Almaniyanın Türkiyəyə təziq
göstərmək üçün atmalı olduğu bir addım.
İlk öncə
qeyd etməliyəm ki, yerləşdiyi coğrafi mövqedən və iqtisadi gücündən aslı
olmayaraq dünyanın hər bir dövləti öz mənafeyini, dövlətçiliyini və müstəqilliyini
qorumaq üçün preventiv addımlar atır. İstər iqtisadi cəhətdən güclü istərsə də
inkişaf etməkdə olan dövlətlər edəcəkləri hər hansı bir siyasi gedişi düşünərək
vahid senari əasasında aparılırlar.
1965-ci ildən
bəri ermənilərin uydurma “soyqırım” məsələsi demək olar ki, hər il müxtəlif
dövlətlərin parlamentlərində qanun layihəsi və ya müxtəlif qətnamələr çərçivəsində
müzakirə edilir və təsdiq olunarsa qəbul edilmək üçün dövlətə təqdim olunur. Bu
günə qədər ABŞ-ın 41 ştatı daxil olmaqla dünyanın 25-dən yuxarı ölkəsi müxtəlif
illərdə 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyib. Eləcə də Avropa
Şurası və Avropa Parlamenti də daxil olmaqla “erməni soyqırımını” bir neçə təşkilat
da qanun layihəsi kimi tanıyır.
İyun ayının
2-də Almaniya Bundestaqı “erməni soyqırımını” tanıyan Qətnamə layihəsini qəbul
edib. Söhbət hər hansı bir Qanun layihəsinin dövlət tərəfindən tanınmasından
getmədiyi üçün aydın olur ki, bu Almaniyanın Türkiyəyə təziq göstərmək üçün
atmalı olduğu bir addımdır. Belə ki, layihənın əslində dünən yox mart ayında
qaldırılmalı olacağı da bəlli idi. Özü də layihənin Almaniya Yaşıllar
Partiyasının sələn türk olan Cem Özdəmir tərəfindən irəli sürülməsi bir daha
düşünməyə əsas verir. Belə ki, iyun ayının 2-də keçirilmiş iclasdakı səsvermədə
nə kansler Angela Merkel, nə vitse-kansel Siqmar Gabriel, nə Sosial-Demokrat
Partiyasının rəhbəri Frank-Walter Steinmeier eləcə də Xarici İşlər naziri iştirak etməyiblər.
Buna baxmayaraq Yaşıllar partiyası tərəfindən qaldırılan qanun layihəsi həm
Sosial-Demokratlar Birliyi həm də Sosial-Demokrat Partiyası rəhbərliyi
tərəfindən dəstəklənib. Mayın 31-i keçirilmiş partiya iclasının işçi qrupunun qəbul etdiyi qanun
layihəsinin mətnini Kansler Angela Merkel tərəfindən də təsdiq edib. Bu faktlar
bir daha Almaniyanın ölkə rəhbərliyinin Türkiyə ilə münasibətlərinə həssaslıqla
yanaşmasına bir işarədir.
Lakin buna
baxmayaraq almaniyalı deputatlarının böyük bir hissəsi “1915-ci ildə erməni də digər xristian xalqlara qarşı törədilmiş
soyqırım” haqqında qanun layihəsini qəbul ediblər. Bu hadisə artıq bir neçə
vaxtdır təziq altında olan rəsmi Ankara və Berlinin münasibətlərinin daha da
soyumasına səbəb olub. Belə ki keçən ilin oktyabr ayında məhz Berlinin vasitəçiliyi
ilə Avropa İttifaqı (Aİ) və Türkiyə arasında mübahisəli “miqrant” müqaviləsi
gündəmə gəlmişdi. Bu müqaviləyə əsasən Türkiyə öz vətəndaşları üçün azad Şengen
vizası müqabilində Avropaya olan miqrant axınının qarşısını almaq üçün onları
öz ərazisində yerləşdirmək öhdəliyi vəd etmişdir. Bu ilin mart ayında qəbul
edilmiş müqaviləyə əsasən Yunanıstanda olan miqrantların Türkiyəyə yerləşdirilməsi
başlamışdır. Lakin, görünür rəsmi Ankara ilə Berlin öz aralarında heç də hər
şeyi dəqiqləşdirməyiblər.
Buradan belə
qənaətə gəlmək olar ki, bir əsrdən çox müttəfiq olan iki dövlət Türkiyə üçün önəmli
olan “soyqırım” məsələsinə görə münasibətlərini pozmazlar. Almaniyadakı türk səfirinin
geri çağırmasına baxmayaraq bu gün beynəlxalq siyasi səhnədə təklənən Ankara bu
gün Berlin ilə əlaqələrini kəsməyəcək.
Nədən Xocalı soyqrımına belə reaksiyalar yoxdur?
Soyqırım məsələsində Almaniya Türkiyə münasibətləri
müzakirə olunsa da məsələnin dərinliyi yenə də ermənilərin öz işlərini necə həssaslıqla
gördüklərinin şahidi oluruq. Belə ki, XX əsrin əvvələrində başlayaraq silsilə şəklində
Azərbaycanın bir çox şəhəhlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi
bacaran ermənilər, nədənsə əsrin sonunda
bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı soyqırımının həyata keçirdiklərini
unutdurmağa çalışırlar. Dünya dövlətləri də Xocalı soyqırımına hələ də diqqətdən
kənar qəyub ermənilərə tarix dərsi keçmirlər. Soyqırımlar ilə bağlı dünya ölkələrinin
ən ali orqanlarında layihələr müzakirəyə çıxarılan zaman yaxşı olardı ki, ermənilərin
də törətdikləri soyqırımlar haqqında xatırlamalar edilib qətnamə və qanun layihələri
qəbul olunardı.
VAZEH
Aucun commentaire:
Enregistrer un commentaire