Nombre total de pages vues

jeudi 17 avril 2014

Azərbaycan Dillər Universiteti ilə Strasburq Universiteti arasında əməkdaşlığın 
                       perspektivləri müzakirə olunmuşdur
-A+A
14.04.2014 [06:13]
Paris, 14 aprel (AzərTAc). Azərbaycan Dillər Universiteti (ADU) rektorunun müşaviri Vazeh Əsgərov aprelin 7-dən 12-dək Strasburqda səfərdə olmuşdur.

Səfərin məqsədi ADU ilə Strasburq Universiteti arasında mövcud əlaqələri daha da inkişaf etdirilməsi yollarını müzakirə etməkdir.
Səfər çərçivəsində V.Əsgərov Strasburq Universitetinin beynəlxalq münasibətlər üzrə prorektoru Fransis Kern, Türk dilləri departamentinin ustad pilləsi üzrə direktoru Stephane de Tapia və universitetin əməkdaşı Kolet Delavenay ilə görüşmüşdür.
Görüşlərdə iki ali təhsil müəssisəsi arasında tələbə mübadiləsi proqramının inkişafı, müəllim və professor heyəti üçün müxtəlif sahələr üzrə seminar və kursların təşkili, eləcə də ADU-nun tələbələrinin Fransada dil kurslarında iştirakı məsələləri müzakirə olunmuşdur.
                                 

Söhbət zamanı yaxın gələcəkdə yüksək İKT-nın köməyi ilə ADU-nun tələbələri üçün uzaq məsafədən ustad dərslərin və konfransların keçirilməsi, eyni zamanda Türk Dilləri Departamenti tələbələrinin Azərbaycan Dillər Universitetində seminar və kurslarda iştirakının təmin olunması məsələləri diqqət mərkəzində olmuşdur.
Aprelin 11-də V.Əsgərov Strasburq Universitetinin Türk Dilləri Departamentinin tələbələri üçün seminar məşğələ keçirmişdir.
ADU-nun tarixi və fəaliyyətindən söz açan V.Əsgərov, Azərbaycan dilinin türk dilləri arasındakı rolu və yeri barədə tələbələrə məlumat vermiş, Fransa və Azərbaycandakı tələbələrin sosial problemləri ilə bağlı sualları cavablandırmışdır.




Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Vazeh Əsgərov Strasburq Universitetinin tələbələri üçün 

seminar məşğələ keçirib


<b>Vazeh Əsgərov Strasburq Universitetinin tələbələri üçün seminar məşğələ keçirib</b>
Azərbaycan Dillər Universiteti rektorunun müşaviri fəlsəfə doktoru Vazeh Əsgərov Strasburq Universitetin Türk Dilləri Departamentinin tələbələri üçün seminar məşğələ keçirib
Bu il aprel ayinin 07-12–də Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Vazeh Əsgərov təmsil etdiyi ali təhsil ocağı və Strasburq Universiteti arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində danışıqlar aparmaq məqsədilə Fransanın Strasbuq şəhərində olub.
Qeyd etmək lqzımdir ki, iki universitetlər arasındakı əlaqələr 20 ilə yaxındır ki, mövcuddur. Bu ələqələrin nəticəsidir ki, bu gün Azərbaycandan olan ən böyük tələbə ordusu da məhz Strasburq şəhərində öz təhsillərini davam etdirməkdədirlər. Məhz müstəqil Azərbaycan tələbələrini birləşdirən və geniş fəaliyyəti ilə tanınan Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasiyası (ASEAF) da 1999-cu ildə Fransada yaradılmışdır. 1998-cu ildən etibarən Azərbaycan Dillər Universitetində ilk filier qrupları təşkil olunmuş və hər il onlarla tələbə bu şəhərə təhsil almağa getmişdirlər. Bu əlaqələrin daha da genişləndirilməsi yenə də gündəmdədir.
Bu səfər çərçivəsində rektorun müşaviri Vazeh Əsgərov Strasburq Universitetin Beynəlxalq Münasibətlər üzrə prorektoru Fransis Kern, Strasburq Universitetin Türk dilləri departamentinin Master pilləsi üzrə direktoru Stephane de Tapia və Strasburq Universitetin əməkdaşı Kolet Delavenay ilə görüş keçirmişdir. Görüşün əsas məqsədi tələbə mübadiləsi proqramını daha da inkişaf etdirmək, buproqram cərcivəsində müəllim və professor heyəti üçün ayrıca müxtəlif sahələrdə seminar və kurslar təşkil etmək eləcə də tələbələrin qısa müddətlik Fransada dil kurslarına getməsi idi. Yaxın gələcəkdə yüksək informatikanın köməyi ilə ADU tələbələrinə məsafədən ustad dərslərinin və konfransların təşkili məsələləri də müzakirə mövzusu olmuşdur. Eyni zamanda Türk Dilləri Departamentinin tələbələrinin Azərbaycan Dillər Universitetində seminar və kurslarda iştirak etmək planları da səsləndirilmişdi. Cənab Kern öz növbəsində Azərbaycana və Azərbaycan Dillər Universitetinə olan diqqətini dilə gətirib Universitetdə yaradılacaq yeni bir layihə haqqında söz açdmışdır. Belə ki, bu layihəyə əsasən Strasburq Universitetinin məzunları olmuş və hal-hazırda öz ölkələrində xüsusən təhsil sahəsində müəyyən rəhbər vəzifə daşıyanların insanlar Universitet və öz çalışdıqları müəsissə arasında daha geniş və rahat əlaqələr yaradacaqdır.
Aprel ayının 11-də Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Vazeh Əsgərov Strasburq Universitetin Türk Dilləri Departamentinin tələbələri üçün seminar məşğələ keçirib.
Görüşdə Vazeh Əsgərov Azərbaycan Dillər Universitetinin tarixi və fəaliyyətindən söz açmış, Azərbaycan dilinin türk dilləri arasında rolu ve yeri haqqında tələbələrə məlumat vermiş, eyni zamanda Fransa və Azərbaycandakı tələbə həyatı haqqında müxtəlif suallara cavab verib.