Nombre total de pages vues

vendredi 31 août 2012


Vazeh Əsgərov: “Fransada erməni yalanlarına qarşı Azərbaycan-türk diasporu birgə çıxış etməlidir”

Minus - Siyasət
Vazeh Əsgərov
Vazeh Əsgərov
Hadisələri şərh etməzdən öncə sözügedən proseslərin tarixinə səyahət etsək, indiki vəziyyəti daha düzgün qiymətləndirmiş olarıq.
Bu sözləri Gün.Az-a Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti, Strasburq Universitetinin doktorantı, politoloq Vazeh ƏsgərovFransa məktəblərində qondarma “erməni soyqırımı”nın dərsliklərə salınması ilə bağlı yayılan xəbəri şərh edərkən bildirib.

“Belə ki, qeyd etmək yerinə düşərdi ki, qondarma “erməni soyqırımı” iddiaları keçən əsrin 60-ci illərində məhz Fransanın paytaxtı Parisdə gündəmə gəlmiş və artıq bir necə ildir ki, öz “bəhrəsini” verməkdədir.

Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən Osmanlı imperiyasını zəiflədib, məhv etmək kimi qarşılarına məqsəd qoymuş bəzi Avropa dövlətləri Türkiyə Cümhuriyyətinin qurulmasından sonra da bu məkrli siyasəti davam etdirmişdirlər.

İndiki zamanda ermənilərə soyqırımı məsələsinin hər zaman aktual saxlamaq nə qədər vacib sayılırsa, bu siyasəti dəstəkləyən supergüclərə də bir o qədər önəmli sayılmaqdadır”, - deyə politoloq qeyd edib.

Politoloq  bu məsələnin Fransadakı son prezident seçkilərindən sonra da dəyişilməyib, əksinə özünü daha çox büruzə verməyə başladığını bildirib.

“Təəssüflə qeyd etməliyəm ki, yeni dərs ilinin başlanması ilə tarix dərslərində erməni soyqırımına yer ayırması ermənilərin daha bir qələbəsi kimi qiymətləndirirəm.

Prosesin daha da inkişaf etməməsi üçün Avropada fəaliyyət göstərən türk və Azərbaycan təşkilatları birlik nümayiş etdirməli və bu kimi məsələlərə özlərinin prinsipial mövqelərini ortaya qoymalıdırlar.

Düşünürəm ki, bu gün biz hadisələri izləyən və şərh edən tərəf kimi yox, hadisələrin içində olan və bu prosesləri əngəlləməyə çalışan bir tərəf kimi çıxış etməliyik”, - deyə V.Əsgərov vurğulayıb.

Elnur Eltürk
Gün.Az

Aucun commentaire: