Nombre total de pages vues

mercredi 9 avril 2025

 ADR dövründə Avropaya göndərilmiş 100 gəncin taleyi!

Dr. Vazeh Əskərov


Azərbaycan gəncliyinin tarixində xaricdə təhsil almaq ənənəsi XIX əsrin ortalarına təsadüf edir. Çar Rusiyası, yerli mütəxəssislərin hazırlanması ücün azərbaycanli gənclərin də öz ölkə daxilindəki ali məktəblərə göndərməyi rəva bildi. Azərbaycanın zəngin ailədən olan tam əksəriyyət oğlanlar olan cavanları Sankt-Peterburg, Tiflis və Rusiyanın basqa şəhərlərinin ali məktəblərində təhsil almağa göndərildi.


Azərbaycanlı gənclərin xaricdə təhsil XX əsrdə sistemli şəkildə ADR dövründə, 1970-ci illərdə və nəhayət müstəqillik əldə etdikdən sonra davam etdirilmişdir. Qeyd edim ki, XX əsrdə sistemli şəkildə azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda müxtəlif aparıcı universitetdə təhsil almasının əsasını məhz Ulu Öndər Heydər Əliyev başlatmış və 1991-ci ildən sonra uöurla davam etdirilmişdir.



Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları ilə bağlıqanun ilk olaraq 1 sentabr 1919-cu il ADR in Baki Dovlət Universtetinin açılışı dövründə insan kapitalinı nəzərə alaraq tələbələrin xarici ölkələrdə ali tehsil almağa göndərilməsinin əhəmiyyəti vurğulanmışdır. Artiq 14 yanvar 1920 ci il bütün Azərbaycan xalqı ilk 100 (Rusiyada vətəndaş müharibəsi getdiyindən 13 tələbə ora gedə bilməmişdir) tələbəsini Avropanın aparıcı ölkələrində təhsil almağa yola salmağa böyük tən-tənə ilə hazırlaşırdı. 6 ay nizamlı təqaüd alan ilk təlbələrimiz Bolşevik isğalından sonra acınacaqlı şəraitlə üzləşrlər.

Təqaüdlərinin büyük fasilələrlə verildiyinə görə tələbələr Nəriman Nərimanova məktub ünvanlayırlar. Nərimanov hələ ADR dövründə tələbələrin işi ilə meşğul olmuş Bəhram Axundovu xaricdə təhsil alan tələbələrin vəziyyetini öyrenmək üçün Avropaya məzun edir. 1922-ci ilin evveli altı aylıq yoxlamadan sonra cənab Axundov Nərimanova tələbələr haqqında məruzəsini çatdırır. Tezliklə Avropadakı tələbələrin vəziyyetinin yaxşılashdırılması üçün qərar verilir. Qısa müddətdən sonra Nərimanovun Moskvaya işə cəlb olunması ilə tələbələrimizə qarşı olan münasibeət kəskin şəkildə dəyişir. Tələbələr "sədaqətli" və "sədaqətsiz" adı ilə iki hissəyə ayrırlırlar.



Tezliklə onlardan bəzilərinin adı Avropa həbsxanalarından, basqa əlac yolu tampayaraq intihar ədənlərin sırasında yer alır. Və ən nəhayət böyük çetinliklə ölkəyə gayıdan tələbələr bir vaxtdan sonra Qırmızı Terrorun qurbanına çevrilirlər.
Vazeh Əskərov.