Prometey hərəkatı
Xaricdə dərc olunmuş əsərlərdən danişanda azərbaycanlı mühacirlərin də fəal olduğu prometey hərəkatından danışmamaq olmaz. 1926-1938-ci illər arasında Parisdə fransız dilində dərc olunan jurnal öz dövrünün siyasi həyatında kifayət qədər aktivlik nümayiş etdirmiş və hadisələrin cərəyan etməsində müəyyən rola sahib olmuşdur. Bəs bu prometeyçilər kimlər idi? Əsasən keçən əsrin 20-30-cu illərində sovet rejiminə qarşı mübarizə aparan məzlum xalqlardan ibarət olan və öz vətəndaşlarının milli azadlıqlarını təmin etmək və müstəqil respublikalar qurmaq arzusunda olan keçmiş Çar Rusiyadan olan lakin qeyri ruslardan təşkil olunmuş insanlar Prometey hərəkatı ətrafında cəmləşirdi. Elə bu səbəbdən idi ki, bu hərəkatda keçmiş ölkə rəhbərləri, nazirlər və diplomatlar iştirak edirdi. Prometeyçilər əsasən türk dövlətlərindən olan nümayəndələrdən təşkil olunsa da onu bir türk təşkilatı adlandırmaq düzgün olmazdı. Lakin hərəkatın Polşada fəaliyyət göstərməsi və türklərin aktiv rolu bu iki dövlət siyasətinin də sovet rejiminə olan münasibətlərindən qaynaqlanırdı.
Ümumi baxanda prometeyi üç ideya birləşdirir: millətlərin azadlığı, bütün hallarda sovet rejimi ilə heç bir mümkün əlaqənin qurulması və digər qeyri-rusları bu hərəkat ətrafında mübarizəyə cəlb etmək. Azərbaycalıların prometey hərəkatındakı rolu da az olmamışdı. Onlardan M. Rəsulzadəni, Mir Yaqub Mehdiyevi, M. B. Məmmədzadə, Arif Kərim, M. Vəkilovu göstərmək olar[1]. Prometey hərəkatının mətbu orqanı Prometey jurnalı olsa da fəallar ayrı-ayrı xalqların da jurnallarını dərc edir və fəaliyyət göstərməyə yardımçı olurdular. Azərbaycanlıların Berlində dərc etdirdikləri Qurtuluş jurnalı da bu səpgidən idi.
On iki illik fəaliyyətdən sonra 1938-ci ildə 137-ci sayını dərc etdirən Prometey fəaliyyətini dondurur. Sonrakı illərdə Polşanın (1939) və Parisin (1940) almanlar tərəfindən işğalı reallaşır. II Dünya müharibəsindən və Soyuq müharibənin başlaması eləcə də bu tarixi çevrilişlərdə yaranmiş yeni mühacir ordusu Prometey hərəkatının tam bir başqa formatda davam etdirilməsi ilə nəticələnir. Soyuq müharibənin digər əsas iştirakçısı olan ABŞ prometeyçilərə maraq göstərir və 1950-ci ildə Münhendə Institute for the Study of the URSS (SSR-nin tədqiqatı institutu) yaradılır. İnstitut iyirmi illik fəaliyyəti dövründə bir çox jurnallar dərc etmişdi.
[2] COPEAUX Étienne (1993), Le mouvement Prométhéen, in CEMOTI (Cahiers d’études sur la Méditerranée orientale et le monde turc-iranien), N° 16, juillet- décembre.
Dos. Vazeh Əskərov.
Aucun commentaire:
Enregistrer un commentaire