Nombre total de pages vues

vendredi 8 avril 2016

      Düyünə düşmüş Qarabağ münaqişəsi 

                     fransızların gözü ilə


 PhD Vazeh Əskərov
                             vazeh2000@yahoo.fr

          Yazın ilk günlərindən başlayaraq Cənübi Qafqazda eşidilən, getdikcə intensiv xarakter alan eləcə də çoxdan gözlənilən güllə səslərini nəinki fransızlar heç azərbaycanlılar da gözləmirdilər. Lakin bu günün bir gün başlayacağına həmişə əmin idilər. 1994-cü ildə əldə edilmiş atəşkəsdən bəri ilk dəfə olaraq, artıq tarixə düşmüş “üç günlük müharibə” nəticəsində tərəflər, xüxusən də ermənilər, çoxlu sayda şəhid verdilər. Dünya dövlətlərinin bir-birilərinin ardinca alovlanan müharibəyə münasibət bildirmələri üzünü çox gözlətmədi.

Münaqişənin sülh yolu ilə tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər kimi Fransa da tərəfləri atəşkəsin yenidən bərqərar olmasına çağırdı. Müharibənin ikinci günü, aprel ayının 2-də Fransa prezidenti Fransua Holland tərəfləri “maksimum təmkinli və dərhal, ümumi, davamlı atəşkəsə hörmət” etməyə çağırdı. Fransa prezidenti 2014-cü il oktyabr ayında iki ölkə, Azərbaycan və Ermənistan prezidentləri ilə Parisdə əldə etdikləri “münaqişnin ən qısa zamanda sülh yolu ilə həll etmək üçün götürdükləri öhdəliklərin” vacibliyini vurğuladı. 


Qarabağda münaqişənin alovlanması Fransanın aparıcı kütləvi informasiya vasitələrində də geniş müzakirə olunmağa başladı. Qeyd etməliyik ki, Fransadakı erməni diasporası dezinformasiyanın yayılması ilə bağlı əllərindən gələni etdilər. Lakin Fransadakı Azərbaycan diasporası xüxusən də Azərbaycan Respublikasının Fransadakı səfirliyi başda səfiri Elçin Əmirbəyov Fransa ictimaiyyətində Qarabaq həqiqətlərinin çatdırılması üçün böyük səylərini ortaya qoydular. Bununla bağlı səfir E. Əmirbəyovun Fransa 24  telekanalında yaranmış müsahibəsində münaqişə haqqında fikir bildirməsi çox önəmli bir hadisəyə çevrildi. Azərbaycanın Fransadakı elçisi Xarici İşlər və Müdafiə Nazirliklərinin bəyanatlarını və Azərbaycanın rəsmi mövqeyini təfərrüatı ilə nümayiş etdirdi.

5 aprel 2016-cı il saat 12-dən etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatların dayandırılmasını Fransa höküməti də alqışladı və tərəflərin buna ciddi əməl edəcəyinə səsləndi. Münaqişənin dinc yolla beynəlxalq hüquq müstəvisində həmsədr ölkələrin Minsk qrupunun vasitəçiliyi ilə həll edilməsinin vacibliyi bir daha vurğulandı. Fransanın Xarici İşlər naziri Jean-Marc Ayrault çıxışında bu məsələyə toxunaraq həm hərbi gücün istifadə edilməsinin həmçinin status kvonun bu cür saxlanılmasının yolverilməz olduğunu dilə gətirdi.
Hal-hazırda  danışıqlar ərəfəsində Fransa Senatının bir neçə nümayəndəsi danışıqlar prosesinə qondarma Dağlıq Qarabağ Respublikasının da iştirak etməsinin vacibliyini ortaya qoyub. Belə ki, Valeurs actuelles Le Monde qəzetlərinin ayın 7-də dərc etdikləri məqalədə deputatların beynəlxalq ictimaiyyətə bu regionun müstəqilliyini tanımaq üçün etdikləri müraciətin şahidi oluruq.


Fransa-Qarabağ dostluq cəmiyyətinin prezidenti deputat Fransua Rochebloine ATƏT-in Minsk qrupuna topladığı 27 imza ilə müraciət edərək “...danışıqların daha effektiv olması üçün Dağlıq Qarabağ Respublikasının da rəhbərliyinin danışıqlar masasına dəvət olunmasının vacibliyini vurğulayır”. F. Rochebloine və deputat həmkarları eyni zamanda iddia edirlər ki, “...qarabağlılar üçün Respublikanın müstəqilliyi heç bir zaman məqsəd yox həmişə bir vasitə olub. Bu vasitə sülh və təhlükəsizlikdə yaşamağı təmin etmək, demokratik, öz xalqı mənafeyi üçün çalışan, bütün dünyaya açıq olan bir Dövlətin qurulması üçün bir vasitəsi.

Apardığımız araşdırmalar bir daha göstərdi ki, fransızlar həmişəki kimi bü münaqişədə Rusiyanın ermənilərin Türkiyyənin isə azərbaycanlıların yanında olduqlarını və dəstək vermələrini düşünürlər.  



Aucun commentaire: