Vazeh Əsgərov: “Gənclərimizin bu hərəkəti əsl qəhrəmanlıqıdır”
Əslində “Sumqayit hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” mövzusunda keçiriləcək tədbir haqqında biz əvvəlcədən xəbərdar idik.
Bu barədə Gün.Az-a Fransada Azərbaycanlı Tələbələr Cəmiyyətinin prezidenti, Strasburq Universitetinin doktoru Vazeh Əsgərov Fransada diaspor fəallarımızın döyülməsi ilə bağlı xəbəri şərh edərkən deyib:
“Tədbir gününün də məhz fevral 26-da təyin edilməsi təsadüfi deyil.
Konfransa məruzəçi qismində dəvət alan, Fransada öz milliyətçi mövqeləri ilə seçilən erməni əsilli fransızların olması tədbirin hansı səpkidə keçəcəyindən əvvəlcədən xəbər verirdi.
Bir daha qeyd etmək istərdim ki, tədbirin əsas təşkilatçılarından biri məhz Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentari, Fransa parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Fransua Roşebloun olub.
Düşünürəm ki, “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyevanın və Fransada təhsil alan Vüsal Hüseynovun hərəkəti əsl qəhrəmanlıqdır”, - deyə V.Əsgərov bildirib.
Vazeh Əsgərov tezliklə Fransada və digər Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan Evlərinin, digər qurumların Fransa parlamentində 40 nəfər millətçi erməni tərəfindən döyülüb təhqir edilən “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynova dəstək olmaq üçün ümumi bir müraciətin hazırlanmasını təklif edir:
“Eyni zamanda, düşünürəm ki, yerli təşkilatlar tərəfindən Erməni Milli Assambleyası qarşısında mitinq təşkil etmək üçün Paris meriyasına tezliklə müraciət olunmalı və müraciət ilə çıxış edilməlidir”.
Elnur Eltürk
Gün.Az
Gün.Az