Nombre total de pages vues

mardi 2 avril 2024

 Ali neft təhsili necə yeniləşir?

post-img

Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilk dəfə olaraq dünya universitetlərinin nüfuzlu QS reytinq sıralamasında yer alıb. Belə yüksək meyara uyğunluq, məsul reytinq şkalasında irəliləmək, texniki təmayüllü universitet , eləcə də Azərbaycan ali təhsili üçün nə deməkdir? Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, Stras­burq Universitetinin doktoru Vazeh Əskərov bu sualın cavabında bildirdi:

– Öncə qeyd etmək istərdim ki, son illərdə istər ölkə rəhbərliyinin təhsilə bir­başa qayğısı və himayəsi, istərsə də ölkədə Elm və Təhsil Nazirliyinin, yeni yaradılmış Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətinin yenidən qurul­ması universitetlərin həyatında da yeni bir canlanma yaradıb. Azərbaycanda ali məktəblərin beynəlxalq rəqabət qabiliy­yətinin artırılması, dünyanın müxtəlif apa­rıcı universitetləri ilə əlaqələrin qurulması və ikili diplom layihələrinin, proqramların həyata keçirilməsi universitetlər üçün əlavə imkanlarla yanaşı, onların çağdaş çağırışlara qoşulmasını da asanlaşdırıb. Bu çağırışlara vaxtında, arqumentləşdiril­miş reaksiya göstərilməsi ali təhsil müəs­sisələrinin inkişafına töhfə verir. 

ADNSU bu istiqamətdə öz rolunu və qarşısında duran vəzifəni kifayət qədər anlayır və 4-cü sənaye inqilabının tələb­lərini yüksək səviyyədə cavablandırma­ğa çalışır. Sevindirici haldir ki, QS rey­tinqi üzrə ADNSU 2 min 800 universitet arasinda 1200-cü yerdə qərarlaşıb. Bu, ilk cəhddə önəmli bir göstəricidir. Qar­şıdakı illərdə bu reytinq sıralamasında daha da yaxşı nəticə əldə etməyi hədəf seçmişik. 

Hazırda elmi potensialın daha da ar­tırılması istiqamətində işlər görülür. Bu proses universitetdaxili, eləcə də bey­nəlxalq əlaqələrimizin daha da inkişaf etdirilməsinə yönəldilib. Əlbəttə, məqsəd təkcə yüksək keyfiyyətli kadr hazırlı­ğı deyil, həm də məzunların sonradan harada nə işlə məşğul olması da bizim üçün önəmlidir. Universitetimiz QS rey­tinqində məşğulluq göstəricisinə görə, dünyada 271-ci, Azərbaycanda isə ilk yerdə qərarlaşıb. Bu, bizi növbəti mər­hələdə irəli getməyə sövq edir. 

Hazırda bizim universitetdə 7 fakültə fəaliyyət göstərir və 30 ixtisas üzrə təd­ris həyata keçirilir. Bunlardan 18-i bey­nəlxalq akkreditasiya olunmuş ixtisaslar­dır. Universitetin nüfuzunun qaldırılması və tədrisin daha düzgün və beynəlxaq standartlara uyğun aparılması üçün yeni yollar və vasitələr axtarırıq.

– Yerli və beynəlxalq əmək ba­zarında rəqabətliliyin qorunub saxlanmasında yeni ixtisaslar üzrə kadr hazırlığı önəmli rol oynayır.

– Doğrudur, hər bir ali məktəbi gərək­li universitet edən məhz onun hansı ix­tisaslarda və necə kadr hazırlaması, məzunların sonrakı uğurlarıdır. Sevindi­rici haldır ki, bu il 104 yaşı tamam olan universitetimizin yüz minlərlə məzunu olub. Sovet dönəmində məzunlarımız arasında əcnəbi tələbələr kifayət qədər çox idi. Çalışırıq ki, xaricdən daha çox tələbə cəlb edək. 

Bu gün bizim əsas istəklərimizdən biri də düzgün ixtisaslar seçib, 4-cü sə­naye inqilabının tələblərinə uyğun ola­raq ixtisaslarda kadr hazırlığını həyata keçirməkdir. Universitet bugünkü əmək bazarına uyğun olaraq hansı ixtisas­ları və hansı formada tədris etməyi öz qarşısına əsas məqsəd qoymuşdur. Biz nə qədər keyfiyyətli tədris aparsaq tələbələrin gələcək karyeralarına da bir o qədər yardımçı olarıq. Bu baxımdan, biz özümüzə sual veririk: bu yumşaq ba­carıqları tələbələrimizə nə vaxt, necə və hansı formada vermək lazimdir? Bu, çox önəmlidir. Çünki biz yalnız yaxşı mühən­dis yetişdirməliyik.

