Sovet
dövründəki sürgünlərin siyasi səbəbləri və Azərbaycan
Sovet
dönəmində represiyaya məruz qalanlar haqqında statistik məlumat qapalı
aparılır, nəticələr saxtalaşdırılır və bir qayda olaraq, gizlin və əlçatmaz
saxlanılırdı. Yalnız 1980-ci illərin sonları bir çox arxiv sənədlərinə daxil
olunmasına icazə verilməsi və bir çox tədqiqatçıların bu mövzuya müraciət edərək
məqalələr yazması uzun illər gizli qalmış sürgün qurbanları haqqında məlumat
vermiş oldu. Haçansa sürgün həyatı yaşamış A.Soljenisenin 1973-cü ildə qələmə
aldığı “Qulaq arxipelaqı” artıq bu dəhşətli terror haqqında ilk təsəvvürü
yaratmışdı.
1920-30-cu
illərdə sürgün həyatının acısını duymuş və eşitmiş insanlar bu vəziyyət ilə üzləşməsinlər
deyə ilk təhlükə hiss etdikləri an hələ ki, sərhədləri kifayət qədər nəzarət
olunmayan ölkə hüdudlarını tərk etməyi üstün tuturdular. Sürgün olunan
insanları əsasən Sibirin, Uralın və Qazaxıstanın çöllərində salınmış lagerlərə
yerləşdirirdilər. Bu dövr bir çox tanınmış azərbaycanlılar Mikayıl Müşfiq, Tağı
Şahbazi, Salman Mümtaz, Hüseyn Cavid və s. bu terrorun qurbanlarına çevrilirlər.
İkinci Dünya müharibə illərində Sovet xalqlarının bəziləri başqa bir köçün şahidi olurlar. 1942-48-ci illərdə almanlar ilə əlaqə qurma təhlükəsindən sığortalanmaq üçün Sovet rəhbərliyi Volqaboyu məskunlaşmış almanları, çeçenləri, Krım tatarlarını, məshəti türklərini Qazaxıstana sürgün edirlər. Mir Cəfər Bağırovun bir başa Stalin ilə uzun sürən müzakirələrindən sonra azərbaycanlıların Qazaxıstana köç edilməsinin qarşısı alınır. Lakin bu proses 1948-53-cü illər arasında digər bir köç ilə, 100 000 azərbaycanlının Ermənistandan Azərbaycana köçürülməsi ilə nəticələnir.
IN: Vazeh ASGAROV "L'immigration des Azerbaïdjanais. L'immigration générale des Azerbaïdjanais, histoire et perspectives: le cas de la France", PAF 2014
Dr. Vazeh Əskərov
Aucun commentaire:
Enregistrer un commentaire