Azərbaycan-Fransız Universitetinin laboratoriyalarında müasir avadanlıqlar quraşdırılıb
Bakı, 29 avqust, AZƏRTAC

Bu barədə AZƏRTAC-a UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov məlumat verib. İcraçı direktor deyib ki, Fransa və Almaniya istehsalı olan avadanlığın laboratoriyada quraşdırılması Strasburq Universitetinin standartları əsasında aparılıb.
Yaxın günlərdə Strasburq Universitetindən UFAZ-a mütəxəssis və təlimçilər gələcəklər. Onlar bu təhsil müəssisəsinin müəllim və laborantlarına həmin avadanlıqdan istifadə qaydaları ilə bağlı təlimlər keçəcəklər.
Aucun commentaire:
Enregistrer un commentaire