Nombre total de pages vues

jeudi 27 octobre 2016

Distant təhsilin əsas prinsipləri, üstün cəhətləri və idarə olunma vasitələri




Distant təhsilin əsas prinsipləri, üstün cəhətləri və idarə olunma vasitələri







Dos. Vazeh  Əskərov

Açar sözlər: təhsil, distant təhsil, məsafədən təhsil, elektron təhsil, əlavə təhsil, davamlı təhsil
Key words: education, distance learning, e-learning, additional education, lifelong learning
Ключевые слова: образование, дистанционное обучение, электронное обучение, дополнительное образование, непрерывное обучение

İstədiyiniz yerdə və zamanda öyrənin!
İnkişaf edən dünyada təlimin informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə həyata keçirilməsi təhsilin mümkün olan ən sadə və vacib sayılan növlərindən biridir. Bu vasitə ilə təhsilalanlar yerləşdikləri coğrafi məkandan aslı olmayaraq tədris materiallarını istədikləri zaman əldə edə bilərlər. Bunun üçün təlim materiallarının yerləşdirildiyi internet səhifəsinə qoşulmaq təklif olunur. Təhsilin bu forması sinxron və ya asinxron olmaqla iki cür təşkil olunur:
Sinxron- Distant təhsilin sinxron formasında hadisələr real olaraq təhsil müəssisəsi ilə təhsil alanlar arasında canlı bağlantı ilə həyata keçirilir. İstifadə olunan vasitələr: email, forum, blog, webnar və s.
Asinxron- Bu halda təhsil alan şəxs təhsil zamanını və məkanını özü seçir. Yaddaşa köçürülmüş dərs vəsaitləri internet səhifəsində yerləşdirildikdən sonra tələbə istədiyi vaxt onunla tanış olur. İstifadə olunan vasitələr: çat və ya ani mesajlaşma, dərsin audio və video yazısı və s.
Eyni zamanda bu proqram təminatı istər dərsi keçən müəllim, istər instruktorlar istərsə də digər tələbələr ilə əlaqələr qura bilərlər ki, bu da həm sinxron həm də asinxron təşkil oluna bilər.
Ənənəvi təhsildən fərqli olaraq distant təhsil zamanı tədrisin düzgün təşkil olunması və idarə edilməsi çox önəmlidir. Dərslər pedaqoji cəhətdən o qədər profesional hazırlanmalıdırlar ki, onların internet vasitəsi ilə birbaşa yayımlamaq və yenidən səhifədə qüsursuz yerləşdirilməsi mümkün olsun. Əlbətdə ki, distant təhsilin düzgün tədrisini təşkil etmək təkcə müəllimlərin deyil eləcə də İKT-nin üzərinə düşür. Lakin bu halda qeyd etməliyik ki, işə cəlb olunacaq İKT nümayəndələrinin təhsil işçisi olması vacib sayılmır. Tələb olunan əsas şərt internet səhifəni hər zaman nəzarətdə saxlamaq və dərslərin düzgün və vaxtında yayımlanmasını təmin etməkdən ibarətdir. Müəllimlər də eyni zamanda dərsi daha interaktiv təşkil etməli və bunun üçün müxtəlif komputer proqramlarından istifadə etmək üçün təlimatlandırılmalıdırlar. Ümumilikdə distant təhsilin düzgün idarə olunması üçün analiz, qavrama, inkişaf, həyata keçirilmə və qiymətləndirmə əsas şərtlərdən sayılır.

Distant və ya məsafədən təhsilin formalaşdırılması və pedoqoji mühitin yaradılması.
Distant təhsilin məkan baxımından bütün maraqlı tərəf üçün açıq olması dərslərin keyfiyyətinin və inkişaf etdirilməsinin hər zaman analiz edilərəköyrənilməsini zəruri edir. Hər tədris ili üçün təqdim olunacaq dərs proqramlarının müasir tələblərə cavab verməsi vacib sayılır. Belə ki, distant təhsilin idarə olunmasında tətbiq olunan qaydalar eləcə də bütün normativ proqramların həyata keçirilməsi müntəzəm olaraq nəzarət edilir. Bu sahə üzrə çalışan mütəxəsislər əsas istiqamətləri beş yerə ayırırlar: təhsilin analızı, qavranılması, inkişafı, tətbiqi və qiymətləndirilməsi.

Analiz
Qavrama
İnkişaf
Tətbiqetmə
Qiymətləndirmə
Tələb olunanın analizi

Maraq göstərənlərin analizi

Mövzu və tapşırıqların analizi
DT-in məqsədi

Sıralama

Təlimin strategiyası

Təlimin şərtləri

Təlimin işkişafı

Informasiya bazasının inkişafı


Tutorial inkişaf
Quraşdırma və paylanması

Tələbə fəaliyyətinin idarə olunması
Reaksiya


Təlim

Davranış


Nəticə


Təhsilin daha asan formada çatdırılması üçün təqdim olunan məlumatların düzgün ötürülməsi və daha da inkişaf etdirilməsi vacibdir. Bu halda gələcək dərslərin hazırlanması daha sığortalı və etibarlı sayıla bilər.  

İnteraktiv təlim strategiyasının, multimedia elementlərinin tətbiqi.
          Distant təhsilin təlim strategiyasının mültimediya və pedoqoji elementlər ilə həyata keçirmək üçün bir sıra vasitələrdən istifadə olunur. Bura sadə təlim forması, sənədlərin və təqdimatların elektron (Power Point) formatda yerləşdirilməsi, text, şəkil, audio yazı, animasiya və ya tapşırıqların olması, eləcə də dərslərin expertlər tərəfindən video lentə yazılması, webinarların təşkili üçün xüsusi proqramları əlavə edə bilərik. Əlbətdə ki, əvvəlcədən hazırlıq prosesi kifayət qədər təkmilləşdirilmiş olmalıdır ki, istər pedoqoji heyət istərsə də təhsil alan istifadə edəcəyi məlumat maraqlı, asan və həvəsləndirici olsun. Misal üçün, Power Point ilə illustrasiyalı hazırlanmış dərs vəsaiti 20 səhifəlik textdən ibarət olan dərs vəsaitindən daha maraqlı olacaq.
Ekspertlər hesab edirlər ki, bir dərsin izahatı 30 qədiqədən və 15 səhifəlik təqdimatdan çox olmamalı və dərsin qalan hissəsi izahata və sual-cavaba ayrılmalıdır. Qeyd etməliyik ki, interaktiv təlimi formalaşdırarkən proqram təminatını eləcə də internet ressurslarında yerləşdirilmiş məlumatları kifayət qədər sadə və rahat təmin etmək lazmdır ki, hətta informatikadan uzaq olan tələbənin bu proqrama rahat girişi və istifadəsi təmin olunsun.

Qavramanın idarə edilib qiymətləndirilməsi
Dərslərin  keyfiyyətinin analiz edib qiymətləndirilməsi distant təhsilin əsas meyarlarından sayılır. Bu eyni zamanda daha da təkmilləşmək və gələcək proqramların mövzularını ehtiyaca uyğun tənzimləməyə kömək olur. Burada əsas məsələ təhsilin internet vasitəsi ilə düzgün təşkil edilməsi, dərslərin daha asan qavranılması eləcə də dərslərin yayımının asanlaşdırılması nəzərdə tutulur.
Ümumiyyətlə, qiymətləndirməni həyata keçirərkən ilk öncə əvvəlcədən qoyulmuş məqsədə çatmanın hansı səviyyədə olduğunu öyrənməliyik. Dərslərin hansı səviyyədə qavranılmasını qiynətləndirərkən formativ, summativ və konfirmativ yanaşmadan istifadə edilə bilər:
Formativ-təlimin keyfiyyətinin dərs boyu qiymətləndirilməsi,
Summativ-təlim bitdikdən dərhal sonra qiymətləndirilməsi,
Konfirmativ-təlim başa çatdıqdan bir müddət sonra dərsin qavranılmasının təsdiqlənməsi.
      Dərslərin qiymətləndirilərək idarə olunması təlimlərin başlanğıç nöqtədən nəticəyə qədər analiz edilib qiymətləndirilməsini vacib edir. Xüsusən də nəticədə feedback, tələbə tərəfindən edilən təklif və iradlar önəm daşımalıdırlar. Sillabusların hər təlimə uyğun hazırlanması, dərslərin tələbə rahatlığını təmin edilməsi məqsədilə sinxron və asinxron təşkili xüsusi texniki və pedoqoji yanaşmanı vacib edən şərtlərdəndir.


ƏDƏBİYYAT
  1. BARBARANT Jean-Claude (réd.), Enseignement à distance : réalités, enjeux et perspectives, Conseil économique et social/Paris, 1997, 205 p.
  2. HARASIM Linda, HILTZ Starr Roxanne, TELES Lucio, TUROFF Murray, Learning networks: a field guide to teaching and learning online, MIT press/Cambridge/États-Unis, 1997, 329 p.
  3. LEMOINE Marie-Hélène, La formation à distance : dossier documentaire, CIEP, Service de documentation, 1999/02, dossier 154 p.
  4. PORTER Lynnette R., Creating the virtual classroom: distance learning with the Internet, John Wiley & Sons/New-York/États-Unis, 1997, 260 p.,

Summary
The main principles, advantages and management means of distant learning
This article deals with the importance and possibilities of distant learning. In the developing world the use of communicative and informative technology is one of the important ways of carrying the education out. By this mean the learners will get the educational materials whenever they want, not depending on their geographical place. This article is introduces to have a look on the process of distance education.

Резюме
Основные принципы, преимущества и средства управления дистанционного обучения

В данной статье речь идет о важности и возможностях дистанционного образования в современном мире использования информационных и коммуникационных технологий. С помощью этой формы обучения обучающиеся могут располагать нужными материалами в любое время независимо от географического месторасположения. Статья представляет собой обзор на дистанционное обучение.

vendredi 14 octobre 2016

Dillər universitetinin əməkdaşının kitabı xaricdə fransız dilində nəşr olunub.

Dillər universitetinin əməkdaşı Vazeh Əskərovun kitabı xaricdə fransız dilində nəşr olunub



651    |   2016-10-14 14:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) rektorunun müşaviri, doktor Vazeh Əskərovun Presses Academique Francophone (PAF) nəşriyyatında sayca ikinci olan "Gérondif, Participe Présent, Adjectif Verbal” adlı kitabı işıq üzü görüb.
Adalet.az xəbər verir ki, Fransız dilində dərc olunan kitabda müasir fransız dilində az öyrənilmiş və indiyədək tam olaraq həll edilməmiş "ant” sonluğu ilə bitən feli birləşmələr, onların cəm halı və uzlaşması, həmçinin feli sifət və feli bağlamalar arasında sintaksis təhlil, onların cümlələrdə işlənmə yeri və məna fərqliliyi eləcə də oxşar təhlilləri aparılıb.
Feli bağlamaların oxşar cəhətləri ilə yanaşı onların hansı halda birinin digərini əvəz etməsinə dair nümunələrin də yer aldığı kitabın üçüncü əsas hissəsində feli bağlamalar iki fundamental qrammatika kitabında, eləcə də üç orta məktəb qrammatika dərsliyində araşdırılıb və müqayisə edilərək çoxsaylı misallarla təhlil edilib.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda bəhs olunan məsələlər müasir fransız dilində "ant” sonluğu ilə bitən feli birləşmələrin öyrənilməsi baxımından xüsusi maraq doğurur.

Qeyd edək ki, 85 səhifədən ibarət kitab ali təhsil müəssisələrində dərs vəsaiti, həmçinin dissertasiya, fəlsəfə və elmlər doktorluğu işlərinin yerinə yetirilməsində mənbə kimi istifadə oluna bilər.


jeudi 6 octobre 2016

Prometey hərəkatı


Prometey hərəkatı


Résultat de recherche d'images pour "Prometey hərəkatı"

Xaricdə dərc olunmuş əsərlərdən danışanda Azərbaycanlı mühacirlərin də fəal olduğu “Prometey hərəkatı”ndan danışmamaq olmaz. 1926-1938-ci illər arasında Parisdə fransız dilində dərc olunan jurnal öz dövrünün siyasi həyatında kifayət qədər aktivlik nümayiş etdirmiş və hadisələrin cərəyan etməsində müəyyən rola sahib olmuşdur. Bəs bu prometeyçilər kimlər idi? Əsasən keçən əsrin 20-30-cu illərində sovet rejiminə qarşı mübarizə aparan məzlum xalqlardan ibarət olan və öz vətəndaşlarının milli azadlıqlarını təmin etmək və müstəqil respublikalar qurmaq arzusunda olan keçmiş Çar Rusiyadan olan, lakin qeyri-ruslardan təşkil olunmuş insanlar “Prometey hərəkatı” ətrafında cəmləşirdi. Elə bu səbəbdən idi ki, bu hərəkatda keçmiş ölkə rəhbərləri, nazirlər və diplomatlar iştirak edirdi. Prometeyçilər əsasən türk dövlətlərindən olan nümayəndələrdən təşkil olunsa da, onu bir türk təşkilatı adlandırmaq düzgün olmazdı. Lakin hərəkatın Polşada fəaliyyət göstərməsi və türklərin aktiv rolu bu iki dövlət siyasətinin də sovet rejiminə olan münasibətlərindən qaynaqlanırdı.
Ümumi baxanda Prometeyi üç ideya birləşdirir: millətlərin azadlığı, bütün hallarda sovet rejimi ilə heç bir mümkün əlaqənin qurulmaması və digər qeyri-rusları bu hərəkat ətrafında mübarizəyə cəlb etmək. Azərbaycalıların “Prometey hərəkatı”ndakı rolu da az olmamışdı. Onlardan M.Rəsulzadəni, Mir Yaqub Mehdiyevi, M. B.Məmmədzadə, Arif Kərim, M.Vəkilovu göstərmək olar[1]. “Prometey hərəkatı”nın mətbu orqanı “Prometey” jurnalı olsa da, fəallar ayrı-ayrı xalqların da jurnallarını dərc edir və fəaliyyət göstərməyə yardımçı olurdular. Azərbaycanlıların Berlində dərc etdirdikləri “Qurtuluş” jurnalı da bu səpgidən idi.
On iki illik fəaliyyətdən sonra 1938-ci ildə 137-ci sayını dərc etdirən “Prometey” fəaliyyətini dondurur. Sonrakı illərdə Polşanın (1939) və Parisin (1940) almanlar tərəfindən işğalı reallaşır. II Dünya müharibəsindən və Soyuq müharibənin başlaması, eləcə də bu tarixi çevrilişlərdə yaranmış yeni mühacir ordusu “Prometey hərəkatı”nın tam bir başqa formatda davam etdirilməsi ilə nəticələnir. Soyuq müharibənin digər əsas iştirakçısı olan ABŞ prometeyçilərə maraq göstərir və 1950-ci ildə Münhendə “Institute for the Study of the URSS” (SSR-nin tədqiqatı institutu) yaradılır. İnstitut 22 illik fəaliyyəti dövründə bir çox jurnallar dərc etmişdi[2]


Dos. VAZEH ƏSKƏROV 




[1] İBRAHİMLİ Xaləddin (1996), Azərbaycan Siyasi Mühacirəti (1918 - 1991), Bakı, Elm.
[2] COPEAUX Étienne (1993), Le mouvement Prométhéen, in CEMOTI (Cahiers d’études sur la Méditerranée orientale et le monde turc-iranien), N° 16, juillet- décembre.