisində yazı
bacarığının öyrədilməsində hansı mütodlardan istifadə etməliyik? Yazılı dilin tədrisini
mühitimizdə necə düşünməliyik?
Ümumiyyətlə, məktəb
proqramlarında xarici dillərin tədrisi qrammatik aspektlə, xüsusən də
morfo-sintaktik təhlil və bəzən də qabaqcıl səviyyələrdə mətnlərə şərh verməklə
məhdudlaşır. Təəssüf ki, vacib və zəruri hesab edilən bu perspektivlər kifayət
deyildir. Belə ki, şagirdlərin yazı bacarıqlarınin inkişaf etdirilməsi istər məktəb
dövründə istərsə də sonrakı universitet təhsilləri müddətində məhdud olduğundan
bu məsələyə ciddi vermək lazımdır.
Məlumdur ki, təhsil
müddəti ərzində tələbələr müxtəlif səpgili mətnləri oxumalı və fikirlərini
yazıda ifadə etməlidirlər. Çalışma kimi tələbələr müxtəlif mövzuda olan mətnləri
oxuduqdan sonra bir-biri ilə müzakirə edib yazı bacarıqlarını inkişaf etdirmək
üçün öz fikirlərini (esse, imla, ev tapşırığı, sərbəst iş və hətta
dissertasiya) hazırlamalıdırlar.
Bu halda sual
yaranır ki, universitetdə nəyi və nə zaman öyrədilməlidir? Aparılmış
araşdırmalar göstərir ki, bəzi hallarda danışıq dilində olan mətnlər ixtisara
salınır və ya qısaldılaraq ifadə olunur. Bu halda xarici dillərin tədris
olunduğu universitetlərdə bədii mətnlər yazılı ünsiyyət səriştəsinin inkişaf
etdirilməsi üçün yaxşı bir didaktik mənbə ola bilər. Bədii mətn özündə idrak
psixologiyası eyni zamanda keyfiyyət və onun sxematik quruluşu, psixoliji,
linqvistik və mədəni məlumatları özündə cəmləşdirir. Bədii mətnlə işləmək daha
asan ola bilər, çünki tələbələr eyni zamanda tarixdə baş verən hadisələr,
personajlar və hərəkətlər haqqında məlumat əldə edərək bilik əldə edəcəklər. Hətta
bəzən müxtəlif mövzularda mütləq bir hadisələri əks etdirən mövzular olmasa da,
məlumatlar biliklərə uyğun şəkildə işlənə bilər və tələbələr bu biliklərdən
faydalana bilərlər.
Bu məqsədlə
yazı bacarığının inkişaf etdirilməsi üçün aşağıda qeyd edilmiş tədris forması təklif
edilə bilər:
1) Giriş
modulu;
2) Nəzəri
modul;
3) Məlumatlandırma
modulu;
4) Praktik
modul.
Məlumdur ki, qeyd
edilmiş strategiyanın məqsədi əsasən tədris-təlim zamanı tələbələrin təkbaşına
öyrənə bilmə, özlərini müstəqil idarə edərək inkişaf etmələrinə kömək etməkdir. Bu növ tədrisin uğurlu olması
üçün nəzəriyyəçilər Brown et Cols (Defior Citoler, 1996) üç vacib komponentin
daxil edilməsini tövsiyə edirlər:
1) Əsas və baza
strategiyalarının açıq şəkildə öyrədilməsi;
2) Seçilmiş
strategiyalar və onların istifadəsi və mənası haqqında tələbələrə məlumat
verilməsi;
3) Müstəqil
istifadə və bu strategiyaların ümumiləşdirilməsi və saxlanılması üçün ən təsirli
strategiyaların seçilməsinə imkan verən öz-özünə nəzarət bacarıqlarının
inkişafını təşviq etdirilməsi.
Bu metodla tələbələrə
mətnlərin fərqli quruluşlarını tanımağı və yazılı mətnlərin müxtəlif
strukturlarını, eləcə də yazılı mətnlərin hazırlanmasında planlaşdırma və
strategiyaları kəşf etmələri təşviq olunur.
1) Giriş
modulu.
Qeyd etmək istərdim
ki, giriş modulu tədris forması tətbiq etmək istəyən müəllimlər üçündür. Bu
modul iki hissəyə bölünür, birincisi, dərsə hazırlaşmaq üçün müəllimin fəaliyyətinin
təşkili və planlaşdırılması, ikincisi dərsin məzmunu ilə əlaqədardır. Tələbə
mütləq surətdə sözlərdən ibarət cümlə formalaşmasına fikir verməli və cümləni məntiqli
ardıcıllıq ilə yazmalıdır.
2) Nəzəri
modul.
Koqnitiv
psixologiyada mətnlərin strukturlarını analiz etdikdə xususən də əgər mətn
yazıdan daha uzundursa əsas olaraq mövzunun qavranılmasına və yadda
saxlanılmasına diqqət ayrılmalıdır. Bu metodla uzun mətnlərin yaddaşda
saxlanılması ilə xatırlama prosesini asanlaşdıracaq ritorik nümunəni aktivləşdirə
bilərik. Beləliklə, mətnin quruluşuna fikir vermək vacibdir xususən də mətnin
tipologiyasına; mətnlərin qurulması (nağıl və qısa hekayə, akademik mətnlər və
s.); nitqin nəyə görə didaktik vasitə kimi ifadə olunması; sxema nəzəriyyəsinun
inkişaf etdirilməsi və onların didaktikada istifadəsini öyrənmək tələb olunur.
3) Məlumatlandırma
modulu.
Bu modul tələbələrə
müxtəlif tipli mətnlərin strukturlarının tanınmasına və xüsusən də müəyyən bir
mətnin hansısa bir hissəsini xarakterizə etməyə, yazılı ünsiyyət vəziyyətini,
diskursun təşkili və inkişafını, formalarını təhlil etməyə imkan verir. onun
tutarlılığına və irəliləməsinə kömək edən. Bu tip çalışmaların işlənilməsi tələbələrdə
sonralar diskursiv əməliyyatların uğurla aparılmasına kömək olur və eyni
zamanda mətnlərin super strukturlarının analızı tələbələrin nitqi rahat
anlamaqfikri emal etmək və düzgün yazmalarına kömək edəcəkdir.
Bunun üçün hər
hansı bir kiçik hekayə və ya bir novella ilə başlamaq vacibdir. Hekayəni oxuyan
şəxsin sözlərin düzgün işlədilməsi və tələffüzü, fellərin zamana görə düzgün
formada (zamanların üzlaşması, bir mətndə felləri eyni zamana görə) uzlaşması
vacib məqamlardan və xüsusiyyətlərindən sayılır. Nəhayət, müəllim həm də tələbələrə dialoqları
düzgün anlamağı və tənzimləməyə kömək etməlidir.
4) Praktik modul.
Sonuncu modul təklif olunan müxtəlif təlimlər, öyrənənlərin əvvəlki
üç məqamda müəyyən edilmiş prinsipləri tətbiq etməsinə imkan yaratmaq məqsədi
daşıyır və digər modulları əhatə edəcək mövzulardan ibarət praktik
tapşırıqların verilməsindən ibarətdir.
Müəllim bu
addımın yazının sona çatması üçün uzunmüddətli bir layihəni birləşdirməli
olduğu bir sıra fəaliyyətlərin başlanğıcı olduğunu xatırlamalıdır. Bu mərhələnin
başlanğıcında, yazılı mətnləri təşkil edən fərqli elementlər seçildikdən və müəyyən
edildikdən sonra, müəllim tələbələrdən ilkin vəziyyəti anlamaq üçün mətni
hazırlamağı xahiş edə bilər. Əslində bu an müəllimdən səbr və çox diqqət tələb
edir. Ümumiyyətlə yazılı işlərinin yazılması üçün mətnlərin mövzusunu və tələbələrin
bütün kurs ərzində əldə etdikləri bilikləri nəzərə almaq lazımdır. Tələbələr artıq
strukturlaşdırma yazı bacarığının düzgün inkişaf etdirilməsində böyük rol
oynadığını və bunun nə qədər əhəmiyyətli olduğunu öyrənmişlər.
Qeyd etmək
lazımdır ki, tədris boyu müəllim tələbələrə davamlı və formalaşdırıcı qiymətləndirmə
aparmaq üçün imkanlar yaratmalıdır. Bu "təlimat təklifi" ilə tələbələrin
yazı dünyası ilə qarşılıqlı əlaqəni inkişaf etdirdiklərini və bunları öyrəndiklərinə
əminlik yaratmaq tələb olunur. Bu və ya digər mətnlərin hazırlanmasında bütün
lazım olan materiallardan istifadə etmək şərti ilə planlı şəkildə yanaşma müxtəlif
mərhələlərə bölünmüş ümumi bir yanaşmadan istifadə etmək tələb olunur. Müəllim
öz növbəsində ilk tədrisə başladığı andan tələbələrin qrup və təhsil səviyyərlərinə
uyğun olaraq planlaşdırma aparmalı və yazı bacarıqlarının inkişaf etrdirilməsinin
vacibliyini tələbələrin əldə etdikləri digər bilik və bacarığa uyğun şəkildə təşkil
etməlidir.
Nəticə.
Araşdırmalar
göstərir hər hansı bir mətnin məntiqli yazılmasını, anlaşılan olmasını və eləcə
də çox oxunanlığı sirr olaraq qalmaqdadır. Dil fakultələrində mətnlərin quruluşundan asılı olaraq düzgün tərtib
edəcək yazı bacarığının inkişaf etdirilməsi vacib məsələlərdən biridir. Səsləndirilən
bütün fikirlərin anlaşılan və mənalı olmasına heç kim əmin ola bilməz. Lakin səslənən
fikirlərin anlaşılan və məntiqli olması düşüncələrin daha səlis və konstruktiv
formada ifadə eilməyindən çox asılıdır.
Hal-hazırda, əsas
tədqiqat sahələri yazı, məqalə povest və
s. mətnlərin yaxşı müəyyən edilmiş psixososial şərtlərlə əlaqəli formada təzahürü
kimi qəbul etməyə meyllidir və bu sahədə çalışan tədqiqatçılar fəaliyyət
ardıcıllığının zehni təşkilatlanmalarının idrak modellərini qurmağa çalışırlar.
Bu nəzəriyyələrdən biri də yazı bacarıqlarının inkişaf etdirilməsində ümumi “
yazı sxem” inin qurulmasından ibarətdir. Oxumaq və yazmaq, təbii olaraq
ayrılmaz bir mürəkkəb prosesdir ki, bu da müəllimlərdən və tələbələrdən fərqli
bir baxış bucağı almağı və əlaqəli elementlərdən xəbərdar olmağı tələb edir. Sosial
cəhətdən interaktiv vəziyyətlərdə tələbə oxumaq və müxtəlif digər əməliyyatlar vasitəsi
ilə məlumatı mənimsənir və daha sonra ünsiyyət qurmaq üçün onları uzun müddət
yaddaşında saxlayır. Beləliklə, təhsil aldıqları dövrdə tələbələr bu və ya digər
metodlardan faydalanaraq zəngin məlumatlar əldə edir və daha sonra fikirlərin
daha sadə rahat və məntiqli ifadə istifadə olunmasını təmin edir.
Ədəbiyyat:
1. Adam, J.M. (1985).
"Quels types de textes ?" Dans Le
Français dans le Monde, no.192, août.
2.
Allouche, V. (1996).
"Stylistique et enseignement. Les processus d’écriture, De l’oral
à l’écrit." Dans Le Français dans le Monde, no.268, pp.60-62.
3.
Amstutz, CH. (1983).
"Des aides à l’écriture narrative (ou comment lancer des élèves
en grande difficulté dans l’écriture d’une nouvelle policier)", Dans Vers
une nouvelle pédagogie de la lecture. Paris : Armand Colin Bourrelier.
4.
Catach, N. (1975).
Ecrit et graphie dans I’enseignement du français. Dans De l’apprentissage de
I’écrit.
5.
Chomsky, N. (1976). Aspectos de la teoria de la sintáxis. Madrid: Seix Barral.
6.
Defior Citoler, S.
(1996), Las Dificultades de aprendizaje : Un enfoque cognitivo. Granada : Ediciones Aljibe.
7.
Davene, M. (1975). L’écrit en question. Université de Grenoble.
8.
Fayol, M. (1994). Le
récit et sa construction, Une approche de psychologie cognitive. Lausanne: Delachaux &
Niestlé.
9.
Favart, M. &
Passerault, T J.M. (1995). "Evolution du rôle fonctionnel des connecteurs et
de la planification écrite du récit chez les enfants de 7 à 11 ans." Revue de phonétique appliquée
no.115, 116, 117, 199-221.
10. García-Debanc, C. (1995). "La Production
d’écrits, telle qu’on I’enseigne aujourd’hui". Hommage
à Frank Marchand Coordonné par Jean HÉBRARD. ELA Revue de Langues-
Cultures, Didier Éruditions, Paris.
11. Jolibert,
J. (1991). Formar niños productores de textos. Trad. Gaidames, F.V., Moreno, M.A. Chile:
Hachette-Chile.
12. Pouliot, M. (1993). "Discours
explicatif écrit en milieu universitaire." Dans
Le Français
dans le Monde, Numéro spécial, Paris.
13. Vigner,
G. (1982). Écrire, París : Clé Internationale.
14. Vigotsky, Lev. S. (1994). Pensamiento y lenguaje. 3era. reimpresión.
México: Ediciones
Quinto Sol.
15. Weber, C. (1993). "L’écrit, un système d’opérations et de
représentations." Dans Le Français dans le
Monde, no. spécial, Paris
VAZEH ƏSKƏROV
XÜLASƏ
DİL
FAKÜLTƏLƏRİNİN YUXARI KURSLARINDA TƏLƏBƏLƏRDƏ YAZI BACARIQLARININ İNKİŞAF
ETDİRİLMƏSİ İMKANLARI
Müasir dünyada
xarici dil dərslərinin effektivliyini təmin etmək məqsədi ilə interaktiv
metodların tətbiq edilməsi və bunun üçün yeni proqramların işlənib
hazırlanmasına ehtiyac duyulur. Informasiya
texnologiyalarının günü-gündən inkişaf
etməsi xarici dilləri tədris edən fakültələrdə oxu və yazı bacarıqlarının mənimsənilməsi
üçün yeni perspektivlər ortaya qoyur. Araşdırma apararkən yazı vərdişlərinin
peşəkar və profesional həyatda eləcə də gündəlik həyatda tətbiq edilməsi böyük
bir təhsil məsələsinə çevrilməsinin şahidi oluruq. Aparılmış çağdaş tədqiqatlar,
xüsusən də xarici dillərin öyrənilmə mürəkkəbliyini və yazı bacarıqlarının tətbiqetmə
müxtəlifliyini izah etməyə və dəqiq analiz edərək öyrənməyə imkan verir.
ВАЗEX АСКЕРОВ
РЕЗЮМЕ
ВОЗМОЖНОСТИ РАЗВИТИЯ ПИСЬМЕННЫХ НАВЫКОВ У
СТУДЕНТОВ ВЫСШИХ КУРСОВ ЯЗЫКОВЫХ ФАКУЛЬТЕТОВ
Чтобы обеспечить эффективность уроков
иностранного языка в современном мире, необходимо применять интерактивные
методы и разрабатывать для этого новые программы. Ежедневное развитие информационных
технологий открывает новые перспективы для приобретения навыков чтения и письма
на факультетах иностранных языков. Проводя исследования, мы становимся
свидетелями того, что применение навыков письма в профессиональной и
профессиональной жизни, а также в повседневной жизни стало серьезной
образовательной проблемой. Современные исследования, в частности, позволяют
объяснить и точно проанализировать сложность изучения иностранных языков и
разнообразие применения навыков письма.
VAZEH ASGAROV
ABSTRACT
OPPORTUNITIES FOR DEVELOPING
WRITING SKILLS OF STUDENTS IN HIGHER COURSES OF LANGUAGE FACULTIES
In order to
ensure the effectiveness of foreign language lessons in the modern world, there
is a need to apply interactive methods and develop new programs for this
purpose. The daily development of information technology opens up new
perspectives for the acquisition of reading and writing skills in foreign
language faculties. While conducting research, we are witnessing that the
application of writing skills in professional and professional life as well as
in everyday life has become a major educational issue. Modern research, in
particular, allows us to explain and accurately analyze the complexity of
learning foreign languages and the variety of application of writing skills.