Həqiqət Azərbaycanın yanındadır
Bu Azərbaycan
Respublikasının və eləcə də Azərbaycan diasporasının illər
boyu haqq ədalətin bərqərar olunması yolunda gördükləri
mübariz bir işin
bariz nümünəsidir.
İyulun ayının
30-da Kolumbiya Respublikası Konqresinin Nümayəndələr Palatasının Xarici
İşlər və Milli Müdafiə Məsələləri Üzrə II Komitəsi “Ermənistan-Azərbaycan münaqişəsi” layihəsini və Xocalı soyqırımına dair qərar qəbul edib. Qyed etmək də yerinə düşər ki, Kolumbiya parlamenti 24 aprel 2012 ildə Xocalı soyqırımını rəsmən tanımış digər 6 respublika
sırasındadır. Xocalı soyqırımınin ABŞ-ın 13 ştatı tərəfindən tanınması faktını və eləcə da bu tanınma
aktlarının çox da uzaq deyil 2010-cu ildən etibarən başlanmasına diqqət yetirsək beynəlxalq aləmin və həqiqətin Azərbaycan xalqının yanında olmasının şahidi olmuş
oluruq.
Sözügedən sənəd Ermənistan tərəfindən Dağlıq Qarabağ regionunu və onun
ətrafındakı yeddi rayonun işğal olunmasını, Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, soyqırım aktı və tərəflər arasında
bərqərar edilmiş atəşkəs rejimin pozulması qətiyyətlə pisləyir və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə barədə faktları diqqətə çatdırır. Əlbətdə ki, bu Azərbaycan Respublikasının və eləcə də Azərbaycan diasporasının illər boyu haqq ədalətin bərqərar olunması yolunda gördükləri mübariz bir işin bariz nümünəsidir.
Əminəm ki, yaxın gələcəkdə Azərbaycan həqiqətlərinin haqq səsinin Dünya ictimaiətinə çatdırılmasında görülən işlər daha da geniş vüsət alacaq və bu səpkidə veriləcək qərarlar öz torpaqlarını
itirmirmiş on minlərlə soydaşlarımızın yenidən öz yurdlarına dönməyinə yol açacaq.
Vazeh Əskərov
Odlar Yurdu, N 08 (058)London avqust 2013