» Vazeh Əsgərov: ”Prezidentin Fransa səfəri burda yaşayan azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir” | ||
Bu həftə Azərbaycan prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri öz həmkarı Fransua Holland ilə görüşməsi və eləcə də Parisin Luvr muzeyində islam incəsənətinə həsr olunmuş yeni zalların açılışında iştirakı ilə yadda qalıb.
Bu sözləri “Newsaze.com”a Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti, Strasburq Universitetinin doktorantı, politoloqVazeh Əsgərov Azərbaycan prezidenti İlham Əlievin Fransaya baş tutan səfərini şərh edərkən bildirib. “Səfər çərçivəsində Azərbaycan ilə Fransa arasında əməkdaşlığın bütün sahələri ilə bağlı fikir mübadiləsi aparılmış, siyasi-iqtsadi və mədəni sahələrdə əməkdaşlığın bundan sonra da inkişafı qeyd edilib. Bu görüş Fransada yaşayan azərbaycanlı icması və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr üçün də mühüm əhəmiyyət kəsb edir. Üstəlik, iki dövlət arasındakı münasibətlərdən əlavə Fransa eyni zamanda Minsk qrupunun həmsədridir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas tərəfin də məhz Fransanın olmasıdır”,-deyə Vazeh Əsgərov qeyd edib. V.Əsgərov onu da bildirib ki, səfər çərçivəsində problemin həlli ilə bağlı bir irəliləyişin olması gözlənilməsə də, paytaxt Parisdə erməni və azərbaycanlı icmalarının aktivliyi ilə yadda qalıb. “Belə ki, ermənilər İlham Əliyevin səfəri çərçivəsində Ramil Səfərovun Azərbaycana eksdradisiya və əfv olunmasına görə, bu səfərə baykot kampaniyasına start verildi. Bu dəfə də sayıqlıq nümayiş etdirən azərbaycan gəncləri əvvəlcə pərakəndə şəkildə, daha sonra vahid və sistemli şəkildə Parisdəki Ermənistan səfirliyinin qarşısını ünvan seçərək, bütün avropa azərbaycan və türk qurumlarını səfərbər olmağa dəvət etdilər. Keçirilən aksiyada 500-ə yuxarı insan iştirak edirdi. Bununla da Azərbaycan gəncləri bir daha öz sözünü demiş oldu.Düşünürəm ki,hadisələri izləyən tərəf kimi yox,hadisələrin içində olan və baş verən proseslərə təsir edən tərəf kimi çıxış etməyimiz gələcəkdə atılacaq birgə mübarizəyə də öz təsirini göstərəcək”,-deyə V.Əsgərov bildirib. Elnur Eltürk |
Nombre total de pages vues
samedi 22 septembre 2012
Inscription à :
Publier les commentaires (Atom)
Aucun commentaire:
Enregistrer un commentaire