Nombre total de pages vues

mardi 22 novembre 2016

Alman mühacirləri Azərbaycana XIX əsrdən gəlməyə başlayıblar


Azərbaycan Dillər Universitetinin rektorunun müşaviri, tarix elmləri üzrə fəlsəfə doktoru və Strasburq Universitetinin doktoru Dos. Vazeh Əsgərovla müsahibəni təqdim edir. Vazeh bəy Azərbaycan ərazisində ilk alman koloniyalarının yerləşdirilməsindən danışır.





-    Vazeh bəy, almanların Azərbaycana ilk gəlişi nə zamandan başlayır və bunun səbəbi nə idi?

 -    Qafqaza ilk alman mühacirlərinin yerləşdirilməsi XIX əsrin ilk illərindən başlayır. Birinci Rusiya-İran (1804-1813) müharibəsindən sonra işğal edilmiş əraziyə ilk mühacir axınının yerləşdirilməsinə start verilir. Rəsmi olaraq ilk alman əsilli əhalinin yerləşdirilməsi Yermolovun 1817-ci ildəki əmri ilə reallaşır. Çar Rusiyası Azərbaycan ərazilərində ilk alman koloniyalarını 1818-ci ildə Yelizavetpol (Gəncə) zonasında yaradır. Lakin almanlar ilk zamanlar qeyri xristianların arasında məskunlaşmaqdan imtina edirlər. Buna baxmayaraq, iki il ərzində Qafqazda 8 koloniya yaradılır ki, onlardan da ikisi Azərbaycanın indiki Göygöl (Xanlar) və Şəmkir şəhərlərində salınır. Bu muhacirəti vacib edən şərtlərdən biri təriqət məsələsi idi. Belə ki, Almaniyanın Vurtemberg krallığının sakinləri fanatik ideyalar səsləndirir və hesab edirdilər ki, artiq Qərbi Avropada antixrist düşüncələri yayılmaqda davam edir və insanlar getdikcə Allahdan uzaqlaşırlar. Bu əhalinin inancına görə qiyamət günü artıq yaxınlaşır və bu səbəbdən onlar əminliklə Allah tərəfindən seçilmiş məkan olan Qüdsə (Yerusəlim) üz tutmalıdırlar. Digər bir əsas faktor isə bu dövrdə Napoleonun Avropada apardığı müharibələr, Almaniyada siyasi-iqtisadi vəziyyətin günü-gündən cətinləşməsi və ölkənin 30 krallığa bölünməsi ilə bağlı idi. 


-    Onlar təkcə Azərbaycana, yoxsa Rusiyanın başqa ərazilərinə də köçürülürdülər?

 -    Rusiyanın əlavə torpaqlar işğal etmək arzu və planları ilk olaraq İvan Qroznının (1530-1584) dövründə yaranmış, Böyük Pyotrun dövründə isə (1672-1725) reallaşmağa başlamışdı. İlk olaraq çar Rusiyası işğal etdiyi ərazilərdə ənənəvi idarəetmə üsulundan istifadə edərək müxtəlif xalqların köçünü həyata keçirirdi. Ərazilərdə xristiyanlaşdırma siyasəti aparmaq məqsədi ilə bu dövrdə yeni xalqların köçü reallaşmağa başlamış və ilk olaraq ruslar, ermənilər, almanlar, sonra isə ukraynalılar, belaruslar və tatarların, yəhudi və kürdlərin işgal edilmiş torpaqlarda məşkunlaşmasının şahidi oluruq. Tarixə ekskursiya etdikdə görürük ki, ilk almanların – Aussiedlər -  Rusiyaya köçü II Yekaterinanın dövründə, 1762-1763-cü illərdə baş verib. XVI əsrdən başlayaraq Volqa boyu sahillər türklər tərəfindən nəzarətə götürülüb, lakin məskunlaşmayıb. Bu vəziyyətdən istifadə edən çariça almanları, məhz, Volqa sahillərinə, indiki Saratov regionuna yerləşdirməyi qərar vermişdi. Daha sonralar almanların köçü Sank-Peterburq, Qafqaz, Ukrayna, Volın və Bessarabiya ərazilərində reallaşıb.  

 -    Birinci və ikinci dünya müharibələrinin başlamasının onların vəziyyətinə təsiri oldumu? 
 -    Birinci Dünya müharibəsi ərafəsində alman xalqının sayı bir neçə yüz nəfərdən 2 milyona qədər artmışdı. Lakin Çar Rusiyasının apardığı siyasətə uyğun bir çox kəndlərin adları ruslaşdırılmışdı. Misal üçün 9 fevral 1916-cı ildə Azərbaycandakı koloniyaların adı dəyişdirilir, Ellenendorf Elenino, Allenfeld isə Annino adlandırılır. Azərbaycan Demokratik Respublikası dövründə alman xalqına xüsusi diqqət göstərilir. ADR Parlamentdə alman xalqını ilk dəfə olaraq alman əsilli Lorenz Kuhn təmsil edir. 9 iyun 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının təşəbbüsü ilə Azərbaycan ərazilərində ilk alman koloniyalarının yaradılmasının 100 ili təntənə ilə qeyd edilir. Sovet sisteminin qurulması ilə almanlara olan diqqət də azalır və hətta Sovet siyasətinin yeni köç planına uyğun olaraq almanlar da Orta Asiyaya köçməyə məcbur edilir. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılır. İkinci Dünya müharibəsi ərəfəsində, 1941-ci ilin oktyabr ayından başlayaraq, alman xalqına olan etibar azalır və 122 illik alman koloniya tarixi fəlakətə uğrayır. Belə ki, Sovet hökuməti almanların Hitler Almaniyası ilə əməkdaşlıq edəcəyindən qorxur. Nəticədə Volqa boyu məskunlaşmış 1 milyona yaxın alman əsilli əhali Stalinin əmri ilə repressiyaya uğrayır və Mərkəzi Asiya, xüsusən də, Qazaxıstana, eləcə də Urala, və Sibirə sürgün edilirlər. Yalnız 1953-cü ildən, Stalinin ölmündən sonra digər repressiyaya məruz qalmış xalqlar kimi alman xalqının nümayəndələrinə də bəraət verilir və onların böyük əksəriyyəti öz doğma yerlərinə, digərləri isə Almaniyaya üz tuturlar. 

-    Almanlar, əsasən, Azərbaycanda hansı sahələrə maraq göstərirdilər? 

 -    Azərbaycana köç etmiş alman əsilli əhali bir əsr ərzində istər öz aralarında, istərsə də Azərbaycanın digər bölgələri ilə sıx mədəni və iqtisadi əlaqələr qurmuşdular. Bu qəsəbələrdə məskunlaşan insanların böyük əksəriyyəti əkinçilər idi ki, onların əsas iş sahələri ənənəvi alman kənd təsərrüfatı ilə məşğul olmaqdan ibarət idi. Onlar müxtəlif kənd təsərrüfatı növlərinin çoxsaylı çeşidlərinin əkini ilə məşqul olmaqla keçmiş Rusiya imperiyasının kapitalist iqtisadi sistemində öz yerlərini tutmağa nail olmuşdular. Qafqaza yerləşdirilmiş almanlar ölkə iqtisadiyyatının müxtəlifşaxəli inkişafına əvəzsiz xidmətlər göstərmiş və yeni yaratdıqları qabaqcıl idarəetmə üsulları və yeni texnologiyalar ilə təsərrüfatın inkişafına öz töhfələrini vermişdirlər.  


-    Bu mövzu ilə bağlı ciddi araşdırmalar aparılıbmı?

 -    XIX əsrdən başlayaraq almanların Rusiyaya yerləşdirilməsi ilə bağlı bir neçə tədqiqat işi mövcuddur. Onlardan Həcər Verdiyevanın, Südabə Zeynalovanın, Məmməd Cəfərlinın araşdırmalarını göstərmək olar. Lakin bu sahənin daha dərindən araşdırılmasına böyük ehtiyac var. Düşünürəm ki, bu haqda Rusiya arxivlərində geniş tarixi sənədlər mövcüddur və gələcəkdə tarixçilərimiz eləcə də magistr və Phd araşdırmaçılarımız bu sahəni daha dəqiqliklə öyrənəcək və daha yeni və maraqlı məlumatlar əldə edəcəklər. 

Azərbaycanda XIX və XX əsrlərdə alman əhalisinin sayı və ümumi əhaliyə olan nisbət fərqi
İllər
Əhali
Faiz göstəricisi
1819
1 600
0,28 %
1916
15 990
0,41 %
1939
23 133
0,7 %
1989
748
0,01 %
        Mənbə:  Гусейн-заде Рауф (2007), Немцы  Азербайджана ,IRS Наследие, № 25

Alman xalqının 1939-il üçün SSR-i ərazisində yerləşmə coğrafiyası
          Şəhər, rayon
Sayı
Altay
29.000
Omsk vilayəti
59.000
Novossibirsk
8.100
Krasnoyarsk vilayəti
4.000
Kemerovo vilayəti
3.300
Orenburq vilayəti
19.000
Ümumi RSFSR
862.000
Karaganda vilayəti
14.000
Kokchetav vilayəti
15.000
Pavlodar vilayəti
6.500
Akmola vilayəti
7.600
Ümumi Qazaxıstan SSR
92.000
Azərbaycan SSR
23.000
Gürcüstan SSR
20.000
Qırğızıstan SSR
12.000
Krım
95.000
Ukrayna SSR
362.000
Mənbə: Kolosov, 1 Section, p. 25. 25.



Qazaxıstanın illər üzrə etnik tərkibi (1979-1994)
İllər
1979
1989
1994
Qazax
5.829.000
6.535.000
7.474.000
Rus
5.991.000
6.228.000
6.042.000
Ukraynalı
898.000
896.000
857.000
Belorus
181.000
183.000
178.000
Alman
900.000
957.000
614.000
Özbək
263.000
332.000
372.000
Tatar
313.000
328.000
331.000
Azərbaycanlı
73.000
90.000
101.000
Ümumi
14.684.000
16.464.000
16.870.000
Mənbə: Kaufman, W., Lipkovich, I. (1995) Housing in Kazakhstan: Recent Statistics and
Trends, Almaty: International City/County Management Association.



Elnur Eltürk

jeudi 10 novembre 2016












Azərbaycan almanları
Azərbaycanda ilk alman yaşayış məskənlərinin salınması

Açar sözlər: Azərbaycan almanları, deportasiya, mühacirət, tarix, sosiologiya, diaspora,
miqrasiya
Key words: Azerbaijani Germans, deportation,  immigration, history, sociology, diaspora, migration
Ключевые слова: Азербайджанские немцы, депортация, иммиграция, история, социология, диаспора, миграция

Azərbaycanın coğrafi nöqtei-nəzərdən əlverişli məkanda yerləşməsi, eləcə də İpək yolunun bu ərazidən keçməsi tacirlər və səyahət edənlər üçün həmişə maraqlı olmüşdur. Bundan əlavə Azərbaycanın Rusiya, İran və Türiyyə kimi güclü dövlətlər ilə qonşu olması öz ərazisinin çox vaxt müharibə zonası kimi istifadə edilməsi ilə nəticələnirdi. Rusiyanın əlavə torpaqlar işğal etmək arzu və planları ilk olaraq İvan Qroznının (1530-1584) dövründə yaranmış, Böyük Pyoturun dövründə isə (1672-1725) reallaşmağa başlamışdır. XIX əsrin ilk illərindən başlayaraq Qafqaz işğal edilmiş və 70 il ərzində Azərbaycan xanlıqları hissə-hissə Rusiyaya tabe edilmişdirlər. İlk olaraq çar Rusiyası ənənəvi idarəetmə üsulundan istifadə edərək müxtəlif xalqların yeni işğal edilmiş ərazilərə köçünü həyata keçirirdi. Ərazilərdə xristiyanlaşdırma siyasəti aparmaq məqsədi ilə yeni xalqların köçü reallaşmağa başlamış və ilk olaraq ruslar, ermənilər, almanlar, sonra isə ukraynalılar, belaruslar və tatarların, yəhudi və kürdlərin Azərbaycan torpaqlarında məşkunlaşmasının şahidi oluruq. Həmin dövrdə yerli xan və bəylərinin müsadirə edilmiş mülkləri köçürülmüş xalqlara paylanılır, bir çox güzəştlər təmin olunmaqla 6 il müddətində vergi ödəməkdən azad edilirdilər.
 Tarixə ekskursiya etdikdə görürük ki, ilk almanların – Aussiedler  Rusiyaya köçü II Yekatirinanın dövründə, 1762-1763-cü illərdə baş vermişdir. XVI əsrdən başlayaraq Volqa boyu sahillər türklər tərəfindən nəzarətə götürülmüş lakin məskunlaşmamışdır. Bu vəziyyətdən istifadə edən çariça almanların məhz Volqa sahillərinə, indiki Saratov regionuna yerləşdirməyi qərar vermişdir. Daha sonralar almanların köçü Sank-Peterburq, Qafqaz, Ukrayna, Volın və Bessarabiya ərazilərində reallaşmışdır.  

Azərbaycanda XIX və XX əsrlərdə alman əhalisinin sayı və ümumi əhaliyə olan nisbət fərqi
İllər
Əhali
Faiz göstəricisi
1819
1 600
0,28 %
1916
15 990
0,41 %
1939
23 133
0,7 %
1989
748
0,01 %
        Mənbə:  Гусейн-заде Рауф (2007), Немцы  Азербайджана ,IRS Наследие, № 25
Lakin almanxalqının köçetmə səbəbləri nədən ibarət idi? Qafqaza ilk alman mühacirlərinin yerləşdirilməsi XIX əsrin ilk illərindən başlayır. Birinci Rusiya-İran (1804-1813) müharibəsindən sonra işğal edilmiş əraziyə ilk mühacir axınları yerləşdirilməyə başlanılır. Alman xalqının nümayəndələrinin bü dövrdə Qafqaza köç etməsinin əsas səbəblərindən biri bu dövrdə Napaleonun Avropada apardığı müharibələr və bunun nəticəsi olaraq parçalanmış və viran qalmış alman torpaqlarının onlarla krallıq və knyazlıqlara bölünməsi kimi də göstərə bilərik. Müxtəlif dini sektaları birləşdirən, xüsusən də cənub alman torpaqlarında məskunlaşmış, əsasən Wurtemberg krallığından olan bir sıra insan Şərqə xüsusən də Qafqaza tərəf yola düşdülər (Verdiyeva, 2009).
Bü mühacirətı vacib edən şərtlərdən biri də təriqət məsələsi idi. Belə ki, Wurtemberg krallığının sakinləri fanatik ideyalar səsləndirir və hesab edirdilər ki, artiq qərbi Avropada antixrist düşüncələri yayılmaqdadır və insanlar Allahdan uzaqlaşıblar. Bu əhalinin inancına görə qiyamət günü artıq yaxınlaşır və bu səbəbdən onlar əminliklə Allah tərəfindən seçilmiş məkan olan Qüdsə (Yerusəlim) üz tutmalıdırlar. Digər bir əsas faktor isə Almaniyada siyasi-iqtisadi vəziyyətin gündən-günə cətinləşməsi və ölkənin 30 krallığa bölünməsi ilə idi.

Alman xalqının 1939-il üçün SSR-i ərazisində yerləşmə coğrafiyası
          Şəhər, rayon
Sayı
Altay
29.000
Omsk vilayəti
59.000
Novossibirsk
8.100
Krasnoyarsk vilayəti
4.000
Kemerovo vilayəti
3.300
Orenburq vilayəti
19.000
Ümumi RSFSR
862.000
Karaganda vilayəti
14.000
Kokchetav vilayəti
15.000
Pavlodar vilayəti
6.500
Akmola vilayəti
7.600
Ümumi Qazaxıstan SSR
92.000
Azərbaycan SSR
23.000
Gürcüstan SSR
20.000
Qırğızıstan SSR
12.000
Krım
95.000
Ukrayna SSR
362.000
                   Mənbə: Kolosov, 1 Section, p. 25. 25.
Qafqaza ilk alman mühacirlərinin rəsmi olaraq yerləşdirilməsi Yermolovun 1817-ci ildəki əmri ilə reallaşır. Çar Rusiyası Azərbaycan ərazilərində ilk alman kolloniyalarını 1818-ci ildə Yelizavetpol (Gəncə) zonasında yaradır. Lakin almanlar ilk zamanlar qeyri xristyanların arasında məskunlaşmaqdan imtina edirlər. Buna baxmayaraq, iki il ərzində Qafqazda 8 kolloniya yaradılır ki, onlardan da 2-i Azərbaycannın indiki Göygöl (Xanlar) və Şəmkir şəhərlərində salınır. Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Ellenendorf (alm. Helenendorf) adı altında salınmışdır. İndiki Şəmkir şəhəri eyni ildə Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) alman ailəsi üçün Annenfeld adı altında salınmişdir. Ümumilikdə, bu dövr ərzində 194 ailə onlardan 127-si Ellenendorfa, 67-si isə Annenfeldə köçürülmüşdür. Getdikcə almanların yerləşmə coğrafiyası daha da genişlənir.
XIX əsr boyu Azərbaycan ərazilərində daha 4 kolloniya (Georgsfeld, Alekseevka, Grinfeld, Eygenfeld ) və bir kənd (Çinarlı) yaradılmışdır. XX əsrin ilk illərində, Traubenfeld (Tovuz, 1912) və Elizavetinka (Ağstafa, 1914) kəndlərinin əsası qoyulmuşdur. Bu kolloniyalar bir əsr ərzində istər öz aralarında istərsə də Azərbaycanın digər bölgələri ilə sıx mədəni və iqtisadi əlaqələr qurmuşdular. Bu qəsəbələrdə məskunlaşan insanların böyük əksəriyyəti ənənəvi alman təsərüfatı ilə məşğul olurdular. Bir əsr dövründə alman xalqının sayı bir neçə mindən 2 milyona qədər artir. 9 fevral 1916-cı ildə koloniyaların adı dəyişdirilərək Ellenendorf Elenino,Allenfeld isə Annino adlandırılır və Sovet siyasətinin yeni köç planı onları orta Asiyaya köçməyə məcbur edir. ADR dövründə alman xalqını Parlamentdə Lorenz Kuhn təmsil edirdi. 9 iyun 1919-cu ildə Azərbaycan ərazilərində ilk kolloniyaların yaradılmasının 100 ili təntənə ilə qeyd edilir. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb.

Qazaxıstanın illər üzrə etnik tərkibi (1979-1994)
İllər
1979
1989
1994
Qazax
5.829.000
6.535.000
7.474.000
Rus
5.991.000
6.228.000
6.042.000
Ukraynalı
898.000
896.000
857.000
Belorus
181.000
183.000
178.000
Alman
900.000
957.000
614.000
Özbək
263.000
332.000
372.000
Tatar
313.000
328.000
331.000
Azərbaycanlı
73.000
90.000
101.000
Ümumi
14.684.000
16.464.000
16.870.000
Mənbə: Kaufman, W., Lipkovich, I. (1995) Housing in Kazakhstan: Recent Statistics and
Trends, Almaty: International City/County Management Association.

İkinci Dünya müharibəsi ərəfəsində, 1941-ci ilin oktyabr ayından başlayaraq, alman xalqına olan etibarın azalması ilə 122 illik kolloniya tarixi fəlakətə uğrayır. Belə ki, almanlar ilə əməkdaşlıq etməkdən ehtiyat edərək Volqa boyu məskünlaşmış 1 milyona yaxın alman əsilli əhali Stalinin əmri ilə represiyaya uğrayır və Mərkəzi Asiya xüsusən də Kazaxıstana eləcə də Urala, və Sibirə sürgün edilirlər. Yalnız 1953-cü ildən, Stalinin ölmündən sonra digər repressiyaya məruz qalmış xalqlar kimi alman xalqının nümayəndələrinə də bəraət qazandırılırır və onların böyük əksəriyyəti öz doğma yerlərinə digərləri isə Almaniyaya üz tutrlar. 1980-ci illərdə qəbul edilmiş qərara əsasən sovet almanlarının öz ölkələrinə gedişi asanlaşır. Lakin onların böyük əksəriyyəti haçansa mühacirət etdikləri ölkələrə deyil bir başa Almaniyaya üz tuturlar. 1986-cı il 28 avqust tarixində M. Qorbaçovun yeni qəbul etdiyi, ölkəyə giriş-çıxışın asanlaşdırılması ilə bağlı əmrinə əsasən almanların kütləvi qayıdışı reallaşır. 1989-cu ilin statistik göstəricilərinə görə keçmiş sovet məkanında 2,9 milyon alman əsilli əhali yaşayırdı. Onların milli mənsubluğu sovet pasportlarında da V sırada alman olaraq qeyd olunurdu. 1993-cü il 1 yanvar tarixli qərara əsasən II Dünya müharibəsi dövründə köç siyasətinə tuş gəlmiş almanların Almaniya Federativ Respublikasına illik 225 000 mühacir qəbul etməyə razı olması haqqında qərar qüvvəyə minir.
Hal-hazırda alman əsilli vətəndaşların böyük əksəriyyəti Bakıda yaşayırlar və onların sayı 700 nəfərə yaxındır. Onların Vozrojdenie adlı mədəni və tarixi mərkəzi fəaliyyət göstərir. Bakıdakı alman kilsəsi bərpa olunub və almamların milli azlıq olaraq tarixi ənənəsi, mədəniyyəti, tarixi və dini təriqətləri qorunmaqdadır. 1997-ci ildə Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutu və Şərqi Avropa Alman İnstitutunun birgə təşkilatçılığı ilə “Qafqaz Almanları” adlı beynəlxalq konfrans kemrilmişdir.


ƏDƏBİYYAT
1. ALICHEVA-HIMY Bakyt (2008), Les Allemands du Kazakhstan retour dans la Urheimat ou « Patrie historique », Regarde sur l’Est.
2.   ASGAROV Vazeh (2014) L'immigration des Azerbaïdjanais: L'immigration générale des Azerbaïdjanais, histoire et perspectives: le cas de la France", 2014 PAF, 424p.
3. EMINOV Zakir (2005), Azərbaycanın əhalisi: İqtisadi, sosial və demografik   problemlər, Bakı.
4.   ГУСЕЙН-ЗАДЕ Рауф (2007), IRS Наследие, № 25.
5.  ISMAYILOV Israfil (1997), Dünya Azərbaycanlıları XX əsrdə, Baki, Oçerk.
6.  VERDIYEVA Khadjar, (1999), La politique de la migration de l'empire russe dans le nord de l'Azerbaïdjan, Bakı, Altay. 
7.  ЗЕЙНАЛОВА Судаба (2008), Немцы на Кавказе, Баку, Мутарджим




Summary
The Germans of Azerbaijan
The first German settlements on the territory of Azerbaijan
This article deals with the problem of german’s placement in the Caucasus and also on the territory of Azerbaijan, about the establishment of the first german colonies and the reasons of their migration from theWurttenberg Kingdom to the  Caucasus. The Soviet planes of the resettlement and reprisals of a Stalin mode are also considered to be the subject of the article. Although this issue remained inaccessible during the Soviet period, but since the end of the 1980’s it has become the object of the attention and the investigation of the researches.



Резюме
Немцы Азербайджана
Первые немецкие поселения на территории Азербайджана

В данной статье говорится o  размещение немцев на Кавказе а также на территории Азербайджана, o создании первых немецких колоний и причины их миграции из Вюртембергского королевства на Кавказ. В статье также рассматриваются советский план переселений и Сталинских репрессиий. Хотя, эта тема оставалась труднодоступной в советскую эпоху, но с  конца 1980-х годов стала объектом внимания и изучения исследователей.