Nombre total de pages vues
mercredi 7 janvier 2015
ADU-nun Tədris işləri üzrə
prorektoru, doktor Vazeh Əsgərov Türkiyədə rəsmi səfərdə olub
Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”
ölkəmizdə təhsilin strateji hədəflərini və bu istiqamətdə yerinə yetiriləcək
tədbirləri müəyyənləşdirmişdir.Azərbaycan Respublikasının Təhsil Nazirliyi
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda
müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı ali təhsil
müəsisələrinin qarşısında yeni vəzifələr qoyur və kollektivlərin məsuliyyətini
artırır. Bu istiqamətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
sistemli tədbirlər həyata keçirilir ki, bunlardan biri də ali təhsil
müəsisələrində məsul vəzifələrdə çalışan əməkdaşlarının ixtisasartırması ilə
bağlıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 noyabr 2014-cü il
tarixli 11/288 saylı əmri ilə Azərbaycan Respublikası Dövlət ali təhsil
müəsisələrinin bir qrup məsul əməkdaşı Türkiyə Cümhuriyyətinin tanınmış
universitetlərində stajkeçmə məqsədlə 2 həftəlik qardaş ölkəyə ezam olunub.
Azərbaycan Dillər Universitetini
universitetin Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov təmsil edib. Azərbaycanın Bakı, Sumqayıt, Gəncə
və Lənkəran şəhərlərində yerləşən universitetlər üzrə 15 universitetdən 6
prorektor, 9 dekan bu layihədə iştirak edib. Proqramın zəngin və maraqlı təşkil
olunduğunu söyləyən Vazeh Əsgərov universitetlərin kampusları, idarəedilmə
prosesləri, tələbələrlə görüşlərin təşkil edilməsi istiqamətində aparılan
işlərlə yaxından tanış olmaq imkanı əldə etdiyini bildirdi. Ankarada yerləşən
Heydər Əliyev parkını ziyarət, Türkiyənin Texniki Universitetinin nəzdində
fəaliyyət göstərən Heydər Əliyev mərkəzinə səfər etməyin xüsusi qürurverici bir
amil olduğunu bildirən prorektor Türkiyənin Eskişəhər (Anadolu Universiteti) və
Konya şəhərlərinin universitetləri də daxil olmaqla, 8-ə yaxın qurumlarda
görüşlər keçirildiyini söyləyib. Səfər çərçivəsində Bilkent Universiteti,
həmçinin bu universitetin Texnoparkı, Ankara Universiteti, Anadolu
Universiteti, Orta Doğu Texniki Universiteti, Hacıtəpə Universiteti, Qazi
Universiteti, Avropa Birliyi Bakanlığı, Türk Həmkarlar İttifaqının sədri,
Azərbaycanın Ankaradakı səfirliyi, Ankara Bələdiyyəsi, Türkiyə Böyük Millət
Məclisi, Strateji Araşdırmalar (SETA), Türkiyə və Orta Doğu İdarəçilik İnstitutunda
(TODAİE), o cümlədən Təhsilin idarə olunmasında Milli Eğitim Bakanlığı və
Yüksək Öğrətim Kurulu (YÖK) qurumlarında da görüşlər keçirilib.
Inscription à :
Publier les commentaires (Atom)
Aucun commentaire:
Enregistrer un commentaire