Nombre total de pages vues

mardi 23 décembre 2014

Sosiologiya və Azərbaycanda sosioloji düşüncələr

"Sosiologiya bir döyüş idman növüdür"

  Azərbaycanda sosioloji fikirlərə qədim zamanlardan rast gəlmək olur. Belə ki, Avestada yaxşı ilə pisin, xeyir və şərin müqavimətini əks etdirən səhnələrə rast gəlinir. Nizami Gəncəvi, Siraceddin Urmevi, Nesreddin Tusi öz əsərlərində hüquqi münasibətə, dövlət idarəçiliyi, ailə məsələlərinə geniş yer aryırırdılar. Məsələn Urmeviyə görə cəmiyyət insan orqaniziminə bənzəyir və onun idarəçiliyi başçıdan asılıdır. XIX əsrin əvvələrində M.F. Axundov və A. Bakıxanov öz əsərlərində ictimaiyətə sosioloji məsələlərdən bəhs edir. Daha sonralar biz Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abdulla Şaiqin yazılarında sosioloji problemlərə müraciətləri görürük. XX əsrin əvvələri öz ictimai fəaliyyətləri ilə dahi M.Ə. Rəsulzadə, Ə. Hüseynzadə, Ə. Ağaoğlu, Ü. Hajıbəyov və s. yeni cəmiyyətin qurulmasında (ADR) böyük rol oynamışlar.


  Bolşeviklərin hakimiyyətə gəlişi ilə elmin sosial fikirlərə olan münasibəti də dəyişdi və sosiologiya elmi burjua təbəqəsinə aid edildiyinə görə cəmiyyətdə qadağan olundu. 20-ci illərin əvvələrində universitetlərdə və akademiyalarda sosiologiya sosial elmlər ilə birləşdirilərək ictimaiyyət elmi adı altında tədris olunmağa başladı. 1924-cü ildən etibarən SSR-i ərazisində sosiologiya bir elm kimi ləğv olundu və sosiologiya sözünün də işlənməsi qadağan olundu[1]. Yalnız 60-cı illərdə yenidən sosiologiyanın “hüququ” bərpa olundu. Əsas səbəblərdən biri sovet məkanında yaşayan müxtəlif xalqların və eləcə də millətlər arası münasibətlər idi. Belə ki, SSR-i çoxmillətli bir dövlət idi və əhalisinin 45% ni qeyri ruslar təşkil edirdi[2]. Məhz Xruşovun kommunist partiyasının 1956-cı il XX iclasındakı çıxışından sonra Sovet Sosiologiya Assosiasiyasının (1958) yaradılmasına təkan oldu. 1964-cü ildə SSR-i məkanında il dəfə bütün respublikararın sosial elmlər üzrə tədqiqatçılarının konfransı təşkil olundu. 1966-cı il isə sovet sosioloqları ilk dəfə Evianda (Fransa) baş tutmuş VI beynəlxalq sosioji kongresdə iştirak edirlər.


                               
                                 "Sosiologiya bir döyüş idman növüdür"

  Bu hadisədən sonra Azərbaycanda da sosiologiya elminə yeni maraq müşahidə olunur və ilk dəfə olaraq 1968-ci ildə C.T.Əhmədlinin və V.Ə. Paşayevin “Burjua sosiologiyanın tənqidi” və 1972 C.T. Əhmədli və J. Sogomonovun “Sosiologiyaya dair söhbətlər” adlı kitabları işıq üzü görür. Bu iki əsər ilə Azərbaycan oxucusu sosiologiyanın bir sıra vacib problemləri ilə eləcə də  sosioloji biliklərin müxtəlif səviyyələri ilə yığcam şəkildə tanış olur və bundan sonra daha sanballı sosioloji tədqiqatlar aparmağa maraq göstərir. Bu dövrün sosioloji baxışları bəzi ideoloji ehkamlardan azad olmasa da gələcəkdə bu sahədə tədqiqatların aparılmasına geniş istiqamət vermişdi.
  Müstəqilliyin bərpasindan sonra Azərbaycanlı sosioloqlar sosiologiyanın yeni struktur və mexanizmlərini işləyib hazırladılar. Hal-hazırda keçən dövr ərzində sosiologiya bir elm kimi Azərbaycan Milli Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində tədris olunur[3].  




[1] MESPOULET Martine (2007), La « renaissance » de la sociologie en URSS (1958-1972), Revue d'Histoire des Sciences Humaines 1/2007 (n° 16), p. 57-86.

[2] ЯДOВ Владимир (1998), Социология в России (YADOV Vladimir, Sosiologie en Russie), Москва, Издательство Института социологии РАН.

[3] ASGAROV Vazeh "L'immigrarion des Azerbaïdjanais" PAF, France
http://www.amazon.fr/Limmigration-Azerba%C3%AFdjanais-g%C3%A9n%C3%A9rale-histoire-perspectives/dp/3841622224