Nombre total de pages vues

jeudi 17 avril 2014

Azərbaycan Dillər Universiteti ilə Strasburq Universiteti arasında əməkdaşlığın 
                       perspektivləri müzakirə olunmuşdur
-A+A
14.04.2014 [06:13]
Paris, 14 aprel (AzərTAc). Azərbaycan Dillər Universiteti (ADU) rektorunun müşaviri Vazeh Əsgərov aprelin 7-dən 12-dək Strasburqda səfərdə olmuşdur.

Səfərin məqsədi ADU ilə Strasburq Universiteti arasında mövcud əlaqələri daha da inkişaf etdirilməsi yollarını müzakirə etməkdir.
Səfər çərçivəsində V.Əsgərov Strasburq Universitetinin beynəlxalq münasibətlər üzrə prorektoru Fransis Kern, Türk dilləri departamentinin ustad pilləsi üzrə direktoru Stephane de Tapia və universitetin əməkdaşı Kolet Delavenay ilə görüşmüşdür.
Görüşlərdə iki ali təhsil müəssisəsi arasında tələbə mübadiləsi proqramının inkişafı, müəllim və professor heyəti üçün müxtəlif sahələr üzrə seminar və kursların təşkili, eləcə də ADU-nun tələbələrinin Fransada dil kurslarında iştirakı məsələləri müzakirə olunmuşdur.
                                 

Söhbət zamanı yaxın gələcəkdə yüksək İKT-nın köməyi ilə ADU-nun tələbələri üçün uzaq məsafədən ustad dərslərin və konfransların keçirilməsi, eyni zamanda Türk Dilləri Departamenti tələbələrinin Azərbaycan Dillər Universitetində seminar və kurslarda iştirakının təmin olunması məsələləri diqqət mərkəzində olmuşdur.
Aprelin 11-də V.Əsgərov Strasburq Universitetinin Türk Dilləri Departamentinin tələbələri üçün seminar məşğələ keçirmişdir.
ADU-nun tarixi və fəaliyyətindən söz açan V.Əsgərov, Azərbaycan dilinin türk dilləri arasındakı rolu və yeri barədə tələbələrə məlumat vermiş, Fransa və Azərbaycandakı tələbələrin sosial problemləri ilə bağlı sualları cavablandırmışdır.




Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Aucun commentaire: