Nombre total de pages vues

mercredi 19 septembre 2012

Vazeh Əsgərov: “18 sentyabrla bağlı Fransada Azərbaycan-türk diasporu fəal olmalıdır”

 
Vazeh Əsgərov
Vazeh Əsgərov
Ramil Səfərovun respublikaya ekstradisiya olunması və prezident İlham Əliyev tərəfindən əfv olunduqdan sonra bütün dünya ermənilərinin eləcə də, erməni lobbisinin əsas güclərindən biri sayılan Fransada əks kampaniyaya start verilib.
Bu sözləri Gün.Az-a Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti, Strasburq Universitetinin doktorantı, politoloq Vazeh Əsgərov Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfərini baykot etmək üçün erməni diasporunun apardığı antikampaniyanı şərh edərkən bildirib.

“Senytabr ayının 18-də Parisin Luvr muzeyində baş tutacaq İslam incəsənəti sərgisinin açılış mərasiminə qatılacaq Azərbaycan prezidentinin səfərini baykot etmək üçün Fransa erməni təşkilatlarının koordinasiya şurası sözü gedən tarixdə Azərbaycan Respublikasının Parisdəki səfirliyi qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.
Bununla bağlı olaraq bütün kütləvi informasiya vasitələrinə aksiyada iştirak etmək üçün geniş kampaniyaya start verilib. Ermənilərin keçirəcəkləri olan aksiyaya əks olaraq, Fransada fəaliyyət göstərən bütün azərbaycan və türk diaspor qurumlarının səfərbər olmağa çağırıram”,- deyə Vazeh Əsgərov bildirib.

Elnur Eltürk
Gün.Az

Aucun commentaire: