Nombre total de pages vues

samedi 17 décembre 2016

Fransız-Azərbaycan Universitetinə direktor təyin olunub


fransiz azerbaycan universitetine direktor teyin olunub
Fransız-Azərbaycan Universitetinə (UFAZ) direktor təyinatı olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının təqdimatı, Təhsil Nazirliyinin razılığı ilə ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-a direktor vəzifəsinə Vazeh Əsgərov təyin edilib. Universitetdən APA-ya verilən xəbər görə, bu gün Vazeh Əsgərov universitet rəhbərliyinin iştirakı ilə kollektivə təqdim olunub.

UFAZ-ın direktorunu təqdim edən ADNSU rektoru, professor M.Babanlı onun təyinatının Strasburq Universiteti tərəfindən də təsdiqləndiyini qeyd edib.

V.Əsgərovun uzun illər ərzində Strasburq Universitetində təhsil aldığını və çalışdığını, bu səbəbdən Fransa təhsil sisteminə yaxşı bələd olduğunu vurğulayan rektor M.Babanlı onun öz təcrübəsini UFAZ-da da tətbiq edəcəyini və universitetin statusunu daha da yüksəldəcəyinə inandığını bildirib.

Dosent Vazeh Əsgərov UFAZ-a direktor təyin olunması ilə bağlı ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və bu etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.


Aucun commentaire: