Nombre total de pages vues

mercredi 20 février 2019


Vazeh Əskərova dosent diplomu təqdim olundu

UFAZ-ın direktoruna dosent diplomu təqdim olunub




  

 Fevralın 18-də Azərbaycan   Prezidenti yanında Ali   Attestasiya Komissiyasında   diplomların təqdim olunması   mərasimi keçirilib.

    Xebermen.info xəbər verir ki,   mərasimdə Azərbaycan Dövlət   Neft və Sənaye Universitetinin   nəzdində fəaliyyət göstərən   Azərbaycan-Fransız   Universitetinin direktoru Vazeh   Əskərova tarix üzrə fəlsəfə  doktoru dosent diplomu təqdim olunub.

Müvafiq qərar Ali Attestasiya Komissiyasının 1 fevral 2019-ci il tarixli kollegiya iclasında qəbul edilib.


Qeyd edək ki, Vazeh Əskərov doktorluq diplomunu 2012-ci ildə Strasburq Universitetində müdafiə edib və 2016-ci ilin fevral ayında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə təkrar attestasiya edilərək Azərbaycanda təkrar attestasiya edilmiş ilk doktorluq işi kimi tarixə düşüb.



Vazeh Əskərovun "Azərbaycanlıların emiqrasiyası, tarix və perspektivlər: Fransa nümunəsi" adlı 400 səhifəlik doktorluq işi XIX əsrin sonundan başlayaraq yeni əsrə qədər olan tarixi faktları araşdırmaqdan ibarət olub. Müəllif azərbaycanlıların Fransaya miqrasiyasını zəngin sənədlər əsasında tədqiq edib, statistik göstəricilərə istinadla 70 min azərbaycanlının bu ölkəyə miqrasiyasının səbəblərini araşdırmağa çalışıb.



Tədqiqat işində Fransada məskunlaşmış məşhur azərbaycanlılar haqqında 10-a qədər biblioqrafik məlumatlar əks olunur. Tədqiqat işində son 25 ildə Fransada məskunlaşmış 18 azərbaycanlı ailə ilə aparılan sorğu anketində nəinki Azərbaycandan olan, eləcə də 5 qonşu dövlətdən (Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran) Fransaya emiqrasiya etmiş azərbaycanlı ailələrin bu ölkəyə yerləşməsi haqqında geniş tədqiqat işi aparılıb.



2014-cü ildə Vazeh Əskərovun Avropanın tanınmış “Presses Académiques Francophones” PAF nəşriyyatında “Azərbaycanlıların emiqrasiyası, tarix və perspektivlər: Fransa nümunəsi” adlı 425 səhifəlik monoqrafiyası nəşr edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda bəhs olunan məsələ azərbaycanlıların miqrasiyasının öyrənilməsi baxımından xüsusi maraq doğurur.





Vazeh Əskərova  dosent diplomu təqdim olundu
























Aucun commentaire: