UFAZ növbəti dərs ilindən fəaliyyətini ADNSU-nun üçüncü tədris binasında davam etdirəcək
Azərbaycan-Fransız Universiteti (UFAZ) 2017-2018-ci tədris ilindən fəaliyyətini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü tədris binasında davam etdirəcək.
Bu barədə AZƏRTAC-a UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov məlumat verib. İcraçı direktor qeyd edib ki, UFAZ üçün ayrılan bu binada hazırda əsaslı təmir-quruculuq işləri aparılır. Bina sentyabradək təhvil veriləcək. Burada Fransanın Strasburq Universitetinin standartlarına uyğun fizika və kimya laboratoriyaları yaradılacaq və bu laboratoriyalar ən müasir avadanlıqla təchiz ediləcək.
V.Əsgərov vurğulayıb ki, UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb. UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov məlumat verib. İcraçı direktor qeyd edib ki, UFAZ üçün ayrılan bu binada hazırda əsaslı təmir-quruculuq işləri aparılır. Bina sentyabradək təhvil veriləcək. Burada Fransanın Strasburq Universitetinin standartlarına uyğun fizika və kimya laboratoriyaları yaradılacaq və bu laboratoriyalar ən müasir avadanlıqla təchiz ediləcək.
http://azertag.az/xeber/1029376
http://azertag.az/xeber/1029376
Aucun commentaire:
Enregistrer un commentaire