Amma biz yanaşı olaraq onlara xüsu­si bacarıqlar verməsək, əlbəttə ki, onlar iş bazarında yerlərini tez tapa bilməyə­cəklər. Bu məqsədlə artıq bir neçə ildir ki, 2-ci kursdan başlayaraq tələbələrin dil, eləcə də İT biliklərinə yiyənməsinə, gələcək iş müsahibələrinə hazırlığına diqqət yetiririk. Bu tədbirlər sırasında karyera məzun günlərinin təşkil olunması universitetimizdə artıq ənənə halını alıb. Biz universitetin sənaye müəssisələri ilə birbaşa əlaqələrini yaradırıq.

– Bəs xarici universitetlərin təcrübəsindən necə yararlanır­sınız?

– Biz beynəlxalq proqramların təşviq edilməsinə çalışırıq. Təkcə tələbələrin deyil, müəllimlərimizin də müxtəlif bey­nəlxalq proqramlarda iştirakını təmin etməyə, onların öz bilik və bacarıqları­nın artırılması və müasir tələblərə uy­ğun fəaliyyət göstərməsinə çalışırıq. ADNSU-nun ötən illərdə kifayət qədər beynəlxalq əlaqələri formalaşıb. Bu gün sevindirici haldir ki, bizim dünyanın müxtəlif universitetləri ilə çox sıx əlaqələ­rimiz var, memorandumlar imzalanıb və davam edən layihələr mövcuddur. 

Bizim əsas marağımız hansısa əlaqələrin təkcə imzalanma prosesinin həyata keçirilməsi deyil, eyni zamanda onun hansı formada – neçə tələbə və pro­fessor, müəllim heyətini əhatə etməsi, nə qədər funksional olmasıdır. Bu gün dün­yanın 100-dən artıq universiteti ilə belə əlaqələrimiz mövcuddur. Bu proqramlar­da çıxış edərək bizim müəllim və tələbə heyəti müxtəlif layihələr həyata keçirir.

– Hazırda bir sıra sənaye sahələrində məhz süni intel­lekt geniş tətbiq olunur. Bu proses neft-qaz hasilatı sahə­sində necə gedir?

– Bəli, bu gün dünyada bizi əhatə edən müxtəlif sahələrdə süni intel­lektdən istifadə olunur. Bu istehsalat, logistika, nəqliyyat və maliyyə sektoru ola bilər və s. Amma sual da yaranır: süni intellekt bizim gələcək həyatımı­za tam uyğunlaşırmı, təsir göstərirmi, bu, neqativmi, yoxsa pozitivmi olacaq? Çünki süni intellekt daha çox müasir in­sanı özündə birləşdirir və onu daha çox xoşbəxt edir. Amma ola da bilsin ki, süni intellekt müəyyən kəsim insanlar üçün arzuolunan deyil və onlar üçün müəy­yən əngəllər törədə bilər.

Digər tərəfdən, bir şeyi anlamaq la­zımdır ki, süni intellekt özü belə ancaq ondan istifadə etdikcə çoxalmağa baş­layır. Məsələn, bu gün çat ChatGPT ən çox istifadə olunan və hələ də test döv­rünü yaşayan bir proqramdır. Bundan nə qədər çox istifadə edilərsə, onda o qədər də çox data yığılar. Bu datalara əsasən o proqram daha da inkişaf edə­cək. Bəli, sual yaranır ki, süni intellekt insanı əvəz edəcəkmi? Bu suala, yəqin ki, mütəxəssislər daha yaxşı cavab verər. Amma gəlin açıq etiraf edək ki, həmin texnologiyanın inkişafını da məhz insanlar – mühəndis və alimlər həyata keçirirlər. Deməli, bu prosesin davamlı olması, inkişaf etməsi üçün biz ondan daha çox istifadə etməliyik və biz bun­dan qorxmamalıyıq. 

– Fransız–Azərbaycan Uni­versiteti (UFAZ) niyə məhz ADNSU-nun nəzdində fəaliyyət göstərir. UFAZ-ın milli ali təh­silə töhfəsi nədən ibarətdir?

– Azərbaycan gənclərinin ölkəni tərk etmədən dünyanın ən aparıcı universi­tetlərinin təhsilini alması, eləcə də təh­sil sistemimizin beynəlxalq rəqabətliliyə daha da uyğunlaşdırılması, qabaqcıl dünya təhsilinin ölkəmizə gətirilməsi baxımından Azərbaycan Respublikası Prezidenti İlam Əliyevin 2016-cı ildə im­zaladığı sərəncam mühüm əhəmiyyət kəsb edir. Həmin ilin sentyabrından baş­layaraq Azərbaycan–Fransız Universiteti ADNSU-nun nəzdində fəaliyyətə başla­mışdır. Onun fəaliyyət istiqaməti daha çox texniki fənlər olduğuna görə məhz ADNSU seçilmişdir. 

Sevindirici haldır ki, UFAZ-ın uğur­ları bu gün kifayət qədər yaxşıdır. Hət­ta UFAZ tələbələrinin, xüsusən də mə­zunlarının göstərdiyi nəticələr ölkədə birincilər sırasındadır. Bu, bizi sevindirir. Əsas məqsəd UFAZ-ın tələblərinin iki dövlət diplomunu ölkədə almaları, xarici dildə danışmaları deyil, yeni infrastruk­turun yaradılması, müəllim heyətinin ye­tişdirilməsi, inzibati isçilərin beynəlxalq professor-müəllim heyəti ilə bir yerdə olmasıdır. 

UFAZ ilk olaraq 160 nəfərlik 4 ixtisas üzrə, hər ixtisas üzrə 40 nəfər olmaqla dövlət hesabına bakalavriat səviyyəsinə qəbul aparmaqla fəaliyyətə başlamışdı. 2020-ci ildə 3 magistratura ixtisası üzrə də əlavə olaraq qəbul həyata keçirilmişdi. 2024-cü ildə UFAZ-da daha 4 ixtisas - biri magistratura, 3-ü bakalavr üzrə açılacaq. Artıq il ərzində 160 deyil, 250 tələbənin dövlət hesabına qəbul edilməsi və təhsil alması, əminəm ki, gözəl bir nəticə verə­cək. 2027-ci ilə qədər ixtisasların sayının daha da artırılması nəzərdə tutulur. 

Bundan başqa, dünyanın ən aparı­cı universitetlərindən biri sayılan Vorvik Universiteti ilə bərpa olunan enerji ixti­sası üzrə ikili diplom proqramı bu ildən fəaliyyətə başlamışdır. Bu da çox boyük bir göstəricidir. Çünki Vorvik Universiteti beynəlxalq rəqabətliliyə görə dünyada 67-ci yerdədir. Əməkdaşlıq etdiyimiz di­gər universitetlər də kifayət qədər rey­tinqli universitetlərdir.

Neft-qaz profilli bir universitetin ar­tıq bərpaolunan enerji, su ehtiyatlarının idarə edilməsinə keçid etməsi də məhz cənab Prezidentin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmə­si çərçivəsində atılmış addımdır. Bu istiqamətdə qarşımızda kifayət qədər böyük çağırışlar var. Çalışırıq ki, ölkədə gedən proseslərdə bizim universitet də iştirak eləsin. Bu il çox önəmli bir tədbi­rin – COP29-un ölkmizdə keçirilməsi ilə bağlı bizim universitet ilboyu böyük bir proqramla çıxış edcək. Ölkəmizin əsas istiqamət kimi seçdiyi yolun məsuliyyə­tini anlayırıq və bir qocaman universitet olaraq biz bu işə öz töhfəmizi verməliyik.

Müsahibəni apardı:
Anar TURAN
XQ

В ногу со временем

Политика
19 Март 2024



АГУНП готовит специалистов с учетом современных вызовов

Мировой рынок нефти и газа, охватывающий разведку, добычу, переработку и распределение сырой нефти и природного газа, остается важнейшей опорой мировой экономики, поставляя необходимые энергетические ресурсы различным отраслям и домохозяйствам.

Несмотря на то, что страны взяли курс на возобновляемые источники энергии и защиту климатапока еще нефть и газ продолжают доминировать в глобальной энергетической структуре. По мере роста развивающихся экономик спрос на нефть и газ растет, что стимулирует инвестиции в разведку и добычу. Однако отрасль постоянно ищет способы повышения эффективности, снижения воздействия на окружающую среду и изучения альтернативных энергетических решений, для чего необходима и соответствующая кадровая подготовка.

Об этом в эксклюзивном интервью нашему корреспонденту рассказал и.о. ректора Азербайджанского государственного университета нефти и промышленности доцент Вазех Аскеров.

- С ростом авторитета Азербайджана как страны, богатой ископаемым топливом, а также гаранта энергетической безопасности Европы, растет и спрос на высококвалифицированные кадры в области нефтегазодобывающей промышленности. Как обстоят дела с подготовкой кадров в Азербайджанском государственном университете нефти и промышленности (АГУНП) в этом направлении? 

- Прежде всего следует отметить, что наш университет является одним из старейших вузов, который готовит специалистов нефтегазового сектора. В настоящее время в АГУНП обучаются свыше 19 тыс. студентов по 30 специальностям, 18 из которых прошли международную аккредитацию.

- Учитывая новые технологии, необходимость совершенствования преподаваемых в вузе специальностей остается актуальной. АГУНП обеспечивает обучение в соответствии с новыми требованиями и стандартами, согласно применяемым в стране механизмам развития углеводородных отраслей, и соответственно нацелен на подготовку специалистов с учетом требований сегодняшних промышленных предприятий, как на уровне бакалавриата, так и на уровне магистратуры. В этом аспекте наш вуз укрепляет существующие связи, как с местными, так и с зарубежными организациями. Для подготовки новых высококвалифицированных кадров в соответствии с требованиями отрасли основное внимание уделяется развитию теоретико-практических знаний и формированию «гибких» навыков студентов. Сегодня наш университет предоставляет студентам периода Четвертой промышленной революции обучение по самым современным специальностям и учебным программам, отвечающим мировым стандартам, и это позволяет нашим выпускникам продолжать свое образование или профессиональную деятельность, как в нашей стране, так и за рубежом.

- Скажите, существуют ли какие-то проблемы и пробелы в этой сфере? 

- В быстро развивающемся мире своевременная адаптация специальностей к внедряющимся инновациям является одним из основных вызовов, стоящих перед нами. В некоторых случаях быстрая потеря актуальности только что начатых предметов создает необходимость их быстрой замены на новые, обеспечения деятельности университетских лабораторий в соответствие с современными стандартами, а в некоторых случаях их полной замены. Ведь время не ждет, мы должны шагать в ногу с современными вызовами и максимально быстро осуществлять учебные процессы, соответствующие сегодняшним реалиям.

- Насколько востребованы выпускники вуза на рынке труда нашей страны и за рубежом? 

- По статистике занятости наш университет занимает 271-е место в мире и первое в стране. Сегодня более 70% студентов, обучающихся в АГУНП, получают образование по государственному заказу. Надо понимать, что КПД университета определяют его выпускники, их трудоустройство в соответствии с полученными специальностями. Созданный и успешно функционирующий в университете карьерный центр заинтересован в том, чтобы помочь студентам, начиная с 3-го курса, улучшить свои навыки межличностного общения и найти более гибкую работу в своей области. В связи с этим собрана и проанализирована информация о 10 тыс. наших выпускников за последнее десятилетие, определены новые направления развития. Высококвалифицированная подготовка выпускников, знание иностранных языков и «гибкие» навыки помогают им найти работу не только в нашей стране, но и далеко за ее пределами.

- Каковы перспективы внедрения инноваций и искусственного интеллекта в нефтегазодобывающую отрасль, методы и механизмы интеграции передового зарубежного опыта в отечественную промышленность и что предлагает взамен Азербайджан?

- Искусственный интеллект - это ИТ-система, которая заменяет человека на производстве. Искусственный интеллект, выступая в качестве одного из основных характерных инструментов Четвертой промышленной революции, приводит к изменениям и серьезным преобразованиям традиционной промышленности. Мы уже наблюдаем это в различных сферах жизни - в образовании, здравоохранении, промышленности, производстве, логистике, ИТ, на транспорте, в финансовом секторе. Он стимулирует развитие интеллектуальной отрасли за счет автоматизации, системы прогнозирования и контроля качества. Роботы и машины на базе искусственного интеллекта способны с точностью и эффективно справляться со сложными задачами, что позволяет повысить производительность и снизить затраты. Использование возможностей искусственного интеллекта в нашей стране наряду с нефтегазовой, а также в ряде других отраслей все больше возрастает, и эта тенденция будет постепенно набирать обороты.

- Как ваш университет готовится к COP29? Какие мероприятия намечены и какие практические меры предпринимаются в образовательном плане по сохранению оптимальных климатических условий для человеческой жизнедеятельности на фоне возрастающего интереса к природным энергоресурсам нашей страны? 

- В связи с объявлением 2024 года в Азербайджанской Республике «Годом солидарности во имя зеленого мира» и предстоящей в Баку 29-й сессии Конференции сторон ООН (COP29) в АГУНП стартует проект «Зеленый университет». На ученом совете университета были утверждены план мероприятий и состав рабочей группы проекта. АГУНП как высшее учебное заведение, готовящее инженерные кадры в области нефти, газа, химии и энергетики, обладающее богатым научным потенциалом по этим направлениям, а также осуществляющее обучение на основе современных международных программ по возобновляемым источникам энергии с Ворвикским университетом Великобритании, а в Азербайджано-французском университете - по специальности «Управление водными ресурсами», считает своим моральным долгом внести свой вклад в работу, проводимую в республике в рамках «Года солидарности во имя зеленого мира» и саммита COP29.

- Сегодня в разных странах мира работает немало известных специалистов-выпускников АГУНП. В этом аспекте как обстоят международные связи вуза?

АГУНП имеет прямые партнерские отношения с 75 университетами более чем 25 стран мира. В рамках действующих договоров осуществляется обмен студентами и академическим персоналом, реализуются совместные исследовательские проекты. В результате сотрудничества АГУНП с Университетом штата Джорджия, США в университете создана программа магистра делового администрирования (MBA). Учебная программа MBA разрабатывается совместно с Университетом Джорджии и ежегодно обновляется. Или, скажем, в результате тесного сотрудничества с Зигенским университетом Германии в АГУНП были организованы специальности по управлению бизнесом. Кроме того, в рамках Международного кредита Erasmus+ университет обменивается студентами с рядом высших учебных заведений, включая Университет Лестера и Университет Кила (Великобритания), Ближневосточный технический университет и Стамбульский университет культуры (Турция), Страсбургский университет и Университет Рейна 1 (Франция).

За прошедшие годы АГУНП подписал соглашения о сотрудничестве с Гданьским университетом (Польша), Институтом инженерии и технологий КПР (Индия) и Университетом КМУ (Южная Корея). В 2017-2023 гг. были подписаны договоры о сотрудничестве АГУНП с российскими вузами (Югорский государственный университет, Северный (Арктический) федеральный университет имени М.В.Ломоносова, Институт химии высокочистых веществ им. Г.Г.Девятых, НПО Государственный оптический институт им. С.И.Вавилова, Астраханский государственный технический университет, Институт проблем нефти и газа РАН, Российский университет дружбы народов, Новосибирский государственный технический университет, Российский химико-технологический университет им. Д.И.Менделеева, Удмуртский государственный университет) и другими высшими учебными заведениями.

- Общественности широко известна деятельность Французско-азербайджанского университета при АГУНП - UFAZ. Каковы перспективы деятельности этого учебного заведения на фоне обострения политико-дипломатического кризиса между Францией и Азербайджаном?

- К сожалению, после Великой Победы в 44-дневной Отечественной войне, некоторые страны, и в первую очередь Франция, начали выдвигать против Азербайджана необоснованные обвинения, и этот процесс все еще продолжается. UFAZ был создан в 2016 году распоряжением главы государства и несет миссию получения азербайджанской молодежью высшего образования международного уровня в пределах своей страны, не выезжая за границу. Результаты, показанные UFAZ в период его деятельности, достаточно высоки. Руководство Страсбургского университета-партнера, профессорско-преподавательский состав, приглашенный из Франции в количестве 150 человек, а также французские коллеги, постоянно работающие в Баку, никогда не позволяли политике Франции просочиться в стены университета. Более того, они поддерживали Азербайджан во время предвзятого отношения к нашей стране. Сегодня UFAZ - это передовые образовательные стандарты Страсбургского университета, занимающего двухсотую строчку в мировом рейтинге, но действующего в азербайджанском правовом поле.

- Благодарю за беседу.


Абульфаз БАБАЗАДЕ

 Абульфаз БАБАЗАДЕ



 
 

Azərbaycan Respublikasının Prezidenti

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamına əsasən Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunduğuma görə çox qururluyam. Göstərilən yüksək diqqətə görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.






 

Yeni çağırışlarla üz-üzə


Vazeh Əsgərov: ADNSU gələcək mütəxəssislərin yetişdirilməsini bugünkü sənaye müəssisələrinin tələblərinə uyğun həyata keçirir.

Xam neft və təbii qazın kəşfiyyatı, hasilatı, emalı və paylanmasını əhatə edən qlobal neft və qaz bazarı müxtəlif sənaye sahələrini və ev təsərrüfatlarını vacib enerji resursları ilə təmin edən qlobal iqtisadiyyatın mühüm sütunu olaraq qalmaqdadır.

Eyni zamanda bərpa olunan enerjinin ön plana keçməsi və ətraf mühitlə bağlı problemlərə rəğmən, neft və qaz qlobal enerji kompleksində üstünlük təşkil etməkdə davam edir.

Müasir şəraitdə neft və qaz bazarına geosiyasi amillər, tələb və təklif dinamikası və texnoloji irəliləyişlər təsir edir. İnkişaf etməkdə olan iqtisadiyyatlar böyüdükcə neft və qaza tələbat artır, kəşfiyyat və hasilat sahəsinə investisiya qoyuluşunu stimullaşdırır. Bununla belə, sənaye daim səmərəliliyi artırmaq, ətraf mühitə təsirləri azaltmaq və alternativ enerji həllərini araşdırmaq yollarını axtarır ki, bu da zamanın tələblərinə cavab verən keyfiyyətli təhsil və yüksək ixtisaslı kadrların hazırlanmasını zəruri edir.

Bu və digər məsələləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əsgərovla araşdırırıq.

-Vazeh müəllim, Azərbaycanın neft və qaz kimi təbii sərvətlərlə zəngin bir ölkə kimi artan nüfuzunu, üstəlik, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış etməsi neft-qaz sənayesində yüksək ixtisaslı kadrlara tələbatı artır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu istiqamətdə kadr hazırlığı ilə bağlı işlər necə gedir?

-Əvvəla qeyd etmək yerinə düşərdi ki, Universitetimiz ölkənin neft və qaz sahəsi üzrə mütəxəsis yetişdirən ən qocaman universitetidir. ADNSU-da 18-i beynəlxalq akkreditasiyadan keçmiş ümumilikdə 30 ixtisas üzrə 19000-dən artıq tələbə təhsil alır. Sözsüz ki, yeni texnologiya, eləcə də dünyada gedən yeni inkişaf proseslərini nəzərə alsaq, universitetimizdə tədris olunan mövcud ixtisasların inkişaf etdirilməsi zərurəti həmişə aktualdır. Ölkədəki karbohidrat sahələrinin inkişaf mexanizminə uyğun olaraq universitetimiz də yeni tələb və standartlara uyğun tədrisin həyata keçirilməsini təmin edir.

Bu istiqamətdə, xüsusən bakalavriat və magistratura pillələri üzrə təhsil alan tələbələrin ilk tədris ilindən başlayaraq bugünkü sənaye müəssisələrinin tələblərinə uyğun dərs vəsaitlərinin hazırlanması onların keçirilməsi və tələb olunan sahələrə uyğun gələcək mütəxəssislərin yetişdirilməsini hədəfləyir.  Universitetimiz eyni zamanda istər yerli istərsə də xarici təşkilatlarla mövcud əlaqələrini möhkəmləndirir və  bu əlaqələrin daha da inkişaf etdirilməsini təşviq edir. Sənayenin tələblərinə uyğun yüksək ixtisaslı yeni kadrların hazırlanması üçün tələbələrin daha çox nəzəri praktiki biliklərinn inkişaf etdirilməsinə və yumşaq bacarıqlarının formalaşdırılmasına  diqqət ayırır. Bu gün universitetimiz IV sənaye inqilabının tələblərinə uyğun olaraq ən müasir ixtisaslar üzrə və dünya standartlarına cavab verən tədris proqramları üzrə təhsil verir və təbii ki, bu amillər məzunlarımızın istər ölkəmizdə, istərsə də xaricdə təhsillərini davam etdirmələri və ya peşəkar fəaliyyət göstərmələrinə imkan verir. 

-Obyektiv olaraq, bu sahədə hansı problemlər və boşluqları qeyd edə bilərsiniz?

-Sürətlə dəyişən dünyada Universitetin mövcud ixtisaslarının baş verməkdə olan yeniliklərə zamanında uyğunlaşdırılması qarşımızda duran əsas çağırışlardandır. Bəzi hallarda yenicə tədris olunmağa başlanmış fənlərin aktuallığını tez itirməsi onların tez bir zamanda yenisi ilə əvəz olunması zərurətini yaradır. Digər bir məsələ də odur ki, Universitetin labarotoriyalarının cari vəziyyəti müasir standartlara uyğunlaşdırılmalıdır, hətta bəzi hallarda mövcud labarotoriyaların tam əvəz olunmasına ehtiyac duyulur. Obyektiv yanaşsaq universitet maksimal dərəcədə bugunkü reallığa uyğun tədris həyata keçirməyə başlamalıdır.

-Rəhbərlik etdiyiniz təhsil müəssisinin məzunları necə işlə təmin olunurlar, onlara ölkə və xarici əmək bazarında nə kimi ehtiyac vardır?

-Sevindirici haldır ki, Universitetimiz məzunların işlə təmin olunması statistikasına görə dünyada 271-ci, ölkəmizdə isə birinci yerdədir. Bu gün universitetdə təhsil alan tələbələrin 70 faizdən çoxu dövlət sifarişi əsasında təhsil alır. Biz eyni zamanda anlayırıq ki, Universiteti Universitet edən də məhz onun məzunları və məzunlarının harda olması və nə işlə məşğul olmasıdır. Universitetdə yaradılmış və uğurla fəaliyyət gösdərən Karyera Mərkəzi tələbələrin 3 cü kursdan başlayaraq yumşaq bacarıqlarının artırılmasına və öz sahələri üzrə daha çevik iş tapmasına yardımçı olmaqda  maraqldır. Karyera Mərkəzi tərəfindən son on ildə məzun olmuş 10 min məzunumuzun  məlumatı  toplanılmış və analiz edilmiş, yeni inkişaf istiqaməti müəyyənləşdirilmişdir. Məzunlarımızın yüksək ixtisas bilikləri eləcə də xarici dil biliyinin əldə edilməsi və yüngül bacarıqlarının vaxtında qazanılması onların təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da iş tapmalarına yardımçı olur.

-Neft-qaz sənayesində innovasiyaların və süni intellektin tətbiqi perspektivləri nədən ibarətdir? Qabaqcıl xarici təcrübənin yerli sənayeyə inteqrasiyası üçün hansı üsullar və mexanizmlər mövcuddur və bunun müqabilində Azərbaycan nə təklif edir?

-Süni intellekt nitqin tanınması, qərarların qəbul olunması, problemlərin həlli kimi adətən insan zəkası tələb edən vəzifələri yerinə yetirə bilən İT sistemidir. IV Sənaye inqilabının əsas səciyyəvi alətlərindən biri kimi çıxış edən süni intellekt ənənəvi sənayenin dəyişməsinə və ciddi transformasiyasına səbəb olur. Biz bunu artıq həyatın müxtəlif sahələrində  - təhsil, səhiyyədə, o cümlədən sənayedə - istehsalatda, logistikada, İT-də, nəqliyyatda, maliyyə sektorunda müşahidə edirik. Süni intellekt avtomatlaşdırma, proqnizlaşdırıcı texniki xidmət və ketfiyyətə nəzarət vasitəsilə ağıllı sənayenin inkişafına təkan verir. Süni intellektlə işləyən robotlar və maşınlar mürəkkəb tapşırıqların öhdəsindən dəqiqlik və səmərəliliklə gələ bilir. Bu isə məhsuldarlığı artırmağa və xərcləri azaltmağa imkan verir. Ölkəmizdə neft-qaz sənayesi ilə yanaşı bir sıra digər sənaye sahələrinin də süni intellektin imkanlarından istifadə etməsi getdikcə daha da artır və bu tendensiya tədricən daha da sürətlənəcəkdir.

- Yeri gəlmişkən, Universitetiniz COP29-a necə hazırlaşır? Ölkəmizin təbii enerji resurslarına marağın artması fonunda insan həyatı üçün optimal iqlim şəraitinin qorunub saxlanılması üçün maarifləndirmə baxımdan hansı tədbirlər nəzərdə tutulur və hansı əməli tədbirlər həyata keçirilir?

-2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə hərəylik ili” elan edilməsi və ölkəmizin BMT-nin Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi ilə əlaqədar ADNSU-da “Yaşıl Universitet” layihəsinə başlanılıb. Universitetin Elmi Şurasında layihənin işçi qrupu və tədbirlər planı təsdiq edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti neft, qaz, kimya və energetika sahələri üzrə mühəndis kadrları yetişdirən, bu istiqamətlər üzrə zəngin elmi potensiala malik olan, eləcə də Böyük Britaniyanın Vorvik Universiteti ilə bərpa olunan enerji mənbələri, Azərbaycan-Fransız Universitetində isə “Su ehtiyatlarının idarəolunması” ixtisasları üzrə ən müasir beynəlxalq proqramalar əsasında tədris həyata keçirən ali təhsil müəssisəsi olaraq “Yaşıl dünya naminə həmrəylik ili" və COP29 sammiti çərçivəsində respublikada görülən işlərə töhfəsini verməyi özünün mənəvi borcu hesab edir.

-Universitetinizin beynəlxalq əlaqələri nə vəziyyətdədir, yeniliklər varmı?

-Bu gün universitetin 25-dən çox ölkənin 75 universiteti ilə birbaşa tərəfdaşlıq əlaqələri mövcuddur. Mövcud müqavilələr çərçivəsində tələbə və akademik heyət mübadiləsi aparılır, birgə tədqiqat layihələri həyata keçirilir. ADNSU-nun ABŞ-ın Corciya Dövlət Universiteti ilə əməkdaşlığı sayəsində universitetdə Biznesin İdarəedilməsi üzrə Magistr (MBA) proqramı yaradılıb. MBA kurikulumu Corciya Universiteti ilə birgə hazırlanır və hər il yenilənir. Almaniyanın Siegen Universiteti ilə sıx əməkdaşlıq nəticəsində ADNSU-da biznesin idarə edilməsi ixtisasları təşkil olunub. Bundan əlavə, universitet Erasmus+ Beynəlxalq Krediti çərçivəsində Leicester Universiteti və Keele Universiteti (Birləşmiş Krallıq), Orta Doğu Texniki Universiteti və İstanbul Kültür Universiteti (Türkiyə), Strasburq Universiteti və Ren 1 Universiteti (Fransa) də daxil olmaqla bir sıra ali təhsil müəssisələri ilə tələbə mübadiləsi aparır. Ötən illər ərzində ADNSU Qdansk Universiteti (Polşa), KPR Mühəndislik və Texnologiya İnstitutu (Hindistan) və KMU Universiteti (Cənubi Koreya) ilə əməkdaşlıq haqqında müqavilələr imzalayıb. Eyni zamanda 2017- 2023-cü illərdə ADNSU Rusiya (“Yuqorsk Dövlət Universiteti”, “M.V. Lomonosov adına Şimal (Arktik) Federal Universiteti”, “Rusiya Elmlər Akademiyasının G.G. Devyatix adına Yüksək Təmiz Maddələrin Kimyası İnstitutu”, “S.İ.Vavilov adına Dövlət Optika İnstitutu Elmi-İstehsal Birliyi”, “Həştərxan Dövlət Texniki Universiteti”, “Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutu”, “Rusiya Xalqlar Dostluğu Universiteti”, “Novosibirsk Dövlət Texniki Universiteti”, “D.İ Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universiteti” , “Udmurt Dövlət Universiteti” və digər ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalamışdır.

-ADNSU-nun nəzdindəki Fransız-Azərbaycan Universitetinin (UFAZ) fəaliyyəti geniş ictimaiyyətə məlumdur. Fransa ilə Azərbaycan arasında siyasi və diplomatik böhranın kəskinləşməsi fonunda hazırkı mərhələdə vəziyyət necədir və bu təhsil ocağının fəaliyyətinin perspektivləri barədə nə deyə bilərsiniz?

-Əlbəttə ki, son illər, xüsusən də  2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra bəzi ölkələr, o cümlədən Fransa Azərbaycana qarşı ciddi ittihamlar səsləndirməyə başlamış və bu proses hələ də davam etməkdədir. UFAZ 2016-cı ildə cənab Prezidentin sərəncamı ilə yaradılmış və Azərbaycan gəncinin xaricə getmədən öz ölkəsinin hüdudlarında ən yüksək ali təhsil alması missiyasını daşıyır. Fəaliyyəti dövründə UFAZ-ın göstərdiyi nəticələr kifayət qədər yüksəkdir. İstər partnyor Strasburq Universitetinin rəhbərliyi, istərsə də Fransadan il ərzində dəvət edilmiş 150-dək proffessor müəllim heyəti,  eləcə də Bakıda daimi fəaliyyət gösdərən fransalı həmkarlar Fransanın siyasətinin və  Azərbaycana qarşı olan qərəzli münasibətinin heç zaman Universitetə daxil olamasına imkan verməmiş, eyni zamanda  Azərbaycanı dəstəkləmişlər. Başqa sözlə, UFAZ Azərbycan Respublikasının hüquqi məkanında fəaliyyət göstərən dünya reytinq sıralamasında 200-cü yeri tutan Strasburq Universitetinin qabaqcıl tədris proqramları deməkdir.

Cənab Prezident tərəfindən verilmiş tapşırıqları yarandığı gündən əsas tutaraq yüksək ixtisaslı kadr hazırlığı prosesini icra edən UFAZ bu gündən sonra da Dövlət başçısı tərəfindən veriləcək qərarlardan aslı olaraq öz fəaliyyətini davam etdirəcəkdir.

 

Müsahibəni apardı:

Əbülfəz Babazadə

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Xüsusi olaraq “Ədalət” qəzeti üçün