Azərbaycan almanları
Azərbaycanda ilk alman yaşayış məskənlərinin
salınması
Açar sözlər: Azərbaycan almanları, deportasiya, mühacirət,
tarix, sosiologiya, diaspora,
miqrasiya
Key words: Azerbaijani Germans, deportation,
immigration, history, sociology,
diaspora, migration
Ключевые слова: Азербайджанские немцы, депортация, иммиграция, история,
социология, диаспора,
миграция
Azərbaycanın coğrafi nöqtei-nəzərdən əlverişli
məkanda yerləşməsi, eləcə də İpək yolunun bu ərazidən keçməsi tacirlər və
səyahət edənlər üçün həmişə maraqlı olmüşdur. Bundan əlavə Azərbaycanın Rusiya,
İran və Türiyyə kimi güclü dövlətlər ilə qonşu olması öz ərazisinin çox vaxt
müharibə zonası kimi istifadə edilməsi ilə nəticələnirdi. Rusiyanın əlavə
torpaqlar işğal etmək arzu və planları ilk olaraq İvan Qroznının (1530-1584)
dövründə yaranmış, Böyük Pyoturun dövründə isə (1672-1725) reallaşmağa
başlamışdır. XIX əsrin ilk illərindən başlayaraq Qafqaz işğal edilmiş və 70 il ərzində
Azərbaycan xanlıqları hissə-hissə Rusiyaya tabe edilmişdirlər. İlk olaraq çar
Rusiyası ənənəvi idarəetmə üsulundan istifadə edərək müxtəlif xalqların yeni işğal
edilmiş ərazilərə köçünü həyata keçirirdi. Ərazilərdə xristiyanlaşdırma
siyasəti aparmaq məqsədi ilə yeni xalqların köçü reallaşmağa başlamış və ilk
olaraq ruslar, ermənilər, almanlar, sonra isə ukraynalılar, belaruslar və
tatarların, yəhudi və kürdlərin Azərbaycan torpaqlarında məşkunlaşmasının
şahidi oluruq. Həmin dövrdə yerli xan və bəylərinin müsadirə edilmiş mülkləri
köçürülmüş xalqlara paylanılır, bir çox güzəştlər təmin olunmaqla 6 il
müddətində vergi ödəməkdən azad edilirdilər.
Tarixə ekskursiya etdikdə görürük ki, ilk almanların
– Aussiedler Rusiyaya köçü II Yekatirinanın dövründə,
1762-1763-cü illərdə baş vermişdir. XVI əsrdən başlayaraq Volqa boyu sahillər
türklər tərəfindən nəzarətə götürülmüş lakin məskunlaşmamışdır. Bu vəziyyətdən
istifadə edən çariça almanların məhz Volqa sahillərinə, indiki Saratov regionuna
yerləşdirməyi qərar vermişdir. Daha sonralar almanların köçü Sank-Peterburq,
Qafqaz, Ukrayna, Volın və Bessarabiya ərazilərində reallaşmışdır.
Azərbaycanda XIX və XX əsrlərdə alman əhalisinin sayı və ümumi
əhaliyə olan nisbət fərqi
İllər
|
Əhali
|
Faiz göstəricisi
|
1819
|
1 600
|
0,28 %
|
1916
|
15 990
|
0,41 %
|
1939
|
23 133
|
0,7 %
|
1989
|
748
|
0,01 %
|
Mənbə: Гусейн-заде Рауф (2007), Немцы Азербайджана ,IRS Наследие,
№ 25
Lakin
almanxalqının köçetmə səbəbləri nədən ibarət idi? Qafqaza ilk alman
mühacirlərinin yerləşdirilməsi XIX əsrin ilk illərindən başlayır. Birinci
Rusiya-İran (1804-1813) müharibəsindən sonra işğal edilmiş əraziyə ilk mühacir
axınları yerləşdirilməyə başlanılır. Alman xalqının nümayəndələrinin bü dövrdə
Qafqaza köç etməsinin əsas səbəblərindən biri bu dövrdə Napaleonun Avropada
apardığı müharibələr və bunun nəticəsi olaraq parçalanmış və viran qalmış alman
torpaqlarının onlarla krallıq və knyazlıqlara bölünməsi kimi də göstərə
bilərik. Müxtəlif dini sektaları birləşdirən, xüsusən də cənub alman
torpaqlarında məskunlaşmış, əsasən Wurtemberg
krallığından olan bir sıra insan Şərqə xüsusən də Qafqaza tərəf yola
düşdülər (Verdiyeva,
2009).
Bü mühacirətı vacib edən şərtlərdən biri də təriqət
məsələsi idi. Belə ki, Wurtemberg
krallığının sakinləri fanatik ideyalar səsləndirir və hesab edirdilər ki, artiq
qərbi Avropada antixrist düşüncələri yayılmaqdadır və insanlar Allahdan
uzaqlaşıblar. Bu əhalinin inancına görə qiyamət günü artıq yaxınlaşır və bu
səbəbdən onlar əminliklə Allah tərəfindən seçilmiş məkan olan Qüdsə (Yerusəlim)
üz tutmalıdırlar. Digər bir əsas faktor isə Almaniyada siyasi-iqtisadi
vəziyyətin gündən-günə cətinləşməsi və ölkənin 30 krallığa bölünməsi ilə idi.
Alman xalqının 1939-il üçün SSR-i ərazisində
yerləşmə coğrafiyası
Şəhər, rayon
|
Sayı
|
Altay
|
29.000
|
Omsk vilayəti
|
59.000
|
Novossibirsk
|
8.100
|
Krasnoyarsk
vilayəti
|
4.000
|
Kemerovo
vilayəti
|
3.300
|
Orenburq
vilayəti
|
19.000
|
Ümumi RSFSR
|
862.000
|
Karaganda vilayəti
|
14.000
|
Kokchetav vilayəti
|
15.000
|
Pavlodar vilayəti
|
6.500
|
Akmola vilayəti
|
7.600
|
Ümumi Qazaxıstan
SSR
|
92.000
|
Azərbaycan SSR
|
23.000
|
Gürcüstan SSR
|
20.000
|
Qırğızıstan SSR
|
12.000
|
Krım
|
95.000
|
Ukrayna SSR
|
362.000
|
Mənbə:
Kolosov,
1 Section,
p. 25. 25.
Qafqaza ilk alman mühacirlərinin rəsmi olaraq
yerləşdirilməsi Yermolovun 1817-ci ildəki əmri ilə reallaşır. Çar Rusiyası Azərbaycan ərazilərində ilk alman
kolloniyalarını 1818-ci ildə Yelizavetpol (Gəncə) zonasında yaradır. Lakin almanlar
ilk zamanlar qeyri xristyanların arasında məskunlaşmaqdan imtina edirlər. Buna
baxmayaraq, iki il ərzində Qafqazda 8 kolloniya yaradılır ki, onlardan da 2-i Azərbaycannın
indiki Göygöl (Xanlar) və Şəmkir şəhərlərində salınır. Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Ellenendorf (alm. Helenendorf) adı altında salınmışdır. İndiki Şəmkir şəhəri eyni ildə Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki
Gəncə) alman ailəsi üçün Annenfeld adı altında salınmişdir. Ümumilikdə, bu dövr
ərzində 194 ailə onlardan 127-si Ellenendorfa, 67-si isə Annenfeldə
köçürülmüşdür. Getdikcə almanların yerləşmə coğrafiyası daha da genişlənir.
XIX
əsr boyu Azərbaycan ərazilərində daha 4 kolloniya (Georgsfeld,
Alekseevka,
Grinfeld, Eygenfeld ) və bir kənd (Çinarlı) yaradılmışdır. XX əsrin ilk illərində, Traubenfeld
(Tovuz, 1912) və Elizavetinka
(Ağstafa, 1914) kəndlərinin əsası qoyulmuşdur. Bu kolloniyalar bir əsr ərzində
istər öz aralarında istərsə də Azərbaycanın digər bölgələri ilə sıx mədəni və
iqtisadi əlaqələr qurmuşdular. Bu qəsəbələrdə məskunlaşan insanların böyük
əksəriyyəti ənənəvi alman təsərüfatı ilə məşğul olurdular. Bir əsr dövründə
alman xalqının sayı bir neçə mindən 2 milyona qədər artir. 9 fevral 1916-cı ildə koloniyaların adı dəyişdirilərək
Ellenendorf Elenino,Allenfeld
isə Annino adlandırılır və Sovet
siyasətinin yeni köç planı onları orta Asiyaya köçməyə məcbur edir. ADR
dövründə alman xalqını Parlamentdə Lorenz Kuhn təmsil edirdi. 9 iyun 1919-cu
ildə Azərbaycan ərazilərində ilk kolloniyaların yaradılmasının 100 ili təntənə
ilə qeyd edilir. 1938-ci ildə alman
icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb.
Qazaxıstanın illər üzrə etnik tərkibi (1979-1994)
İllər
|
1979
|
1989
|
1994
|
Qazax
|
5.829.000
|
6.535.000
|
7.474.000
|
Rus
|
5.991.000
|
6.228.000
|
6.042.000
|
Ukraynalı
|
898.000
|
896.000
|
857.000
|
Belorus
|
181.000
|
183.000
|
178.000
|
Alman
|
900.000
|
957.000
|
614.000
|
Özbək
|
263.000
|
332.000
|
372.000
|
Tatar
|
313.000
|
328.000
|
331.000
|
Azərbaycanlı
|
73.000
|
90.000
|
101.000
|
Ümumi
|
14.684.000
|
16.464.000
|
16.870.000
|
Mənbə: Kaufman, W., Lipkovich, I. (1995) Housing in Kazakhstan:
Recent Statistics and
Trends, Almaty: International
City/County Management
Association.
