Nombre total de pages vues

mardi 24 décembre 2024

 

Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda əvəzsiz xidmətlər göstərmiş Xarizmatik Lider
 

 



                   O, yüksək intelektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir!

 Ulu Öndər Heydər Əliyev

 

Bu gün bir daha şahid oluruq ki, Ulu Öndərin başlatdığı siyasi yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən öz təntənəsini yaşayır və uğurla davam etdirilir. Hələ vaxtında Ümummilli lider 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı müraciətdə deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməkliyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Prezident İlham Əliyev elə ilk gündən xalq tərəfindən ona edilən etimadı doğrultmağa və xalqın iradəsi əsasında Prezident seçkilərindən sonra ölkənin inkişaf etdirilməsi üçün yüksək əzmlə işləməyə başlamış və haçansa xəyal görünən arzuları reallaşdırmağa başlamışdır. 

 Bu illər ərzində Azərbaycanın iqtisadi inkişafı ölkəni regionda güc mərkəzinə çevirmiş eləcə də Cənubi Qafqazda lider bir dövlət kimi yerini təsdiqləmişdir. Azərbaycanın regionda yürütdüyü siyasət nəticəsində təkcə ölkəmizin deyil həmçinin regionda yerləşən digər dövlətlərin də maraqlarına xidmət etmişdir. Beynəlxalq müstəvidə əldə edilən uğurlar Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun artmasına və ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq, multikultural və tolorant dəyərləri ilə nüfuz qazanmasına gətirib çıxarmışdı.

 Azərbaycanın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri 1969-cu ildən Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəmiz üçün dönüş nöqtəsi olmuş və məhz elə ilk günlərdən bütün sahələrdə islahatların keçirilməsi ilə respublikamızın inkişaf strategiyasının əsası qoyulmuşdur. Çox qısa bir zamanda Azərbaycanın keçmiş ittifaq ölkələri arasında sənaye istehsalının artım surətinə görə ilk yerə çıxması bütün mənalarda ölkə rəhbəriliyin təkcə respublikamızda deyil eləcə də bütün SSRİ miqyasında nüfuzunun artmasına gətirib çıxartdı.

Ulu Öndərin 1969-cu ildən başlayaraq ölkəmizin bütün sahələr üzrə inkişaf etdirilməsi Azərbaycanın uğurlu gələcəyini təmin etmiş oldu. Zəngin dövlətçilik irsi olan ölkəmizin idarə edilməsində vətənpərvərliyi və ənənələrin qorunmasına sadiqliyi nümayiş etdirən Ümummilli lider Heydər Əliyev elə ilk gündən, respublikaya rəhbərlik etməyə başladıqdan sonra hər zaman milli siyasi varisliyi irəli çəkmiş və xalqın gələcəyini intellektual inkişaf ilə bağlı olduğunu millətin gələcək sabahına xidmət edəcəyini bilmişdir. Belə ki, 1991-ci ildə müstəqilliyini qazanmış və ciddi siyasi və iqtisadi böhranla üzləşmiş, digər tərəfdən isə ərazilərinin işğal olunması ilə bir milyona yaxın qaçqın və köçkün problemləri olan bir gənc respublikanın yenidən dirçəlməsi və müstəqilliyini itirməməsi üçün yalnız və yalnız xalqın böyük etimad göstərdiyi və inandığı oğlu vətənpərvər Heydər Əliyevin köməkliyi ilə baş verməsi mümkün ola bilərdi.

Ümummilli liderin ideyalarını, təcrübəsini eləcə də zəngin dövlətçilik irsini öyrənmək və tətbiq etmək heç şübhəsiz ki, “onun layiqli davamçısı, yüksək intellektli, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət Prezident İlham Əliyev” tərəfindən uğurla davam etdirilə bilərdi. İlham Əliyevin Prezident seçilməsindən öncə, 1994-2003-cü illərdə Azərbaycan üçün mürəkkəb beynəlxalq münasibətlər səraitində istər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi neft strategyasının və enerji diplomatiyasının həyata keçirilməsində, istərsə də Milli Məclisin deputatı kimi dövlətə şərəfli və layiqli xidmət nümunəsi ortaya qoyması ilə bu sahələrdə müstəsna xidmətləri olmuşdur. Dövlət başçısının Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası daimi komissiyanın üzvü olması Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi ölkəmizin maraqlarını beynəlxalq müstəvidə müdafiə edilməsində əvəzsiz rolu olmuşdur. Ölkə rəhbərinin Azərbaycan üçün çox mühüm sahələrindən biri Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi kütləvi idman işinin inkişafına böyük töhvə vermişdir.

Dövlət başçısı 15 oktyabr 2003-cü ildəki seçkilərdə tam qələbə qazandıqdan sonra 31 oktyabr 2003-cü ildə andiçmə mərasimində, “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir” qeyd edən İlham Əliyev son 18 ildə qarşıya qoyduğu bütün strateji məsələlərə nail olmuşdur. Bundan əlavə dövlət başçısı həmişə vurğulayır ki, “dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir”. Ölkə başçısı həmişə çıxışlarında vurğulayır ki, dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir. Bu yöndə ölkənin neft strategiyasından əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi sosial-iqtisadi islahatların davamlılığınım uğurla gerçəkləşdirilməsinə xidmət edir. Ölkə rəhbəri müxtəlif ölkələrin təcrübəsini müqayisə edərək uğur qazanmağın əsas səbəblərini neft-qaz ehtiyatları ilə deyil, elmə, biliyə, yiyələnməklə əlaqələndirərək qeyd edir ki, təbii ehtiyatların və insan kapitalının sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir. Təhsilə qoyulan vəsaitin ölkənin hərtərəfli inkişafına, iqtisadiyyatın, davamlı tərəqqinin təmin olunmasına əsaslı zəmin yaratdığını vurğulayan dövlət başçısı təhsil sisteminin müasirliyi və effektivliyini dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasının reallaşmasının əsas şərtlərdən biri kimi səciyyələndirir.

Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi 44 günlük “Dəmir yumruq” Vətən müharibəsi zamanı xalqına müraciət etməsi və bütün çıxışlarında xalq ilə bir olaraq işğalçılara qarşı bütün cəbhələrdə mübarizə aparması “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq” fikirləri bir daha öz təsdiqini tapdı. II Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi Azərbaycan tarixinə şanlı hərflərlə yazıldı və tarixə əbədi olaraq həkk olundu. Və Azərbaycan ərazi bütövlüyünü təmin etməklə tarixi ədalət bərqərar oldu, xalqın qurur və milli ləyaqəti bərpa olundu. Daha bundan sonra cənab Prezidentin də deyidiyi kimi “Bizi daha heç kim və heç nə dayandıra bilməz” və ölkəmiz bündan sonra da inkişaf edəcək və yeni uğurlara imza atacaqdır.


Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

Azərbaycan Dövlət Neft və Sənaye Unviersitetinin rektor əvəzi

jeudi 12 décembre 2024


Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev dünya tarixinə parlaq və silinməz iz qoymuşdur.






Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü,

ADNSU rektor v.m.i.e



Aşıq ağlat məni, dolum, boşalım,
Əridim, bağrımın yağımı qaldı?
Yaşıl bostanımın, yaşıl bağımın,
Kökdən üzülməmiş tağımı qaldı?
Oxu asta-asta, de sərin-sərin,
Dərdimiz ağırdı, yaramız dərin.
Karvanı köçdüsə Dədə Heydərin,
Daha deyib-gülmək çağımı qaldı? 

Zəlimxan Yaqub “Böyük ömrün dastanı”

 

Azərbaycan xalqı 12 dekabr 2003-cü ilin şənbə səhərini vətənin böyük oğlu, böyük şəxsiyyət, müdrik dövlət xadimi, Azərbaycanın prezidenti olmuş Heydər Əliyevin vəfatı xəbəri ilə açdı. Ölkədə yeddi günlük ümummilli matəm elan olunmuş, dövlət bayraqları endirilmiş, bütün dövlət tədbirlərinin keçirlməsi dayandırılmış və Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynamış dahi şəxsiyyət Heydər Əliyevin vəfatı ilə bağlı hüzn ab-havası hökm sürürdü. Yerli telekanallarda Ümumilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı arxiv materialları nümayiş etdirilir. Ölkənin hökumət üzvləri, ziyalıl, ictimaiyyət nümayəndələri bir-birinin ardınca televiziyada çıxış edərək ümummilli lider Heydər Əliyevin vəfatı ilə bağlı kədərlərini bölüşürdülər. Natiqlər öz çüxışlarında xalqı hazırkı prezident İlham Əliyevin ətrafında sıx birləşməyə və atasının başladığı işi davam etdirməyə çağırırlar.



Milyonlarla insanın sevimlisinə çevrilmiş Ulu Öndər hələ gənc ikən öz xalqının taleyüklü məsələlərində yaxından iştirak etmiş, yüksək vəzifələrə layiq görülmüş və çiyinlərində öz ölkəsinin böyük yükünü daşımışdır. Elə bu səbəbdəndir ki, Ümummilli liderin keçdiyi böyük və mənalı eləcə də olduqca şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Məhz Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə sovet respublikaları arasında geridə qalmış Azərbaycanı qısa bir zamanda böyük bir siçrayışla inkişaf yoluna gətirmişdir.


Həmin dövrdən başlayaraq ölkədə bu vaxta qədər görünməmiş inkişaf və yüksəliş eləcə də tikinti-quruculuq işləri başlanılmışdır. Respublikanın bütün sahələrində, siyasi və mədəni həyatında uğurlu inkişaf başladılmış və Azərbaycanda yeni həyat başlamışdır. Bu inkişaf nəticəsində tezliklə respublikanın bütün sahələrində, iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmişdir. İldən ilə yeni yaşayış massivləri və qəsəbə və kəndləri salınır, məktəblər, uşaq bağçaları, universitetlər açılırdı. Respublikamız üçün böyük əhəmiyyət kəsb edən yeni saraylar, yaraşıqlı binalar və şəhərə gözəllik verən yaşıllıqlar salınırdı.


Ən əsası isə Ulu Öndərin Respublikaya rəhbərlik etməsi ölkədə bu vaxta qədər görünməmiş milli ruhun, azərbaycançılığın və kadr potensiallının milliləşdirilməsinin təməli qoyulmağa başlanılmışdır. Məhz həmin dövrdən başlayaraq hər il yüzlərlə azərbaycan gənci təhsil almaq üçün SSRİ-in ən qabaqcıl ali məktəblərinə göndrilmiş və azərbaycanlılar daha mühüm dövlət vəzifələrinə irəli çəkilməyə başlanılmış, Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş və bununla da tez bir zamanda ölkəmiz digər respublikalar arasında qabaqcıl respublikalarından birinə çevrilmişdir.

Sovet dövrünün perestroyka dövründə Qorbaçov rejiminin qəzəbinə tuş gəlmiş Ümummilli lider səhəti bəhanə gətirilərək əvvəlcə müalicə adı ilə bütün dövlət işlərindən uzaqlaşdırılmış və sonra isə məcburən təqaüdə göndərilmişdir. Lakin ölkədə baş verən hərcmərclik və səriştəsiz idarəçiliyin baş alıb getməsinə dözə bilməyən və sonda məlum 20 Yanvar hadisələrindən bir gün sonra xalqın xilaskarı ulu öndər Heydər Əliyev yenə də xalqımızın kədərini bölüşmüş və ölkə vətəndaşlarına qarşı həyata keçirilmiş qanlı aksiyanı ifşa edərək cəllad Qorbaçov hakimiyyətini ciddi tənqid edərək xalqa bir dayaq və təsəlli olmuşdur.



Yenicə müstəqilliyini bərqrar etmiş müstəqil Azərbaycan yenə də ciddi  böhran və ərazi bütövlüyünə qarşı ciddi təziqlər ilə üzləşmiş və müharibə şəraitinə düşmüşdür. Ölkə yenicə bərpa etmiş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Azərbaycan xalqı yeganə çıxış yolu kimi təkidlə Heydər Əliyevin yenidən hakimiyyətə çağırmış və yalnız onun uzaqgörən siyasi baxışı ilə gənc ölkənin düşdüyü bu ağır vəziyyətdən eləcə də sosial-iqtisadı, hərbi-siyasi böhrandan çıxardacağına inanmışdır.

1991-1993-cü illərdə Naxçıvanda 1993-cü ildən 2003-ü ilə qədər isə paytaxt Bakıda Ülü Öndər bütün əməyini sərf edərək düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın inkişafı və vətəndaşlarının rifahı uğrunda gecə-gündüz çalışmış və ölkəmizin müstəqilliyini əbədi etmiş eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəflərini müəyyən edərək Azərbaycanın sonrakı illərində də inkişaf edərək möhkəmlənmsinin təməlini qoymuşdur.

 Ən əsası isə öz xalqının gələcəyini düşünürək "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək dövlətin idarə edilməsini öz layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev olduğunu bildirmişdir. Bu gün Azad Azərbaycan, məhz Prezident İlham Əliyevin uğurlu siyasəti ilə idarə edilərək inkişaf etdirilir.


mardi 3 décembre 2024


Qabarma və çəkilmə.

Ay və Günəşdən qaynaqlanan cazibə qüvvələri


                                            Nantes, 2007, photo by Vazeh

    Qabarma və çəkilmə (mədd və cəzr) Ayın cazibə qüvvəsinin təsiri nəticəsində okean və dənizlərdə suyun səviyyəsinin müəyyən zaman aralıqlarında qalxması və enməsidir. Qabarma-çəkilmə hadisəsi zamanı Yerdə yaranan sürtünmədən dolayı planetimizin dönmə sürəti azalır və eyni zamanda da Ay Yerdən uzaqlaşır. Bu təbiət hadisəsi Ay və Günəşdən qaynaqlanan cazibə qüvvələrinin və Yer-Ay cütlüyünün kütlə mərkəzi ətrafında Yerin fırlanması nəticəsində ətalət qüvvələrinin birləşməsindən yaranan dəniz və okean səviyyələrinin hündürlüyünün dəyişməsidir. Qabarma və çəkilmə göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin görəli mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir.
Günəşin və Ayın cəzbetmə qüvvəsi bu yerlərdə gün ərzində suyun səviyyəsinin 4 dəfə dəyişməsinə səbəb olur (2 qabarma və 2 çəkilmə hadisəsi bir-birini əvəzləyir). Ay Yer kürəsi ətrafında dönərkən, Yerin Aya baxan üzü tərəfdə olan sular Ay tərəfindən çəkilərək qabardılır. Tam ay və yeni ay zamanı, yəni Yer, Ay və Günəş təxminən eyni oxda olduqda göy cisimlərinin təsiri artır və gelgitlər daha böyük amplituda olur. Buna misal bulaq suyunu göstərmək olar. Əksinə, birinci və sonuncu rüblərdə üç cisim dörddəbirdə olduqda, amplituda daha aşğı olur.


        







  


Nantes, 2007, photo by Vazeh
       
    Başqa dillə desək bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə Qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi Ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay Yer kürəsi ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay Yerdən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanları daha çox təsir edər.
        Ay Yer kürəsi ətrafında dönərkən yer kürəsinin bir üzü Aya daim daha yaxındır. Bu vəziyyətdə Aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar. Beləcə Yerin Aya nazir səthində sular yüksələrkən, digər yerlərdə alçalar. Bu yüksəlmə və alçalma bir-birini davamlı izlər.
        Günəş də qabarma-çəkilmə hadisəsinə təsir edər. Ay Yer kürəsi ilə Günəş arasındaykən bu təsir az lakin hamısı bir istiqamətdəykən çox olar. Qabarma-çəkilmə hadisəsi ilk və ikinci dördün mərhələlərində ən aşağı, yeni ay və bütöv ay dövrələrində ən böyük dəyəri götürər. Yerin bir nöqtəsində sular qabararkən Ay o yer üçün səmanın ən yüksək nöqtəsindədir.
        Hər hansı bir yerdə qabarma-çəkilmə hadisəsi hər gün eyni saatda olmur. Bir əvvəlki gündən 50 dəqiqə daha geç meydana gəlir. Səbəbi isə Yer ilə Ayın eyni istiqamətdə dönməsidir.
         Qabarma-çəkilmə hadisəsindəki sürtünmələrdən ötəri yer kürəsinin öz ətrafındakı dönmə sürəti azalar. Beləcə günlər yavaş yavaş uzanar. Qabarma-çəkilmə hadisəsindəki sürtünmə Dünyanın dönmə sürətində yavaşlamağa səbəb olarkən, Ayın da hər il Yerdən 12,7 sm uzaqlaşmasına səbəb olar.

Dr. Vazeh Əskərov