Hər 3 ermənidən 2-si Ermənistanın xaricində yaşayır
Vazeh Əsgərov: "Fransız kitabxanalarında azərbaycan yazıçılarının əsərlərinin yerləşdirilməsi üçün müvafiq addımları atmalıyıq"
Azərbaycan Dillər Universitetinin rektorunun müşaviri, fəlsəfə doktoru Vazeh Əsgərovun BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik
- Vazeh bəy, bu günlərdə fransız dilində kitabınız çap olundu. Mövzuya keçməmişdən öncə, sizi təbrik edirəm və elmi fəaliyyətinizdə uğurlar arzulayıram. Kitab nədən bəhs olunur?
- Minnətdaram təbriklərinizə görə. "Azərbaycanlıların emiqrasiyasi-tarix və perspektivlər: Fransa nümunəsi" adlı kitabımın mövzusu Fransaya olan azərbaycanıların emiqrasiyasından bəhs edir. Bu monoqrafiyanın əsas predmeti XIX əsrin sonundan başlayaraq yeni əsrə qədər olan tarixi faktları araşdırmaqdan ibarətdir. Kitabda Azərbaycanın ikiyə bölünməsi ilə başlanan siyasi immiqrasiyanın əsas başlama səbəblərini, eləcə də bu dövrdən başlanan köçürülmə siyasətinin qurbanlarına çevrilmiş azərbaycanlıların öz doğma yurdlarından didərgin düşmə səbəblərini göstərməyə çalışmışam. Qafqaz və ona yaxın Türkiyə, İran və Rusiyada inqilablarla müşahidə olunan XX əsrin əvvəllərinin mənzərəsi, deportasiyalar, ilk respublika, dünya müharibələri, repressiyalar siyasi rejim və s. siyası hadisələrin törətdiyi miqrasiyaların nəticələri bu kitabda öz əksini tapıb. Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslərə aydınlıq gətirərək bir neçə paraqrafda bu münaqişənin köklərini araşdırıb və problemin səbəblərini 1988-1994-cü ildə baş verən müharibədə axtarmaqda deyil, çox-çox əvvəllər çar Rusiyasının Qafqazı işğalına yönəltmiş və problemin köklərini məhz xristianlaşdırma siyasətinin nəticəsi kimi ermənilərin bu ərazilərə köçü ilə başlanan dövrlərdə axtarmağa çalışmışam. Bu kitabda həmçinin XX əsrdə azərbaycanlıların başına gələn hər növ köçürülmə, deportasiya siyasətini tədqiq etməyi qarşıma məqsəd qoymuşam. Fransaya olan emiqrasiyanı mümkün sənədlərdə tədqiq edərək, statistik göstəricilərdə sayı 70000 göstərilən azərbaycanlıların bu ölkəyə olan miqrasiyasını da bu kitabda görmək olar.
Kitabda Fransada məskunlaşmış məşhur azərbaycanlılar haqqında da 10-a qədər bibloqrafik məlumatlar daxil edilib. Yeni əsr miqrasiyanı da fərqli formada təqdim etməyə çalışmışam. Belə ki, kitabda son 25 ildə Fransada məskunlaşan 15 azərbaycanlı ailə ilə aparılan anketdə nəinki Azərbaycan Respublikasından olan eləcə də 5 qonşu dövlətdən (Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran) Fransaya emiqrasiya etmiş azərbaycanlı ailələrin bu ölkəyə yerləşməsi haqqında geniş tədqiqat işi aparılıb.
- Ümumiyyətlə müstəqilliyini son 20 ildə bərpa etmiş Azərbaycan kimi bir ölkə üçün hər hansı bir statistik araşdırma aparıb diaspor fəaliyyəti qiymətləndirmək və bir nəticəyə gəlmək o qədər də düzgün olmazdı. Tarixi baxımdan 20 il elə də uzun zaman deyil Lakin qeyd etməliyəm ki, son 10 ildə bu sahədə çox böyük işlər görülüb. Son illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu zəngin mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi, Azərbaycan həqiqətlərini, xalqımızın başına gətirilmiş faciələri Fransada da təbliğ etmək sahəsində məqsədyönlü fəaliyyət göstərir. Hələ Strasburqda fəaliyyət göstərdiyim və təhsil aldığım müddətdə istər tələbə cəmiyyətlərində (AFAJ, ASEAF-FATA) istərsə də Strasburq Azərbaycan Evindəki fəaliyyətimiz dövründə bullutenlərin qəzetlərin və jurnallarınin dərc olunub fransız ictimaiətinə çatdırılmasında bir çox addımlar atılıb. Təkcə son bir ildə redaktoru olduğum Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin həyat yaradıcılığını əks etdirən əsərlər eləcə də Viktor Hüqodan bəhs edən "Fransız ədəbiyyatının milyarderi" kitabları bunu söyləməyə əsas verir. Düşünürəm ki, bu işləri daha da davam etdirməli və fransız kitabxanalarında azərbaycan yazıçılarının əsərlərinin yerləşdirilməsi üçün müvafiq addımları atmalıyıq.
- Ümumiyyətlə, Fransada yaşayan soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası hansı səviyyədədir?
- İnteqrasiya, yəni bir qrup insanın digərinə uyğunlaşma prosesi heç zaman asan baş vermir. Əlbəttə ki, mədəni və iqtisadi yaxınlıq bu prosesi nisbətən yüngülləşdirir. Fransada məskunlaşmış soydaşlarımızdan fərqli olaraq bu ölkədə təhsil alan gənclərimizın ölkənin dilinə, adət-ənənəsinə və s. daha yaxından bələd olması inteqrasiya prosesində özünü müsbət şəkildə göstərmiş olur. Mən hətta qeyd edərdim ki, azərbaycanlı gənclər bir çox millətlərdən fərqli olaraq istər fransız ictimaiyyətinə, istərsə də Fransadakı digər millətlərə daha rahat şəkildə qaynayıb qarışırlar. Bundan əlavə Fransada diskriminasiyaya qarşı çox böyük işlər görülür. Biz istər Strasburq Azərbaycan Evi istərsə də tələbə cəmiyyətlərinin fəaliyyətində hər zaman müxtəlif xalqların nümayəndələrinin assosiativ işlərə cəlb olunmasında da müxtəlif işlər görürük.
- Bu proses erməni icmasında necə gedir?
- Azərbaycan və erməni diasporunun Fransadakı fəaliyyətini müqayisə etmək düzgün olmazdı. Belə ki, Ermənilərin Fransa torpaqlarına məskunlaşmasınin tarixi daha qədimdir. İlk erməni tacirlərinin Fransaya gəlişi XV əsrə təsadüf edir. Orta əsrlərdən başlayaraq dəniz ticarətinin inkişafında artım müşahidə olunmağa başlayır. Bu əlaqələr orta əsrlərdə liman şəhəri kimi tanınan Marsel şəhərində daha geniş forma alır. XIX əsrin sonu XX əsrin əvvəllərində ermənilərin Fransaya köçü daha da sürətlənir. Bu gün dünyada üç ermənidən ikisi Ermənistanın xaricində yaşayır. Avropa ölkələri arasında ən çox erməni icmasını özündə birləşdirən ölkə də məhz Fransadır. Bir faktı qeyd edim ki, təkcə 1855-1918-ci illər arasında Fransada 31 dövri erməni məcmuəsi dərc olunub. 1902-ci ildə isə Yelisey çölləri yaxınlığında ilk erməni kilsəsinin təməli qoyulub. Burada əlbəttə din faktorunun da böyük rol oynamasını qeyd etmək lazımdır.
- Qeyd etməliyəm ki, həmvətənlərimizin Fransaya olan emiqrasiyası XIX əsrin sonlarına təsadüf edir. Həmin dövrdə daha çox ticarət qurmaq və təhsil almaq üçün Fransaya üz tutan azərbaycanlıların (xüsusən cənub soydaşlarımız) bəziləri bu ölkədə məskunlaşıblar. Lakin Fransa Azərbaycan əlaqələrinin tarixi hələ IX-X əsrlərdə Abbasilər dövləti tərəfindən başlamışdı. Bu dövr üçün çox önəmli olan bu əlaqələr əsasən ticarət sahəsində aparılırdı. Azərbaycanın İpək younun üzərində yerləşməsi fransızların da bu ölkəyə gəlməyinə səbəb olurdu. Biz bu əlaqələrin olmasına Nizaminin də əsərlərində fransızları firəng Fransanı isə Firəngistan kimi təqdim etməsinin də şahidi oluruq. Artıq 1697- ci ildə biz Şərq kitabxanasında Bartelemi Derbelotun Azərbaycan ədəbiyyatı, mədəniyyəti və sairləri haqqında məlumata rast gəlirik. İlk diplomatik və ticari əlaqələr isə 1708 - ci ildə Səfəvilər ilə bağlanmışdı. Fransanın sərqşünas alimləri kimi tanınan bir çoxları, Barbier de Meynard, Alfons Silver, Lucien Buvat və ədəbiyyatçılar George Sand, Alexandre Dumas iki millət arasında ilk mədəni əlaqələrin yaradılmasında öz töhvələrini vermişdirlər. Az sonra dünya dilləri arasında fransız dilinin nüfuzunun yüksəlməsinin və bir çox frankofon Azərbaycan mütəfəkkirlərinin bu dildə əsərlər yaratmasının şahidi oluruq. Bunlardan İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Azundzadə, Rəşid bəy Axundzadə, Məhəmməd Ağa Şahtaxtinski, Əlimərdan bəy Topçubaşov, Mirzə Kazım bəy, Möhsün bəy Xanlarov, Ceyhun Hacıbəyli, Əhməd Ağaoğlu və digərini göstərmək olar. Bütün bu əlaqələr ADR dövründə daha da inkişaf etdirilmişdir.
Bu gün Fransa-Azərbaycan əlaqələri bir çox sahələri əhatə edir. İkinci dəfə müstəqillik əldə etdikdən sonra Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan (31 dekabr 1991) ikinci dövlət də məhz Fransa olub. 16 mart 1992-ci ildən Fransanın Azərbaycanda səfirliyi açılıb. 20 dekabr 1993-cü ildə isə iki dövlət arasında "Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq" sazişi imzalanıb. Bir il sonra isə 20 oktyabr 1994-cü ildə Azərbaycanın Fransada səfirliyi fəaliyyətə başlayıb. Azırbaycanın UNESCO-ya üzv olması, Əsrin Müqaviləsində fransız sirkətlərinin pay alması eləcə də Azərbaycan və Fransa prezidentlərinin bir necə dəfə rəsmi səfərə getmələri də buna misal göstərilə bilər.
Bu əlaqələrin daha da inkişaf etdirilməsi çox önəmlidir və bunun üçün kifayət qədər Azərbaycan dövləti tərəfindən addımlar atılır. Bizdən tələb olunanlar isə daha çox Fransanın elmi həyatına müxtəlif əsərlərin, kitabların yazılması, dərc olunması, dərnəklərin, təşkilatların daha da aktiv şəkildə fəaliyyət göstərməsi kimi görürəm.
- Fransa mediası ölkəmizə istənilən səviyyədə diqqət ayırmır. Bunu nə ilə əlaqələndirirsiniz?
- Fransa mediyasında ölkəmizlə bağlı materialların hazırlanması əksinə olaraq son illərdə daha çoxalıb. Bu da Fransanın Azərbaycana olan marağının ildən ilə artması ilə əlaqəlidir. Lakin bu materialları qənaətbəxş adlandırmaq da olmaz. Bunun üçün yenə də bu ölkədə yaşayan və fəaliyyət göstərən soydaşlarımızın fəallığının artırılması yumruq kimi birləşib vahid bir şəkildə işləmələri şərtdir. Fransız xalqı ədəbiyyat oxumağa çox meyillidir. Əminəm ki, Azərbaycan haqqında nə qədər çox francızca kitablar yazılıb dərc olunarsa bir o qədər bizim də haqq səsimiz eşidilədəcək.
http://www.baymedia.az/news.php?id=33608#.UwXy7vl_se0