Distant təhsilin əsas prinsipləri, üstün cəhətləri və idarə olunma vasitələri
Dos. Vazeh Əskərov
Açar sözlər: təhsil, distant təhsil,
məsafədən təhsil, elektron təhsil, əlavə təhsil, davamlı təhsil
Key words: education, distance
learning, e-learning, additional education, lifelong learning
Ключевые слова: образование, дистанционное обучение, электронное
обучение, дополнительное образование, непрерывное обучение
İstədiyiniz
yerdə və zamanda öyrənin!
İnkişaf
edən dünyada təlimin informasiya kommunikasiya
texnologiyalarından istifadə etməklə həyata
keçirilməsi təhsilin mümkün olan ən sadə və vacib sayılan növlərindən biridir.
Bu vasitə ilə təhsilalanlar yerləşdikləri coğrafi məkandan aslı olmayaraq tədris
materiallarını istədikləri zaman əldə edə bilərlər. Bunun üçün təlim
materiallarının yerləşdirildiyi internet səhifəsinə qoşulmaq təklif olunur. Təhsilin
bu forması sinxron və ya asinxron olmaqla iki cür təşkil
olunur:
Sinxron- Distant təhsilin sinxron formasında hadisələr real
olaraq təhsil müəssisəsi ilə təhsil alanlar arasında canlı bağlantı ilə həyata
keçirilir. İstifadə olunan vasitələr: email, forum, blog, webnar və s.
Asinxron- Bu halda təhsil alan şəxs təhsil zamanını və məkanını özü seçir.
Yaddaşa köçürülmüş dərs vəsaitləri internet səhifəsində yerləşdirildikdən sonra
tələbə istədiyi vaxt onunla tanış olur. İstifadə olunan vasitələr: çat və ya ani
mesajlaşma, dərsin audio və video yazısı və s.
Eyni
zamanda bu proqram təminatı istər dərsi keçən müəllim, istər instruktorlar istərsə
də digər tələbələr ilə əlaqələr qura bilərlər ki, bu da həm sinxron həm də
asinxron təşkil oluna bilər.
Ənənəvi təhsildən fərqli olaraq
distant təhsil zamanı tədrisin düzgün təşkil olunması və idarə edilməsi çox
önəmlidir. Dərslər pedaqoji cəhətdən o qədər profesional hazırlanmalıdırlar ki,
onların internet vasitəsi ilə birbaşa yayımlamaq və yenidən səhifədə qüsursuz yerləşdirilməsi
mümkün olsun. Əlbətdə ki, distant təhsilin düzgün tədrisini təşkil etmək təkcə
müəllimlərin deyil eləcə də İKT-nin üzərinə düşür. Lakin bu halda qeyd
etməliyik ki, işə cəlb olunacaq İKT nümayəndələrinin təhsil işçisi olması vacib
sayılmır. Tələb olunan əsas şərt internet səhifəni hər zaman nəzarətdə saxlamaq
və dərslərin düzgün və vaxtında yayımlanmasını təmin etməkdən ibarətdir.
Müəllimlər də eyni zamanda dərsi daha interaktiv təşkil etməli və bunun üçün
müxtəlif komputer proqramlarından istifadə etmək üçün
təlimatlandırılmalıdırlar. Ümumilikdə distant təhsilin düzgün idarə olunması
üçün analiz, qavrama, inkişaf, həyata keçirilmə və qiymətləndirmə əsas
şərtlərdən sayılır.
Distant və ya məsafədən təhsilin
formalaşdırılması və pedoqoji mühitin yaradılması.
Distant təhsilin məkan baxımından
bütün maraqlı tərəf üçün açıq olması dərslərin keyfiyyətinin və inkişaf
etdirilməsinin hər zaman analiz edilərəköyrənilməsini zəruri edir. Hər tədris
ili üçün təqdim olunacaq dərs proqramlarının müasir tələblərə cavab verməsi
vacib sayılır. Belə ki, distant təhsilin idarə olunmasında tətbiq olunan
qaydalar eləcə də bütün normativ proqramların həyata keçirilməsi müntəzəm
olaraq nəzarət edilir. Bu sahə üzrə çalışan mütəxəsislər əsas istiqamətləri beş
yerə ayırırlar: təhsilin analızı, qavranılması, inkişafı, tətbiqi və
qiymətləndirilməsi.
Analiz
|
Qavrama
|
İnkişaf
|
Tətbiqetmə
|
Qiymətləndirmə
|
Tələb olunanın analizi
Maraq göstərənlərin analizi
Mövzu və tapşırıqların analizi
|
DT-in məqsədi
Sıralama
Təlimin strategiyası
Təlimin şərtləri
|
Təlimin işkişafı
Informasiya bazasının inkişafı
Tutorial inkişaf
|
Quraşdırma və paylanması
Tələbə fəaliyyətinin idarə olunması
|
Reaksiya
Təlim
Davranış
Nəticə
|
Təhsilin
daha asan formada çatdırılması üçün təqdim olunan məlumatların düzgün ötürülməsi
və daha da inkişaf etdirilməsi vacibdir. Bu halda gələcək dərslərin
hazırlanması daha sığortalı və etibarlı sayıla bilər.
İnteraktiv
təlim strategiyasının, multimedia elementlərinin tətbiqi.
Distant
təhsilin təlim strategiyasının mültimediya və pedoqoji elementlər ilə həyata
keçirmək üçün bir sıra vasitələrdən istifadə olunur. Bura sadə təlim forması, sənədlərin
və təqdimatların elektron (Power Point)
formatda yerləşdirilməsi, text, şəkil, audio yazı, animasiya və ya
tapşırıqların olması, eləcə də dərslərin expertlər tərəfindən video lentə
yazılması, webinarların təşkili üçün xüsusi proqramları əlavə edə bilərik. Əlbətdə
ki, əvvəlcədən hazırlıq prosesi kifayət qədər təkmilləşdirilmiş olmalıdır ki,
istər pedoqoji heyət istərsə də təhsil alan istifadə edəcəyi məlumat maraqlı,
asan və həvəsləndirici olsun. Misal üçün, Power
Point ilə illustrasiyalı hazırlanmış dərs vəsaiti 20 səhifəlik textdən ibarət
olan dərs vəsaitindən daha maraqlı olacaq.
Ekspertlər
hesab edirlər ki, bir dərsin izahatı 30 qədiqədən və 15 səhifəlik təqdimatdan
çox olmamalı və dərsin qalan hissəsi izahata və sual-cavaba ayrılmalıdır. Qeyd
etməliyik ki, interaktiv təlimi formalaşdırarkən proqram təminatını eləcə də internet
ressurslarında yerləşdirilmiş məlumatları kifayət qədər sadə və rahat təmin etmək
lazmdır ki, hətta informatikadan uzaq olan tələbənin bu proqrama rahat girişi və
istifadəsi təmin olunsun.
Qavramanın
idarə edilib qiymətləndirilməsi
Dərslərin keyfiyyətinin analiz edib qiymətləndirilməsi
distant təhsilin əsas meyarlarından sayılır. Bu eyni zamanda daha da təkmilləşmək
və gələcək proqramların mövzularını ehtiyaca uyğun tənzimləməyə kömək olur. Burada
əsas məsələ təhsilin internet vasitəsi ilə düzgün təşkil edilməsi, dərslərin
daha asan qavranılması eləcə də dərslərin yayımının asanlaşdırılması nəzərdə
tutulur.
Ümumiyyətlə, qiymətləndirməni
həyata keçirərkən ilk öncə əvvəlcədən qoyulmuş məqsədə çatmanın hansı səviyyədə
olduğunu öyrənməliyik. Dərslərin hansı səviyyədə qavranılmasını
qiynətləndirərkən formativ, summativ və konfirmativ yanaşmadan istifadə edilə
bilər:
Formativ-təlimin
keyfiyyətinin dərs boyu qiymətləndirilməsi,
Summativ-təlim
bitdikdən dərhal sonra qiymətləndirilməsi,
Konfirmativ-təlim
başa çatdıqdan bir müddət sonra dərsin qavranılmasının təsdiqlənməsi.
Dərslərin
qiymətləndirilərək idarə olunması təlimlərin başlanğıç nöqtədən nəticəyə qədər
analiz edilib qiymətləndirilməsini vacib edir. Xüsusən də nəticədə feedback, tələbə
tərəfindən edilən təklif və iradlar önəm daşımalıdırlar. Sillabusların hər təlimə
uyğun hazırlanması, dərslərin tələbə rahatlığını təmin edilməsi məqsədilə
sinxron və asinxron təşkili xüsusi texniki və pedoqoji yanaşmanı vacib edən şərtlərdəndir.
ƏDƏBİYYAT
- BARBARANT Jean-Claude
(réd.), Enseignement à distance : réalités,
enjeux et perspectives, Conseil économique et social/Paris, 1997,
205 p.
- HARASIM Linda, HILTZ Starr Roxanne, TELES Lucio, TUROFF
Murray, Learning
networks: a field guide to teaching and learning online, MIT
press/Cambridge/États-Unis, 1997, 329 p.
- LEMOINE Marie-Hélène, La
formation à distance : dossier documentaire, CIEP, Service de
documentation, 1999/02, dossier 154 p.
- PORTER Lynnette R., Creating the virtual
classroom: distance learning with the Internet, John Wiley &
Sons/New-York/États-Unis, 1997, 260 p.,
Summary
The main principles, advantages
and management means of distant learning
This article deals with the importance
and possibilities of distant learning. In the developing world the use of
communicative and informative technology is one of the important ways of
carrying the education out. By this mean the learners will get the educational
materials whenever they want, not depending on their geographical place. This
article is introduces to have a look on the process of distance education.
Резюме
Основные принципы, преимущества
и средства управления дистанционного обучения
В
данной статье речь идет о важности и возможностях дистанционного образования в
современном мире использования информационных и коммуникационных технологий. С
помощью этой формы обучения обучающиеся могут располагать нужными материалами в
любое время независимо от
географического месторасположения. Статья представляет собой обзор на
дистанционное обучение.
Aucun commentaire:
Enregistrer un commentaire