İkinci Dünya
müharibəsi ərəfəsində, 1941-ci ilin oktyabr ayından başlayaraq, alman xalqına olan etibarın azalması ilə 122 illik kolloniya tarixi fəlakətə
uğrayır. Belə ki, almanlar ilə əməkdaşlıq etməkdən ehtiyat edərək Volqa boyu
məskünlaşmış 1 milyona yaxın alman əsilli əhali Stalinin əmri ilə represiyaya
uğrayır və Mərkəzi Asiya xüsusən də Kazaxıstana eləcə də Urala, və Sibirə sürgün
edilirlər. Yalnız 1953-cü ildən, Stalinin ölmündən sonra digər repressiyaya
məruz qalmış xalqlar kimi alman xalqının nümayəndələrinə də bəraət qazandırılırır
və onların böyük əksəriyyəti öz doğma yerlərinə digərləri isə Almaniyaya üz
tutrlar. 1980-ci illərdə qəbul edilmiş qərara əsasən sovet almanlarının öz
ölkələrinə gedişi asanlaşır. Lakin onların böyük əksəriyyəti haçansa mühacirət
etdikləri ölkələrə deyil bir başa Almaniyaya üz tuturlar. 1986-cı il 28 avqust
tarixində M. Qorbaçovun yeni qəbul etdiyi, ölkəyə giriş-çıxışın
asanlaşdırılması ilə bağlı əmrinə əsasən almanların kütləvi qayıdışı reallaşır.
1989-cu ilin statistik göstəricilərinə görə keçmiş sovet məkanında 2,9 milyon
alman əsilli əhali yaşayırdı. Onların milli mənsubluğu sovet pasportlarında da
V sırada alman olaraq qeyd olunurdu. 1993-cü il 1 yanvar tarixli qərara əsasən
II Dünya müharibəsi dövründə köç siyasətinə tuş gəlmiş almanların Almaniya
Federativ Respublikasına illik 225 000 mühacir qəbul etməyə razı olması
haqqında qərar qüvvəyə minir.
Hal-hazırda alman
əsilli vətəndaşların böyük əksəriyyəti Bakıda yaşayırlar və onların sayı 700
nəfərə yaxındır. Onların Vozrojdenie adlı mədəni və tarixi mərkəzi fəaliyyət
göstərir. Bakıdakı alman kilsəsi bərpa olunub və almamların milli azlıq olaraq
tarixi ənənəsi, mədəniyyəti, tarixi və dini təriqətləri qorunmaqdadır. 1997-ci
ildə Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutu və Şərqi Avropa Alman
İnstitutunun birgə təşkilatçılığı ilə “Qafqaz Almanları” adlı beynəlxalq
konfrans kemrilmişdir.
ƏDƏBİYYAT
1. ALICHEVA-HIMY Bakyt
(2008), Les Allemands du Kazakhstan retour dans la Urheimat ou « Patrie
historique », Regarde sur l’Est.
2. ASGAROV
Vazeh (2014) L'immigration des Azerbaïdjanais: L'immigration générale
des Azerbaïdjanais, histoire et perspectives: le cas de la France", 2014
PAF, 424p.
3. EMINOV Zakir (2005),
Azərbaycanın əhalisi: İqtisadi, sosial və demografik problemlər, Bakı.
4. ГУСЕЙН-ЗАДЕ Рауф (2007), IRS Наследие, № 25.
5. ISMAYILOV Israfil (1997), Dünya Azərbaycanlıları XX əsrdə, Baki, Oçerk.
6. VERDIYEVA Khadjar, (1999), La
politique de la migration de l'empire russe dans le nord de l'Azerbaïdjan,
Bakı, Altay.
7. ЗЕЙНАЛОВА Судаба (2008), Немцы на Кавказе, Баку, Мутарджим
Summary
The Germans of Azerbaijan
The first German settlements on
the territory of Azerbaijan
This
article deals with the problem of german’s placement in the Caucasus and also
on the territory of Azerbaijan, about the establishment of the first german
colonies and the reasons of their migration from theWurttenberg Kingdom to the Caucasus. The Soviet planes of the
resettlement and reprisals of a Stalin mode are also considered to be the
subject of the article. Although this issue remained inaccessible during the
Soviet period, but since the end of the 1980’s it has become the object of the
attention and the investigation of the researches.
Резюме
Немцы Азербайджана
Первые немецкие поселения на
территории Азербайджана
В
данной статье говорится o размещение немцев на Кавказе а также на
территории Азербайджана, o создании первых немецких колоний и причины их миграции
из Вюртембергского королевства на Кавказ. В статье также рассматриваются
советский план переселений и Сталинских репрессиий. Хотя, эта тема оставалась
труднодоступной в советскую эпоху, но с конца 1980-х годов стала объектом
внимания и изучения исследователей.
Aucun commentaire:
Enregistrer un commentaire