|
Azərbaycanda distant və ya məsafədən
təhsil sistemi anlayışı yenidir. Lakin nə qədər yeni olsa da artıq insanlar
arasında böyük maraqla qarşılanmaq və araşdırılmaqdadır. Hal-hazırda dövlət
müəssisələri çərçivəsində real bir sistem movcud olmasa da bu sahədə müxtəlif
addımlar atılır. Əminəm ki, çox yaxın gələcəkdə biz bunun real həyatda
tətbiqinə start verəcəyik.
Bunu Xalqinfo.az-a müsahibəsində Azərbaycan Dillər Universitetinin
rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru və Strasburq Universitetinin
doktoru dosent Vazeh Əskərov deyib.
-Distant təhsilin
Azərbaycan təhsilndə tətbiqi istiqamətində hansı işlər görmüsünüz ?
İlk növbədə qeyd etməliyəm ki, Azərbaycanda distant və ya məsafədən
təhsil sistemi anlayışı yenidir. Lakin nə qədər yeni olsa da artıq insanlar
arasında böyük maraqla qarşılanmaq və araşdırılmaqdadır. Hal-hazırda dövlət
müəssisələri çərçivəsində real bir sistem movcud olmasa da bu sahədə müxtəlif
addımlar atılır.Əminəm ki, çox yaxın gələcəkdə biz bunun real həyatda tətbiqinə
start verəcəyik.
Konkret olaraq işlədiyim Azərbaycan
Dillər Universitetində distant təhsil ilə bağlı universitet Elmi Şurasında
təqdimat edilmiş və müzakirə olunaraq tətbiq edilmək üçün qəbul edilib. Distant
təhsili vacib edən infrastruktur qurulmuş və istifadəyə verilmişdir. İlk
növbədə yeni yaradılmış universitetdaxili intranet sisteminin qurulması üçün
yeni komputer proqramının işlənib hazırlanması, tətbiqi və dərslərin birbaşa
yayımlanması və ya sonradan endirilməsi üçün çəkiliş studiyasının yaradılması
kimi mühüm məsələni qeyd etmək istərdim. Əlbətdə ki, ilk başlanan işdə
yaranacaq məsələləri daha operativ həll etmək üçün əvvəlcə eyni qruplarda
distant təhsilin ənənəvi təhsil ilə yanaşı aparılması daha düzgün effekt
verəcəyini də nəzərə olmaq lazımdır. Daha kiçik qruplarda xüsusən təhsilin
magistr səviyyəsində aparılması nəzərdə tutulur.
-Distant və ya
məsafədən təhsilin ənənəvi təhsil müqayisədə ən çox vacib edən amillər
hansılardı?
Distant təhsilin birinci şüarı
istədiyiniz yerdə və zamanda öyrənməkdir. Müasir dövrümüzdə məsafədən təhsil
forması pedoqoji və texnoloji dinamikanı özündə ehtiva edir. Bu təhsil forması
ilə universitetdə təhsil sahələrinin inkisaf etdirilib çoxaldılması və təhsilin
arealını təkcə ölkədaxili deyil,eləcə də beynəlxalq səviyyəyə yüksəldilməsi
mümkündür. Belə ki, distant təhsil ilə əmək fəaliyyətinə başlamış gənclər
istədikləri ixtisaslar üzrə təhsillərini davam etdirə və öz təhsillərini başa
vuraraq müxtəlif sahələrdə ixtisaslaşmış ola bilərlər. Məsafədən təhsil onlara
karyeralarını davam etdirməyə və öz sahələrində püxtələşməyə yol aça bilər.
Lakin bu yenə də son deyil. Belə ki, distant təhsil eyni zamanda ömürboyu
təhsil prosesinə də təkan verə bilər. Bu təhsil proqramı ilə tələbələr yüksək
pedoqoji təhsili öz seçdikləri ritm ilə məsafədən almaq şansına malik
olurlar.Bu təhsil forması ilə mütəxəssis hazırlığı üç pillədə,yəni bakalavr,
magistratura və doktorantura üzrə təqdim oluna bilər.
Distant və ya məsafədən təhsili ənənəvi təhsildən fərqləndirən və vacib edən bir sıra səbəblər vardır. Birinci növbədə bura təhsilin hər bir kəs üçün əlçatan olmasıdır. Misal üçün bir sıra kateqoriyaya aid olanların siyahısına nəzər salaq;
Müxtəlif səbəbdən hərəkətləri məhdud olanlar (xəstə və əlil insanlar).
Peşə fəaliyyəti və ya ailəli olan və gün ərzində dərslərdə iştirak edə bilməyənlər.
Başqa dövlətdə yaşayan lakin müvafiq universitet diplomunu əldə etmək istəyənlər.
Ucqar kənd, qəsəbə və ya rayonlarda yaşayanlar.
Eyni zamanda iki universitetdə oxumaq istəyənlər və s.

məsafədən təhsilin Metod və istiqamətləri ilə ənənəvi təhsilin metod və
istiqamətlərindəki fərqlilik nədən ibarətdir?
Öncə insanlarda çoxlu suallar yaranır ki, internet vasitəsi ilə necə
təhsil almaq və diplom almaq mümkündür. Düşünmək lazım deyil ki, distant təhsil
zamanı ənənəvi təhsildən imtina edilir. Ümumilikdə bu təhsil növünü seçənlər
üçün üç variant təklif olunur;
Tələbə istədiyi vaxt dərslərdə
fiziki iştirak edir.
Tələbə öz dərslərinə universitetdə yaradılmış internet səhifəsindəki profili vasitəsi ilə online qoşulur və dərsdə aktiv iştirak edir.
Tələbə istədiyi vaxt və zaman dərsləri internet portalından endirir və dərslərə hazırlaşır.

Bu təhsil proqramı 100% interaktiv təşkil olunur: Tələbə universitetin
bu təhsil forması üçün yaradılmış internet portalında öz seçimini edir və
seçdiyi ixtisas üzrə qeydiyyatdan keçir. Qeydiyyatın doldurulması və əlavə
olunacaq sənədlər tam şəkildə internet vasitəsi ilə həyata keçirilir.
Qeydiyyatdan keçdikdən sonra tələbəyə xüsusi kod göndərilir ki, o,
universitetin distant təhsil səhifəsində öz platformasını , eləcə də dərsləri
haqqında şəxsi məlumatları əldə edə bilsin. Distant təhsilin təşkili ilə bağlı
tələbəyə video yazı da göndərilir ki, bu da məsafədən təhsilin necə təşkil
olunması ilə bağlı tələbədə yaranmış suallara cavab vermiş olur. Bundan əlavə
sözügüdən portalda istər mesaj vasitəsi ilə, istərsə də telefon ilə təhsil
zamanı yaranmış sualları ünvanlamaq olar.
Distant və ya məsafədən təhsil eyni zamanda tələbəyə də azadlıq vermiş
olur: Tələbə öz ritminə və vaxtına uyğun olaraq təhsil almış olur. Təhsil evdə,
işdə, istirahət edən zaman eləcə də seçilmiş hər hansi məkanda təkcə internetə
qoşulmaqla həyata keçirilir. Distant təhsil zamanı tələbə eyni zamanada ənənəvi
təhsil üçün tələb olunan xərclərdən də ( kirayə ev, yol xərci və s.) azad
olunur.
-Bu təhsil formasının səmərəli tətbiqi üçün dünya praktikasında hansı normalara daha çox üstünlük verilir?
-Bu təhsil formasının səmərəli tətbiqi üçün dünya praktikasında hansı normalara daha çox üstünlük verilir?
Distant təhsili daha səmərəli təşkil etmək üçün mütəxəssislər dörd
mərhələdən ibarət forma təklif edirlər :Analiz, inkişaf, tətbiqetmə və qiymətləndirmə.
Birinci mərhələ məqsəd və ehtiyacların analızıdir ki, bu dərsin mahiyyətini və seçilmiş ixtisasın düz olduğunu bir daha araşdırır. Eyni zamanda təqdim olunan təhsilin keyfiyyət göstəriciləri (pedaqoji yanaşma, təhsilin məqsədi və s.) də araşdırılır.

İkinci mərhələdə tələbənin dərslərinin aparılmasıdır ki,
burada tədrisin strategiyası təyin olunur və qiymətləndirmənin medotları,
nəticənin kriteriyaları, qazanılmiş bilik və bacarığın tətbiq edilməsi və
inkişafı aiddir.
Üçüncü mərhələ internetdə təqdim olunan təhsilin tətbiq edilməsidir. Belə ki, təklif olunan təhsilə uyğun feedbackin olması nəzərdə tutulur.
Dördüncü mərhələdə qiymətləndirmə və yenilənmə nəzərdə tutulur. Bu mərhələdə pedagoji inkişafın, metodların tətbiq edilməsi və s. nəzərdə tutulur.
Dərslərin inkişaf prosesi aşağıdakı elementlərdə özünü göstərir :
Tələbələrə təqdim olunacaq kifayyət qədər sadələşdirilmiş təhsil planı
İnternet bazasından əldə edilmiş təlim materialları
Tələbələrin bilik və bacarıqlarını artırmaq üçün əlavə dərs vəsaitləri
Təlimin istiqamətlərinə uyğun təşkil edilmiş qiymətləndirmə metodları.
http://xalqinfo.az/2016/07/01/azerbaycanda-distant-tehsile-kechidi-zerurileshdiren-amiller-movduddur.html-Bu təhsilin hansısa mərhələlərlə yoxsa birbaşa tətbiqi nəzərdə tutulur?
Distant təhsil yeni bir təhsil növü olduğu üçün onun mərhələli tətbiqi vacibdir. Bunun üçün ilk növbədə bu təhsilin platformasi hazırlanmalı və təqdim edilməlidir. Bura bir neçə məsələni aid etmək olar;

Distant və ya məsafədən təhsilin xarakteristikası, üstün cəhətləri idarə
olunma mexanizmləri. Distant və ya məsafədən təhsilin formalaşdırılması və
pedoqoji mühitin yaradılması. Bu növ təhsil üçün müəllimlərin
təkmilləşdirilməsi və daha asan mühitin yaradılması. İnteraktiv təlim strategiyasının,
multimedia elementlərinin tətbiqi. Bu bölümdə distant təhsilin inkişaf
etdirilməsi üçün istifadə olunacaq müxtəlif metod və vasitələrin istifadə
qaydası. Qavramanın idarə edilib qiymətləndirilməsi. Burada əsas diqqət
təhsilin internet vasitəsi ilə düzgün aparılması, dərslərin daha asan
qavranılmasının, eləcə də dərslərin yayımının asanlaşdırılması nəzərdə tutulur.
Təhsilin bu forması sinxron və ya
asinxron olmaqla iki cür təşkil olunur:
Sinxron- Bu halda hadisələr real olaraq
canlı bağlantı ilə həyata keçirilir və bunun üçün əlaqə qurulur.İstifadə
olunan vasitələr: Email, forum, blog, webnar və s.
Asinxron- Bu halda
təhsil alan zamanı özü seçir. Yaddaşa köçürülmüş dərs internet səhifəsində
yerləşdirildikdən sonra tələbə istədiyi vaxt onunla tanış olur. İstifadə olunan
vasitələr: Çat və ya ani mesajlaşma, dərsin audio və video
yazısı və s.
Eyni zamanda bu proqram təminatı istər dərsi keçən müəllim, istər
instruktorlar istərsə də,digər tələbələrlə əlaqələr qura bilərlər ki, bu da həm
sinxron, həm də asinxron ola bilər.
Ənənəvi təhsildən fərqli olaraq distant təhsil zamanı tədrisin düzgün
təşkil olunması və idarə edilməsi çox önəmlidir. Dərslər pedaqoji cəhətdən o
qədər profesional hazırlanmalıdırlar ki, onların internet vasitəsi ilə birbaşa
yayımlamaq və yenidən səhifədə yerləşdirmək mümkün olsun. Əlbətdə ki, distant
təhsilin düzgün tədrisini təşkil etmək təkcə müəllimlərin deyil,eləcə də İKT
nin üzərinə düşür ki, bu personalın da təhsil işçisi olmaları vacib sayılmır.
İnformatiklər internet səhifəni hər zaman nəzarətdə saxlamalı, dərslərin düzgün
və vaxtında yayımlanmasını təmin etməlidirlər. Müəllimlər də eyni zamanda dərsi
daha interaktiv təşkil etməli və bunun üçün müxtəlif komputer proqramlarından
istifadə etmək üçün təlimatlandırılmalıdırlar. Ümumilikdə distant təhsilin
düzgün idarə olunması üçün analiz, qavrama, inkişaf, həyata keçirilmə və qiymətləndirmə əsas
şərtlərdən sayılır.
Kainat Şirin
Aucun commentaire:
Enregistrer un commentaire