Nombre total de pages vues

mardi 12 février 2013


"Dağlıq Qarabağın müstəqilliyini tanımaq ermənilərə baha başa gələr"


"Dağlıq Qarabağın müstəqilliyini tanımaq ermənilərə baha başa gələr"

Ermənistanda seçki ayı ilə əlaqədar prezident postuna olan namizədlərdən müxtəlif bəyanatlar eşitməkdəyik. Bu bəyanatlardan biri də son günlərdə "İrs" Partiyasının lideri Raffi Ovannisyandan gəlməkdədir. Belə ki, partiya rəhbəri öz platformasını açıqlayarkən Dağlıq Qarabağın müstəqilliyinin tanınması və Qarabağ ermənilərinin istəyi nəzərə alınaraq, Ermənistana birləşdirilməli kimi fikirlər səsləndirib.
Qeyd edək ki, bu fikirlər "İrs" Partiyasından daha əvvəllər də səsləndirilib. Partiya rəhbəri dəfələrlə Dağlıq Qarabağdakı separatçi rejimi Ermənistan parlamentində "müstəqil dövlət" kimi tanımağı nəzərdə tutan layihə ilə çıxış edib və hər dəfə səs vermələr təxirə salınıb.
Bu məsələ ilə bağlı ünvanladığımız sualı Strasburq Universitetinin doktoru Vazeh Əsgərov şərh edib:"Vaxtaşırı bu kimi bəyatanların verilməsi yalnız və yalnız müəyyən təzyiq yaradıb, ictimaiyyətdə müxtəlif fikirlərin formalaşmasına hesablanır deyə düşünməkdəyəm. Əminəm ki, ermənilərin cürəti çatsaydı, Qarabağın separatçı rejimini çoxdan tanıyardı. Belə ki, hər dəfə qanun layihəsinin hazırlanıb parlamentə təqdim olunması ilə son anda təxirə salınması kimi fikirlərin əslində Ermənistan üçün nə dərəcədə ağır fəsadlar verəcəyinə özləri də yaxşı bilirlər. Azərbaycan xalqı bu kimi məsələlərə həmişə hazır olmalıdır", - deyə ekspert bildirib.
11/02/2013   
Elnur Eltürk


http://veteninfo.az/siyaset/9999.html


Aucun commentaire: