Nombre total de pages vues

vendredi 24 juin 2016

Erməni separatçıları geri çəkilir

Erməni separatçıları geri çəkilir


         Vazeh Əsgərov: “Prezidentlərin son görüşündən dərhal sonra Armen Gevorkyanın və Serj Sarkisyanın ard-arda Qarabağa səfər etmələri Ermənistan rəhbərliyinin xalqı əldə olunmuş razılığa hazırlamaq kimi də qiymətləndirilə bilər.



      Natiq Miri: “Sankt-Peterburqda mərhələli həll planının müzakirə olunması gizli məqam deyil”.



2016-06-24 07:00:38
Məlumdur ki, Ermənistan prezidenti Serj Sarksiyan Sank-Peterburq görüşündən dərhal sonra Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Serj Sarkisyanın Xankəndi separatçılarının rəhbərliyi ilə görüşüb. Artıq iddialar səslənir ki, Sarkisyan işğal altındakı ərazilərin tədricən boşaldılması üçün məsələhətləşmələr aparıb. Bu isə, Qarabağ münaqişəsinin dinc müstəvidə həlli prosesinin başlanması anlamına gələ bilər ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun da bu yöndə optimist açıqlaması oldu. Novruz Məmmədov bildirdi ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.

Politoloq Vazeh Əsgərov hesab edir ki, prezidentlərin Sankt-Peterburq görüşündən iki gün sonra Serj Sarkisyanın Qarabağa səfər etməsi və səfər çərçəvəsində mətbuata "işçi görüşü” mesajlarının verilməsi bu səfərin nə məqsəd daşıdığını qaranlıq saxlayır: "Xatırlatmaq yerinə düşər ki, Sankt-Peterburq görüşünün ertəsi günü Emənistan Milli Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi Armen Gevorkyan da Qarabağa səfər etdi və qondarma qurum rəhbəri Bako Saakiyanla görüşdü. Mətbuata verilən açıqlamada bildirilir ki, görüşdə Ermənistan və Qarabağ arasında "təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq” mövzusu müzakirə olunub. Eyni zamanda Ermənistan xarici işlər naziri Edvrad Nalbandyanın "prezidentlərin Sankt-Peterburq sammitində problemin tənzimlənməsinə dair hər hansı razılıq əldə olunmayıb” deməsi məsələləri açıq aşkar meydana qoyur.

Diqqət etsək, görərik ki, Ermənistan tərəfi Sankt-Peterburq görüşündə müzakirə olunmuş məsələləri ictimaiyyətə açıqlamağa tələsmir. Prezidentlərin son görüşündən dərhal sonra Armen Gevorkyanın və Serj Sarkisyanın ard-arda Qarabağa səfər etmələri Ermənistan rəhbərliyinin xalqı əldə olunmuş razılığa hazırlamaq kimi də qiymətləndirilə bilər”. Siyasi şərhçi əlavə etdi ki, ermənilər aprel hadisəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin "danışıqlar xatirinə danışıq aparmayacayıq” mesajını da çox gözəl başa düşüblər.

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri isə qeyd edir: "Sank-Peterburqda əldə olunan nəticələr haqqında Sarkisyanın qondarma qurumun rəhbərliyi ilə müəyyən məsləhətləşmələrinə də ehtiyacı var idi. Çünki, Dağlıq Qarabağdakı sepratçılar da ciddi narahatdırlar. O baxımdan səfər Sank-Peterburqda baş verənlərlə qondarma qurumu məlumatlandırmaq xarakteri daşıyır.

Sankt-Peterburqda mərhələli həll planının müzakirə olunması gizli məqam deyildi. Bu kontekstdə müzakirələr aparılıb və müəyyən məqamlar razılaşdırılıb. Ancaq buna rəğmən Edvard Nalbadyan ən azından bu yöndə olan danışıqları təkzib etdi. Bunun özü göstərir ki, Ermənistan istənilən an hansısa təxribatla yenidən danışıqlar prosesini poza bilər və pozma ehtimalı da çox böyükdür”.


http://savemypost.com/24062016/c/c/f/9/a/8ec7be0fde2ebb08113afd2269460ffa105/99280bad6c120d02491164ec548be61f2d7526fb/web/?archSh=1


Mübariz BAYRAMOV

lundi 6 juin 2016


Almaniyanın Türkiyəyə təziq göstərmək üçün atmalı olduğu bir addım.

İlk öncə qeyd etməliyəm ki, yerləşdiyi coğrafi mövqedən və iqtisadi gücündən aslı olmayaraq dünyanın hər bir dövləti öz mənafeyini, dövlətçiliyini və müstəqilliyini qorumaq üçün preventiv addımlar atır. İstər iqtisadi cəhətdən güclü istərsə də inkişaf etməkdə olan dövlətlər edəcəkləri hər hansı bir siyasi gedişi düşünərək vahid senari əasasında aparılırlar.
1965-ci ildən bəri ermənilərin uydurma “soyqırım” məsələsi demək olar ki, hər il müxtəlif dövlətlərin parlamentlərində qanun layihəsi və ya müxtəlif qətnamələr çərçivəsində müzakirə edilir və təsdiq olunarsa qəbul edilmək üçün dövlətə təqdim olunur. Bu günə qədər ABŞ-ın 41 ştatı daxil olmaqla dünyanın 25-dən yuxarı ölkəsi müxtəlif illərdə 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyib. Eləcə də Avropa Şurası və Avropa Parlamenti də daxil olmaqla “erməni soyqırımını” bir neçə təşkilat da qanun layihəsi kimi tanıyır.
İyun ayının 2-də Almaniya Bundestaqı “erməni soyqırımını” tanıyan Qətnamə layihəsini qəbul edib. Söhbət hər hansı bir Qanun layihəsinin dövlət tərəfindən tanınmasından getmədiyi üçün aydın olur ki, bu Almaniyanın Türkiyəyə təziq göstərmək üçün atmalı olduğu bir addımdır. Belə ki, layihənın əslində dünən yox mart ayında qaldırılmalı olacağı da bəlli idi. Özü də layihənin Almaniya Yaşıllar Partiyasının sələn türk olan Cem Özdəmir tərəfindən irəli sürülməsi bir daha düşünməyə əsas verir. Belə ki, iyun ayının 2-də keçirilmiş iclasdakı səsvermədə nə kansler Angela Merkel, nə vitse-kansel Siqmar Gabriel, nə Sosial-Demokrat Partiyasının rəhbəri Frank-Walter Steinmeier eləcə də Xarici İşlər naziri iştirak etməyiblər. Buna baxmayaraq Yaşıllar partiyası tərəfindən qaldırılan qanun layihəsi həm Sosial-Demokratlar Birliyi həm də Sosial-Demokrat Partiyası rəhbərliyi tərəfindən dəstəklənib. Mayın 31-i keçirilmiş partiya iclasının işçi qrupunun qəbul etdiyi qanun layihəsinin mətnini Kansler Angela Merkel tərəfindən də təsdiq edib. Bu faktlar bir daha Almaniyanın ölkə rəhbərliyinin Türkiyə ilə münasibətlərinə həssaslıqla yanaşmasına bir işarədir.
Lakin buna baxmayaraq almaniyalı deputatlarının böyük bir hissəsi “1915-ci ildə erməni də digər xristian xalqlara qarşı törədilmiş soyqırım” haqqında qanun layihəsini qəbul ediblər. Bu hadisə artıq bir neçə vaxtdır təziq altında olan rəsmi Ankara və Berlinin münasibətlərinin daha da soyumasına səbəb olub. Belə ki keçən ilin oktyabr ayında məhz Berlinin vasitəçiliyi ilə Avropa İttifaqı (Aİ) və Türkiyə arasında mübahisəli “miqrant” müqaviləsi gündəmə gəlmişdi. Bu müqaviləyə əsasən Türkiyə öz vətəndaşları üçün azad Şengen vizası müqabilində Avropaya olan miqrant axınının qarşısını almaq üçün onları öz ərazisində yerləşdirmək öhdəliyi vəd etmişdir. Bu ilin mart ayında qəbul edilmiş müqaviləyə əsasən Yunanıstanda olan miqrantların Türkiyəyə yerləşdirilməsi başlamışdır. Lakin, görünür rəsmi Ankara ilə Berlin öz aralarında heç də hər şeyi dəqiqləşdirməyiblər.
Buradan belə qənaətə gəlmək olar ki, bir əsrdən çox müttəfiq olan iki dövlət Türkiyə üçün önəmli olan “soyqırım” məsələsinə görə münasibətlərini pozmazlar. Almaniyadakı türk səfirinin geri çağırmasına baxmayaraq bu gün beynəlxalq siyasi səhnədə təklənən Ankara bu gün Berlin  ilə əlaqələrini kəsməyəcək.

Nədən Xocalı soyqrımına belə reaksiyalar yoxdur?

Soyqırım məsələsində Almaniya Türkiyə münasibətləri müzakirə olunsa da məsələnin dərinliyi yenə də ermənilərin öz işlərini necə həssaslıqla gördüklərinin şahidi oluruq. Belə ki, XX əsrin əvvələrində başlayaraq silsilə şəklində Azərbaycanın bir çox şəhəhlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi bacaran ermənilər, nədənsə  əsrin sonunda bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı soyqırımının həyata keçirdiklərini unutdurmağa çalışırlar.  Dünya  dövlətləri də Xocalı soyqırımına hələ də diqqətdən kənar qəyub ermənilərə tarix dərsi keçmirlər. Soyqırımlar ilə bağlı dünya ölkələrinin ən ali orqanlarında layihələr müzakirəyə çıxarılan zaman yaxşı olardı ki, ermənilərin də törətdikləri soyqırımlar haqqında xatırlamalar edilib qətnamə və qanun layihələri qəbul olunardı.


VAZEH 

Soyqırımı faicilərinə də ikili sandartlardan yanaşılır



Hatəm Cabbarlı: “Mənafelərə din amili daxil olduğundan dövlətlər üçün ədalət və tərəfsizlik arxa plana keçir”


Vazeh Əsgərov: “Soyqırımlar ilə bağlı dünya ölkələrinin ən ali orqanlarında layihələr müzakirəyə çıxarılan zaman yaxşı olardı ki, ermənilərin də törətdikləri soyqırımlar haqqında xatırlamalar edilib qətnamə və qanun


2016-06-04 08:00:38
Xəbər verildiyi kimi, Almaniya Bundestaqı qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməni qəbul etdi. Təəssüflər olsun ki, Almaniya Bundestaqı uydurma "soyqırımı” tanıyan ilk parlament deyil. Bundan əvvəl isə 23 ölkə və ABŞ-ın 30 ştatı qondarma "erməni soyqırımı"nı tanıyıb.
Ermənipərəst sırada həmçinin bir sıra beynəlxalq təşkilarlar da var. Lakin diqqəti çəkən məqam budur ki, faktlar sübut olunan Xocalı soyqırımına düny ahəl ədə lazımi qiymət vermir. Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı ilk olaraq bildirir ki, dövlətlər arasında və beynəlxalq siyasətdə heç bir dövlətin əbədi dostu və düşməni yoxdur, dövlətlərin əbədi mənafeləri var: "Bu mənafelərə din amili daxil olduğundan dövlətlər üçün ədalət və tərəfsizlik arxa plana keçir. Bu mənzərəni dövlət sistemi qurulduğu tarixdən bu günə qədər müşahidə etmək mümkündür. ABŞ və Avropa dövlətlərində din siyasətdən ayrıdır. Lakin "din dövlət işlərinə müdaxilə etmir” deyə bir şey yoxdur.
Maraqlısı odur ki, Avropada kilsə dövlətdən ayrıldıqdan sonra dövlət adamları mümkün olduqca dini siyasətdən uzaq tutmağa çalışsalar da, bu gün başqa bir mənzərə ortaya çıxır. Siyasətçilər bilərək və şüurlu şəkildə dini siyasətə alət edirlər. Qondarma "erməni soyqırımı” iddiasının ABŞ və Avropa dövlətləri tərəfindən tanınmasının kökündə bu amillər var. Heç bir beynəlxalq məhkəmənin Türkiyənin ermənilərə qarşı soyqırımı təşkil etdiyi haqda hüquqi qərarı olmadan ABŞ və Avropa dövlətlərinin parlamentləri bu haqda siyasi qərarlar qəbul edirlər. Bunun ən son nümunəsini də Almaniya Bundestaqının aldığı qərarda görmək mümkündür. Türkiyənin ABŞ və Avropa dövlətlərinin tələb və istəklərindən müstəqil siyasət həyata keçirməsi onları belə qeyri-ciddi və ədalətsiz qərarlar almağa məcbur edir. Bu barədə alınan qərarların heç birinin Türkiyə üçün hüquqi öhdəliyi yoxdur və ola da bilməz. Amma siyasi və psixoloji olaraq həm Türkiyə dövləti, həm də ictimai rəyi üzərində ciddi təzyiqlər hiss edilir”.
Politoloq onu da xüsusilə olaraq qeyd etdi ki, Türkiyənin bu barədə ilk alınan qərarlara qarşı adekvat cavab verməməsi, dövlət ciddiyyətinə tərs düşən laqeyd münasibəti kələfin ucunu qaçırıb və dünyanın bir çox dövlətinin parlamenti qondarma «erməni soyqırımı»nı tanıyan qərarlar alıb: "25 il bundan əvvəl Xocalı soyqırımını törədən Ermənistan isə ABŞ və Avropa dövlətləri tərəfindən dəstəklənir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını görmür və yaxud görmək istəmirlər».
Hatəm Cabbarlı əlavə etdi ki, bu, Türkiyəni etmədiyi soyqırımı ilə ittiham edən dövlətlərin ikili standart siyasətidir və hüquqi təməli yoxdur: "Bu dövlətlər özlərinin əsasını qoyduğu beynəlxalq hüquq norma və qanunlarına əməl etsəydilər, qondarma "erməni soyqırımı” barədə heç bir qərar qəbul edilməməliydi. Amma təəssüf ki, biz çox fərqli bir mənzərənin şahidi oluruq. Bu dövlətlər Xocalı soyqırımı barədə eşitmək belə istəmirlər. Bu Ermənistana haqq qazandırır və onları yeni beynəlxalq cinayətlərə həvəsləndirir”.
Digər siyasi analitik Vazeh Əsgərov ilk olaraq onu qeyd etdi ki, yerləşdiyi coğrafi mövqedən və iqtisadi gücündən aslı olmayaraq, dünyanın hər bir dövləti öz mənafeyini, dövlətçiliyini və müstəqilliyini qorumaq üçün preventiv addımlar atır: "İstər iqtisadi cəhətdən güclü, istərsə də inkişaf etməkdə olan dövlətlər edəcəkləri hər hansı bir siyasi gedişi düşünərək vahid ssenari əsasında aparılırlar.
1965-ci ildən bəri ermənilərin uydurma "soyqırım” məsələsi demək olar ki, hər il müxtəlif dövlətlərin parlamentlərində qanun layihəsi və ya müxtəlif qətnamələr çərçivəsində müzakirə edilir və təsdiq olunarsa, qəbul edilmək üçün dövlətə təqdim olunur. Bu günə qədər ABŞ-ın bir neçə ştatı daxil olmaqla dünyanın 25-dən yuxarı ölkəsi müxtəlif illərdə 1915-ci il hadisələrini "soyqırım” kimi tanıyıb.
Eləcə də Avropa Şurası və Avropa Parlamenti də daxil olmaqla "erməni soyqırımını” bir neçə təşkilat da qanun layihəsi kimi tanıyır. İyun ayının 2-də Almaniya Bundestaqı da "erməni soyqırımını” tanıyan qətnamə layihəsini qəbul etdi. Söhbət hər hansı bir qanun layihəsinin dövlət tərəfindən tanınmasından getmədiyi üçün aydın olur ki, bu, Almaniyanın Türkiyəyə təzyiq göstərmək üçün atmalı olduğu bir addımdır.
Özü də layihənin Almaniya Yaşıllar Partiyasından türk olan Cem Özdəmir tərəfindən irəli sürülməsi bir daha düşünməyə əsas verir. Belə ki, iyun ayının 2-də keçirilmiş iclasdakı səsvermədə nə kansler Angela Merkel, nə vitse-kansel Siqmar Gabriel, nə Sosial-Demokrat Partiyasının rəhbəri Frank-Valter Staynmayer, eləcə də xarici işlər naziri iştirak etməyiblər. Buna baxmayaraq, Yaşıllar Partiyası tərəfindən qaldırılan qanun layihəsi həm Sosial-Demokratlar Birliyi, həm də Sosial-Demokrat Partiyası rəhbərliyi tərəfindən dəstəklənib. Mayın 31-i keçirilmiş partiya iclasının işçi qrupunun qəbul etdiyi qanun layihəsinin mətni Angela Merkel tərəfindən də təsdiq edilib. Bu faktlar bir daha Almaniyanın ölkə rəhbərliyinin Türkiyə ilə münasibətlərinə həssaslıqla yanaşmasına bir işarədir”.
Politoloq əlavə etdi ki, soyqırım məsələsində Almaniya-Türkiyə münasibətləri müzakirə olunsa da, məsələnin dərinliyində yenə ermənilərin öz işlərini necə həssaslıqla gördüklərinin şahidi oluruq: "Belə ki, XX əsrin əvvələrində başlayaraq silsilə şəkildə Azərbaycanın bir çox şəhərlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi bacaran ermənilər, nədənsə əsrin sonunda bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı soyqırımının həyata keçirdiklərini unutdurmağa çalışırlar. Dünya dövlətləri də Xocalı soyqırımına hələ də diqqətdən kənar qoyub, ermənilərə tarix dərsi keçmirlər. Soyqırımlar ilə bağlı dünya ölkələrinin ən ali orqanlarında layihələr müzakirəyə çıxarılan zaman yaxşı olardı ki, ermənilərin də törətdikləri soyqırımlar haqqında xatırlamalar edilib qətnamə və qanun layihələri qəbul olunardı”.

http://www.movqe.az/82166.html


Mübariz BAYRAMOV

mercredi 1 juin 2016

             «Оригинальный призыв к миру» армянской девочки.....

        Ежегодно, начиная  с 1956 года, европейцы с экранов своих телевизоров с волнением наблюдают событие, транслируемое по всему миру. И конечно же причиной этому служит не заседание Совета Европы, а именно событие, известное всему миру - музыкальный конкурс «Евровидение».  Культурное или всё же политическое событие?
    В предшествующие годы в конкурсе не наблюдалось политического беспорядка и носил он истинно культурный характер. Так, после окончания 2 Мировой Войны европейские народы во имя более тесного сближения и развития культурных отношений объединили свои усилия и в результате объёмной работы Европейского Вещательного Союза было принято решение провести между странами – участницами ЕВС-а музыкальный конкурс - «Evrovision» - символ культуры и мира. Впервые конкурс был проведён в уже тогда считавшейся нейтральной Швейцарии, в городе Лугано.
    Следовало бы так же отметить, что в 1946 году, в первые годы Холодной Войны, в Брюселле при франко-советском сопредседательстве была создана Международная Радиовещательная Организация. Событие это повлекло за собой расхождение во мнениях между европейцами Западной и Восточной Европы и «картина» приняла политический оттенок. Однако, даже если проведение конкурса в определённой степени и удовлетворило интересы представителей Западной Европы, в этой части Европы конкурс проводили под названием Evrovision, тогда как в Восточной Европе он назывался İntervision. Фины были единственными кто участвовал в обоих конкурсах. И только по прошествии лишь 40 лет, после распада Советского блока и поднятия «железного занавеса», в отношениях этих двух музыкальных организаций начало наблюдаться относительное «потепление». В 1994 году интеграция стран бывшего советского блока в Evrovision стала своего рода демонстрацией континенталь-политического примирения.

    Вот уже 10 лет Азербайджан с успехом принимает участие в конкуре Evrovision, представляя всему миру музыкально-культурные ценности страны. Всё же ни для кого не является секретом, что набравшее обороты популярности событие затрагивает большие политические процессы.    


Vazeh ASGAROV