Şans azalsa da, ümid kəsilmir
Türkiyədə zəlzələ: təbiət bir daha
bizə öz gücünü göstərdi.
Dr. Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin
üzvü,
Azərbaycan-Fransız
Universitetinin (UFAZ) icraçı direktoru, dosent
Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş 7,8 bal
gücündə zəlzələ nəticəsində ölənlərin sayı ümumilikdə 41 mini keçib. Türkiyədə baş
vermis zəlzələ qurbanlarının və dağıntılarının sayı Osmanlı tarixindən sonra ən
ölümcül təbii fəlakətə çevirir ki, bu da 1999-cu ildə 17 min insanın ölümünə səbəb
olan əvvəlki zəlzələ fəlakətindən iki dəfə çoxdur.
Son günlər sağ qalanları tapmaq şansı azalsa da, yerli
hakimiyyət orqanlarının son hesabatları baş vermis dəhşətli zəlzələdə 41 732 nəfərin
(Türkiyədə 38 044, Suriyada 3 688) öldüyünü göstərir. Lakin bütün bünlara
baxmayaraq axtarış xilasedənlərin eləcə də zəlzələ nəticəsində doğmalarını
itirmiş insanların ümidləri kəsilmir. Belə ki, son xilasetmə əməliyyatı nəticəsində
axtarışların 260-cı saatında Antakyanın mərkəzində 14 yaşlı Osman adlı yeniyetmə
güclü səylərdən sonra yaşadığı binanın xarabalıqları altından çıxarılıb.
Hər iki ölkənin bir çox şəhər və kəndlərində xilasedicilər
hələ də sağ qalanlara kömək etməyə çalışırlar, lakin hər keçən saat onların
şaxtalı soyuqda, dağıntılar altında sağ qalmaq şanslarımı daha da azaldır. Buna
görə də Türkiyənin bəzi bölgələrində əməliyyatlar dayandırıb. Bu gün dünyanın hər
bir tərəfindən Türkiyəyə yardımlar göndərilir, müxtəlif ölkələrin xilasediciləri
10 gündən artıqdır ki, axtarış işlərini davam etdirirlər. Yardımlara təkcə ölkələr
deyil eləcə də sadə vətəndaşlar da qoşulur. Son günlərdə zərər çəkənlərə yardım
üçün Türkiyə vətəndaşlarından mediada ianə müraciəti üçün böyük bir kampaniya
başladılmış və TRT-nin məlumatına görə, 115 milyard türk lirəsindən çox, yəni 6
milyard avroya yaxın vəsait toplanılmışdır.
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio
Guterres cümə axşamı günü viran qalmış iki ölkəyə qarşıdakı üç ayda kömək etmək
üçün bir milyard dollar toplamaq üçün beynəlxalq yardım çağırışı başlatmışdır.
O, beynəlxalq ictimaiyyəti dövrümüzün ən böyük təbii fəlakətlərindən birinin
törətdiyi qurbanlara kömək üçün insanları yardıma çağırmış və Türkiyə hər zaman
dünyada ən çox qaçqına ev sahibliyi etməsini eləcə də hədsiz səxavət göstərməsini
qeyd etmişdir. Eyni zamanda, dünyanın ikinci ən böyük polad qrupu olan
ArcelorMittal, Sərhədsiz Həkimlər və Fəlakətlər Təcili Yardım Komitəsi
humanitar təşkilatlar vasitəsilə Türkiyə və Suriyada zərər çəkmiş insanlara kömək
etmək üçün 5 milyon dollar ianə etdiyini açıqlamışdır.
Fevralın
6-sı qardaş Türkiyədə baş vermis zəlzələ bütün Azərbaycanı da sarsıtmış,
soydaşlarımız zəlzələ baş verdiyi andan Türkiyədəki qardaşlarımıza hər vasitə
ilə dəstək vermək üçün əllərindən gələni etməyə tələsmişlər. İlk olaraq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib
Ərdoğana başsağlığı məktubu ünvanlamış və bildirmişdir ki,: “Kahramanmaraşda baş vermiş və qardaş
Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı
insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda
hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Eyni zamanda dövlət
başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və
yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Eyni
zamanda zəlzələ baş verdiyi gün Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanla telefon zəngi etmiş və Türkiyədə baş vermiş zəlzələ nəticəsində
ölkəmizin çox sarsıldığını və ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını
eləcə də, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulamışdır.
Faciənin ikinci günündə Azərbaycan Prezidenti Türkiyə Respublikasının
ölkəmizdəki səfirliyində olmuş və baş vermiş zəlzələ nəticəsində çox sayda
insanın həlak olması ilə əlaqədar başsağlığı vermis və çıxış etmişdir. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da zəlzələ ilə əlaqədar
dərin kədər hissi keçirdiyi və faciə nəticəsində həlak olanlara rəhmət onların
doğmalarına və yaxınlarına isə dərin hüznlə başsağlığı vermis, uca Tanrıdan
bütün Türkiyə xalqına güc və səbir diləmişdi.
Ümumillikdə,
zəlzələ baş verdiyi saatdan
Azərbaycan hər zaman olduğu kimi, qardaş Türkiyənin yanında olmuş, öz dəstəyini,
öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirmiş və sona qədər də edəcəkdir.
Azərbaycan xalqı təkcə dövlət qurumları çərçivəsində deyil istər ictimai təşkilatlar
istərsə də özəl sector və sadə vətəndaşlar tərəfindən yardım kompaniyasına
qoşulmuş və əllərindən gələn heç bir şeyi əsirgəməmişlər. Zəlzələ baş verdiyi
vaxtdan iki gün ərzində Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti
Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla
tibbi heyətə aiddir. Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13
ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb.
Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün
260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim
dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal
və digər ləvazimatlar daxildir. 9 fevral tarixində Türkiyədə çoxsaylı
insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar
yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına yola düşüb. Eyni zamanda faciədən
zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar
yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen
maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin
yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti
geyimlər, çadırlar daxildir. Heydər
Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə
humanitar yardım kampaniyasına da start verilib. Keçən həftə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı”
adlı platforma yaradıblar.
Baş vermiş zəlzələ bir daha göstərdi ki, Azərbaycan
və Türkiyə qardaşlığı əbədidir və ölkələrimiz həm sevincini həm kədərini bir
yerdə paylaşır və hər zaman bir yerdədir.