Həmyerlimizin Fransadakı uğuru
19/11/2012
"Vətəninfo.az" xəbər verir ki, Fransanın Srasbourg Universitetində doktorluq müdafiə edən Vazeh Əsgərovun 12 noyabr 2012-ci ildə "Azərbaycanlıların Fransaya olan immigrasiyasi-tarix və perspektivlər" mövzusunda doktorluq müdafiəsi keçirilib. 2007-ci ildən bəri başlanılmış axtarışlara rəhbərliyi tanınmış alim, Milli Elmi Axtarışlar Mərkəzinin direktoru, Strasbourg Universtetinin professoru Stéphane de Tapia edib. Fransada ilk doktorluq işi kimi dəyərləndirilən bu dissertasiyanın axtarış predmeti XIX əsrin sonundan başlayaraq yeni əsrə qədər olan tarixi faktları araşdırmaq idi. Müəllif Azərbaycanın ikiyə bölünməsi ilə başlanan siyasi immigrasiyanın əsas başlama səbəblərini, eləcə bu dövrdən başlanan köçürülmə siyasətinin qurbanlarına çevrilmiş azərbaycanlıların öz doğma yurdlarından didərgin düşmə səbəblərini göstərməyə çalışıb. Qafqaz və ona yaxın Türkiyə, İran və Rusiyada inqilablarla müşahidə olunan XX əsrin əvvəllərinin mənzərəsi, deportasiyalar, ilk respublika, dünya müharibələri, repressiyalar siyasi rejim və s. törətdiyi miqrasiyaların nəticələri araşdırılıb. Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslərə aydınlıq gətirməyə calışan müəllif bir neçə paraqrafda bu münaqişənin köklərini araşdırıb və problemin səbəblərini 1988-1994-cü ildə baş verən müharibədə axtarmaqda deyil çox-çox əvvəllər çar Rusiyasının Qafqazı işğalına yönəldib və problemin köklərini məhz xristyanlasşdırma siyasəti nəticəsində ermənilərin bu ərazilərə köçü ilə başlanan siyasətdə axtarıb. XX əsrdə Azərbaycanlıların başına gələn hər növ köçürülmə, deportasiya siyasəti tədqiq edilib. Müəllif Fransaya olan émiqrasiyanı mümkün sənədlərdə axtarıb, statistik göstəricilərdə sayı 70 000 göstərilən azərbaycanlıların miqrasiya öyrənməyə çalışıb.
Əsərdə Fransada məskunlaşmış məşhur azərbaycanlılar haqqında da 10-a qədər bibloqrafik məlumat daxil edilib. Yeni əsr miqrasiyanı da müəllif orginal formada vərməyə çalışıb. Belə ki, 15 azərbaycanlı ailə ilə aparılan anketdə nəinki Azərbaycan Respublikasından olan eləcə də 5 qonşu dövlətdən (Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran) Fransaya emiqrasiya etmiş azərbaycanlı ailələr də tədqiq edilib.
Juri heyətinə universitet daxilindən məruzəçi qismində Strasbourg Universiteti Türkologiya kafedrasının müdiri professor M. Paul Dumont, universitet xaricindən isə Nancy 2 Universitetinin müasir tarix üzrə professoru, M. Didier Francfort və Azərbaycan Dillər Universitetinin rektoru M. Səməd Seyidov dəvət edilmişdilər.
Yüksək səviyyədə keçirilən doktorluq müdafiəsi juri heyəti tərəfindən Vazeh Əsgərovun Strasbourg Universtetinin Doktoru elan edilməsi ilə yekunlaşıb.
Aucun commentaire:
Enregistrer un commentaire