Sosiologiya
və Azərbaycanda sosioloji düşüncələr
"Sosiologiya bir döyüş idman növüdür"
Azərbaycanda sosioloji fikirlərə qədim zamanlardan rast gəlmək olur. Belə
ki, Avestada yaxşı ilə pisin, xeyir və şərin müqavimətini əks etdirən səhnələrə
rast gəlinir. Nizami Gəncəvi, Siraceddin Urmevi, Nesreddin Tusi öz əsərlərində
hüquqi münasibətə, dövlət idarəçiliyi, ailə məsələlərinə geniş yer
aryırırdılar. Məsələn Urmeviyə görə cəmiyyət insan orqaniziminə bənzəyir və
onun idarəçiliyi başçıdan asılıdır. XIX əsrin əvvələrində M.F. Axundov və A. Bakıxanov
öz əsərlərində ictimaiyətə sosioloji məsələlərdən bəhs edir. Daha sonralar biz
Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abdulla Şaiqin yazılarında sosioloji
problemlərə müraciətləri görürük. XX əsrin əvvələri öz ictimai fəaliyyətləri
ilə dahi M.Ə. Rəsulzadə, Ə. Hüseynzadə, Ə. Ağaoğlu, Ü. Hajıbəyov və s. yeni
cəmiyyətin qurulmasında (ADR) böyük rol oynamışlar.
Bolşeviklərin hakimiyyətə gəlişi ilə elmin sosial fikirlərə olan
münasibəti də dəyişdi və sosiologiya elmi burjua təbəqəsinə aid edildiyinə görə
cəmiyyətdə qadağan olundu. 20-ci illərin əvvələrində universitetlərdə və akademiyalarda
sosiologiya sosial elmlər ilə birləşdirilərək ictimaiyyət elmi adı altında
tədris olunmağa başladı. 1924-cü ildən etibarən SSR-i ərazisində sosiologiya
bir elm kimi ləğv olundu və sosiologiya sözünün də işlənməsi qadağan olundu[1].
Yalnız 60-cı illərdə yenidən sosiologiyanın “hüququ” bərpa olundu. Əsas
səbəblərdən biri sovet məkanında yaşayan müxtəlif xalqların və eləcə də
millətlər arası münasibətlər idi. Belə ki, SSR-i çoxmillətli bir dövlət idi və
əhalisinin 45% ni qeyri ruslar təşkil edirdi[2]. Məhz Xruşovun
kommunist partiyasının 1956-cı il XX iclasındakı çıxışından sonra Sovet
Sosiologiya Assosiasiyasının (1958) yaradılmasına təkan oldu. 1964-cü ildə
SSR-i məkanında il dəfə bütün respublikararın sosial elmlər üzrə
tədqiqatçılarının konfransı təşkil olundu. 1966-cı il isə sovet sosioloqları
ilk dəfə Evianda (Fransa) baş tutmuş VI beynəlxalq sosioji kongresdə iştirak
edirlər.
Bu hadisədən sonra Azərbaycanda da sosiologiya elminə yeni maraq müşahidə
olunur və ilk dəfə olaraq 1968-ci ildə C.T.Əhmədlinin və V.Ə. Paşayevin “Burjua
sosiologiyanın tənqidi” və 1972 C.T. Əhmədli və J. Sogomonovun “Sosiologiyaya
dair söhbətlər” adlı kitabları işıq üzü görür. Bu iki əsər ilə Azərbaycan
oxucusu sosiologiyanın bir sıra vacib problemləri ilə eləcə də sosioloji biliklərin müxtəlif səviyyələri ilə yığcam
şəkildə tanış olur və bundan sonra daha sanballı sosioloji tədqiqatlar aparmağa maraq göstərir. Bu dövrün sosioloji baxışları bəzi ideoloji ehkamlardan azad olmasa
da gələcəkdə bu sahədə tədqiqatların aparılmasına geniş istiqamət vermişdi.
Müstəqilliyin bərpasindan sonra Azərbaycanlı sosioloqlar sosiologiyanın
yeni struktur və mexanizmlərini işləyib hazırladılar. Hal-hazırda keçən dövr ərzində
sosiologiya bir elm kimi Azərbaycan Milli Elmlər Akademiyasında və Bakı Dövlət
Universitetində tədris olunur[3].
[1] MESPOULET Martine (2007), La «
renaissance » de la sociologie en URSS (1958-1972), Revue d'Histoire des
Sciences Humaines 1/2007 (n° 16), p. 57-86.
[2] ЯДOВ Владимир (1998), Социология в России (YADOV Vladimir, Sosiologie en Russie), Москва, Издательство Института социологии
РАН.
[3] ASGAROV Vazeh "L'immigrarion des Azerbaïdjanais" PAF, France
http://www.amazon.fr/Limmigration-Azerba%C3%AFdjanais-g%C3%A9n%C3%A9rale-histoire-perspectives/dp/3841622224
Aucun commentaire:
Enregistrer un commentaire