Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev dünya tarixinə parlaq və silinməz iz
qoymuşdur.
Dosent Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü,
ADNSU rektor v.m.i.e
Aşıq ağlat məni, dolum, boşalım,
Əridim, bağrımın yağımı qaldı?
Yaşıl bostanımın, yaşıl bağımın,
Kökdən üzülməmiş tağımı qaldı?
Oxu asta-asta, de sərin-sərin,
Dərdimiz ağırdı, yaramız dərin.
Karvanı köçdüsə Dədə Heydərin,
Daha deyib-gülmək çağımı qaldı?
Zəlimxan Yaqub “Böyük
ömrün dastanı”
Azərbaycan xalqı 12 dekabr
2003-cü ilin şənbə səhərini vətənin böyük oğlu, böyük şəxsiyyət, müdrik dövlət
xadimi, Azərbaycanın prezidenti olmuş Heydər Əliyevin vəfatı xəbəri ilə açdı.
Ölkədə yeddi günlük ümummilli matəm elan olunmuş, dövlət bayraqları endirilmiş,
bütün dövlət tədbirlərinin keçirlməsi dayandırılmış və Azərbaycan xalqının
milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynamış dahi şəxsiyyət
Heydər Əliyevin vəfatı ilə bağlı hüzn ab-havası hökm sürürdü. Yerli
telekanallarda Ümumilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı arxiv
materialları nümayiş etdirilir. Ölkənin hökumət üzvləri, ziyalıl, ictimaiyyət
nümayəndələri bir-birinin ardınca televiziyada çıxış edərək ümummilli lider
Heydər Əliyevin vəfatı ilə bağlı kədərlərini bölüşürdülər. Natiqlər öz
çüxışlarında xalqı hazırkı prezident İlham Əliyevin ətrafında sıx birləşməyə və
atasının başladığı işi davam etdirməyə çağırırlar.
Milyonlarla insanın sevimlisinə çevrilmiş Ulu
Öndər hələ gənc ikən öz xalqının taleyüklü məsələlərində yaxından iştirak
etmiş, yüksək vəzifələrə layiq görülmüş və çiyinlərində öz ölkəsinin böyük
yükünü daşımışdır. Elə bu səbəbdəndir ki, Ümummilli liderin keçdiyi böyük və mənalı eləcə də olduqca şərəfli həyat
yolu zaman və məkan anlayışına sığmır. Məhz Heydər Əliyevin 1969-cu ildə ölkə
rəhbərliyinə gəlişi ilə sovet respublikaları arasında geridə qalmış Azərbaycanı
qısa bir zamanda böyük bir siçrayışla inkişaf yoluna gətirmişdir.
Həmin dövrdən başlayaraq ölkədə bu vaxta qədər
görünməmiş inkişaf və yüksəliş eləcə də tikinti-quruculuq işləri
başlanılmışdır. Respublikanın bütün sahələrində, siyasi və mədəni həyatında
uğurlu inkişaf başladılmış və Azərbaycanda yeni həyat başlamışdır. Bu inkişaf
nəticəsində tezliklə respublikanın bütün sahələrində, iqtisadiyyat, sənaye və
kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş,
çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri
inşa edilmişdir. İldən ilə yeni yaşayış massivləri və qəsəbə və kəndləri
salınır, məktəblər, uşaq bağçaları, universitetlər açılırdı. Respublikamız üçün
böyük əhəmiyyət kəsb edən yeni saraylar, yaraşıqlı binalar və şəhərə gözəllik
verən yaşıllıqlar salınırdı.
Ən əsası isə Ulu Öndərin Respublikaya
rəhbərlik etməsi ölkədə bu vaxta qədər görünməmiş milli ruhun,
azərbaycançılığın və kadr potensiallının milliləşdirilməsinin təməli qoyulmağa
başlanılmışdır. Məhz həmin dövrdən başlayaraq hər il yüzlərlə azərbaycan gənci
təhsil almaq üçün SSRİ-in ən qabaqcıl ali məktəblərinə göndrilmiş və
azərbaycanlılar daha mühüm dövlət vəzifələrinə irəli çəkilməyə başlanılmış,
Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş və bununla da tez bir zamanda
ölkəmiz digər respublikalar arasında qabaqcıl respublikalarından birinə
çevrilmişdir.
Yenicə müstəqilliyini bərqrar etmiş müstəqil
Azərbaycan yenə də ciddi böhran və ərazi bütövlüyünə qarşı ciddi
təziqlər ilə üzləşmiş və müharibə şəraitinə düşmüşdür. Ölkə yenicə bərpa etmiş
müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Azərbaycan xalqı yeganə çıxış
yolu kimi təkidlə Heydər Əliyevin yenidən hakimiyyətə çağırmış və yalnız onun
uzaqgörən siyasi baxışı ilə gənc ölkənin düşdüyü bu ağır vəziyyətdən eləcə də
sosial-iqtisadı, hərbi-siyasi böhrandan çıxardacağına inanmışdır.
1991-1993-cü illərdə Naxçıvanda 1993-cü ildən
2003-ü ilə qədər isə paytaxt Bakıda Ülü Öndər bütün əməyini sərf edərək
düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın inkişafı və
vətəndaşlarının rifahı uğrunda gecə-gündüz çalışmış və ölkəmizin müstəqilliyini
əbədi etmiş eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəflərini müəyyən
edərək Azərbaycanın sonrakı illərində də inkişaf edərək möhkəmlənmsinin
təməlini qoymuşdur.
Ən
əsası isə öz xalqının gələcəyini düşünürək "İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və
dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək dövlətin idarə edilməsini öz
layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev olduğunu bildirmişdir. Bu gün
Azad Azərbaycan, məhz Prezident İlham Əliyevin uğurlu siyasəti ilə idarə
edilərək inkişaf etdirilir.
Aucun commentaire:
Enregistrer un commentaire