Nombre total de pages vues

mardi 27 novembre 2012

"Uğurlarımız Fransada da eşidilir"

Strasburq Universitetinin doktoru Vazeh Əsgərovun "Həftə içi"nə müsahibəsi


Avropa Birliyində, ümumiyyətlə "köhnə dünya"da aparıcı söz sahibi olan Fransa dünya beynəlxalq səviyyədə yürüdülən siyasətə təsir göstərən əsas dövlətlərdən sayılır. Bu baxımdan onun yürütdüyü siyasətə kiçik dövlətlər tərəfindən böyük maraq göstərilir, hər bir ölkə bu siyasətin öz mənafeyinə doğru dəyişməsini arzulayır. Bu işdə isə sözsüz ki, diasmpora və lobbi qurumları mühüm rol oynayır.
   
   Fransanı Azərbaycan üçün maraqlı dövlət edən başlıca səbəb onun Minsk Qrupunun həmsədrlərindən biri olması ilə yanaşı, həm də orada güclü erməni lobbisinin fəaliyyət göstərməsidir. Fransada fəaliyyət göstərən Azərbaycan Tələbələr Cəmiyyətinin sədri, Strasburq Universitetinin doktoru Vazeh Əsgərov "Həftə içi"nə müsahibəsində bu məsələlərə aydınlıq gətirdi.
   
   - Fransanın yeni prezidenti qondarma erməni soyqırımını yenidən qaldıracağınl bildirib. Bu məsələnin əsl səbəbi nədir?
   
   - Fransadakı son prezident seçkilərindən sonra "soyqırım" məsələsi yenə də aktual olaraq qalmaqdadır və özünü daha çox biruzə verir. Lakin istər Fransada, istərsə də digər ölkələrdə bu və buna oxşar qanunların qəbulunu bir o qədər də real hesab etmirəm. Qeyd etmək istərdim ki, ermənilərə "soyqırım" məsələsinin hər zaman aktual saxlamaq nə qədər vacib sayılırsa, bu siyasəti dəstəkləyən supergüclərə də bir o qədər önəmli sayilmaqdadır. Bir əsr keçməsinə baxmayaraq Osmanli imperiyasının xofu hələ də yaddaşlardan silinməyib. Düşünürəm ki, bu kimi məsələlərin aktual saxlalanılması sadəcə ermənilərə xoş gəlmək uçun deyil, eyni zamanda Turkiyəni psixoloji gərginlikdə saxlamağa hesablanır.
   
   - Bu məsələyə qarşı Azərbaycan və Türkiyə diasporu hansı adekvat planlar hazırlayıblar?
   
   - Öz təcrübəmdən faydalanaraq qeyd etmək istərdim ki, Fransadakı əksər türklər erməni məsələsinə bir o qədər de önəm vermirlər. Əlbəttə ki, uzun illər Türkiyədəki ermənilərlə bir yerdə yaşamış etnik azərbaycanlıları nəzərdə tutmuram. Türklər kürd məsələsinə daha çılgın reaksiya verir, lakin azərbaycanlıların hər bir cağırışı cavabsız qalmır və onlar bizimlə birlikdə öndə hərəkət edirlər. Son aylarda Parisdəki Ermənistan səfirliyinin qarşısında təşkil olunan iki aksiyanı buna misal göstərmək olar. Digər hallarda Fransada Azərbaycan Türkiyə əlaqələrinə kifayət qədər önəm verilir. Düşünürəm ki, əgər bu yöndə fəaliyyət davam etdirilsə birgə atdığımız addımlar daha çox səmərə verəcək. 
   
   - Fransa-Azərbaycan münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirmək olar?
   
   - Tarixə nəzər salsaq, bu əlaqələrin kökünün XIII əsrdə ilk fransız səyyahların Azərbaycana gəlməsi zamanına təsadüf etdiyini görərik. XVI və XVII əsrlərdə Səfəvi dövləti ilə qərb dövlətlərinin ticarət və diplomatik əlaqələrinin olduğunu şahidi oluruq. Muasir Fransa Azərbaycan əlaqələrinin tarixi Ismayıl bəy Qutqaşınlı, Rəşid bəy Axundov, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağaoglu və s. kimi azərbaycanlıların yetişdiyi dövrə təsadüf edir. Bu dövr 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş ilk diplomatların vasitəçiləri ilə ADR-in "de facto" tanınması ilə nəticələndi. XX əsrin sonuna qədər bütün əlaqələr Fransada yaşamış immiqrantların göstərdiyi fəaliyyətlə bağlıdır. Məhz müstəqilllik əldə olunduqdan sonra Azərbaycanı müstəqil dövlət kimi tanıyan və öz səfirliyini açan ölkələrdən biri Fransa oldu. Son 10 ildə həmyerlilərimiz kifayət qədər təşkilatlanmağa müyəssər olublar. İldən ilə Fransaya üz tutan tələbələrin sayının artması bu münasibətlərin də sürətlənməsinə təkan verir. Düşünürəm ki, Azərbaycanın tanınmasında diplomatik fəaliyyətimiz də yetərincədir. Bütün sadalanları nəzərdən keçirəndə hazırki Fransa Azərbaycan əlaqələrinin yüksək tempdə olması qənaətinə gəlmək olur. 
   
   - Fransadakı diasporumuzun fəaliyyəti qaneedicidirmi?
   
   - Diaspora sahəsində görüləcək işlər çoxdur. Son 200 yüz ildə diasporamız əsasən 3 ölkə - Azərbaycan, İran və Türkiyə vətəndaşlarından formalaşıb. Statistik göstəricilərdə sayı 70 000 bildirilən soydaşdarımız vahid və bütöv Azərbaycan uğrunda fəaliyyət göstərir. Buna misal olaraq yaranan cəmiyyət, təşkilat və Azərbaycan evlərini göstərə bilərik. Son 10 ilə nəzər salanda əminliklə deyə bilərik ki, fəaliyyətimiz qənaətbəxşdir. Belə ki, illər əvvəl tək-tək fəaliyyət göstərən cəmiyyətlər var idisə, hazırda ildən ilə onların sayı artmaqdadır.
   
   - Orada 450 mindən artıq türk yaşayır. Belə olan halda nə üçün ermənilıər daha çox iş görürılər və onlar hakimiyyətə daha çox təsir edə bilirlər?
   
   - Sizə bir fakt deyim. Bu ilin noyabr ayında mənim Strasburq Universitetində doktorluq mudafiəm baş tutdu. Mudafiədən iki ay öncə rəhbərim ona erməni həmkarları tərəfindən göndərilmiş bir iki məktubda mənim mediaya verdiyim müsahibələr və məqalələr haqqında xatirlatma edib. Dissertasiya işimdə vurğunu tarixi məsələlərə, ən çox da erməni məsələsinə yönəltdiyim üçün jüri heyəti mövzunun çapına qadağa qoymaq kimi problem qaldırmışdı. Əlbəttə Fransada ermənilər kimi bizim də nüfuz sahibi olan soydaşlarımız çoxluq təşkil etsəydi bu cür halların sayı da azalardı. Bu hadisə bir daha bizm hazırki vəziyyətimizi göstərdi. Əminəm ki, illər keçdikcə Qərbdə ali təhsil almış Azərbaycan və Türkiyə türklərinin nüfuzu qalxacaq.
   
   - Əvvəllər bəzi Azərbaycan vətəndaşları Fransaya gedərək özlərini erməni kimi təqdim edir və Azərbaycanda incidildiklərini bildirərək sığınacaq alırdılar. Bu məsələ ilə bağlı hansı məlumatlarınız var və bu tendensiya indi də davam edirmi?
   
   - Sizin toxunduğunuz məsələ sırf ?miqrasiya faktıdır. İnsanlar immiqarasiya etdikləri zaman ən yararlı vasitələrə əl atırlar. Belə ki, qərb ölkələrində yerləşmək üçün istifadə olunan miks-ailə kimi məsələ çox aktualdır. Konflikt yeni başlayanda hər iki tərəfdə qarışıq ailələr var idi və öz ölkələrində artıq yaşamaq təhlükəsi ilə üzləşən bu ailələr üçücü ölkəyə keçməli olurdular. Fransada statistik göstericilərə və öz apardığım araşdirmalara görə belə situasiyadan istifadə edib yerləşənlər var. Bunlar əsasən ermənilərdən ibarətdir. Bu gün sığınacaq almaq üçün istifadə edilən vasitələrdən olan qarışıq ailə məsələsi hər iki tərəfdə istifadə olunur və böyuk əksəriyyəti hər hansı bir həqiqətə söykənmir. Sevindirici haldır ki, ildən ilə Azərbaycanın uğurları Fransada da eşidilməkdədir. Sevinirəm ki, insanlarımızın sosial rifahı son 10 ildə yaxşılığa doğru dəyişib və təhsil dalınca gələn soydaşlarımızın sayı artmaqdadır. Son illərdə görülən işler bunu deməyə əsas verir ki, Fransada Azərbaycan diasporu yetişməkdədir. Bunun üçün birlik nümayiş etdirmək ve bütün səylərimizi birləşdimək tələb olunur. 

Söhbətləşdi : Əli Zülfüqaroğlu


Vazeh Əsgərov


http://online.hafta-ichi.com/v5/2012/11/27/read=78943#Javascript:false;

27/11/2012

lundi 19 novembre 2012

Həmyerlimizin Fransadakı uğuru

Həmyerlimizin Fransadakı uğuru

"Vətəninfo.az" xəbər verir ki, Fransanın Srasbourg Universitetində doktorluq müdafiə edən Vazeh Əsgərovun 12 noyabr 2012-ci ildə "Azərbaycanlıların Fransaya olan immigrasiyasi-tarix və perspektivlər" mövzusunda doktorluq müdafiəsi keçirilib. 2007-ci ildən bəri başlanılmış axtarışlara rəhbərliyi tanınmış alim, Milli Elmi Axtarışlar Mərkəzinin direktoru, Strasbourg Universtetinin professoru Stéphane de Tapia edib. Fransada ilk doktorluq işi kimi dəyərləndirilən bu dissertasiyanın axtarış predmeti XIX əsrin sonundan başlayaraq yeni əsrə qədər olan tarixi faktları araşdırmaq idi. Müəllif Azərbaycanın ikiyə bölünməsi ilə başlanan siyasi immigrasiyanın əsas başlama səbəblərini, eləcə bu dövrdən başlanan köçürülmə siyasətinin qurbanlarına çevrilmiş azərbaycanlıların öz doğma yurdlarından didərgin düşmə səbəblərini göstərməyə çalışıb. Qafqaz və ona yaxın Türkiyə, İran və Rusiyada inqilablarla müşahidə olunan XX əsrin əvvəllərinin mənzərəsi, deportasiyalar, ilk respublika, dünya müharibələri, repressiyalar siyasi rejim və s. törətdiyi miqrasiyaların nəticələri araşdırılıb. Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslərə aydınlıq gətirməyə calışan müəllif bir neçə paraqrafda bu münaqişənin köklərini araşdırıb və problemin səbəblərini 1988-1994-cü ildə baş verən müharibədə axtarmaqda deyil çox-çox əvvəllər çar Rusiyasının Qafqazı işğalına yönəldib və problemin köklərini məhz xristyanlasşdırma siyasəti nəticəsində ermənilərin bu ərazilərə köçü ilə başlanan siyasətdə axtarıb. XX əsrdə Azərbaycanlıların başına gələn hər növ köçürülmə, deportasiya siyasəti tədqiq edilib. Müəllif Fransaya olan émiqrasiyanı mümkün sənədlərdə axtarıb, statistik göstəricilərdə sayı 70 000 göstərilən azərbaycanlıların miqrasiya öyrənməyə çalışıb.
Əsərdə Fransada məskunlaşmış məşhur azərbaycanlılar haqqında da 10-a qədər bibloqrafik məlumat daxil edilib. Yeni əsr miqrasiyanı da müəllif orginal formada vərməyə çalışıb. Belə ki, 15 azərbaycanlı ailə ilə aparılan anketdə nəinki Azərbaycan Respublikasından olan eləcə də 5 qonşu dövlətdən (Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran) Fransaya emiqrasiya etmiş azərbaycanlı ailələr də tədqiq edilib.
Juri heyətinə universitet daxilindən məruzəçi qismində Strasbourg Universiteti Türkologiya kafedrasının müdiri professor M. Paul Dumont, universitet xaricindən isə Nancy 2 Universitetinin müasir tarix üzrə professoru, M. Didier Francfort və Azərbaycan Dillər Universitetinin rektoru M. Səməd Seyidov dəvət edilmişdilər.
Yüksək səviyyədə keçirilən doktorluq müdafiəsi juri heyəti tərəfindən Vazeh Əsgərovun Strasbourg Universtetinin Doktoru elan edilməsi ilə yekunlaşıb.