Nombre total de pages vues

mercredi 20 juillet 2016

“Ermənilərin hazırkı hakimiyyəti bölgədə yaranmış hər hansı bir siyasi hadisədən iflasa uğrayacaq səviyyədədir”

Ermənistanda antigürcü isterikası

Məhəmməd Əsədullazadə: “Bu, Ermənistanın qonşu ölkələrə qarşı riyakar siyasətinin tərkib hissəsidir”


Vazeh Əsgərov: “Ermənilərin hazırkı hakimiyyəti bölgədə yaranmış hər hansı bir siyasi hadisədən iflasa uğrayacaq səviyyədədir”


http://www.movqe.az/84879.html


2016-07-20 07:00:00
Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkalaki rayonunda naməlum şəxs və ya şəxslər bir erməni ailəsinin bütün üzvlərini qətlə yetirib. Məlumata görə, ailənin başçısı Rusiyada yaşayır. O, hadisə zamanı evdə olmayıb. Faktla bağlı cinayət işi açılsa da Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı rəsmi məlumat yaymayıb. Hələlik hadisənin səbəbləri məlum deyil. Amma artıq Ermənistan bir qrup insanlar hadisəni siyasiləşdirməyə başlayıblar. Halbuki, qətlin elə ermənilərin öüz tərəfindən törədilməsi də istisna deyil. Buan rəğmən, Ermənistan Gürcüstanı şovinizmdə ittiham edir. 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirir ki, Ermənistanda son günlər siyasi vəziyyət gərgin olaraq qalmaqdadır: "Azərbaycanın Ermənistan üzərində qalibiyyəti erməni cəmiyyətində ruh düşkünlüyü və siyasi hakimiyyətə qarşı qəzəb yaradıb. İrəvanda bir qrup silahlının dövlət çevrilişinə cəhddə iştirakı və prezidentin istefasın tələb etməsi görünür, bu hadisələrin başlanğıcıdır və getdikcə siyasi böhran davam edəcək. Müxalif siyasi fəalların həbsi, ökədə iqtisadi drumun pisləşməsi Serj Sarkisyan hakimiyyətinin daxili auditoriyanı sakitləşdirmək üçün yeni düşmən axtarışına çıxmasına səbəb olub. Gürcüstandanın Axalkalaki rayonunda erməni ailəsinin qətli sıradan bir cinayət hadisəsidir. Bunu siyasiləşdirmək Ermənistanda Gürcüstan əleyhinə nümayişlərin keçirilməsi yuxarıda qeyd etdiyim kimi daxili narazılığı önləməkdən irəli gəlir. 
Daima Ermənistan hakimiyyəti Gürcüstanın ayrılmaz tərkib hissəsi olan Axalkalaki bölgəsinə iddialar irəli sürür. Zaman-zaman oradakı ermənilərdən Gürcüstana qarşı mübarizədə istifadə olunur. Bu, Ermənistanın qonşu ölkələrə qarşı riyakar siyasətinin tərkib hissəsidir.Sıradan məişət hadisəsini siyasi motivə çevirib, iki ölkə arasında münasibətlərin korlanmasına səbəb ola bilər. Bu hadisədən yaralanmaq üçün kifayət qədər qüvvələr mövcuddur. Gürcüstanın bu bölgəsində separatçı qüvvələrin fəallaşmasına səbəb ola bilər. Gürcüstanın NATO-ya inteqrasiyası Rusiyanın Cənubi Qafqazda xüsusən Gürcüstanı yeni gərginliyə və təzyiqə məruz qoymaq üçün erməni amilindən istifadə etməsini istisna etmirəm. Burada katalizator rolunu və Axalkalaki ermənilərinə dəstəyi Ermənistan üzərindən etməsi də mümkündür. Həmçinin hadisədən Serj Sarkisyan daxili narazılıqları yatırmaq üçün istifadə edə bilər”.
Digər politoloq Vazeh Əsgərov bildirdi ki, bu gedişatla ermənilərin Axalkalakidə 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrini təkrarlamaq niyyətində olmadıqlarına ümid edək: "Diqqət yetirsək, görərik ki, Tükiyə sərhədlərindən 30 kilometr aralıqda yerləşən və əhalisinin böyük bir hissəsini ermənilər təşkil edən Cavaxetiya bölgəsinin Axalkalaki rayonuda bir ailənin dörd üzvü qətlə yetirilib. Tarixə nəzər salsaq, 1828-ci ildən sonra - Cavaxetiya Rusiyaya birləşdiriləndən bəri oranın müsəlman və gürcü əhalisi Türkiyə sərhədlərinə keçiblər. Onların yerlərini isə ermənilər yerləşdirilib.  Qətlə yetirilmiş ailə yəqin ki, başqa səbəblərdən elə ermənilərin özləri tərəfindən öldürlüb. Lakin burada siyasi suallar da yarana bilər. 
Bildiyiniz kimi, Türkiyədə 15 iyul hadisələrindən sonra İrəvanda da bir qrup müxalif qüvvə polis məntəqəsini ələ keçirməyə cəhd göstərib. Bölgədə baş vermiş qeyri-stabillik nəticəsində paytaxt İrəvanda dövlətə qarşı təxribat törədilməsi hakimiyyətin devrilməyə nə dərəcədə həssas olduğunu üzə çıxartdı. Qeyd etsək ki, bu, heç də Ermənistanda baş vermiş ilk hadisə deyil və buradan da aydın olur ki, ermənilərin hazırkı hakimiyyəti bölgədə yaranmış hər hansı bir siyasi hadisədən iflasa uğrayacaq səviyyədədir. Yəqin ki, yaxın günlərdə bu məsələlərə aydınlıq gələcək”.

Mübariz BAYRAMOV


http://www.movqe.az/84879.html


vendredi 1 juillet 2016

Azerbaycanda "distant" tehsilə keçidi zəruriləşdirən amillər mövduddur - MÜSAHİBƏ


    Azerbaycanda "distant" tehsilə keçidi zəruriləşdirən amillər mövduddur  

Azerbaycanda "distant" tehsilə keçidi zəruriləşdirən amillər mövduddur - MÜSAHİBƏAzərbaycanda distant və ya məsafədən təhsil sistemi anlayışı yenidir. Lakin nə qədər yeni olsa da artıq insanlar arasında böyük maraqla qarşılanmaq və araşdırılmaqdadır. Hal-hazırda dövlət müəssisələri çərçivəsində real bir sistem movcud olmasa da bu sahədə müxtəlif addımlar atılır. Əminəm ki, çox yaxın gələcəkdə biz bunun real həyatda tətbiqinə start verəcəyik.
     Bunu Xalqinfo.az-a müsahibəsində Azərbaycan Dillər Universitetinin rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru və Strasburq Universitetinin doktoru dosent Vazeh Əskərov deyib.
-Distant təhsilin Azərbaycan təhsilndə tətbiqi istiqamətində hansı işlər görmüsünüz ? 
    İlk növbədə qeyd etməliyəm ki, Azərbaycanda distant və ya məsafədən təhsil sistemi anlayışı yenidir. Lakin nə qədər yeni olsa da artıq insanlar arasında böyük maraqla qarşılanmaq və araşdırılmaqdadır. Hal-hazırda dövlət müəssisələri çərçivəsində real bir sistem movcud olmasa da bu sahədə müxtəlif addımlar atılır.Əminəm ki, çox yaxın gələcəkdə biz bunun real həyatda tətbiqinə start verəcəyik.
Konkret olaraq işlədiyim Azərbaycan Dillər Universitetində distant təhsil ilə bağlı universitet Elmi Şurasında təqdimat edilmiş və müzakirə olunaraq tətbiq edilmək üçün qəbul edilib. Distant təhsili vacib edən infrastruktur qurulmuş və istifadəyə verilmişdir. İlk növbədə yeni yaradılmış universitetdaxili intranet sisteminin qurulması üçün yeni komputer proqramının işlənib hazırlanması, tətbiqi və dərslərin birbaşa yayımlanması və ya sonradan endirilməsi üçün çəkiliş studiyasının yaradılması kimi mühüm məsələni qeyd etmək istərdim. Əlbətdə ki, ilk başlanan işdə yaranacaq məsələləri daha operativ həll etmək üçün əvvəlcə eyni qruplarda distant təhsilin ənənəvi təhsil ilə yanaşı aparılması daha düzgün effekt verəcəyini də nəzərə olmaq lazımdır. Daha kiçik qruplarda xüsusən təhsilin magistr səviyyəsində aparılması nəzərdə tutulur. 
-Distant və ya məsafədən təhsilin ənənəvi təhsil müqayisədə ən çox vacib edən amillər hansılardı?
Distant təhsilin birinci şüarı istədiyiniz yerdə və zamanda öyrənməkdir. Müasir dövrümüzdə məsafədən təhsil forması pedoqoji və texnoloji dinamikanı özündə ehtiva edir. Bu təhsil forması ilə universitetdə təhsil sahələrinin inkisaf etdirilib çoxaldılması və təhsilin arealını təkcə ölkədaxili deyil,eləcə də beynəlxalq səviyyəyə yüksəldilməsi mümkündür. Belə ki, distant təhsil ilə əmək fəaliyyətinə başlamış gənclər istədikləri ixtisaslar üzrə təhsillərini davam etdirə və öz təhsillərini başa vuraraq müxtəlif sahələrdə ixtisaslaşmış ola bilərlər. Məsafədən təhsil onlara karyeralarını davam etdirməyə və öz sahələrində püxtələşməyə yol aça bilər. Lakin bu yenə də son deyil. Belə ki, distant təhsil eyni zamanda ömürboyu təhsil prosesinə də təkan verə bilər. Bu təhsil proqramı ilə tələbələr yüksək pedoqoji təhsili öz seçdikləri ritm ilə məsafədən almaq şansına malik olurlar.Bu təhsil forması ilə mütəxəssis hazırlığı üç pillədə,yəni bakalavr, magistratura və doktorantura üzrə təqdim oluna bilər.
Distant və ya məsafədən təhsili ənənəvi təhsildən fərqləndirən və vacib edən bir sıra səbəblər vardır. Birinci növbədə bura təhsilin hər bir kəs üçün əlçatan olmasıdır. Misal üçün bir sıra kateqoriyaya aid olanların siyahısına nəzər salaq;
Müxtəlif səbəbdən hərəkətləri məhdud olanlar (xəstə və əlil insanlar).
Peşə fəaliyyəti və ya ailəli olan və gün ərzində dərslərdə iştirak edə bilməyənlər.
Başqa dövlətdə yaşayan lakin müvafiq universitet diplomunu əldə etmək istəyənlər.
Ucqar kənd, qəsəbə və ya rayonlarda yaşayanlar.
Eyni zamanda iki universitetdə oxumaq istəyənlər və s.
-Distant və ya məsafədən təhsilin Metod və istiqamətləri ilə ənənəvi təhsilin metod və istiqamətlərindəki fərqlilik nədən ibarətdir?
    Öncə insanlarda çoxlu suallar yaranır ki, internet vasitəsi ilə necə təhsil almaq və diplom almaq mümkündür. Düşünmək lazım deyil ki, distant təhsil zamanı ənənəvi təhsildən imtina edilir. Ümumilikdə bu təhsil növünü seçənlər üçün üç variant təklif olunur;
Tələbə istədiyi vaxt dərslərdə fiziki iştirak edir.
Tələbə öz dərslərinə universitetdə yaradılmış internet səhifəsindəki profili vasitəsi ilə online qoşulur və dərsdə aktiv iştirak edir.
Tələbə istədiyi vaxt və zaman dərsləri internet portalından endirir və dərslərə hazırlaşır. 
    Bu təhsil proqramı 100% interaktiv təşkil olunur: Tələbə universitetin bu təhsil forması üçün yaradılmış internet portalında öz seçimini edir və seçdiyi ixtisas üzrə qeydiyyatdan keçir. Qeydiyyatın doldurulması və əlavə olunacaq sənədlər tam şəkildə internet vasitəsi ilə həyata keçirilir. Qeydiyyatdan keçdikdən sonra tələbəyə xüsusi kod göndərilir ki, o, universitetin distant təhsil səhifəsində öz platformasını , eləcə də dərsləri haqqında şəxsi məlumatları əldə edə bilsin. Distant təhsilin təşkili ilə bağlı tələbəyə video yazı da göndərilir ki, bu da məsafədən təhsilin necə təşkil olunması ilə bağlı tələbədə yaranmış suallara cavab vermiş olur. Bundan əlavə sözügüdən portalda istər mesaj vasitəsi ilə, istərsə də telefon ilə təhsil zamanı yaranmış sualları ünvanlamaq olar.
    Distant və ya məsafədən təhsil eyni zamanda tələbəyə də azadlıq vermiş olur: Tələbə öz ritminə və vaxtına uyğun olaraq təhsil almış olur. Təhsil evdə, işdə, istirahət edən zaman eləcə də seçilmiş hər hansi məkanda təkcə internetə qoşulmaqla həyata keçirilir. Distant təhsil zamanı tələbə eyni zamanada ənənəvi təhsil üçün tələb olunan xərclərdən də ( kirayə ev, yol xərci və s.) azad olunur.



-Bu təhsil formasının səmərəli tətbiqi üçün dünya praktikasında hansı normalara daha çox üstünlük verilir?
     Distant təhsili daha səmərəli təşkil etmək üçün mütəxəssislər dörd mərhələdən ibarət forma təklif edirlər :Analiz, inkişaf, tətbiqetmə və qiymətləndirmə.
Birinci mərhələ məqsəd və ehtiyacların analızıdir ki, bu dərsin mahiyyətini və seçilmiş ixtisasın düz olduğunu bir daha araşdırır. Eyni zamanda təqdim olunan təhsilin keyfiyyət göstəriciləri (pedaqoji yanaşma, təhsilin məqsədi və s.) də araşdırılır. 
    İkinci mərhələdə tələbənin dərslərinin aparılmasıdır ki, burada tədrisin strategiyası təyin olunur və qiymətləndirmənin medotları, nəticənin kriteriyaları, qazanılmiş bilik və bacarığın tətbiq edilməsi və inkişafı aiddir.
Üçüncü mərhələ internetdə təqdim olunan təhsilin tətbiq edilməsidir. Belə ki, təklif olunan təhsilə uyğun feedbackin olması nəzərdə tutulur.
Dördüncü mərhələdə qiymətləndirmə və yenilənmə nəzərdə tutulur. Bu mərhələdə pedagoji inkişafın, metodların tətbiq edilməsi və s. nəzərdə tutulur.
Dərslərin inkişaf prosesi aşağıdakı elementlərdə özünü göstərir :
Tələbələrə təqdim olunacaq kifayyət qədər sadələşdirilmiş təhsil planı
İnternet bazasından əldə edilmiş təlim materialları
Tələbələrin bilik və bacarıqlarını artırmaq üçün əlavə dərs vəsaitləri
Təlimin istiqamətlərinə uyğun təşkil edilmiş qiymətləndirmə metodları.


http://xalqinfo.az/2016/07/01/azerbaycanda-distant-tehsile-kechidi-zerurileshdiren-amiller-movduddur.html-Bu təhsilin hansısa mərhələlərlə yoxsa birbaşa tətbiqi nəzərdə tutulur?

   Distant təhsil yeni bir təhsil növü olduğu üçün onun mərhələli tətbiqi vacibdir. Bunun üçün ilk növbədə bu təhsilin platformasi hazırlanmalı və təqdim edilməlidir. Bura bir neçə məsələni aid etmək olar;
   Distant və ya məsafədən təhsilin xarakteristikası, üstün cəhətləri idarə olunma mexanizmləri. Distant və ya məsafədən təhsilin formalaşdırılması və pedoqoji mühitin yaradılması. Bu növ təhsil üçün müəllimlərin təkmilləşdirilməsi və daha asan mühitin yaradılması. İnteraktiv təlim strategiyasının, multimedia elementlərinin tətbiqi. Bu bölümdə distant təhsilin inkişaf etdirilməsi üçün istifadə olunacaq müxtəlif metod və vasitələrin istifadə qaydası. Qavramanın idarə edilib qiymətləndirilməsi. Burada əsas diqqət təhsilin internet vasitəsi ilə düzgün aparılması, dərslərin daha asan qavranılmasının, eləcə də dərslərin yayımının asanlaşdırılması nəzərdə tutulur.
Təhsilin bu forması sinxron və ya asinxron olmaqla iki cür təşkil olunur:

    Sinxron- Bu halda hadisələr real olaraq canlı bağlantı ilə həyata keçirilir və bunun üçün əlaqə qurulur.İstifadə olunan vasitələr: Email, forum, blog, webnar və s.
   Asinxron- Bu halda təhsil alan zamanı özü seçir. Yaddaşa köçürülmüş dərs internet səhifəsində yerləşdirildikdən sonra tələbə istədiyi vaxt onunla tanış olur. İstifadə olunan vasitələr: Çat və ya ani mesajlaşma, dərsin audio və video yazısı və s. 
    Eyni zamanda bu proqram təminatı istər dərsi keçən müəllim, istər instruktorlar istərsə də,digər tələbələrlə əlaqələr qura bilərlər ki, bu da həm sinxron, həm də asinxron ola bilər.
    Ənənəvi təhsildən fərqli olaraq distant təhsil zamanı tədrisin düzgün təşkil olunması və idarə edilməsi çox önəmlidir. Dərslər pedaqoji cəhətdən o qədər profesional hazırlanmalıdırlar ki, onların internet vasitəsi ilə birbaşa yayımlamaq və yenidən səhifədə yerləşdirmək mümkün olsun. Əlbətdə ki, distant təhsilin düzgün tədrisini təşkil etmək təkcə müəllimlərin deyil,eləcə də İKT nin üzərinə düşür ki, bu personalın da təhsil işçisi olmaları vacib sayılmır. İnformatiklər internet səhifəni hər zaman nəzarətdə saxlamalı, dərslərin düzgün və vaxtında yayımlanmasını təmin etməlidirlər. Müəllimlər də eyni zamanda dərsi daha interaktiv təşkil etməli və bunun üçün müxtəlif komputer proqramlarından istifadə etmək üçün təlimatlandırılmalıdırlar. Ümumilikdə distant təhsilin düzgün idarə olunması üçün analiz, qavrama, inkişaf, həyata keçirilmə və qiymətləndirmə əsas şərtlərdən sayılır.
Kainat Şirin


Minsk qrupu həmsədləri arasında Qarabağ rəqabəti

Minsk qrupu həmsədləri arasında Qarabağ rəqabəti


Elman Məmmədov: “Bu aktivləşmə fonunda Qarabağ probleminin həllində irəliləyiş olacaq”

Vazeh Əsgərov: “Ümid edirik ki, yaxın zamanlarda problemin həlli istiqamətində irəliyişə nail olunacaq”

2016-07-01 09:07:06
Dağlıq Qarabağ münaqişəsinin həllində indi də Fransanın aktivləşdiyi hiss olunur. Fransanın xarici işlər naziri Jan Mark Eyro rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib ki, Paris Dağlıq Qarabağ münaqişəsi üzrə yeni danışıqların keçirilməsi üçün məkan təqdim etməyə hazırdır.
Xatırladaq ki, bundan əvvəl Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də eyni mövqe sərgiləmişdi. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan dövlət başçısı Serj Sərkisyanın növbəti görüşü də məhz Fransada baş tutacaq. Bu haqda xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Almaniya xarici işlər naziri Frank Valter-Ştaynmayerlə keçirdiyi brifinqdə deyib. O bildirib ki, Fransa prezidentlərin növbəti görüşünə ev sahibliyi etmək üçün təklif verib.
Siyasi şərhçilərin Fransanın bu məsələdə aktivləşməsini müxtəlif aspektlərdən şərh edirlər. Millət vəkili Elman Məmmədov bildirdi ki, bu üç dövlətin həmsədrliyi problemin həll olunmasına maneçilik törədir: "Tək bu məsələdə yox, bütövlükdə dünya siyasətində onların mövqeləri bir-birinə ziddir. Buna görə də onların mənafeləri problemin həll olunmasına imkan verməz. Fransa görürür ki, son dövrlər problemin həlletmə təşəbbüsünü Rusiya öz üzərinə götürüb. Nəzərə alaq ki, bu, bizim üçün müsbət tendensiyadır. Çünki, problemin yaranmasında ya birbaşa, ya da dolayısı ilə Rusiyanın rolunu danmaq olmaz.
Problemi həll edəbiləcək bir dövlət var ki, o da Rusiyadır. Onlar da buna qısqanclıqla yanaşmaqla yeni problem yaratmaq istəyirlər. Ona görə can-fəşanlıq edirlər. Yəni, fransızların aktivləşməsi bizim xeyrimizə yox, ziyanımızadır. Rusiya bu təşəbbüsü əlində verməməlidir. Azərbaycanın da Rusiya ilə getdikcə istiləşən əlaqələri, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması, eyni zamanda Rusiyanın Cənubi Qafqazda gedən proseslərdə Azərbaycan ilə hesablaşması fonunda digər həmsədrlər cığallıq etmək fikrinə düşmüş ola bilərlər”.
Millət vəkilinin fikrincə, bu aktivləşmə fonunda Qarabağ probleminin həllində irəliləyiş olacaq: "Ancaq istəyirlər ki, bu işdə onların adı hallansın. ABŞ və Fransa bu məsələdə həlledici rola malik deyillər. Onlar məşvərətçi kimi kənardan söz deyə bilərlər. Əsas söz sahibi Rusiyadır”.
Siyasi şərhçi Vazeh Əsgərov bildirdi ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış bir qurumdur: "1996-cı ildən bəri Fransa, Rusiya və ABŞ, üç həmsədr ölkə kimi danışıqları təşkil edirlər. 20 il ərzində bir müsbət irəliyişə nail olmasalar da, danışıqların tək Rusiya ilə aparılması kökündən səhv anlayışdır. Əksinə, nəinki Fransa və ABŞ, eləcə də Minsk qrupunun tərkibi gündəmə gətirilməli, yeni tərəflər əlavə edilməli və yekun nəticə əldə etmək üçün beynəlxalq hüquqdan istifadə edilməlidir.
Fransa xarici işlər naziri Jan Mark Eyronun rusiyalı həmkarı Sergey Lavrov ilə baş tutmuş görüşü ərəfəsində Ukrayna və Yaxın-Sərq böhranı, terrorizm, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ilə bərabər Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Bu görüşlər real nəticələr əldə olunanadək üzv dövlətlərin etməli olduqları bir işdir. Münaqişənin həll olunması üçün təkcə görüşlər və müzakirələr deyil, konkret məsələlər ortaya qoyulmalıdır”.
Politoloq əlavə etdi ki, üzv dövlət rəsmisinin görüş zamanı müzakirə olunmuş məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin də olması müsbət haldır: "Aprel hadisələrindən sonra münaqişənin həssaslıqla öyrənilməsi və yeni bir müharibənin alovlanmaması üçün addımlar atılması göz qabağındadır. Xüsusən də prezidentlərin Vyana görüşündən sonra Sankt-Peterburqda bir araya gəlməsi və əldə olunmuş nəticələr barəsində fikir mübadiləsinin aparılması buna bir misaldır. Ümid edirik ki, yaxın zamanlarda problemin həlli istiqamətində irəliyişə nail olunacaq”.


Mübariz BAYRAMOV