Nombre total de pages vues

lundi 3 février 2014

Azərbaycan Dillər Universiteti və 
Strasburq Universiteti arasında əlaqələr genişlənir
-A+A

Strasburq, 30 yanvar (AzərTAc). Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Vazeh Əsgərov təmsil etdiyi ali təhsil ocağı və Strasburq Universiteti arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində danışıqlar aparmaq məqsədilə Fransanın bu şəhərində olmuşdur.
Müşavir Strasburq Universitetində keçirdiyi görüşlər barədə AzərTAc-a müsahibəsində bildirmişdir ki, müvafiq ali təhsil müəssisələri arasında əlaqələr 10 ildən artıqdır davam edir. Bu əlaqələrin daha da genişləndirilməsi yenə də gündəmdədir.
Strasburq Universitetinin tərcümə və sinxron tərcümə fakültəsinin rəhbəri onu müşayiət edən digər şəxslərlə birlikdə universitetimizdə olmuş, hər iki ali təhsil ocağı arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi məqsədilə müqavilələr imzalanmışdır.
Səfərimin əsas məqsədi hər iki universitet arasında mövcud əlaqələrin inkişaf etdirilməsinə dair danışıqlar aparmaq olmuşdur. Bununla əlaqədar Strasburq Universitetinin rəsmiləri ilə görüşmüş, onlarla müvafiq istiqamətlərdə fikir mübadiləsi aparmışam.
Azərbaycan Dillər Universiteti rektorunun müşaviri diqqətə çatdırmışdır ki, müvafiq ali təhsil ocaqları arasında əlaqələrin inkişafına dair bir neçə layihə nəzərdə tutulmuşdur. Onlardan biri istəyimizə uyğun olaraq magistraturada təhsil alan tələbələrimizin birillik təhsildən sonra seçim yolu ilə Strasburq Universitetində təhsillərini davam etdirmələri ilə bağlıdır.
Digər layihəmiz isə sözügedən universitetin müəllimlərinin tələbələrimizə ustad dərsləri keçməsindən ibarətdir. Tələbələrin yay tətili dövründə yay kursları adı altında tələbələrimizin Strasburq və digər şəhərlərin universitetlərinə göndərilməsini planlaşdırırıq.
Görüşlər zamanı müvafiq istiqamətlərdə fikir mübadiləsi aparılmış və tərəflər ümumi razılığa gəlmişlər.


30.01.2014 [20:21]
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Strasburq

Aucun commentaire: