Fransada "əcnəbi" və "immiqrant" terminlərinə yanaşma.

İlk dəfə 1991-ci ildə
Fransa Milli Demoqrafik Tədqiqatlar İnstitutu - İNED, Fransa Statistika və
İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu - İNSEE və İnteqrasiya Yüksək
Şurasının - HCİ tədqiqatçıları "əcnəbi" və "immiqrant" sözlərinin
mənalarının dəqiqləşdirilməsinin vacib olduğunu israrla bildirməyə başladılar.
Fransa Statistika və İqtisadi
Araşdırmalar üzrə Milli İnstitutu -İNSEE hər iki termin üçün dəqiq və aydın
mənalar təklif etdi:
-Əcnəbi-siyahıya alınma zamanı Fransada müvəqqəti yaşama hüququna malik olan lakin fransız vətəndaşlığı olmayan şəxslərə aid edilir.
-Əcnəbi-siyahıya alınma zamanı Fransada müvəqqəti yaşama hüququna malik olan lakin fransız vətəndaşlığı olmayan şəxslərə aid edilir.
- İmmiqrant - Fransanın
sərhədləri xaricində doğulan xarici və ya fransız vətəndaşlığı olan insanlar.
Beləliklə əcnəbi immiqrant
ola bilər və yaxud hər hansı bir immiqrant əcnəbi deyil. 1992-ci ildə
Fransa İnteqrasiya Yüksək Şurasının -HCİ immiqrant sözünün mənasını
dəqiqliklə ifadə etməyə qərar qəbul etdi.
İmmiqrant xarici ölkədə
doğulmuş və Fransada yaşayan insanlara aid edilir və hər bir immiqrantın
fransız vətəndaşlığını almaq kimi şansı olması və bütün immiqrantların həmişə
xarici olmaması anlamına gəlinir. Lakin Fransada doğulmuş əcnəbi vətəndaş öz
birinci vətəndaşlığını saxlayarsa immiqrant sayıla bilməz.
Dr. Vazeh Əskərov
Dr. Vazeh Əskərov
Aucun commentaire:
Enregistrer un commentaire